Azərbaycan seysmologiyası sabaha doğru

 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin elm sahəsinin inkişafına göstərdiyi diqqət qayğı sayəsində ölkəmizdə bütün sahələr kimi, seysmologiya sahəsi böyük bir inkişaf mərhələsini yaşayır.

Qeyd etməliyik ki, bir çox sahələr kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində seysmologiya sahəsində də ciddi problemlər, çətinliklər yaranmışdır. Bu çətinliklərin aradan qaldırılmasında, ölkəmizə ən müasir tipli telemetrik peyk rabitəsi ilə işləyən stansiyaların alınıb gətirilməsində ümummilli liderimiz, xalqımızın böyük oğlu Heydər Əliyevin böyük əməyi və rolu olmuşdur.

2000-ci ilin noyabrında Bakıda baş verən zəlzələdən dərhal sonra ümummilli liderimiz respublikada seysmik xidmətin işinin modernləşməsi məqsədi ilə yeni cihazların alınması üçün verdiyi göstərişə əsasən ilkin olaraq, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi üçün ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan telemetrik peyk rabitəsi ilə işləyən 14 dəst telemetrik seysmik stansiyalar alınmışdır.

Seysmoloji tədqiqatların daha yüksək səviyyədə aparılmasını təmin etmək üçün 2009-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hökumət tərəfindən RSXM üçün əlavə olaraq 7 dəst, 2010-cu ildə isə daha 9 dəst telemetrik seysmik stansiyalar alınmışdır. Beləliklə, 2010-cu ildə Azərbaycanda telemetrik seysmik stansiyaların sayı 30-a çatmışdır. 2013-cü ildə 5 dəst telemetrik seysmik stansiyalar alınaraq quraşdırılmışdır. Hazırda respublika ərazisində 35 telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyalar fəaliyyətdədir.

Seysmik stansiyalar ərazinin ayrı-ayrı sahələrinin seysmikliyi, geologiyası, geotektonikası və digər xüsusiyyətləri nəzərə alınmaqla yerlərdə quraşdırılmışdır. Yeni sistemlə serverin yaddaşı artırılmış, “Antelope 5.2-64” proqramının son versiyası yüklənilmişdir. Yeni sistem zəlzələlərin emalında və digər proqramlarda, məlumatlar bazasının yaradılmasında və arxivləşdirilməsində istifadə olunur. Apple” şirkətinin kompyuterləri “Mac OS X10” əməliyyat sistemində işləyir. İnteraktiv əlaqənin olması “real-vaxt” rejimdə respublikanın müxtəlif məntəqələrində yerləşmiş seysmik stansiyalarda cihazların texniki vəziyyətinə, temperatur rejiminə və digər məsələlərə nəzarət etməyə imkan verir. Stansiyalardan gələn bütün seysmik məlumatlar peyk rabitə vasitəsilə Bakı şəhərində yerləşən “Zəlzələlərin tədqiqatı bürosunda toplanır. “Zəlzələlərin tədqiqatı bürosunda respublika ərazisində yerləşən 35 telemetrik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər emal edilir. Zəlzələlər kataloqu telemetrik stansiyaların məlumatları əsasında tərtib olunur.

Mərkəz tərəfindən Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir (Ümid, Bahar, Günəşli).

Bundan başqa, mərkəzdə geofiziki, geokimyəvi və geodinamik tədqiqatlar da aparılır. Hazırda bu sahələrdə də işin keyfiyyətinin yüksəldilməsi üçün yeni müasir cihazların alınması və quraşdırılması prosesi gedir.

