Azərbaycan iqtisadiyyatında vaxtilə başlanan hərtərəfli inkişaf meylinin güclənməsi müstəqil ölkəmizin də tərəqqi yoludur

 

Qeyd etmək lazımdır ki, uzun müddət imperiyalar tərkibində yaşayan Azərbaycan iqtisadiyyatının imkanlara görə zəif birtərəfli inkişafı nəticəsində onun ərazisinin başqa hissələrində yüksək tərəqqi daşıyıcıları olan iri şəhərlər sistemi demək olar ki, yaranmamışdır.  Təkcə Gəncə şəhərində bu inkişafın ilkin əlamətləri özünü göstərmişdir.

Hər hansı yüksək inkişaf etmiş ölkənin mükəmməl iqtisadi durumunun əlamətləri çoxdur. Onlardan iqtisadiyyatın hərtərəfli və səmərəli inkişafı, eləcə də ölkə ərazisinin əsas regionlarında məhsuldar qüvvələrin tarazlı və yüksək inkişafı bu cəhətdən çox vacibdir. Regionların tarazlı iqtisadi inkişafının düzgün istiqamətləndirilməsi zəruri olsa da, həm də xeyli mürəkkəbdir.  Regionların tarazlı iqtisadi inkişafı dedikdə, heç də əsas makroiqtisadi göstəricilərə görə (ÜDM-in, sənaye, kənd təsərrüfatı, tikinti məhsullarının və s.) xüsusi çəkilərinin eyniya yaxın olması, adambaşına miqdarı və başqa nisbi göstəriciləri nəzərdə tutulmur.  Əlbəttə, regionların tarazlı iqtisadi inkişaf mühitində müəyyən şərtlər daxilində bu göstəricilər üzrə kəskin fərqlər də olmamalıdır.  Bu tarazlıq hər şeydən əvvəl müvafıq regionların yerli resurslarından, başqa imkanlarından, əlverişli şəraitlərindən və xarici amillərin təsirindən düzgün və səmərəli istifadə edilməsi əsasında ərazilərin ümumi yüksək sosial-iqtisadi inkişafının təmin edilməsi və yerli problemlərin mümkün qədər öz gücü ilə həllinə nail olmasında ifadə olunur. Bu, özünü ilk növbədə yerli əhalinin məşğulluq əmsalının ən münasib səviyyədə yaxşılaşdırılmasında, onun rifahının yüksəldilməsində, məskunlaşdırılmasının səmərələşdirilməsində, yerli büdcənin əsasən öz imkanları hesabına formalaşmasında, respublikanın yerli tələbatının ödənilməsində, onun beynəlxalq əməkdaşlığının genişləndirilməsində fəal iştirakında və sairədə  göstərməlidir.

Hər bir iqtisadi regionun şəraitinə və imkanlarına uyğun inkişaf edən istehsal sahələri içərisində bütün hallarda sənayenin  genişmiqyaslı artımının təmin olunması həmişə mühüm yer tutur. Öz dinamikliyi, hər yerdə çoxsahəli iqtisadi inkişafı təmin edən amilləri özündə birləşdirən, istehsal sahələri arasında funksional əlaqələri yaratmaq keyfiyyəti bu sahəni ümumi sosial-iqtisadi tərəqqi təminatçısı şərti kimi dəyərləndirir. Qısa müstəqillik illərində ölkənin iqtisadi qüdrətini artırmaq üçün nəinki bütün respublikada, eyni zamanda onun ayrı-ayrı regionlarında sənaye potensialının genişləndirilməsi bünün əyani parlaq nümunəsidir. Ölkənin neft amilindən asılılığını azaltmaq məqsədilə son zamanlar respublikada qeyri-neft      sektorunun müxtəlif     sahələrinin      inkişafının sürətləndirilməsi hesabına Azərbaycanda sənayenin hərtərəfli artımı və regionların sosial-iqtisadi inkişafının qəbul edilən 2 Dövlət Pproqramı əsasında onlarda bütün infrastruktur sisteminin yenidən qurulması, müasirəşdirilməsi və genişləndirilməsi nəticəsində sənayenin inkişafı üçün münasib biznesinvestisiya mühitinin yaradılması öz müsbət nəticələrini müasir tələblər səviyyəsində verməkdədir. İndi bu fəxr doğuran hadisələrin gedişində regionlarda fəaliyyət göstərən 1079 sənaye müəssisəsinin (respublika ümumi sənaye müəssisələrinin 43 faizi) və onların istehsal həcmlərinin artırılması şəraiti xeyli genişləndirilmişdir. İlk növbədə Abşeron meqapolisinin hüdudlarından kənarda yerləşən regionlarda (işğal olunmuş əraziləri nəzərə almadan) əhalisi 50 mindən 100 min nəfərə qədər olan müvafiq ərazilərin mədəni-iqtisadi mərkəzləri (əyalət paytaxtları) funksiyasını yerinə yetirən 10 şəhərdə iqtisadi, xüsusən sənayenin geniş inkişaf zəminləri yaranmışdır.

