RESPUBLİKA İQTİSADİYYATININ DİNAMİK İNKİŞAFI SIĞORTA BAZARININ İNKİŞAFINA ZƏMİN YARADIR

 

Həyata keçirilən məqsədyönlü islahatlar, siyasi sabitliyin nəticəsidir ki, son illər ölkə iqtisadiyyatı dinamik inkişaf edir. Ümumi daxili məhsul istehsalı sənayedə olduğu kimi qeyri-neft sektorunda da ildən-ilə artmaqdadır.

Birinci rübün sosial-iqtisadi göstəriciləri yeni maliyyə ilinin uğurlu başlanğıcından xəbər verir və ölkə iqtisadiyyatının inkişafının sürətləndiyini təsdiqləyir. Ümumi daxili məhsul istehsalı 58,8 milyard manata çatmışdır.

Bütün sahələrdə olduğu kimi, ölkə iqtisadiyyatının vacib sahələrindən biri olan sığorta bazarı da ildən-ilə inkişaf edir. İqtisadiyyatın dinamik inkişafı sığorta bazarının inkişafına zəmin yaradır.

Sığorta bazarının daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi məqsədi ilə son illərdə müxtəlif qanunlar və qərarlar qəbul edilmişdir. Həyata keçirilən iqtisadi islahatlar qəbul edilmiş qanun və qərarlar nəticəsində respublikanın sığorta bazarında fəaliyyət göstərən 28 sığorta şirkəti tərəfindən 2012-ci ildə 342,5 milyon manat sığorta haqqı toplanmışdırsa, 2013-cü ildə 405,7 milyon manatyaxud keçən ildən 63,2 milyon çox sığorta haqqı toplanmışdır.

Daxil olmuş sığorta haqlarının payı da ümumi məhsul istehsalında ildən-ilə artmaqla davam edir, belə ki, 2009-cu ildə sığorta haqlarının ümumi daxili məhsul istehsalındakı payı 0,46 faiz təşkil edirdisə, 2013-cü ildə 0,70 faizyaxud 0,24 faiz çox olmuşdur.

Adambaşına düşən sığorta haqlarının da məbləği əvvəlki illərə nisbətən 2,3 dəfə artmışdır. Belə ki, 2009-cu ildə adambaşına düşən sığorta haqlarının məbləği 18 manat 36 qəpik olmuşdursa, 2013-cu ildə 43 manat 36 qəpik və ya 29 manat çox olmuşdur.

Sığorta bazarının fəal iştirakçısı olan Dövlət Sığorta Şirkəti əlverişli imkanlardan istifadə edərək 2013-cü ildə 41,0 mln. manat sığorta haqqı toplamışdır ki, bu da 2012-ci ildə daxil olan sığorta haqqından 6,4 mln. manat çox olmaqla respublika sığorta bazarının iştirakçıları olan şirkətlər tərəfindən toplanan sığorta haqlarının 10,5 faizini təşkil edir. Şirkət cari ilin birinci rübündə 8037,1 min manat sığorta haqqı toplanmasına nail olmuşdur ki, bu ötən ilin müvafıq dövrü ilə müqayisədə 407,7 min manat çoxdur.

Şirkətin fəaliyyəti sığortaçılar və kütləvi informasiya vasitələri tərəfindən yüksək qiymətləndirilərək sığorta şirkətləri arasında bir neçə ilİlin Şirkəti” mükafatına layiq görülmüşdür. Bu, şirkətin çoxsaylı kollektivini daha yüksək nailiyyətlər qazanmağa istiqamətləndirir, onları əzmlə çalışmağa, sığortalılara daha dolğun və önəmli xidmət göstərməyə sövq edir.

Qeyd olunduğu kimi, respublikada iqtisadiyyatın inkişafı, əhalinin pul gəlirlərinin artımı şəhər və kəndlərdə müasir tipli, hər cür şəraiti olan yaşayış evlərinin, mənzillərin və müxtəlif qeyri-yaşayış binalarının tikilməsinə şərait yaratmışdır. Lakin baş verən təbii fəlakətlər, yanğınlar, zəlzələ, sel-suların daşqını və sair gözlənilməz hadisələr nəticəsində vətəndaşlara məxsus yaşayış evlərinə, mənzillərə və qeyri-yaşayış binalarına böyük məbləğdə zərər dəyir.

