AKADEMİK H.Ə.ƏLİYEV ADINA COĞRAFİYA İNSTİTUTU

 

Qısa tarixi məlumat. XX əsrin birinci yarısında coğrafiya artıq özünün təsvir funksiyasını başa vurur, təbiətin və təbii proseslərin, ayrılıqda və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilir. Hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlaronlardan səmərəli istifadə, istehsalın yerləşdirilməsi, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu elm Azərbaycanda onun təbii və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir.

Azərbaycanda coğrafiya elmləri sahəsində sistemli və ardıcıl tədqiqatların başlanması XX əsrin birinci yarısına təsadüf edir. 1937-ci ildə SSRİ EA Azərbaycan filialının tərkibində Coğrafiya Sektoru yaranır və bununla da Azərbaycan coğrafiya elmi məktəbinin əsası qoyulur. Həmin dövrdən respublikada adıçəkilən sahədə sistemli tədqiqatlara başlanılır. İ.V.Fiqurovski, H.Ə.Əliyev, R.V.Kovalyov və H.B.Əliyev kimi görkəmli alimlərin rəhbərlik etdiyi bu sektorda 1945-ci ilə qədər fizikiiqtisadi coğrafiya, torpaq coğrafiyası, xəritəçilik, seysmologiyaastronomiya üzrə ilkin tədqiqatlar aparılır və bir sıra əsaslı tədqiqat əsərləri çap olunur.

1945-ci il may ayının 1-də Coğrafiya sektorunun əsasında Azərbaycan SSR EA Coğrafiya İnstitutu yaradılır və H.B.Əliyev onun direktoru təyin olunur. Həmin ilin iyul ayından institutda fizikiiqtisadi coğrafiya, xəritəçilik şöbələri fəaliyyət göstərməyə başlayır. İlk illərdə əməkdaşların heç birinin elmi dərəcəsi olmasa da, artıq 1947-ci ildə institutda çalışan əməkdaşlardan 11-i elmlər namizədi idi.

1950-ci illərdə coğrafiyanın tədqiqat obyektinin və mövzularının genişliyini, kadr potensialını nəzərə alaraq institutun strukturunda ciddi dəyişiklik aparılmış, burada 6 şöbə təşkil edilmişdi. İqlim şöbəsinə Ə.M.Şıxlinski, Geomorfologiya şöbəsinə B.A.Antonov, Xəritəçilik şöbəsinə V.Q.Zavriyev, Hidrologiya şöbəsinə S.H.Rüstəmov, Xəzər dənizi şöbəsinə Q.K.Gül başçılıq etmişdir. İqtisadi coğrafiya şöbəsi rəhbərinin yeri boş qalmışdır.

1951-ci ildə yüksək ixtisaslı kadrlara xüsusi ehtiyac olduğunu nəzərə alaraq institutun əməkdaşları B.Ə.Budaqov, Ə.C.Əyyubov, B.İ.Əbdürrəhmanov və E.Q.Mehrəliyev SSRİ EA Coğrafiya İnstitutunun aspiranturasına ezam edilirlər. Sonralar bu alimlərin hər biri Azərbaycanda coğrafiya elminin müxtəlif istiqamətləri üzrə elmi məktəblərin yaradılması və inkişafında böyük rol oynamışlar.

Artıq 1975-ci ildə institutun əməkdaşları 8 elmi problem üzərində çalışmışlar. Buraya fiziki coğrafiyaya, iqtisadi coğrafiyaya, su ehtiyatlarına, konstruktiv coğrafiyaya, atmosferin və okeanın fizikasına və ehtiyatlarına aid problemlər daxil idi. Həmin il institutda 273 nəfər, o cümlədən 123 elmi işçi, 45 elmlər namizədi və 9 elmlər doktoru çalışır, 21 aspirant təhsil alırdı.

1985-ci ildə institutda artıq 13 şöbə — Landşaftşünaslıq, İqlimşünaslıq, Qurunun hidrologiyası, Geomorfologiya, Paleocoğrafiya, Torpaq coğrafiyası, Ekocoğrafiya, İqtisadi coğrafiya, Əhali coğrafiyası, Xəritəçilik, Coğrafi fikir tarixi, Biocoğrafi stasionar və Xəzər dənizi problemləri şöbələri fəaliyyət göstərirdi.

