İctimai asayişin keşiyində

 

Ulu öndərimiz Heydər Əliyev 24 may 1998-ci ildə 2 iyulun Polis Günü elan edilməsi haqqında fərman imzalamışdı. Bu tarix təsadüfi seçilməmişdir. Belə ki, 1918-ci ilin 2 iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin ilk milli Daxili İşlər Nazirliyi təsis edilmişdir.

Azərbaycan polisi fəaliyyətinin 96-cı ildönümünü bu il də alnıaçıq, yüksək əhval-ruhiyyə ilə qeyd edir. Hər zaman olduğu kimi bu gün də Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparılır. Son dövrlər ölkəmizdə daxili işlər orqanları tərəfindən həyata keçirilən operativ əməliyyat və profilaktik tədbirlər nəticəsində cinayətlərin açılma faizi çoxalmış, respublika üzrə kriminogen vəziyyət xeyli sabitləşmişdir.

Artıq on altıncı ildir ki, ölkədə ictimai-siyasi sabitliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri olan şərəfli bir orqanın əməkdaşları özlərinin peşə bayramı gününü qeyd edirlər.

Əməkdaşımız polis günü ərəfəsində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmovla görüşüb söhbət etmişdir. O, peşə bayramı münasibətilə ürək sözlərini ifadə edərək demişdir:

 -Bugünkü sabit, iqtisadiyyatı sürətlə inkişaf edən qüdrətli Azərbaycan xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi siyasətin nəticəsində yaranmışdır. Həmin dövr polis orqanları üçün də əlamətdar hadisələrlə zəngin olmuş, bu orqanın müasir dünya standartlarına cavab verən yeni məzmun və formada təşəkkül tapması ilə səciyyələnmişdir. Bu dövrdə Azərbaycan polisinin keçdiyi şərəfli yol onun sıralarında xidmət edən yüksək mənəvi-əxlaqi və peşə keyfiyyətlərinə malik, öz işinə ürəkdən bağlı olan, müstəqil dövlətə sədaqətli, fədakar xidməti ilə seçilən hər bir zabit və hər bir sıravi polis nəfəri üçün tükənməz qüruriftixar mənbəyidir.

Ümummilli liderimiz Heydər Əliyev polis işçisinə xitabən deyirdi: “Polis, daxili işlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından, dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir. Hər bir Azərbaycan vətəndaşına xidmət edir”.

Bu gün Azərbaycan polisinin cinayətdarlıq və transmilli cinayətkarlığa qarşı mübarizədə əldə etdiyi nailiyyətlər ölkəmizin sərhədlərindən çox-çox uzaqlarda da dəyərləndirilir. Avropa Şurasının nümayəndələrindən birinin söylədiyi “biz elə bilirdik ki, Azərbaycana hansısa üçüncü dünya ölkələrinə gedirikpolisin fəaliyyəti ilə bağlı əlifbanı öyrətməyə başlayacağıq. Lakin əmin olduq ki, yanılmışıq. Biz Azərbaycan DİH-dən çox şey öyrənməli olduq fikirləri deyilənləri təsdiq edir.

Vurğulamaq lazımdır ki, DİH və onun strukturları vətəndaşların təhlükəsizliyi, hüquq və azadlıqlarını müdafiə edən mühüm bir struktura çevrilmişdir. Bunu bu gün Nizami Rayon Polis İdarəsinin timsalında da aydın hiss etmək olar. İdarənin əməkdaşları vətəndaşların hüquq azadlıqlarını qoruyan, dönməz ictimai-siyasi sabitliyin təminatçısı, cinayətkarlığa qarşı mübarizədə qəti sözünü deyən, dövlətə dövlətçiliyə sədaqət nümayiş etdirən bir qurumdur.

İdarəmizin kollektivi, həmişə olduğu kimi öz peşə bayramlarını yenə alnıaçıq, gülərüz uğurlu nəticələrlə qarşılayırlar.

Xalqa, Vətənə, vəzifə borclarına sədaqətin nəticəsidir ki, son üç ildə idarəmizdə qazanılan nailiyyətlər ümumilikdə ötən 10 ildəki nəticəni ötüb keçmişdir. Əlbəttə, bu gərgin əməyin, operativ əməliyyatların nəticəsidir.

Qeyd etmək lazımdır ki, paytaxtın Nizami rayonu Bakının kriminogen durum üzrə ən ağır əməliyyat şəraiti olan rayonlardan biridir. Məhz buna görə əməkdaşlarımız ölkəmizin uğurlu inkişafına nail olmaq üçün sabitliyin asayişin yüksək səviyyədə qorunmasına maksimum səy göstərir.

Polisin monolit qüvvəyə çevirilməsində bacarıqlı kadrlarla möhkəmləndirilməsində xüsusilə sistemdə şəffaflığın təmin olunmasında Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramin Usubovun böyük xidmətləri vardır.

Nizami polisinin fəaliyyətinin əhali tərəfindən müsbət qarşılanması da bunu təsdiqləyir.

Qeyd etmək lazımdır ki, 2014-cü ilin ötən aylarında cinayətlərin açılmasında, axtarışda olanların, itkin düşənlərin tapılmasında uğurlu nəticələrə imza atılmışdır.