Dövlət Sığorta Şirkəti tərəfindən respublikanın bütün şəhər və rayonlarında hüquqi və fıziki şəxslər arasında sığortanın əhəmiyyəti, onun səmərəliliyi barədə, televiziya, radio və kütləvi informasiya vasitəsilə təbliğat işləri aparılır ki, yanğın, zəlzələ, daşqın, sel və digər təbii fəlakətlər nəticəsində yalnız sığorta olunmuş daşınmaz əmlaka dəyən zərərin sığorta şirkəti tərəfindən ödənilməsi təmin edilir. Aparılan təbliğat, təşviqat işlərinə baxmayaraq, əvvəllər əhalinin istifadəsində olan daşınmaz əmlak könüllü qaydada sığorta ilə tam əhatə olunmurdu. Ona görə də baş verən sığorta hadisələri zamanı əmlak sahiblərinə dəyən zərərlərin ödənilməsində problemlər yaranırdı. Belə hallarda dövlət məcburiyyət qarşısında qalıb öz vətəndaşlarına dövlət büdcəsindən ayrılan vəsait hesabına yardım verilməsini və ya yeni yaşayış evlərinin tikintisini öz üzərinə götürür. Bu da əlavə büdcə vəsaitinin xərclənməsinə səbəb olurdu.

Məlum olduğu kimi, 2010-cu ilin may-iyun aylarında Kür-Araz çaylarında suyun səviyyəsinin artması ilə əlaqədar olaraq baş vermiş daşqınlar nəticəsində Sabirabad, Saatlı, Kürdəmir, İmişli, Hacıqabul rayonlarında və Şirvan şəhərində ictimai binalaraçoxlu sayda yaşayış evlərinə ciddi zərər dəymiş, yaşayış üçün yararsız hala düşmüşdür. Yaşayış evlərinin vəziyyəti yoxlanarkən müəyyən edilmişdir ki, evlərin heç biri könüllü sığorta olunmamışdır. Ona görə dəyən zərərlərin ödənilməsini dövlət öz üzərinə götürdü. Büdcədən və Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına vətəndaşlara dəyən zərərə görə yardım ödənildi və yeni yaşayış evləri tikildi. Bu kömək bu gündavam etdirilir. Şabirabad, Hacıqabul rayonlarında yeni tikilmiş yaşayış evlərinin vətəndaşlara təqdimatı zamanı ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bildirmişdir ki, təbii hadisələr nəticəsində vətəndaşlara dəyən zərərlər beynəlxalq aləmdə sığorta şirkətləri tərəfindən ödənilir. Lakin bizdə vətəndaşların evləri sığorta olunmadığından bütün xərcləri dövlət öz üzərinə götürdüçox qısa bir zamanda əhalinin tələbatı ödənildi.

Dəyən zərərlərin ödənilməsinə təminat yaratmaq üçün Prezidentin təşəbbüsü ilə 24 iyun 2011-ci il tarixdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu özündə 4 mühüm icbari sığorta növünü - “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətin icbari sığortası” və “Sərnişinlərin icbari sığortası”nı əhatə edir.

Daşınmaz əmlakın icbari sığortası haqqında Qanunda yanğın, zəlzələ və digər təbii fəlakətlər nəticəsində zədələnməsi, məhv olması, yaxud qanunda nəzərdə tutulmuş hər hansı bir hadisə ilə bağlı dəyən zərərin ödənilməsi təmin edilir. Bu Qanuna əsasən hüquqifiziki şəxslərə məxsus yaşayış və qeyri-yaşayış binaları, mənzilləri, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən dövlət əmlakı icbari qaydada sığortaya cəlb olunur.

İcbari sığortalar haqqında” Qanunun 75-ci maddəsinə və bu Qanunun tətbiq edilməsinə dair respublika Prezidentinin 15 sentyabr 2011-ci il tarixli fərmanının 4.4. bəndinə əsasən yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına nəzarət yerli icra hakimiyyəti orqanlarına həvalə edilmişdir. Bununla əlaqədar Şirkətin İdarə Heyəti adından rayon, şəhər icra başçılarına müraciət olunmuşdur ki, yerlərdə vətəndaşlara məxsus yaşayış evlərinin, mənzillərin icbari qaydada sığorta olunmasında Dövlət Sığorta Şirkətinin rayon və şəhərlərdə fəaliyyət göstərən filiallarına köməklik göstərsinlər. Bir sıra rayon icra başçıları qeyd olunan qanun və fərmanın icrasını, şirkətin müraciətini nəzərə alıb sığorta işçilərinə köməklik göstərmişlər. Əksər rayon və şəhər icra başçıları bu işə lazımi səviyyədə əhəmiyyət verməmişlər.

