Mənəvi sərvətlərimizi göz bəbəyi kimi qoruyaq

 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı iləAşıq ŞəmşirMədəniyyət Ocağı İctimai Birliyinin həyata keçirdiyiSaz balabanı Azərbaycan xalqının milli musiqi aləti kimi erməni mənimsəməsindən qoruyaqadlı layihə uğurla başa çatıb. Bu barədə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov məlumat verib. Onun sözlərinə görə layihə çərçivəsində Bakı, Gəncə, Göygöl və Şamaxıda silsilə tədbirlər keçirilib. Bu tədbirlərdə Birliyin üzvləri, aşıqlar, balabançılar, sazbalaban alətləri hazırlayan ustalar, jurnalistlər və gənclər fəal iştirak ediblər. Layihəyə olan marağın gözlənildiyindən artıq olduğunu söyləyən Həbib Misirov QHT-lərə Dövlət Dəstəyi Şurasının məhz problemin aktuallığını nəzərə alaraq bu layihəni maliyyələşdirdiyini söyləyib:

“Layihəmizə dəstək verdiyi üçün “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi adından Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına öz təşəkkürümü bildirirəm. Bu tipli layihələrin həyata keçirilməsi informasiya müharibəsində ermənilərə ağır zərbədir. Bu gün tarixi torpaqlarımızla yanaşı, milli-mənəvi sərvətlərimizdə    gözü olan bədnam qonşularımız saz və balabanı özününküləşdirmək istəyir. Layihəmizin də əsas məqsədi adından göründüyü kimi, ermənilərin saz və balabanımızı mənimsəməsinə imkan verməmək, bu istiqamətdə geniş təbliğat və maarifləndirmə işləri aparmaq olub. Düşünürəm ki, layihəmiz uğurla həyata keçirilib. Bir daha bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk”.

Həbib Misirov onu da qeyd edib ki, əsrlər boyu xalqımıza qarşı soyqırım siyasəti həyata keçirən, mədəniyyətimizi zaman-zaman öz adlarına çıxan, xalqımızın qədim musiqi alətləri olan sazbalabanda bu gün də gözləri olan ermənilərə bu layihə tutarlı cavab olacaq. Onların yalanlarının ifşa olunmasında böyük rol oynayacaq.

“Ermənilər daima bizi təqlid etməyə çalışıblar. Lakin buna nail ola bilməyəcəklər, çünki onlardabizim sazımızın, nə də balabanımızın ruhu var. Aşıq sənəti Azərbaycan xalqının milli pasportu olan sənət sahələrindən biridir. Bunlar bizim dədə-babalarımızın şedevrləridir. Milli dövlətçiliyimizin mənəvi dayağıdır. Aşıq sənəti Azərbaycan dövlətinin milli mədəniyyət siyasətinin tərkib hissəsidir. Ulu öndər Heydər Əliyevin humanitar mədəniyyət strategiyası bu gün onun layiqli davamçısı İlham Əliyevin sayəsində uğurla davam etdirir. Çox sevindirici haldır ki, ölkənin birinci xanımı, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində aşıq sənəti UNESKO-nun siyahısına daxil olub.

Aşıq sənəti Azərbaycanda ta qədimlərdən formalaşmağa başlayıb. Azərbaycan sazı və onu müşayiət edən balaban aləti musiqi mədəniyyətimizin biçimlənməsi və zənginləşməsində əvəzsiz rol oynayıb. Məhz buna görə ulu öndərimiz Heydər Əliyev ozan-aşıq mədəniyyətindən söz açaraq onu milli varlığımızın mötəbər qaynağı kimi dəyərləndirmişdir. Prezident İlham Əliyev 2013-cü ilin sentyabrında Gədəbəydə aşıq məktəbinin açılışında saz-söz sənətimizə yüksək qiymət verərək demişdir: “Aşıq sənəti bizim milli sərvətimizdir, milli sənətimizdir. Azərbaycanda aşıq sənətinin çox dərin kökləri vardır... Gənclər bilikli, vətənə bağlı olmalıdır, vətənpərvər və milli ruhda böyüməlidirlər. Milli ruh da aşıq sənətidir. Bu dəyərləndirmələr Azərbaycan dövlətçilik düşüncəsinin mövqeyidir”.

Həbib Misirov həmçinin vurğulayıb ki, layihənin həyata keçirilməsində Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının böyük rolu olub. Eyni zamanda tanınmış balaban ustası İbadət Allahverdiyev, aşıq və balabançılardan Elbrus Hüseynov, Şöhrət Kərimov, Taleh Abdullayev, Məzahir Allahverdiyevbir qrup sazbalaban alətləri hazırlayan ustalar layihə çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak ediblər.

Xatırladaq ki, paytaxt Bakı və bölgələrdə saz və balabanın Azərbaycan xalqına məxsus musiqi alətləri olmasını əsaslandıran elmi seminar və müzakirələr təşkil edilib. Bu sənət sahəsinin gənclərə aşılanması üçün ustad dərsləri təşkil olunub. Sazbalaban hazırlayan ustalarla birgə gənclər üçün təlimlər keçirilib. Ermənilərin bu musiqi alətləri barədəki iddialarını ifşa edən əks-materiallar hazırlanıb, bir neçə dilə tərcümə olunaraq müxtəlif internet səhifələrində yerləşdirilib. Saz və balabanın Azərbaycan xalqına məxsusluğunu əks etdirən elmi qaynaqlar və bukletlər diaspor təşkilatlarına və beynəlxalq qurumlara göndərilib.

Həmçinin layihə çərçivəsində Türkiyə Cümhuriyyəti Qaziantep Universitetinin müəllimi, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru İlqar İmamverdiyev və fəlsəfə elmləri doktoru, professor Babək Qurbanovun geniş elmi monoqrafiyaları çap olunub.

 

Rauf İLYASOĞLU,

Respublika.-2014.- 5 iyul.- S.6.