1988-1991-ci illərdə institut alimlərinin işlədiyi problemlərdən ən başlıcası səhralaşma problemi olmuşdur. Həmin illərdə institutda 252 nəfər çalışırdı ki, onlardan 75-i elmlər namizədi idi. Bundan sonrakı illərdə elmlər namizədlərinin sayının azalması müşahidə olunur. 1995-ci ildə onların sayı 60 nəfər olmuşdur.

70 illik fəaliyyəti dövründə instituta elmlər namizədi H.B.Əliyev (1945-48), AMEA-nın müxbir üzvü Ə.M.Şıxlinski (1948-51), professor Ə.A.Mədətzadə (1951-57), AMEA-nın müxbir üzvü Q.K.Gül (1957-64), prof. S.H.Rüstəmov (1964-67), akad. H.Ə.Əliyev (1967-88), akad. B.Ə.Budaqov (1988-2012) rəhbərlik etmişlər. 2013-cü ildən akademik R.M.Məmmədov başçılıq edir.

İnstitutun müasir strukturu. İnstitutun strukturu direktor, elmiümumi işlər üzrə direktor müavinləri, elmi katib, kadrlar şöbəsi, mühasibat, kitabxana, ictimaiyyətlə əlaqələr və aşağıdakı 13 elmi-tədqiqat şöbəsindən ibarətdir: Landşaftşünaslıq və landşaft planlaşdırılması, İqlimşünaslıq və Aqroiqlimşünaslıq, Qurunun hidrologiyası və su ehtiyatları, Geomorfologiya və təbii risklər, Paleocoğrafiya, Azərbaycanın torpaq coğrafiyası, Ekocoğrafiya, Azərbaycanın iqtisadisiyasi coğrafiyası, Azərbaycanın əhalisi və sosial inkişafı coğrafiyası, Xəritəçilikcoğrafi-informasiya, Coğrafi fikir tarixi, Pirqulu coğrafi tədqiqatlar stasionarı və Xəzər dənizi problemləri.

Hazırda institutda 204 əməkdaş, o cümlədən 1 nəfər akademik, 2 nəfər AMEA-nın müxbir üzvü, 10 elmlər doktoru, 53 elmlər namizədi çalışır. Doktoranturada 36 nəfər təhsil alır.

Azərbaycan coğrafiya elmi keçmiş SSRİ məkanında ən nüfuzlu elmi məktəblərdən biri olduğuna görə SSRİ Ali Attestasiya Komitəsi 1962-ci ildə Azərbaycan EA Coğrafiya İnstitutunun nəzdində İxtisaslaşdırılmış Müdafiə Şurası yaradır və burada Rusiya Federasiyası, Ukrayna, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, KiprAlmaniyadan gəlmiş iddiaçılar namizədlik və doktorluq dissertasiyaları müdafiə edirlər. Bu şurada keçirilmiş müdafiələrin sayı 58-ə çatır.

Hazırda institutun nəzdində həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcələri almaq üçün D01.091 Dissertasiya Şurası fəaliyyət göstərir.

Coğrafiya İnstitutunun nəzdində fəaliyyət göstərən Elmi Şura institutun daxili məsələlərini müzakirə edir və qərarlar qəbul edir. Elmi Şurada elmi-tədqiqat işlərinin prioritet istiqamətləri müəyyən edilir, mövzuları və işləri təsdiq edilir, başa çatmış elmi-tədqiqat işləri müzakirə və qəbul edilir. Elmlər şurasında başa çatmış elmi işlər içərisindən ən mühüm elmi nəticələr müəyyənləşdirilir, Yer Elmləri Bölməsinə və AMEA Rəyasət Heyətinə təqdim edilir. Elmi Şurada çöl elmi-tədqiqat işlərinin planları da müzakirə və qəbul edilir.

Azərbaycan Respublikası Prezidentinin 4 may 2009-cu il tarixli sərəncamına əsasən institutda Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının “Coğrafiya” və “Xəzər dəniz” üzrə Əlaqələndirmə şuraları fəaliyyət göstərir.

AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü il tarixli Qərarına əsasən 2013-cü ilin noyabrından institutda Gənc Alimlər və Mütəxəssislər Şurası yaradılmışdır. Şura gənclərin elmi potensialının artırılması, onların müxtəlif elm sahələrində ixtira və kəşflərinin, təşəbbüs və təkliflərinin stimullaşdırılması və s. məqsədlərə xidmət edir.

