AZƏRBAYCANIN SÜRƏTLİ İNKİŞAFINDA HEYDƏR ƏLİYEV FONDUNUN ÖNƏMLİ ROLU

 

Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fond ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirir

 

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini, onun mükəmməl idarəçilik sistemini, demokratik, hüquqi bazasını, milli neft konsepsiyasını ölkəmizin hər bir regionunu əhatə edən sürətli inkişaf modelini yaratdı mərhələ-mərhələ həyata keçirməyə başladı. Bu gün dahi rəhbərimizin siyasi kursu Azərbaycanın və regionumuzun yeni parlaq lideri, Prezident İlham Əliyev tərəfindən uğurla davaminkişaf etdirilir. Cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən Dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələri Azərbaycanı dinamik inkişaf edən güclüdemokratik bir dövlətə çevirmişdir. Xalqımızın rifah halının yüksəldilməsi, sosial tələbatlarının ödənilməsi, regionlarımızın davamlı inkişafı, elm və mədəniyyətimizin tərəqqisi, vətəndaşlarımızın hüquq və azadlıqlarının davamlı təmin olunması üçün ölkədə hər bir şərait yaradılmışdır. Azərbaycanın sürətli inkişafında, dünyada nüfuzunun durmadan artmasında Heydər Əliyev Fondunun da önəmli payı var.

 Heydər Əliyevin bütün ömrü Azərbaycanın iqtisadi, sosial və mədəni tərəqqisinə, xalqımızın firavanlığı və xoşbəxtliyi, ölkəmizin dünya birliyində özünəməxsus layiqli yer tutması uğrunda mübarizəyə həsr olunmuşdu. 2004-cü il mayın 10-da ulu öndərimizin anadan olduğu günPrezident İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu mühüm missiyaya xidmət edir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz ulu öndərimizin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.

Ulu öndərimizin işləyib hazırladığı milli dövlətçilik və idarəçilik konsepsiyasının məhək daşını müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artırılması və möhkəmləndirilməsi təşkil edirdi. Bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev çox qısa müddətdə Azərbaycanın hərtərəfli inkişafına nail olmağı, bunun üçün isə neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəltməklə regionların inkişafının sürətləndirilməsini dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın hərtərəfli və dinamik inkişafı ilk növbədə, məhz regionların tərəqqisi, bütün şəhər və rayonlarımızda müasir infrastrukturun yaradılmasını zəruri edirdibu istiqamətdə üç regional dövlət Proqramının təsdiq olunması, onlardan ikisinin uğurla başa çatması, bu ildən isə üçüncü Proqramın icrasına başlanılması bölgələrimizdə mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, sahibkarlığı inkişaf etdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni yerləri yaratmaq, turizm kimi çox əlverişli sahəni inkişaf etdirmək istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi təmin etdi. Bu mühüm əhəmiyyətli regional Dövlət Proqramları ümummilli lider Heydər Əliyevin neft strategiyasının hədəflərini - neft gəlirlərindən səmərəli şəkildə istifadə olunmaqla ölkənin uzunmüddətli və hərtərəfli inkişaf strategiyasını reallaşdırdı. Azərbaycan Prezidenti İlham Əliyev regionların inkişafına böyük önəm verərək deyib: “Azərbaycan düzgün yoldadır. Bizim apardığımız siyasət real işlərdə - insanların həyat səviyyəsinin yaxşılaşmasında, şəhərlərimizin gözəlləşməsində, ölkəmizin güclənməsində və Azərbaycanın iqtisadi inkişafında özünü göstərir. Bu gün bölgələrdə vəziyyət tamamilə dəyişmişdir. Yeni müəssisələr, fabriklər yaradılır, abadlıq işləri sürətlə gedir, iri infrastruktur layihələri həyata keçirilir. Biz bunu dünyada mövcud olan ən yüksək səviyyədə edirik. Bölgələrin inkişafı nəticəsində Azərbaycanın hərtərəfli inkişafı təmin olunur. Biz dünyanın ən qabaqcıl təcrübəsini Azərbaycanda, bizim şəraitimizə uyğun şəkildə tətbiq edirik, ən yeni texnologiyaları Azərbaycana gətiririk. Bizim niyyətimiz ölkəmizi müasirləşdirməkdir. Bizim yolumuz inkişaf yoludur. Biz bu yolla uğurla gedirik və gedəcəyik”.

