EroziyaSuvarma İnstitutu

 

Respublikamız müstəqillik əldə etdikdən sonra qeyri-neft sektoru ilə yanaşı aqrar sahənin inkişafı da böyük əhəmiyyət kəsb edir. Lakin kənd təsərrüfatı bitkilərinin inkişafına, onlardan yüksək və keyfiyyətli məhsul almağa maneçilik törədən amillərdən biri də torpaqların təbii və antropogen amillərin təsirindən eroziyaya uğramasıdır. Eroziya prosesi torpaqların münbitliyinin azalmasına və son nəticədə onların tamamilə sıradan çıxaraq dağılmasına səbəb olur. Demək olar ki, hazırda respublika ərazisinin 3743,5 min hektarı və ya 43,3 faizi buya digər dərəcədə eroziyaya uğramışdır. Yalnız eroziya prosesinə qarşı təsərrüfat-təşkili, aqrotexniki, meliorasiyahidrotexniki tədbirlər hazırlamaqla kənd təsərrüfatı ərazilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək mümkündür.

Elə bu səbəbdən 1949-cu il noyabrın 12-də Azərbaycan Respublikası Mərkəzi Komitəsi və Nazirlər Soveti meşə zolaqlarının mühüm xalq təsərrüfatı əhəmiyyəti və torpaq eroziyasına qarşı mübarizə tədbirlərinin öyrənilməsi və hazırlanması ilə əlaqədar işlərin gücləndirilməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi nəzdində Elmi-Tədqiqat Torpaq Eroziya Stansiyasının yaradılması haqqında qərar qəbul etmişdir. Bu qərara əsasən stansiya 1950-ci il yanvarın 1-dən fəaliyyətə başladı. Stansiyanın qarşısında eroziyanın, onun növlərinin intensivliyinineroziyaya uğramış torpaqların yayılma, həmçinin su axınının və yuyulma xarakterinin istər ekspedisiya, istərsə də stasionar şəraitdə öyrənilməsi və üzə çıxarılması məsələləri dururdu. Bundan başqa, stansiya su və külək eroziyasının qarşısının alınması üçün tədbirlərin hazırlanması işləri ilə də intensiv məşğul olmalı idi.

Etiologiyanın, eroziya proseslərinin başvermə səbəblərinin öyrənilməsi ilə əlaqədar elmi tədqiqat işlərinin geniş surətdə aparılması üçün 1950-ci ildə stansiya Azərbaycan Respublikası Elmlər Akademiyasının tərkibinə keçirilmişdir. 1961-ci ildə elmi tədqiqat işlərinin daha da genişləndirilməsi ilə əlaqədar olaraq Torpaq Eroziya Stansiyası (TES) Elmi-Tədqiqat Eroziya Bölməsi (ETEB) kimi yenidən qurulmuş və 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibinə daxil edilmişdi. Sonralar Elmi-Tədqiqat Eroziya Bölməsi—Aqroekologiya Elm Mərkəzi, EroziyaSuvarma Elm-İstehsalat Mərkəzi və Azərbaycan Elmi-Tədqiqat EroziyaSuvarma İnstitutunun əsas bazası olmuşdu.

EroziyaSuvarma İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 27 oktyabr 1997-ci il tarixli 292 saylı əmrinə əsasən “AqroekologiyaElm Mərkəzi və “İmpulsElm-İstehsalat Birliyinin birləşdirilmiş bazasında yaradılmışdır. 2000-ci ildə Azərbaycan Elmi-Tədqiqat EroziyaSuvarma İnstitutunun yaranmasının 50 illiyinə həsr olunmuş “Azərbaycanda EroziyaSuvarma probleminin öyrənilməsi və torpaqların mühafizəsi” mövzusunda konfrans keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 oktyabr 2011-ci il tarixli 1766 ¹-li Sərəncamı ilə Azərbaycan Elmi-Tədqiqat EroziyaSuvarma İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyinə verilmişdir.

