34 saylı musiqi məktəbində

 

Bakı şəhərində fəaliyyət göstərən musiqi təmayüllü məktəblər arasında 34 saylı uşaq musiqi məktəbi xüsusilə fərqlənir. Bu məktəb 1985-ci ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı gündən məktəb rayonun ümumtəhsil və məktəbəqədər tərbiyə ocaqları ilə sıx əlaqə saxlamış, həmin məktəblərin şagirdlərinin musiqi məktəbinə cəlb olunması üçün müxtəlif tədbirlər həyata keçirmişdir. Elə bunun nəticəsidir ki, bu gün burada təhsil alan 285 nəfər şagirdə 82 müəllim dərs deyir. İndi məktəbdə 14 ixtisas üzrə, o cümlədən fortepiano, skripka, violençel, fleyta, qaboy, klarnet, saksafon, truba, tar, kamança, kanon, xanəndə və nağara ixtisasları üzrə dərs deyilir.

Burada keçirilən dərslərin keyfiyyətinin nəticəsidir ki, hər il məktəbin məzunları musiqi təmayüllü aliorta ixtisas təhsil ocaqlarına qəbul olurlar. Məktəb keyfiyyətli tədrislə yanaşı nəinki rayon, eyni zamanda respublika səviyyəsində keçirilən tədbirlərdə də yaxından iştirak edir. Respublikamızda keçirilən festivalolimpiadalarda məktəbin şagirdləri daim fərqlənir, yüksək yerlərə layiq görülürlər. Məsələn, kamança ixtisası üzrə V sinif şagirdi Minayə Heydərova II yerə layiq görülmüşdür. Rafiq Babayev adına 25 saylı 2 illik nəfəsli və zərb təmayüllü UMM ilə birlikdə məktəbin şagirdləri fortopiano üzrə təhsil alan VI sinif şagirdləri Aytən Nəsibova, Fərəh Ələkbərzadə, violençel ixtisası üzrə təhsil alan IV sinif şagirdi Mark Zençenko fəal iştirak etmişlər.

25 saylı məktəbdə narkomaniyaya qarşı keçirilən tədbirdə 34 saylı uşaq musiqi məktəbinin fortopiano və zərb təmayüllü siniflərdə təhsil alan uşaqlardan III sinif şagirdi Nəzrin Məmmədova V sinif şagirdi İlahə Məmmədova, kamança sinfi üzrə V sinif şagirdi Minayə Heydərova həmin tədbirdə məktəbi layiqincə təmsil etmişlər.

Məktəbin direktoru respublikamızın təcrübəli musiqiçisi Zöhrab Hacıyevlə söhbət edərkən o bildirdi ki, məktəbdə məktəbdaxili tədbirlərə də böyük diqqət yetirilir. Belə ki, burada tez-tez açıq dərslər, dinləmələr, mühazirələr, akademik dinləyici tərəfindən təqvim ilinin müzakirəsi və sair tədbirlər təşkil olunur. Fərəhlə qeyd olunmalıdır ki, bu tədbirlərin həyata keçirilməsində məktəbin təcrübəli müəllimləri, o cümlədən müəllimlərdən A.Ələkbərova, Ş.Qınyazova, Ü.Əliyeva fəal iştirak edirlər.

Zöhrab müəllim onu da qeyd etdiki, məktəbdə açıq dərslərə daim diqqət yetirilir. Bu prosesdə şagirdlərə fərdi yanaşma metodundan daha çox istifadə olunur. Son dəfə keçirilən açıq dərslərdə Ü.Hacıbəyovun “Qızlar Xoru”, Q.Qarayevin “Dəniz neftçiləri mahnısı” dinlənilmişdir. Bütün buya digər tədbirlərin nəticəsidir ki, məktəbin şagirdləri Minayə Heydərova, Lalə Hüseynova, Aytən Rüstəmli və Emin Ocaqverdiyev xüsusi diplomlara layiq görülmüşlər.

Məktəbdə dahi musiqiçilərin yubiley gecələrinə də böyük diqqət yetirilir. Məsələn, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyevbaşqa bəstəkarların yubiley gecələri buna misal ola bilər.

Məktəbdə keçirilən 20 YanvarÜmumxalq Matəm Gününə, Xocalı faciəsinə, Beynəlxalq Qadınlar Gününə, Respublika Gününə, ulu öndərimiz, milli liderimiz Heydər Əliyevin ildönümünə həsr olunmuş tədbirlər bu qəbildəndir.

Məktəbin müəllim və şagird kollektivi eyni zamanda respublika Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tədbirlərində də yaxından iştirak edir.

Məktəbin direktoru Z.Hacıyev onu da qeyd etdi ki, cari il iyun ayının 12-də R.Behbudov adına Mahnı Teatrında 34 saylı Uşaq Musiqi Məktəbinin yekun konserti olmuşdur. Bu konsert bilavasitə uşaqların hesabatı idi. Hesabat konsertinə H.Xanməmmədovun, A.Motsartın, A.Məlikovun, S.Ələsgərovun və başqa bəstəkarların əsərləri məktəbin şagirdləri tərəfindən uğurla səsləndirilmişdir.

 

Zabit CAVADOV,

Respublika.-2014.- 2 iyul.- S.9.