2014-cü ildən Coğrafıya İnstitutu nəzdində Bakı Dövlət Universitetinin coğrafiya fakültəsində tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, universitetinstitut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə xidmət edən Elm və Tədris Mərkəzi (ETM) fəaliyyət göstərir.

Əsas tədqiqat istiqamətləri. Azərbaycan Respublikası müstəqilliyə nail olduğu vaxtdan bəri Coğrafiya İnstitutu öz elmi fəaliyyətini əsasən iki mühüm elmi problem üzərində qurmuşdur:

1) Azərbaycan təbiətinin inkişaf qanunauyğunluqları; təbii ehtiyatların və onların ekocoğrafi xüsusiyyətlərinin tədqiqi; istehsalın, sosial infrastrukturun və əhalinin ərazi təşkilinin iqtisadi-coğrafi problemləri; respublikanın konstruktivregional problemləri; səhralaşma prosesləri.

2) Xəzər dənizinin hidrometeorologiyası, səviyyə dəyişkənliyini törədən amillərin və ekocoğrafi şəraitin tədqiqi.

Bu iki kompleks problemin həlli üçün institutun elmi fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: coğrafi təbəqənin dayanıqlığı və dəyişkənliyi qanunauyğunluqlarının formalaşması və inkişafının regional miqyasda kompleks öyrənilməsi; paleocoğrafi dövrlərin təbii şəraitlərinin bərpa edilməsi; ərazinin orogeomorfoloji quruluşunun qiymətləndirilməsi; landşaftın təkamülü; iqlimin mənşəyi və proqnozlaşdırılması; səhralaşma və ona qarşı mübarizə üsulları; təbii ehtiyatlardan səmərəli istifadə olunması; texnolojiantropogen amillərin təsiri altında ətraf mühitin dəyişməsinin regional proqnozlaşdırılması; Azərbaycanda əhalinin məskunlaşması və ərazi istehsalının təşkili; Xəzər dənizinin hidrometeoroloji şəraiti, ekocoğrafi problemləri.

İnstitutda respublika ərazisində təbii, iqtisadisosial-coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri, təbii ehtiyatların yerləşməsi qanunauyğunluqları, onlardan səmərəli istifadə yollarının öyrənilməsi üzrə elmi-tədqiqat işləri aparılır. Respublika ərazisində biosferin, atmosferin və dənizin təbii sərvətlərinin tədqiqi, onlardan səmərəli istifadə və ətraf mühitin mühafizəsi üzrə bir sıra elmi problemlər işlənilmişdir.

Landşaft ekoloji-geokimyəvi rayonlaşdırılma aparılmış, çirklənmə səviyyəsini göstərən landşaft-geokimyəvi xəritələr (1: 500 000) tərtib edilmiş, biokimyəvi cəhətdən fəal elementlərin konsentrasiya dərəcəsi ilə insanların bəzi xəstəlikləri arasında korrelyativ əlaqə müəyyən edilmişdir. Düzənlik geosistemlərində antropogenləşmə dərəcəsi müəyyən edilmiş, onların müasir landşaft-ekoloji vəziyyəti qiymətləndirilmiş, ekocoğrafi gərginlik dərəcəsinə görə müasir landşaftlar qruplaşdırılmış və ərazi üçün landşaft-meliorativ tədbirlər sistemi hazırlanmış, ayrı-ayrı landşaft tiplərində ekoloji-geokimyəvi ekspert qiymətləndirilməsi aparılmışdır.

İqlimin proqnozu, hidrometeoroloji proseslərin tədqiqi, landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, neotektonika, biocoğrafiya və Xəzər dənizi üzrə fundamental tədqiqatlar aparılmışdır və bu sahə üzrə işlər davam etməkdədir.