Bu səbəbdən də 2013-cü ildə Dövlət Sığorta Şirkəti tərəfindən 65587 yaşayış evi və mənzil sığorta olunmaqla 2449,1 min manat sığorta haqqı toplanmasına nail olunmuşdur. Qeyd olunan dövrdə qanunda nəzərdə tutulmuş sığorta hadisələri nəticəsində zərərçəkmiş əmlak sahiblərinə 542,3 min manat sığorta ödənişi verilmişdir.

İldən-ilə inkişaf edən respublika iqtisadiyyatı bütün sahələrdə olduğu kimi əhalinin maddi rifah halının yüksəlməsi, pul gəlirlərinin artmasına, vətəndaşların avtomobilə olan ehtiyaclarının ödənilməsinə zəmin yaradır. Yol infrastrukturunun təkmilləşməsi və texniki təhlükəsizliyə qarşı tədbirlər görülməsinə baxmayaraq, yol-nəqliyyat hadisələrinin qarşısının alınması qeyri-mümkündür. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli qanununda ümumi sığorta məbləği 5 min manat nəzərdə tutulmuşdur ki, bu da yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobil sahiblərinin tələbatını ödəyirdi. Respublika Prezidentinin təşəbbüsü ilə 24 iyun 2011-ci il tarixdə qəbul edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında” Qanunda ümumi məsuliyyət məbləği 55 min manat, o cümlədən əmlaka dəyən zərər üzrə 5 min manat, səhhətə dəyən zərərə görə 1 nəfərə 5000 manat hesabı ilə cəmi 50 min manat müəyyən edilmişdir. Bu qanunda yol nəqliyyat hadisəsi zamanı zərər çəkən avtomobil sahiblərinin tələbi əsasən ödənilir. Həmin qanun qəbul edildikdən sonra Dövlət Sığorta Şirkəti tərəfindən bu növ sığorta üzrə 2013-cü ildə 7798,5 min manat, yəni 2012-ci ilə nisbətən 1040,1 min manat çox sığorta haqqı toplanmışdır, Eyni zamanda bu növ sığorta üzrə 2012-ci ildə 1139,7 min manat sığorta ödənişi verilmişdirsə, 2013-cü ildə 3425,3 min manatyaxud 2285,5 min manat çox sığorta ödənişi verilmişdir.

Göründüyü kimi, respublika üzrə qeydiyyatdan keçmiş avtomobillərin də çox az hissəsi sığortaya cəlb olunmuşdur. Avtomobillərin icbari sığortaya cəlb olunmasında DYP-nin və digər təşkilatların köməyinə ehtiyac vardır.

Kənd təsərrüfatı məhsullarının istehsalı iqtisadiyyatın çox vacibstrateji sahələrindən biridir. Kənd təsərrüfatının inkişaf etdirilməsi iqtisadiyyatın prioritet sahəsidir. Məlum olduğu kimi, kənd təsərrüfatı bitkiləri müxtəlif təbii fəlakətlər, şaxta, yanğın və sair hadisələr nəticəsində tam məhv olurya qismən zədələnir ki, bu da məhsul itkisinə səbəb olur. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlərə və sahibkarlara qeyd olunan hadisələr nəticəsində dəyən zərərlərin ödənilməsinə təminatı yalnız əmlakın sığortalanma vasitəsilə həyata keçirmək olar.

Payızlıq dənli bitkilərin, dən üçün qarğıdalı, dən üçün günəbaxan, kartof, şəkər çuğunduru, meyvə bağları, sitrus bitkilərinin məhsulunu sığorta etdirsə, hesablanmış sığorta haqqının 50 faizi dövlət büdcəsi vəsaiti hesabına ödənilir. Zərər dəydikdə isə dəymiş zərər tam təsərrüfata ödənilir.

Çox təəssüflə qeyd edim ki, fermer təsərrüfatları bu imkandan istifadə etmirlər. Təbii fəlakət baş verdikdə, məhsul məhv olduqda isə respublikanın ali orqanlarına kömək üçün müraciət edirlər.

Bu qanunla hüquqifiziki şəxslərə məxsus bütün növ avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası məcburidir. Ölkənin mövcud iqtisadiyyatı və qüvvədə olan normativ-hüquqi aktlar sığorta bazarının beynəlxalq standartlara uyğun inkişafına öz müsbət təsirini göstərir.