İnstitut torpaqların səmərəli şəkildə istifadəsi, eroziyadan mühafizəsi, pozulmuş torpaqların münbitliyinin bərpası, mütərəqqi üsullarla suvarma texnologiyalarının işlənib hazırlanması, bu sahədə suya qənaət edən texniki sistemlərin yaradılması, kütləvi istehsalı və istehsalatda tətbiqi, elmi-tədqiqat, təcrübi-konstruktor, layihə-axtarış, texnoloji-sınaq və istehsalat işlərinin nəticəsi olaraq kənd təsərrüfatı istehsalının inkişaf perspektivlərini müəyyənləşdirən elmi-nəzəri konsepsiyaların hazırlanmasında fəal iştirak edir.

Fəaliyyəti dövründə EroziyaSuvarma İnstitutunun elmi-tədqiqat işləri əsasən Azərbaycanda eroziyanın öyrənilməsi və onun yayıldığı ərazilərin müəyyənləşdirilməsi; eroziyaya uğramış yamacların istifadə yolları və torpaq eroziyasına qarşı elmi cəhətdən əsaslandırılmış aqrotexniki mübarizə üsullarının hazırlanması; qumların və eroziyaya uğramış yamacların bərkidilməsi üçün fitomeliorativ üsulların hazırlanması və eroziyaya uğramış torpaqların münbitliyinin artırılması üçün elmi əsasların öyrənilməsi və hazırlanması istiqamətində problem məsələlərlə məşğul olmuşdur.

Eroziyanın və onun inkişafetmə intensivliyinin öyrənilməsi əsasında hər bir torpaq-bitki zonası üçün elmi cəhətdən əsaslandırılmış zonal tədbirlər hazırlanmış, yamacların mühafizəsini, yüksək və keyfiyyətli məhsulun əldə edilməsini, örüşyay otlaqlarının məhsuldarlığının artırılmasını, meşələrin susaxlayıcı və torpaqqoruyucu rolunun artırılmasını təmin edən kompleks tədbirlərin həyat keçirilməsi istiqamətində işlər yerinə yetirilmişdir. Əgər 1952-ci ilə qədər eroziyanın öyrənilməsi pərakəndə xarakter daşıyırdısa, artıq göstərilən dövrdən başlayaraq bu problemin öyrənilməsinə və ona qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə kompleks şəkildə baxılmağa başlandı. Bu dövrdə institutun əməkdaşları tərəfindən kompleks aqrotexnikifitomeliorativ tədbirlər, həmçinin eroziyaya uğramış torpaqların münbitliyinin artırılması yolları öyrənilmiş və eroziyaya qarşı kompleks mübarizə tədbirləri işlənib hazırlanmışdır. Bundan başqa, hər il xüsusi torpaq-eroziya ekspedisiyası təşkil edilərək ayrı-ayrı çay hövzələrində və inzibati rayonlarda 1:100000 və 1:200000 miqyasında tədqiqatlar aparılmışdır. Qeyd etmək lazımdır ki, kiçik ərazilərdə irimiqyaslı (1:25000 və 1:50000) torpaq-eroziya tədqiqatları aparılaraq həmin ərazilərin eroziyaya uğramış torpaqları müəyyənləşdirilmişdir.

Əvvəllər fəaliyyət göstərən Eroziya Bölməsinin xəritəçilik laboratoriyasının əməkdaşları tərəfindən 1982-ci ildə 1:1000000 miqyasında Naxçıvan Muxtar Respublikasının torpaq-eroziya xəritəsi tərtib edilmişdir. Sonralar K.Ə.Ələkbərov, Ə.Ə.İbrahimov, Q.H.Həsənov tərəfindən Azərbaycanın torpaq-eroziya xəritəsi tərtib olunmuşdur.