Azərbaycanın müstəqillik əldə etməsi ilə əlaqədar olaraq ölkənin təbii resurslarından səmərəli istifadəyə xüsusi ehtiyac olduğundan Coğrafiya İnstitutunda aparılan elmi tədqiqatlar əsasən tətbiqi xarakter daşıyır. Bu baxımdan, “Azərbaycan Respublikasının konstruktiv coğrafiyası” adlı üçcildlik monoqrafiya xüsusi əhəmiyyət kəsb edir. Artıq bir neçə ildir ki, Coğrafiya İnstitutunda, plandan əlavə, “Azərbaycan respublikasının regional coğrafi problemləri” mövzusunda elmi-tətbiqi aparılır. Ölkə Prezidentinin 2009-cu ildə regionların inkişafı ilə əlaqədar verdiyi fərman bu mövzunun vacibliyini bir daha təsdiq edir. Tətbiqi geomorfologiya, səhralaşma, ekocoğrafiya və Xəzər dənizi səviyyəsinin uzunmüddətli proqnozunun işlənməsi də günün tələblərinə cavab verən mövzulardandır. Bakı bərəsinin yenidən tikilməsində və milli park elan olunmuş Bakı dənizkənarı parkının rekonstruksiyasında Coğrafiya İnstitutunun Xəzər dənizinin səviyyəsi haqqındakı uzunmüddətli proqnozlarından istifadə olunmuşdur.

1957-ci ildə Xəzər dənizinin resurslarından səmərəli istifadə və onun kompleks şəkildə tədqiqi məqsədi ilə institutda Xəzər dənizi şöbəsi yaradılmışdır. Bu şöbənin ilk rəhbəri professor Q.K.Gül olmuşdur. 1971-ci ildə BMT-nin YUNEP Proqramı (ətraf mühit) çərçivəsində Qlobal Atmosfer Proseslərinin Tədqiqi Beynəlxalq layihəsi icra olunmağa başlandı. Bu proqram çərçivəsində 1972-ci ildə Azərbaycan EA-nın Coğrafiya, SSRİ EA-nın OkeanologiyaAtmosferin Fizikası, Ukrayna EA-nın Radiofizika institutlarının birgə səyi nəticəsində Xəzər dənizinin açıq hissəsində, tərpənməz özül üzərində dünyada ilk dəniz observatoriyası yaradıldı. Burada planlaşdırılan elmi-tədqiqat işlərinin icrası üçün Xəzər sektoruna fizika-riyaziyyattexniki təmayüllü gənc kadrlar işə qəbul olundu, Azərbaycanda Xəzər dənizi tədqiqinin yeni dövrü başlandı.

Dəniz observatoriyasındakı işlər atmosferlə dənizin qarşılıqlı təsirinin öyrənilməsinə, dalğa və külək rejiminin, turbulentlikturbulent diffuziyanın statistikspektral üsulla tədqiqinə, onların yarımempirik modellərinin işlənməsinə həsr olunmuşdu, son məqsəd iqlimin uzunmüddətli proqnozunu işləmək üçün etibarlı müşahidə materialları əldə etmək idi.