Məlum olduğu kimi, regionlarımızın sürətli inkişafında ulu öndərimizin adını daşıyan Fondun da önəmli payı var. Bu proqramlar çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və

yaxından iştirakı ilə regionlarımızda 2708 məktəb, 38-i mərkəzi xəstəxana olmaqla, 500-dən çox səhiyyə, 700-ə yaxın mədəniyyət, 250-dən çox idman və gənclər obyekti tikilmişya əsaslı təmir olunmuş, 41 Olimpiya İdman Kompleksi yaradılmışdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə regionlarda uşaq bağçası-körpələr evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin, mədəniyyət obyektlərinin tikintisi, yenidən qurulması, təmiri, eləcə də tarixi-mədəni abidələrin bərpası və qorunub saxlanması sahəsində irimiqyaslı layihələr həyata keçirilmişdir.

Regional proqramların icrası bölgələrdə çox böyük dəyişiklik yaratmışdır. Bu proqramlar çərçivəsində regionlarda yeni-yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin isifadəyə verilməsi, ölkəmizin turizim imkanlarının ildən-ilə genişlənməsi və bu sahəyə sərmayə yatırılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların, gənc ailələrə güzəştli şərtlərlə ipoteka kreditlərinin verilməsi, xaricdə təhsil alan tələbələrə dövlət qayğısının artırılması və bu kimi çox əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi bütövlükdə ölkəmizin, eləcə də regionların inkişafını şərtləndirən başlıca amillərdəndir. Məhz, bu inkişaf xətti Azərbaycan əhalisinin sosial rifah halının günü-gündən yüksələn səviyyəsini müəyyən edir. Odur ki, dövlət strukturları ilə yanaşı, çoxşaxəli fəaliyyəti ilə seçilən Heydər Əliyev Fondunun da regionların sosial-iqtisadi inkişafında yaxından iştirakı Azərbaycanın nəinki dünəni və bugünü, eləcə də gələcəyi baxımından çox böyük əhəmiyyət kəsb edir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” proqram və layihələri çərçivəsində müxtəlif bölgələrdə silsilə tədbirlər reallaşdırılır. Respublikamızın bölgələrində Fondun xətti ilə sosial, infrastuktur, informasiya-kommunikasiya texnologiyaları, səhiyyə, təhsil, idman, mədəniyyət və digər sahələri əhatə edən yüzlərlə layihələr, çoxlu sayda xoşməramlı tədbirlər keçirilir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ulu öndərin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə də böyük önəm verir. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək mənəvi məsuliyyətinin təzahürüdür.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə milli genefondun qorunması, saf dəyər və duyğuların ictimai şüurda geniş yayılmasıdır. Azərbaycanın birinci xanımı haqlı olaraq informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi dəyərlərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu daim bildirir. Bu baxımdan Fondun həyata keçirdiyi xoşməramlı tədbirlər sırasında milli-mənəvi irsin qorunması xüsusi əhəmiyyət daşıyır.

Xeyriyyəçilik, yaxşı əməl, mənəvi saflıq hər bir bəşər övladının özündən sonra qoyub getdiyi ülvi və müqəddəs dəyərlərdəndir. Mənəvi kamillik səviyyəsinə qovuşmuş şəxsiyyətlər öz əməlləri ilə həmişə başqalarına örnək olur, dövrünün problemlərinə əsl ziyalı, vətəndaş təəssübkeşliyi ilə yanaşır, xalqının xoşbəxt və təminatlı gələcəyinə xidmət edən xeyirxah əməllərin müəllifinə çevrilir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməklə, ulu öndərimizin irsini yaşadıb təbliğ etməklə, son dərəcə mühüm sosial layihələri həyata keçirməklə xalqımızın minilliklərlə yaradıb yaşatdığı bəşəri dəyərlərin hamisinə və əsl qayğıkeşinə çevrildi.

