Xocalı faciəsindən 22 il ötür

 

Tarix ermənilərin xalqımıza qarşı olan düşmənçiliyini, ədavətini, xain məkrli niyyətlərini bir əsrdə dəfələrlə sübuta yetirib. Hər dəfə də ermənilərin törətdikləri vəhşiliklər, çirkin əməllər, terror, qanlı faciələr, işğalçılıq, deportasiya və soyqırım faktlarla təsdiq olunsa da, onlar cəzasız qalıblar. Böyük rus şairi A.S.Puşkin deyib: “Sən köləsən, sən qorxaqsan, sən ermənisən.” Öz havadarlarının köməyinə arxalanan Ermənistan təcavüzkar niyyətini həyata keçirir. Bu isə yüz minlərlə insanın taleyinə faciə gətirir.

Ən yaxın tariximizin səhifələri erməni vandalizmini, insanlıq tarixinə ləkə gətirən vəhşilikləri özündə əks etdirir. ürək ağrısıyla olsa da, bu faktları yenidən xatırlatmalıyıq. Erməni terror təşkilatları və Ermənistan silahlı qüvvələri 1986-1993-cü illərdə Azərbaycan vətəndaşlarına qarşı çoxlu terror əməli və dinc əhaliyə qarşı soyqırım törətmişlər.

Dağlıq Qarabağın Azərbaycandan ayrılması istiqamətində öz iyrənc məqsədlərinə çatmaq üçün bütün vasitələrdən istifadə edən ermənilər Moskvanın yüksək statuslu antiazərbaycan meyilli məmurlarından güclü şəkildə dəstək alır və istifadə edirdilər. Hadisələrin başlandığı ilk günlərdən Dağlıq Qarabağda yaşayan azərbaycanlılar öz haqq səslərini hər tərəfə çatdırırdılar. Lakin bunlar heç bir nəticə vermədi. Münaqişə isə getdikcə genişlənir, daha qanlı xarakter alırdı. Kəndlər, şəhərlər yandırılır və talan edilirdi...

Xocalı erməni kəndlərinin əhatəsində qalsa da, Əsgəranla Xankəndi arasında məğrur dayanmıqdı. Xocalıya görə ermənilər çox əl-qol aça bilmirdilər. Dinc əhali isə bütün məhrumiyyətlərə dözürdü.

Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmışdı. Yollar tamam kəsilmişdi, ümid qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt atəşə tuta bilirdilər. Bir neçə vertolyot və “AN-2” təyyarəsi ermənilər tərəfindən vurularaq məhv edilmişdi. Həmin illər ərzində Azərbaycan hökuməti tərəfindən Xocalının müdafiəsi üçün heç bir görülməmişdi. Və bütün rəhbərlər də bilirdi ki, Xocalı mühasirədə qalıb. Fevralın 25-də isə Xocalının ölüm hökmü oxundu. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı və erməni hərbi birləşmələri Xocalıya divan tutdu. Əsl soyqırım törədildi: 613 nəfər həlak oldu, 1275 nəfər əsir düşdü, 8 ailə büsbütün məhv edildi, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlil oldu. Faciənin miqyası böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların meyitləri ilə dolu idi. Körpədən tutmuş qocaya qədər hamısı süngülərdən keçirilmişdi.

Fevralın 26-sı gününü yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Şelli dağından ölümün, qəsdin, tələnin pəncəsindən qurtulan uşaqları, qadınları, qocaları qarşılayıb xəstəxanaya yola salırdıq. Yaralarından qan şoralanan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Həmin vaxt Ağdam özünümüdafiə dəstələri ermənilərə qarşı döyüşərək qan bahasına meyitləri düzlərdən, meşələrdən toplayırdı. Xocalı sakinlərini danışdırır, onların necə qurtulduqlarını  soruşurduq. Bu adamlar öz müsibətlərini, faciələrini göz yaşları içrəsində danışsalar da, söhbətlərinin sonunda deyirdilər:

- Bizim bu sözlərimizi bütün Azərbaycana çatdırın. Respublika rəhbərlərini lənətləyirik. Onlar satqın və namərddirlər. Ona görə də Heydər Əliyev Azərbaycana gəlməlidir. Gəlsin, bu xalqı qırğından, müsibətdən, zülmdən xilas etsin. Nicatımız yalnız onadır! 1992-ci ilin qarlı-çovqunlu fevral günündə soyqırımın dəhşətini gözləri ilə görmüş insanlar elə o vaxtdan Heydər Əliyevə arxalanırdılar, ondan imdad, kömək gözləyirdilər. Onu da qeyd edim ki, həmin vaxt Heydər Əliyevin adını belə çəkmək onlara baha başa gələ bilərdi. Lakin bu çarəsiz, aldadılmış, təhqir edilmiş insanlar tələb edirdilər. Sadə adamlar böyük bir həqiqəti başa düşürdülər. Çox təəssüf ki, respublikanın o vaxtki rəhbərləri, deputatlar, ziyalıların böyük əksəriyyəti bu aydın həqiqəti başa düşmək istəmirdilər.

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından uzun illər keçir. Hələ də bu qanlı faciənin üstü açılmayan, gizli qalmış məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur.

Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.

Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 47 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilmirdi. Xocalılar ancaq öz qəhrəmanlıqları şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.

Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı hər gün toplardan, ağır texnikadan atəşə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazantipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya bir neçə istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş onlar gülləbarana tutulmuşlar. Qarlı aşırımlarda meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.

Həmin günlərdə Azərbaycan silahlı qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlərin olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdidüzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının digər orqanlarının kəsilməsi, gözlərin çıxarılması, çoxsaylı bıçaq güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prokurorluğunda Xocalı soyqırımını araşdıran istintaq qrupu yaradılmışdır. Həmin istintaq qrupu ayrı-ayrı vaxtlarda, daha doğrusu, 1992-ci ildən sonrakı dövrlərdə 100 cilddən artıq istintaq materialları toplamışdır. İstintaq zamanı 3000 nəfərdən artıq Xocalı sakini digər şahidlər dindirilmişdir.

Xocalı soyqırımına siyasi qiymət verən bu barədə dünyanın ən yüksək tribunalarından danışan ulu öndərimiz Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə demişdir: “...biz toplaşıb Xocalı faciəsinin cavabını verək, şəhidlərin qanının yerdə qalmaması gününü görək, Azərbaycanın ərazi bütövlüyünü təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan xalqı bu qüdrətə malikdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyı çox qəti prinsipialdır: “Azərbaycan öz torpaqlarının işğal altında qalması ilə heç zaman barışmayacaqdır.” 22 ilə yaxındır ki bu münaqışənin həlli ilə məşğul olan ATƏT tunelin sonunda işıq yandırmaq gücündə deyil. Azərbaycanın gələcəyinə nur saçacaq bu işığı yandırmaq öz gücümüzə Ali Baş Komandana bağlıdır. Artıq həmin işığın işartıları görünür. Mübariz İbrahimovun, Ramil Səfərovun, İbad Hüseynovun qəhrəmanlığı  Azərbaycan xalqını torpaqların azad olunması uğrunda haqq döyüşünə səfərbər edir.

Tunelin sonundakı işıq mütləq yanacaq, Qarabağın göz yaşlarına son qoyulacaqdır...

 

Mərdan HƏsƏnzadƏ,

Bərdə rayon 1 saylı notariat kontorunun xüsusi notariusu.

  Respublika.-2014.- 28 fevral.- S.6.