Ümumiyyətlə cari ilin birinci yarısında Nizami rayonunda kriminogen durumu bütövlükdə nəzarətdə saxlamaq üçün ictimaiyyətin rolundan səmərəli istifadə edilmiş, cinayətə meyilli şəxslərin gündəlik fəaliyyətinə diqqət artırılmış, daxil olmuş ərizə, şikayət əməliyyat xarakterli məlumatların vaxtında yoxlanılması tam təmin edlərək cinayətkarlığa, hər cür hüquqa zidd hərəkətlərə qarşı mübarizə daha da kəsərli olmuşdur. Törədilə biləcək hər hansı xoşagəlməz neqativ hadisələrin qarşısını almaq məqsədilə tərəfimizdən yeni şəraitə uyğun qabaqlayıcı profilaktik tədbirlər görülmüşdür. Bunlar da öz növbəsində işimizin yekun nəticəsinə müsbət təsirini göstərmişdir.

Son vaxtlar Nizami Rayon Polis İdarəsində narkomaniyaya qarşı mübarizə sahəsində çox böyük işlər görülmüşdür. Keçirilmiş uğurlu əməliyyat nəticəsində ilin ötən 6 ayında 22 kiloqramdan artıq narkotik vasitə müsadirə edilmiş, açılma faizi 98 faiz təşkil etmiş, narkotik vasitə ilə məşğul olan cinayətkarlar yaxalanmış narkotik vasitələr dövriyyədən çıxarılmışdır.

Ötən 6 ay ərzində ağır cinayət törədib istintaqdan yayınan axtarışda olanların yerləri müəyyənləşdirilmiş bu aidiyyətli orqanlara göndərilmişdir.

İlin birinci yarısında 605 cinayət hadisəsi qeydə alınmış açılma 70 faizdən yuxarı təşkil etmişdir. Bu da Bakı şəhəri üzrə yüksək göstəricidir. Həmçinin axtarışda olan cinayətkarların tutulması 67,2 faiz olmuşdur.

2014-cü ilin ötən 6 ayı ərzində Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 15 cinayətkar qrup zərərsizləşdirilmiş, onlar tərəfindən törədilmiş 24 cinayət hadisəsinin üstü açılmış 32 nəfər şəxs tutularaq istintaqa təhvil verilmişdir.

Cari ilin birinci yarısında keçən ilin müvafiq dövrü ilə müqayisədə quldurluq, şəxsi əmlak oğrusu, mənzillərdə oğurluq, soyğunçuluq digər cinayətlərin aşkar olunmasında xeyli irəliləyişə nail olunmuş bir sözlə, əməkdaşlarımız ictimai asayişin keşiyində ayıq-sayıq dayanmışlar.

Yuxarıda qeyd olunmuş cinayət hadisələrinin üstünün açılması idarəmizin əməkdaşları ilə mühafizə idarəsi kollektivinin birgə əməyinin nəticəsidir. Belə ki, idarəmizin əməkdaşları mühafizçilərlə birlikdə rayon ərazisindəki obyektlərin mənzillərin qorunmasını diqqət mərkəzində saxlayırlar. Təbii ki, hər bir mənzil sahibinin mühafizə idarəsi ilə müqavilə bağlaması etibarlı mühafizəni təmin edir.

Polis idarəsinin əməkdaşları gənclərlə aparılan işə diqqət qayğı ilə yanaşırlar. Gənc polis əməkdaşları ilə aparılan Dövlət Gənclər siyasəti haqqındafərmanın tələblərinə uyğun şəkildə qurulmuşdur. Gənclərlə bağlı ulu öndərimiz Heydər Əliyevin fikrini xatırlamaq yerinə düşərdi: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir. Onlar bizim həm bu günümüz, həm gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlərlə baxırıq”...

Profilaktik işin ən effektli yollarından biri polisin əhali ilə sıx təmasda cəmiyyətin içində olması onun fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi, əhali arasında məqsədyönlü sistemli şəkildə maarifləndirmə təbirləri keçirməsidir.

Odur ki, idarəmizdə ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi sahəsində bütün lazımi işlər görülür.

Vurğulamaq lazımdır ki, rayon ərazisindəki ümumtəhsil məktəblərində şagirdlər arasında geniş aparılır, onlara tövsiyyə olunur ki, heç vaxt pis vərdişlərə qurşanmasınlar, fəal həyat mövqeyi tutsunlar, həmişə qəlbləri Vətən, Azərbaycan eşqi ilə döyünsün!

Bu gün ölkəmizdə hüquqi, demokratik islahatlar, milli dövlət quruculuğu prosesi dönməz daimi xarakter almışdır. Asayişin qorunması etibarlı əllərdədir. Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev Azərbaycan polisinin fəaliyyətini belə dəyərləndirir: “DİH Azərbaycanda çox mühüm işlər görübdür. Onların çox mühüm funksiyaları var. Azərbaycanda qanunun keşiyində duran qurumdur. Onlar öz vəzifə borclarını layiqincə yerinə yetirir, dövlətçiliyin keşiyində dururlar. Mən Azərbaycan polisini dəstəkləyirəm”.

DİH onun strukturları ölkədə ictimai-siyasi sabitliyin, vətəndaşların hüquq azadlıqlarının qorunması istiqamətində cinayətkarlığa qarşı mübarizədə məqsədyönlü aparır.

Bu gün Azərbaycan polisinin bütün şəxsi heyəti kimi biz öz bayramımızı böyük qürur hissi ilə qeyd edirik. Əməkdaşlarımız ictimai asayişin keşiyində, ayıq-sayıq dayanmışlar.

 

Söhbəti yazdı:

Qədir ASLAN,

Respublika.-2014.- 2 iyul.- S.8.