Geofiziki seysmoproqnostik tədqiqatların aparılmasında məqsəd seysmogen zonalarda geofiziki sahələrin variasiyalarında anomal proseslərin öyrənilməsi və onların ərazidəki gərgin deformativ vəziyyətilə əlaqədar olmasını aydınlaşdırmaqdan ibarətdir. Geofiziki sahələrdə seysmoanomal effektlərin analizi bu və digər seysmogen zonalarda geodinamik şəraiti qiymətləndirməyə, orta və uzunmüddətli proqnoza imkan verir. Seysmogen ərazilərdə gərgin-deformasiya vəziyyətin qiymətləndirilməsi və seysmomaqnit effektin aşkarlanması üzrə maqnitometrik tədqiqatlar iki istiqamətdə aparılır. Qravimetrik tədqiqatlar seysmogen zonalarda və onların ətrafında (jg) ağırlıq qüvvəsinin qeyri-səlis variasiyalarının, həmçinin qravitasiya potensialında ikinci tərtib törəmə variasiyalarının analizini özündə əks etdirir. Geodinamik poliqonda (müşahidə və dayaq məntəqələrində hər ay mütəmadi olaraq) ağırlıq qüvvəsinin qeyri-səlis variasiyalarının tədqiq edilməsi yüksək dəqiqliyə malik Amerika istehsalı olan QNU-KS, QNU-KV qravimetrlərinin köməkliyi ilə aparılır.

2010-cu ildən başlayaraq planlı şəkildə, ilboyu seysmogeokimyəvi tədqiqatlar ilk dəfə olaraq seysmogeokimyəvi monitorinq məlumatlarının operativ, kompleks interpretasiyasının yeni texnologiyası yaradılmış və tətbiq edilmişdir.

2012-ci ildən etibarən mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə 24 GPS stansiya quraşdırılmışdır. Bir unikal GPS stansiya isə dünyada ilk dəfə olaraq Azərbaycan ərazisində Saatlı rayonunda qazılmış və dərinliyi 8324 metr olan quyu üzərində quraşdırılmışdır.

Mərkəzimiz ölkəmizdə fəaliyyət göstərən bir sıra təşkilatlarla yaxından əməkdaşlıq edir. Bunların sırasında AMEA Geologiya İnstitutu ilə aparılan tədqiqatların xüsusi yeri var. Bundan başqa, əməkdaşlıq etdiyimiz təşkilatlar arasında AMEA Kibernetika İnstitutu, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, ABŞ-ın Beynəlxalq Levermol Laboratoriyası, MissuriMassaçutes universitetləri, Türkiyənin Kandilli Rəsədxanası, BP şirkəti, Yaponiyanın “OYO” və “SHİNYEİ KAİSHA” şirkətləri xüsusi yer tutur. Həmçinin mərkəzimiz İtaliya, Almaniya, Rusiya, Fransa, Gürcüstan və digər ölkələrin seysmoloji mərkəzləri ilə yaxından əməkdaşlıq edir.

Mərkəzdə əldə edilən elmi nəticələr çoxsaylı beynəlxalq konfranslarda məruzə edilib, ölkədaxili və xarici mətbuatda geniş şərh olunmuşdur. Mərkəzin nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nəticəsi olaraq, dörd mühüm beynəlxalq seysmoloji təşkilatın — Birləşmiş Seysmoloji Tədqiqatlar İnstitutu (İRİS) ABŞ, Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi (ORFEUS), Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) və Avropa Seysmoloji Komissiyasının (ESC) üzvüdür) həqiqi üzvü seçilmişdir. Bununla yanaşı, mərkəzimizdə çalışan alimlərimizin elmi məqalələri bir sıra xarici ölkələrin elmi jurnal və bülletenlərinə də salınmışdır.

Mərkəzimiz tərəfindən ilk dəfə olaraq Azərbaycan ərazisində 427-ci ildən 2013-cü ilə qədər baş vermiş güclü zəlzələlərin xəritəsi hazırlanmışdır.