Xəritəçilik və eroziya proseslərinin dinamikası laboratoriyasının tədqiqatları nəticəsində bir çox rayonlarda, çay hövzələrində eroziyanın intensivliyionun növlərinin yayılması müəyyənləşdirilmiş, torpaqlar eroziyaya uğrama dərəcəsinə görə ayrılmış və xəritələşdirilmişdir. Bundan başqa, eroziyaya məruz qalmış torpaqların sahəsi hesablanmışdır ki, bu da rayonların və təsərrüfatların torpaq ehtiyatlarının siyahıya alınması, həmçinin eroziyaya qarşı tədbirlər kompleksinin layihələşdirilməsi üçün zəruridir. Eyni zamanda səthin mailliyi, yarğan-qobu şəbəkəsi və məhəlli eroziya bazisinin dərinlik xəritələri tərtib edilmişdir. Hazırda həm eroziyanın potensial mümkünlüyünün izah edilməsi, həm də eroziyaya qarşı tədbirlər kompleksinin layihələşdirilməsi üçün bu xəritələrdən istifadə olunur.

Göstərilən tədqiqatlarla yanaşı, yamacların meyilliyinin, uzunluğunun, baxarlılığının və formalarının səthi eroziyanın intensivliyinə təsiri, həmçinin müxtəlif torpaq-bitki zonalarında yarğanların böyümə dinamikası öyrənilmişdir.

Çöl-torpaq eroziya tədqiqatlarının aparılması zamanı ayrı-ayrı kənd təsərrüfatı bitkiləri altında eroziya proseslərinin intensivliyinin öyrənilməsinə böyük diqqət verilmişdir.

Azərbaycanda külək eroziyası ilə əlaqədar olaraq Eroziya Bölməsinin xəritəçilik və eroziya proseslərinin dinamikası laboratoriyasının əməkdaşları tərəfindən külək eroziyasının başvermə səbəbləri və inkişafetmə xarakteri öyrənilmiş, deflyasiyaya (sovrulmaya) məruz qalmış ərazilər müəyyənləşdirilmiş, hərəkət edən qumların bərkidilməsi üçün müxtəlif polimerlərdən (k-4) istifadə edilməsi sınaqdan keçirilmişdir.

1959-cu ildə Böyük Qafqazın cənub yamacında sel təhlükəsi olan çay hövzələrinin birində (Kişçay hövzəsində) eroziyasel hadisələrinin öyrənilməsi ilə əlaqədar tədqiqat işləri geniş vüsət alır. Azərbaycan Elmlər Akademiyası tərəfindən geoloji, geomorfoloji, iqlim, hidrolojigeobotaniki tədqiqatlar aparmaq üçün xüsusi kompleks ekspedisiya təşkil olunur. Bu ekspedisiyanın tərkibinə torpaq-eroziya dəstəsi də daxil edilmiş və həmin dəstə ətraflı eroziya tədqiqatları apararaq, torpaq eroziyasına qarşı mübarizə aparmaq üçün zonal tədbirlər görməyi tövsiyə edir. 1960-1961-ci illərdə bu tədqiqatlar Böyük Qafqazın cənub yamacının artıq bütün regionlarını əhatə edirdi.

Yuxarda qeyd olunanlarla yanaşı Eroziya Bölməsinin xəritəçilik və eroziya proseslərinin dinamikası laboratoriyasının əməkdaşları tərəfindən ekspedisiya şəraitində süni yağışyağdırma yolu ilə stasionar axın meydançasında səthi su axını və torpaqların yuyulması öyrənilmişdir. Bundan başqa, lizimetr və digər üsullardan istifadə etməklə torpaqdaxili axının öyrənilməsi ilə əlaqədar tədqiqatlar aparılmışdı.

Əvvəllər Eroziya bölməsi, sonradan isə EroziyaSuvarma İnstitutu kimi keçdiyi 27 illik bu fəaliyyət dövrü ərzində məlum istiqamətdə, müasir tələblərə cavab verən və həm də konkret olaraq respublikanın təbii-təsərrüfat, iqlim, torpaq və təbii-coğrafi şəraiti nəzərə alınmaqla, mövcud su qıtlığı şəraitində kənd təsərrüfatı bitkilərinin və əsasən də onların vegetasiya dövründə suvarma suyu ilə təmin olunması məqsədilə mütərəqqi suya qənaət edən suvarma sistemləri işlənib yaradılmış, istehsal şəraitində sınaqdan çıxarılaraq genişmiqyaslı tətbiqə tövsiyə olunmuşdur.