Yerli şərait və imkanlardan, başqa əlverişli amillərdən səmərəli istifadə etməklə ölkənin daxili tələbatını və onun beynəlxalq əməkdaşlıq fəaliyyətini genişləndirmək məqsədilə zəruri sənaye sahələrinin iri müəssisələrinin bu şəhərlərdə yerləşdirilməsi regionların ümumi sosial-iqtisadi inkişafının həyata keçirilməsini daha da sürətləndirmək üçün çox vacibdir. Paytaxtla yanaşı, demək olar ki, regionun əsas hissələrində təşəkkül edilən məhəlli mədəni-iqtisadi mərkəzlər aqromerasiya prinsipi əsasında (əsas şəhərlə qarşılıqlı istehsal, sosial, mədəni sıx əlaqələri olan ətraf yaşayış məntəqələrinin qovuşması hesabına) vahid meqapolis mərkəzlərində yaranması prosesi baş vermişdir. Müvafiq regionların əsas mədəni-iqtisadi mərkəzləri (regional paytaxtları) həmin ərazilərin ümumi sosial-iqtisadi, o cümlədən məşğulluğun yüksəldilməsində, əhalinin rifahının yaxşılaşdırılmasında, onun səmərəli məskunlaşdırılmasında, yerli insanların mədəni-mənəvi və ruhi tələblərinin ödənilməsində müstəsna əhəmiyyətli rol oynayır.  Bununla da səbəbsiz miqrasiyalar, ayrı-ayrı regionlarda, xüsusən paytaxtdaonun ətrafında əhalinin həddən artıq sıxlığının qarşısı alınır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin gücləndirilməsi, xüsusən regionlarda onun potensialını daha da artırmaq məqsədilə müvafiq təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi üçün 2014-cü il respublikada “Sənaye ilielan edilmişonun gücləndirilməsi məqsədilə tədbirlər planı hazırlamağı İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılması bu sahədə böyük dönüş yaradılacağından xəbər verir. Bu istiqamətdə sənayenin inkişafı üzrə 2015-2020-ci illərdə Dövlət Proqramının hazırlaması barədə ölkə başçısının  verdiyi tapşırığın əhəmiyyətini xüsusi qeyd etmək lazımdır.

Sahibkarlıq   fəaliyyətinin   genişləndirilməsi   hesabına   məhz   iri   istehsal sahələrinin regionlarda yaradılması nəticəsində onlar arasında lazımi tarazlığın təmin edilməsindən gözlənilən faydanı qazanmaq imkanı hələ çox böyükdür. İri müəssisələrin ölkə iqtisadiyyatının inkişafında böyük əhəmiyyəti barədə respublika Prezidenti cənab İlham Əliyev dəfələrlə öz fikrini bildirmişdir. Ölkə başçısı həmçinin, qeyd etmişdir ki, böyük müəssisələrin mövcudluğu şəraitində kiçikorta şirkətlərin fəaliyyəti də çox uğurlu ola bilər.

Qeyd etmək lazımdır ki, qısa müstəqillik illərində Azərbaycan iqtisadiyyatının əldə etdiyi misilsiz nailiyyətlər nəticəsində istehsalın əsas sahələrində, xüsusən sənayedə iri müəssisələrin yaranması imkanları bu gün xeyli artmışdır. Bu cəhətdən ilk növbədə iqtisadiyyatın artım zəmini geniş və əlverişli olan regionların  hərtərəfli inkişafının əsas mərkəzləri olan ortaböyük şəhərlərin çox sürətli təşəkkül edən yaşayış mərkəzlərinin əhəmiyyəti xüsusilə əhəmiyyətlidir. Hazırda ölkədə belə geniş funksiyalı iqtisadi-mədəni mərkəz kimi fəaliyyət göstərən 10 şəhər (əyalət  paytaxtları) mövcuddur. Yüksək urbanizasiya əsasında inkişaf edən Abşeron iqtisadi regionunun hüdudlarından kənarda yerləşən belə şəhərin yaranması nəinki sosial-iqtisadi uğurun böyük yekunudur, eyni zamanda daha yüksək tərəqqinin çox etibarlı təminatıdır. Bu şəhərlərin inkişafı birinci növbədə Abşeron iqtisadi regionunda əhalinin əvvəlki illərdə nəzərə-çarpan yüksək və sürətli artımının qarşısının alınmasında özünü göstərir. Məsələn, 2012-ci ildə 2005-ci ilə nisbətən respublikada əhalinin 10 faizə qədər artmasına baxmayaraq, Abşeron iqtisadi regionunda onun miqdarı bu müddət ərzində ölkədəki xüsusi çəkisi əsasən sabit qalaraq, 28,1 faizlə 28,7 faiz arasında tərəddüd etmişdir. Bu cüzi artım da əsasən regionun özündə əhalinin yüksək təbii artımı hesabına əldə edilmişdir.