Şirkətdə Kompyuterləşdirmə və informasiyaların elektron idarə edilməsi proqramı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” tələblərinə uyğun işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində son illər respublikada aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılmış və iqtisadi artımın davamlığı təmin edilmişdir.

Respublika Prezidenti cənab İlham Əliyevin Sahibkarlığın İnkişafı, xüsusilə də İnformasiya Texnologiyaları və telekommunikasiya sahəsinin inkişaf etdirilməsi ilə bağlı 2011-ci il 23 may tarixli 429 nömrəli Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” və 2012-ci il 19 iyul tarixli “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmanlarının icrasına əsaslanaraq şirkət özünün veb-saytını yaratmış, elektron poçt xidmətləri qurmuş, şirkətin 81 filialı üçün fərdi elektron poçt xidmətləri yaradılmış və şirkətin Veb Servis xidmətindən istifadə edərək fasiləsiz və təhlükəsiz elektron poçtelektron informasiya mübadiləsi təşkil edilmişdir.

Elektron hökumətin” formalaşdırılması və “Elektron Ticarətin” qurulması proqramı tələblərinə uyğun şirkətimiz tərəfindən bir sıra geniş tədbirlər təşkil edilmişdir. Sığorta müqavilələrinin idarə edilməsi, elektron daxil edilməsi və mühasibatlığın müasir tələblərə uyğun qurulması üçün “1C Müəsissə” və “1C Mühasibatlıq” proqramları şirkət tərəfindən hazırlanmış və tətbiq edilmişdir ki, bu da uçot və hesabatların vaxtında tərtib edilməsinə təminat yaratmışdır.

İcbari sığortalar haqqında” qanunun tələblərinə uyğun olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin, daşınmaz əmlak və daşınmaz əmlakın istismarının mülki məsuliyyəti icbari sığorta müqavilələrinə daxil edilməsi üçün icbari Sığorta Bürosunun (İSB) təkliflərinə uyğun olaraq sığorta şəhadətnamələrin elektron formada daxil edilməsi və müştərilərə SMS vasitəsi ilə təsdiqinin çatdırılması işləri yerinə yetrilmişdir ki, bununla da sığorta müqavilələrinin vaxtında bərpa olunması, sığortalılara xidmət səviyyəsi yüksəlmişdir. Filiallarla şirkət arasında informasiya mübadiləsi əvvəlki dövrlərə nisbətən sürətlənmişdir.

Hazırda “2013-2015-ci illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın layihəsi çərçivəsində şirkətimiz tərəfindən bütün sahələrin elektron formada reallaşması işi həyata keçirilir. Fərdi məlumatların saxlanılması üçün proqramlar yazılır və filiallarında çalışan işçilər üçün İnformasiya Texnologiyalarından səmərəli və məqsədli istifadə etmək üçün kurslar təşkil edilmişdir. Bu məqsədlə bir sıra xarici ölkələrlə bu sahənin inkişaf etdirilməsi üçün müvafiq informasiya texnologiyaları sahəsində bilik və hazırlıq təcrübələri keçirilmişdir.

Şirkətimiz sığorta xidmətlərini və idarəetməni beynəlxalq tələblərə uyğun təşkil etdiyinə, xidmət keyfiyyətinin yüksəldilməsinə və təkmilləşdirilməsinə görə Beynəlxalq İSO 9001 keyfiyyət sertifikatını almışdır.

Şirkətimiz öz fəaliyyətini “Sığorta fəaliyyəti haqqında” Qanunun, Mülki Məcəllənin və digər normativ-hüquqi aktların tələbinə uyğun qurmuşdur. Respublikanın bütün şəhər və rayonlarında hazırda şirkətin 81 filialı fəaliyyət göstərir və bu filiallarda 513 nəfər mütəxəssis çalışır.

Mən əminəm ki, bu peşəkar mütəxəssislər — sığortaçılar ölkə iqtisadiyyatının dinamik inkişafı üçün öz vəzifə borclarını layiqincə yerinə yetirəcək, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaşların rifahının daha da yaxşılaşdırılması naminə qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə bundan sonra da öz layiqli töhfələrini verəcəklər.

 

Məmməd MƏmmƏdov,

Azərbaycan Respublikası Dövlət Sığorta Şirkətinin sədri,

respublikanın əməkdar iqtisadçısı.

Respublika.-2014.- 2 iyul.- S.10.