Qeyd olunan bu azintensivli mütərəqqi suvarma sistemlərinə damcılama, impulslu yağışyağdırma, sinxron impulslu yağışyağdırma, avtorəqsli impulslu yağışyağdırma, avtorəqsli impulslu damcılama, mikroyağışyağdırma, aerozol çiləmə, kombinə olunmuş mikroyağışyağdırma, koromıslo tipli toxunan təsirli mikroyağışyağdırma, paylayıcılı miroyağışyağdırma, distansion avtomatlaşdırılmış idarə olunan avtorəqsli impulslu yağışyağdırma və s. digər çoxsaylı konstruksiyalar aiddir.

Məlum məqsədlə respublikada suvarma əkinçili ərazi torpaqlarının mütərəqqi suvarma texnika və texnologiyası üzrə rayonlaşdırılması işləri aparılmış və uyğun elmi-metodik xəritələr işlənilib hazırlanmışdır.

İnstitutda həyata keçirilən məqsədyönlü bu tədqiqat işlərinin tətbiqi nəticəsində ətraf mühitin ekoloji tarazlığının qorunub saxlanılması şərti ilə suvarma suyuna 2 dəfəyə yaxın qənaət olunmaqla yanaşı, becərilən bitki məhsuldarlığının 30-50 faiz artırılmasına nail olunduğu əyani sübutlarla təsdiq tapmışdır.

EroziyaSuvarma İnstitutunda 3 mindən çox elmi , 80-dən çox monoqrafiyakitab, 30 metodiki göstəriş və s. hazırlanmışdır.

Qarşıya qoyulmuş məsələlərin həll olunması məqsədilə EroziyaSuvarma İnstitutunun tərkibində əsas struktur hissələri kimi: Torpaqların eroziyası laboratoriyası; Eroziyalı torpaqların mənimsənilməsi və aqrokimyası laboratoriyası; Eroziyaya qarşı mühəndis-meliorativ sistemlər laboratoriyası; Suvarma texnikası və texnologiyası laboratoriyası; Suvarma texnikasının işlənməsi, quraşdırılması və istismarı laboratoriyası; Suvarılan torpaqların meliorasiyası və ekologiyası laboratoriyası; Ümumiləşdirilmiş bitki, sutorpaq analizi laboratoriyası və Elmin təşkili və informasiya şöbələri fəaliyyət göstərir ki, bu şöbə və laboratoriyalar qarşıya qoyulan elmi məsələlərin həll olunması istiqamətində tədqiqatlar yerinə yetirir.

İnstitutda 134 işçi çalışır, onlardan 128-i institutda, qalan 6 nəfəri Şamaxı rayonunda yerləşmiş təcrübə bazasında çalışır. Bu əməkdaşlardan 3-ü elmlər doktoru, 28-i isə fəlsəfə doktorlarıdır.

İnstitut 2013-cü ildə Azərbaycanda torpaq ehtiyatlarının mühafizəsi və meliorasiyasuvarma üsullarının təkmilləşdirilməsi problemləri üzrə 8 mövzu, 11 , 11 mərhələ üzrə elmi tədqiqat işləri yerinə yetirmişdir. tədqiqatların nəticəsi olaraq ilk dəfə müasir LİSEM (Limburg Soil Erosion Model) modelindən istifadə olunmaqla İsmayıllı rayonunun şərq hissəsində yerləşən və hövzəsinin sahəsi 37 kv.km olan Mücüçay hövzəsi üçün torpaq eroziyasının fiziki modeli hazırlanmış və bu model əsasında hövzənin mövcudpotensial rəqəmsal eroziya xəritələri tərtib olunmuşdur. Həmçinin hazırda müasir texnologiyalardan istifadə etməklə ilk dəfə Ağsu rayonu üçün aktualpotensial eroziya təhlükəlik xəritələri işlənmişdir. Hazırlanmış aktualpotensial eroziya təhlükəlik xəritələri gələcəkdə baş verə biləcək proseslərin qarşısını almaq məqsədilə qabaqcadan müxtəlif aqrotexniki, aqromeliorativaqroekoloji tədbirlər planının gecikmədən işlənilib hazırlanmasına imkan verir.