Heydər Əliyev Fondunun yaradılmasının 10-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Milli Məclis” jurnalına müsahibəsində deyib: “2004-cü ildə Heydər Əliyev Fondu fəaliyyətə başlayanda biz qarşımıza bir məqsəd qoymuşduqdoğma xalqımıza, vətənimizə xidmət etmək. Elə ilk günlərdən biz ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrinə dərindən nüfuz edərək genişmiqyaslı layihələr həyata keçirməyə başladıq. Fəaliyyətimizin çoxşaxəli olmasına baxmayaraq, prioritet istiqamətləri müəyyən etdikdaha çox diqqət tələb edən problemlərin həllində yaxından

iştirak etməyə çalışdıq. Sözsüz ki, ilk növbədə cəmiyyətimizin daha çox qayğıya ehtiyacı olan təbəqələrinə - valideyn himayəsindən məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkünlərə, qocalara və müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yönəlmiş layihə və proqramların icrasına başladıq”.  Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələrin real nəticələri göz qabağındadır. Bu, yüz mindən çox şagirdin təhsil şəraitinin yaxşılaşmasına xidmət edən yüzlərlə yeni məktəb binasının istifadəyə verilməsi, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğının göstərilməsi, müasir avadanlıqla təchiz edilmiş yeni tibb mərkəzlərinin inşası, gənc istedadların dəstəklənməsi, tarixi abidələrin bərpası, qədim mədəniyyət və incəsənətimizin təbliği və nəhayət, Azərbaycanın əsrlər boyu formalaşmış tolerantlıq ənənələrinin qorunub saxlanıldığı dünyəvi bir ölkə kimi dünyaya tanıdılmasıdır.

Mehriban xanım Əliyeva fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurlar qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, mədəni irsimizin dünyada tanınmasına nail olub, təhsil və səhiyyəmizin inkişafına güclü dəstək verib.. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldir, onlara xüsusi diqqət və qayğı ilə yanaşır. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara həmişə kömək edir. Azərbaycanın birinci xanımının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Məsələn, Heydər Əliyev Fondu korya görmə qabiliyyəti zəif olan insanlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni zəruri sayır və bununla bağlı layihə həyata keçirir. Üç mərhələdən ibarət olan layihə BMT-nin İnkişaf proqramı ilə birgə reallaşdırılır. Hər zaman kimsəsizlər və körpələr evlərində olan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu addımını da müstəqil Azərbaycanda böyüməkdə olan körpələrin sağlam və etibarlı əllərdə tərbiyə olunmasına bir daha əmin olmaq istəyi kimi də dəyərləndirmək olar.

Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, “Heydər Əliyev Fondunun gələcək nəslin nümayəndələrinə olan diqqət və qayğısı tək Azərbaycanın hüdudları ilə kifayətlənmir. Humanizm ideallarına arxalanaraq fəaliyyət göstərən Heydər Əliyev Fondu istər Azərbaycanda, istərsə də xarici ölkələrdə hər zaman köməyə ehtiyacı olanların yanındadır. İnsanlara xidmətə yönəlmiş əməli işlərimizin ən böyük nəticəsi isə onların etimad və hörmətinin qazanılmasıdır. İllər ötdükcə, qarşımıza yeni ideyaplanlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.

Sevindirici haldır ki, Heydər Əliyev Fondu minilliklər boyu formalaşaraq xalqımızın milli varlığının və özünəməxsusluğunun ifadəsi kimi üzə çıxan zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini nəinki qoruyub saxlamağa, onu inkişaf etdirməyə, bəşəri miqyasda tanınmasına və təbliğinə nail olub. Heydər Əliyev Fondunun təşəbbüsü ilə UNESCO Azərbaycan muğamını bəşəriyyətin şifahiqeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edib. Azərbaycan və dünya musiqisinin incisi olan muğamların qorunub saxlanması və inkişafı, dünyada yayılması və beynəlxalq muğam tədbirlərinin keçirilməsi məqsədi ilə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi fəaliyyətə başlayıb.

Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu qarşıya qoyduğu, reallaşdırdığı layihələrin, məqsəd və vəzifələrin əhəmiyyətinə, miqyasına görə ölkəmizdə analoqu olmayan yeni tipli ictimai qurumdur. Hərtərəfli və dinamik inkişaf yolunu tutan, daim yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin sağlam böyüməsi və yüksək biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil və səhiyyə sisteminə inteqrasiyasına dəstək verilməsi Fondun fəaliyyətinin öncül sahələrindən biridir. Bu gün Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filialları fəaliyyət göstərir. Bu bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha geniş təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının güclənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən aparılan “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. Göründüyü kimi, həqiqətən də Heydər Əliyev Fondunun xalqımız naminə gördüyü işlər misilsizdir.

 

Xatirə HÜSEYNOVA,

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri,

iqtisad elmləri doktoru, professor.

Respublika.-2014.- 3 iyul.- S.7.