Elmi tədqiqatların genişləndirilməsi üçün Mərkəz əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu, NATO və ARDNŞ-in keçirdiyi qrant müsabiqələrində iştirak edərək 6 qrant layihəsinin qalibi olmuşdur. Gələcəkdə daha çox qrant müsabiqələrində iştirak etmək əsas hədəflərimizdəndir.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin fəaliyyətində əsas prioritetlərdən birikadr potensialının gücləndirilməsidir. Mərkəzdə fəaliyyət göstərən Elmi-Texniki Şurada Yer elmləri sahəsində respublikamızda tanınmış akademiklər, elmlər doktorları təmsil olunurlar. Hazırda 10-a yaxın doktorant dissertant elmi tədqiqatlarını davam etdirirlər. 2014-cü ildə mərkəzinZəlzələ ocaqlarının dinamikasışöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımova ABŞ-ın Beynəlxalq Livermol Laboratoriyasında təcrübə keçmişdir. Gənc kadrların beynəlxalq təşkilatların keçirdiyi konfrans seminarlarda məruzələrlə iştirakı da tərəfimizdən diqqət yetirilən əsas məsələlərdəndir. Bu ilin avqust ayında Beynəlxalq Levermol Laboratoriyası Qazaxıstanın Seysmoloji Mərkəzi ilə birlikdə keçirəcəyi konfransda daha iki əməkdaşımızın iştirakı nəzərdə tutulur.

Mərkəz tərəfindən indiyə qədər altı beynəlxalq konfrans keçirilmişdir. Dünyanın aparıcı ölkələrinin beynəlxalq seysmoloji təşkilatların rəhbərlərinin iştirak etdiyi bu konfranslar Azərbaycan seysmoloqlarının beynəlxalq arenaya çıxması ölkəmizin bu sahədə xarici partnyorlarla əmıkdaşlığının daha da genişləndirilməsinə öz müsbət töhfələrini vermişdir.

Belə tədbirlərdən biri 29-31 may 2014-cü il tarixində keçirilmişdir. AMEA Yer Elmləri bölməsinin (AMEA Geologiya İnstitutu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə BakıdaSeysmologiya, Mühəndis seysmologiyası ANTELOPE Sistemi İstifadəçiləri Qrupunun (AUG)” VI Beynəlxalq Konfransında dünyanın 20-dən çox ölkəsindən 50-dən artıq seysmoloq alim mütəxəssislər iştirak etmişdi. Konfransda qoyulan ən vacib məsələ seysmologiya elmi qarşısında duran ən vacib məsələlərin həllinə birgə nail olmaq idi.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları cari ilin may ayında Gürcüstan Respublikasında baş verən sürüşmə ilə əlaqədar olaraq bu ölkənin Seysmoloji Mərkəzinin rəhbərliyinin xahişinə əsasən həmin ərazidə mobil stansiyalar vasitəsilə monitorinqlər aparmışlar.

Azərbaycanda seysmik stansiyalar şəbəkəsinin genişlənməsi bölgələrdə yeni yerlərinin açılması baxımından da əhəmiyyətli olmuşdur. Rayonlarda açılan seysmik stansiyalarda yerli sakinlər yeni daimi yerləri ilə təmin edilmişdir.

Perspektivdə quru ərazidə daha beş seysmik stansiyanın açılması planlaşdırılır. Yeni stansiyaların Xızı, Ağdaş, Daşkəsən, Neftçala Tovuz rayonlarında tikilməsi nəzərdə tutulur. Bununla bağlı artıq müvafiq yerlərin seçilməsi prosesi başa çatmışdır. Yaxın vaxtlarda həmin rayonlarda yeni stansiyaların tikintisinə başlanılacaqdır.

Zəlzələlərin hansı ölkənin ərazisində baş verməsindən asılı olmayaraq bu təbii fəlakət bütün bəşəriyyətin problemidir. Ona görə Yerin təkində gedən proseslərin öyrənilməsi birgə əməkdaşlıq aparılması olduqca vacib məsələlərdəndir. Odur ki, Mərkəzin fəaliyyətində xarici ölkələrlə ikitərəfli əlaqələrin əməkdaşlığın daha da genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, kadrların peşəkarlıq səviyyəsinin daha da yaxşılaşdırılması əsas prioritetlərdir.

Azərbaycan seysmoloqları qarşıya qoyulan vəzifələrini tam məsuliyyəti ilə qəbul edərək, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyinin daha da uğurlu parlaq olacağına inanırlar.

 

Qurban YETİRMİŞLİ,

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Baş direktoru,

AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru.

Respublika.-2014.- 5 iyul.- S.4.