Böyük Qafqazın Azərbaycan hissəsində eroziya prosesinin qarşısını alan fəaliyyətlərin optimallaşdırılması məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin köməkliyi ilə birinci mərhələ kimi buraya daxil olan rayonların torpaq xəritələri rəqəmsallaşdırılmışdır. Sonrakı mərhələdə mövcudpotensial eroziya xəritələrinin tərtibi nəzərdə tutulur.

Xüsusilə dağlıq bölgələrdə yerləşən Şamaxı, İsmayıllı və Qobustan rayonlarında aparılmış tədqiqatların əsas məqsədi eroziyaya məruz qalmış ərazilərdə eroziya prosesinin qarşısını almaq, torpağın mineral qatının səthi yuyulmasının səngidilməsi, maye və həm də sülb axımının aşağı salınması, torpağın münbitliyinin artırılması və ərazidə əkilən kənd təsərrüfatı bitkilərinin boyinkişaf parametrlərini yaxşılaşdıraraq onların məhsuldarlığının artırılmasına nail olunmuşdur.

Lənkəran rayonunda eroziya prosesinin mövcud vəziyyətinin araşdırılması və eroziyaya qarşı kompleks mübarizə tədbirlərinin işlənib hazırlanması və təsərrüfat sahələrində tətbiqi məqsədilə tədqiqatlar aparılmışdır. Həmçinin Astara rayonunda suvarılan torpaqlarda irriqasiya eroziyasına qarşı mübarizə məqsədilə bu eroziya növünün yaranma səbəbləri və inkişaf amilləri tədqiq edilib öyrənilmiş və ona qarşı mübarizə, onun inkişaf sürətinin səngidilməsi məqsədli tətbiqə tövsiyə olunacaq, kompleks tədbirlər işlənmiş, istehsalat şəraiti üçün elmi tövsiyələr işlənib hazırlanmışdır.

Gədəbəy rayonunda eroziyaya uğramış kəndətrafı örüşlərin səthi yaxşılaşdırılması istiqamətində tədqiqatlar aparılmış və geniş tətbiq olunmaq üçün tövsiyələr verilmişdir. Kəndətrafı örüşlərin səthi yaxşılaşdırılması üçün aqrotexniki tədbirlər—malalama, mineral gübrələrdən istifadə edərək çoxillik otlardanxaşa bitkisindən istifadə olunmaqla yaxşılaşdırma işləri yerinə yetirilmişdir.

Ağsu rayonu üçün GİS texnologiyası əsasında eroziya təhlükəlilik elektron xəritələri işlənib hazırlanmışdır. GİS proqramı bazasında ərazinin relyef elementləri sistemləşdirilərək verilənlər bazasına daxil edilmişdir. Həm stasionar, həm də kameral çol tədqiqatları aparılmış, əldə olunan laborator nəticələrə əsasən yeni elektron xəritələr hazırlanmışdır. Bu xəritələrin texniki üstünlüyü onun asan və əlverişli olması ilə yanaşı, həm də beynəlxalq standartlara cavab verməsidir. Yeni işlənmiş xəritə eroziya prosesini davamlı olaraq dinamik şəkildə öyrənmək və gələcəkdə eroziyaya uğrayacaq potensial əraziləri vaxtında aşkar etməklə müxtəlif tədbirlər planının işlənilib hazırlanmasını gerçəkləşdirməyə imkan verir.

Abşeron və Qəbələ rayonlarının ərazilərində zeytun və fındıq bağlarında suya qənaət edən azintensivli suvarma sisteminin tətbiqinin bitki məhsuldarlığı, onun keyfiyyət göstəricilərinin yüksəldilməsindəki rolu araşdırılmış və qeyd olunan suvarma sisteminin suya qənaət olunması baxımından digər suvarma üsullarından üstünlüyü müəyyənləşdirilmişdir.