Respublikada müxtəlif zəngin təbii resursların olması, onun zəruri sənaye məhsullarına olan tələbatının daxili imkanlar hesabına təmin edilməsi, ölkənin ərzaq təhlükəsizliyinin həllində kənd təsərrüfatı xammalı emalı sənaye sahələrinin genişləndirilməsi, regionlarda məhsuldar qüvvələrin tarazlı inkişafı və ölkənin ixrac təyinatlı məhsulları imkanını artırmaqla onun beynəlxalq əməkdaşlığının daha da möhkəmləndirilməsi üçün ərazinin bütün hissələrində qeyri-neft sektoru sənayesinin müxtəlif sahələrinin artırılması amilləri hələ olduqca çoxdur. Bu vəzifələrin müstəqil Azərbaycanda ardıcıl həlli zamanın öz tələbidir.

İstehsalın təməl sahələrindən hesab edilən artıq əlvan metallurgiya kompleksinin respublikada yaradılması, Gəncədə nəhəng qara metallurgiya istehsalı tikintisinin tezliklə tamamlanması Azərbaycan iqtisadiyyatında, xüsusən onun regionlarında inqilaba bərabər dönüş yaradacaqdır. Hələlik 1400 nəfər işçinin çalışdığı Gəncə alüminium kompleksində hasil edilən müxtəlif yarımfabrikat məmulatlardan avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik kommunikasiya və digər sahələrdə geniş istifadə olunacaq və aparılan danışıqlar nəticəsində həmin məhsulların xaricə ixracı həyata keçiriləcəkdir. Azərbaycan iqtisadiyyatının əsaslı səmərələşməsi sahəsində eyni funksiyaları Gəncədə qara metallurgiya mərkəzi də yerinə yetirəcəkdir. Bu sənaye sahəsinin Azərbaycanın ümumi sənayesinin tərkibində öz layiqli yerini tapması ölkədə iqtisadiyyatın, o cümlədən onun maşınqayırma kimi mühüm istehsal sahəsinin şaxələnmiş inkişafına güclü təkan verəcəkdir. Bu gün müstəqil Azərbaycanın sərbəst və kənardan asılı olmayan iqtisadiyyatının inkişafı üçün ölkədə dəzgahqayırma, cihazqayırma, alətqayırma, müxtəlif kənd təsərrüfatı texnikası hasil edən istehsal sahələri, vaqonqayırma sənaye sahələrinin yaradılmasına və genişləndirilməsinə ehtiyacı vardır.  Əlbəttə, respublikada minikyük avtomobilləri, traktors. yığma istehsal sahələrinin yaradılması çox təqdirəlayiq hadisədir. Bu işdə qazanılan lazımi şərişdədən sonra, artıq onların ən zəruri ehtiyat hissələrinin özümüzdə hasil edilməsi ilə maşınqayırmanın mühüm istehsal sahəsinə çevrilməsi Azərbaycan iqtisadiyyatının mükəməlliyini daha da artırar. Bu baxımdan respublikada mühərriklər istehsalının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bütün ərazi hissələrində aralıq mövqe tutan regionların iri şəhərlərinin birində orta istehsal gücünə malik neftemalı zavodunun yaradılması öz aktuallığını saxlayır. Müstəqil ölkənin tələbatına uyğun pambıqçılığın, baramaçılığın və onların xammalını emal edən sənaye sahələrinin bərpası Azərbaycanda ənənəvi toxuculuqtikiş sənaye sahələrinin əvvəlki şöhrətini özünə qaytarar. Həm də nəzərə almaq lazımdır ki, toxuculuq Azərbaycanın ixrac məhsullarını artırmaq imkanı olan mühüm sənaye sahələrindəndir. Respublikanın böyük tələbatı— gön-dəri və ayaqqabı istehsalına da lazımı diqqət yetirilməsi tələb olunur.

Son 10 ildə Azərbaycanın sosial-iqtisadi inkişafına böyük uğurlar qazandıran qəbul edilmiş çoxlu sayda məqsədli dövlət proqramlarında nəzərdə tutulan güclü sənayeləşmə kursunun həyata keçirilməsində göstərilən istehsal sahələrinin inkişafının da əhəmiyyəti çox böyük olacaqdır.

Azərbaycan   Respublikası   regionlarının   sosial-iqtisadi    inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda öz yekun nitqində ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi: “.... son 10 il ərzində qarşıda duran vəzifələrin hamısı icra edilib. İki Dövlət proqramı artıqlaması ilə icra edilib. Bu, ölkəmizin inkişafına çox böyük dəstək olmuşdur. Əminəm ki, qəbul ediləcək növbəti—üçüncü proqram da vaxtında icra olunacaq və beləliklə, ölkəmizin uğurlu, dinamik inkişafı təmin ediləcəkdir”.

 

Asəf NADİROV,

akademik, Əməkdar elm xadimi.

Respublika.-2014.- 28 fevral.- S.7.