Quba rayonu timsalında ölkənin şimal-şərq əkinçilik zonası ərazisində su ehtiyatlarının monitorinqi, alternativ suvarma mənbələrinin tədqiqi, onların uçotu, yerli çayların axım rejiminin formalaşmasında təbii və atropogen təsirlərin qiymətləndirilməsi, suvarma əkinçiliyi tələbatı fonunda bölgənin su ehtiyatı balansından kənd təsərrüfatı istehsal sahələrində, xüsusilə də suvarma əkinçiliyi ərazilərdə səmərəli istifadə etmək yolları araşdırılmış və bu istiqamətdə tövsiyələr hazırlanmışdır.

Tərtər rayonunda sıfır becərmə şəraitində müxtəlif bitkilər altında torpağın su-fiziki xassələrinin dəyişmə dinamikası və onun məhsuldarlığa təsirini oyrənmək məqsədilə tədqiqat işləri yerinə yetirilmiş, kənd təsərrüfatı bitkiləri altında torpaqların su-fiziki xassələrinin dəyişmə dinamikasının bitki məhsuldarlığı və onun keyfiyyət göstəricilərinə təsiri öyrənilmiş və fermerlər üçün müvafiq tövsiyələr hazırlanmışdır.

2013-cü ildə AMEA EroziyaSuvarma İnstitutunda 2 tətbiq tapmışdır. Gədəbəy rayonunun Slavyanka kəndində eroziyaya uğramış kəndətrafı örüşlərin səthi yaxşılaşdırılması məqsədilə 6 hektar sahədə çoxillik otlarxaşa bitkisinin toxumu səpilməklə malalama işləri həyata keçirilmişmineral gübrələrdən istifadə olunmaqla səthi yaxşılaşdırma aparılmışdır.

Həmçinin dağətəyi ərazilərdə əkinçiliyin inkişaf etdirilməsi məqsədilə Şamaxı rayonunun Məlhəm kəndində alternativ suvarma mənbələrindən (yağış sularını toplamaqla) istifadə olunaraq meyvə bağları altında 2 ha sahədə azintensivli suvarma sistemi (damcılarla suvarma) sistemi quraşdırılmışdır. Bu sistemin tətbiqi ilə suvarma suyuna 50 faizə qədər qənaət olunmuş və meyvə ağaclarının su təminatı yaxşılaşdırılmışdır.

Aqrar elmin beynəlxalq inteqrasiyası ilə əlaqədar olaraq EroziyaSuvarma İnstitutu ilə Polşa Respublikasının “Meliorasiyaotlaqlarİnstitutu arasında həmin dövlətin maliyə dəstəyinə əsasən “Avropa İttifaqının strategiyası və birgə təcrübə əsasında Azərbaycanın kənd ərazilərində təbii ehtiyatlardan sabit istifadənin saxlanılması” mövzusunda tədqiqat işlərini yerinə yetirmişdir.

Eyni zamanda 2010-cu ildə eroziya probleminin öyrənilməsində müasir texnologiyalardan (CİS sistemlərindən) istifadə etməklə “Meliorasiyaotlaqlarİnstitutu ilə birgə layihə həyata keçirilməkdədir.

Gələcəkdə də bu istiqamətli təcrübə mübadilələri üçün birgə layihələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.

İnstitutut həmçinin Rusiya Fedarasiyasının “Raduqa” ET İnstitutu, Rusiya Federasiyasının “Ryazan Aqrar İstehsalat Mərkəzi”, Belarus Respublikasının “Meliorasiyaİnstitutu, Polşa Respublikasının “Texnoloji-Təbiətdən İstifadə” İnstitutu ilə elmi əməkdaşlıq edir.

Hazırda EroziyaSuvarma İnstitutu AMEA-nın Aqrar Elmlər Bölməsinin tərkibində fəaliyyət göstərməklə aqrar sahənin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü elmi-tədqiqat işləri yerinə yetirir.

 

Seymur SƏFƏRLİ,

AMEA-nın EroziyaSuvarma İnstitutunun direktoru.

 Respublika.-2014.- 3 iyul.- S.6.