1990-cı ildən bəri Xəzər dənizi şöbəsində aparılan elmi-tədqiqat işləri Xəzər dənizinin ekocoğrafiyasına, səviyyəsinin dəyişməsi probleminə və çirkləndiricilərin yayılmasının kompleks fiziki-coğrafi modelinin yaradılmasına həsr olunub. Xəzər dənizinə tökülən çirklənmə mənbələri, onların gücü, kimyəvi tərkibi müəyyənləşdirilib, çirklənmənin dənizdə yayılmasının kəmiyyət və keyfiyyət analizi aparılıbdır. Xəzər dənizi səviyyəsinin dəyişməsinin səbəbi öyrənilib, səviyyə dəyişmələrinin model-sxemi tərtib olunub, birinci yaxınlaşmada onun proqnozu verilib. 20 il bundan əvvəl verilmiş bu proqnoz hələlik özünü doğruldur. Bakı bərəsinin yenidən tikilməsi və Milli Park elan olunmuş Bakı Dənizkənarı Parkın rekonstruksiyasında bu əməkdaşların Xəzər dənizinin səviyyəsi haqqında verdiyi uzunmüddətli proqnozdan istifadə olunur. Hazırda çirkləndiricilərin yayılması üçün yaradılan model Xəzərdə transsərhəd çirklənməyə aid mübahisəli məsələlərin həllinə kömək edə bilər. Xəzərdə aparılan neft kəşfiyyatı və istehsalının əsas şərti kimi icra olunan Ətraf Mühitə Təsirin Qiymətləndirməsində də bu şöbənin işlədiyi “Qəza hallarında neft ləkələrinin yayılmasının modeli”ndən istifadə olunur. Xəzər dənizi şöbəsinin apardığı müasir tədqiqat işləri əsasən beynəlxalq layihələrə əsaslanır. Belə ki, şöbə son illərdə Xəzər dənizinə aid 10-a yaxın beynəlxalq layihənin iştirakçısı və rəhbəri olmuş, beynəlxalq fondlardan bir neçə qrant layihəsi almışdır: ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondundan “Xəzər dənizinin sərhədlərarası çirklənməsinin fiziki-coğrafi modeli”, Avropa İttifaqının Kopernikus-2 proqramından “Xəzər elmi şəbəkəsinin yaradılması”, Avropa İttifaqının İNTAS proqramından “Peyk altimetriyasının sahil regionlarına tətbiqi (ALTICORE)” və “Yerətrafı müşahidələrdən istifadə etməklə neft çirklənmələrinin monitorinqi: multi-sensor, multi-platforma yanaşması (MOPED)”, NATO-nun Elm Sülh naminə proqramı çərçivəsinddə “Xəzər dənizi ekosisteminin fənnlərarası analizi”, Avropa İttifaqının 7-ci Çərçivə Proqramından “Xəzər dənizi ətraf mühitinin və sənayesinin informasiya bazasının yaradılması”, Fransa dövləti tərəfindən maliyyələşdirilən “Xəzər dənizi səviyyəsi dəyişməsinin peyk altimetriyası ilə tədqiqi” və s. Bu layihələrin icrası Xəzər dənizinin tədqiq olunmasına yeni texnologiyaların tətbiq olunmasına imkan vermişdir. Bunların içərisində Xəzər dənizi səviyyəsinin məsafədən peyk altimetriyası zondlaması ilə öyrənilməsini, Dənizdə axınların Laqranj üsulu ilə tədqiqi üçün drifterlərin tətbiq eilməsini və yenə də peyk məlumatları əsasında Xəzər dənizinin ekoloji vəziyyətinin monitorinqini xüsusi qeyd etmək lazımdır.

Müstəqillik illərində ölkənin regionlarının iqtisadi-sosial və əhali coğrafiyası problemləri öyrənilmiş, onların təsərrüfat quruluşunda və əhalinin məskunlaşmasında əhəmiyyətli yer tutan təbii ehtiyat potensialının istehsala cəlb olunma problemləri müəyyən edilmiş və təkliflər sistemi hazırlanmışdır. Əhalinin məskunlaşmasının təbii və sosial-coğrafi amilləri, demoqrafik inkişaf xüsusiyyətləri, əmək ehtiyatlarından səmərəli istifadə edilməsi, Vahid Məskunlaşma Sisteminin formalaşdırılmasına dair elmi-praktiki nəticələr əldə edilmişdir. Müstəqil Azərbaycan Respublikasının müasir iqtisadi, siyasi-sosial coğrafi nailiyyətlərinin əks olunduğu irihəcmli “Azərbaycan Respublikasının iqtisadi, sosialsiyasi coğrafiyası” monoqrafiyası nəşr olunmuşdur (2010).

1972-ci ildə institutda toponimika şöbəsi yaradılmış və onun məqsəd və vəzifəsi Azərbaycanın coğrafi adları üzrə sistemli elmi-tədqiqat işləri aparmaq, toponimika fondu yaratmaq, həmçinin coğrafi adların transkripsiya və unifikasiyası ilə məşğul olmaq, toponimik lüğətlər tərtib etməkdən ibarətdir. İnamla deyə bilərik ki, şöbə bu vəzifələri uğurla icra etmişdir.

Coğrafiya İnstitutunda fundamental elmi tədqiqatlara daim üstünlük verilmiş, son on ildə AMEA-nın illik hesabatına daxil edilmiş 50 mühüm elmi nəticə əldə olunmuşdur.

Beynəlxalq fəaliyyət və əlaqələr. Rusiya, Gürcüstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Türkiyə, İran, Fransa, ABŞ, Polşa, Hindistan, Bolqarıstan və digər ölkələrlə, ilk növbədə konstruktiv coğrafiya, təbii ehtiyatların regional inkişafı, struktur-geomorfolojipaleocoğrafi problemlər üzrə sıx yaradıcılıq əlaqələri mövcuddur. İnstitutun Xəzər dənizi problemləri şöbəsi dəfələrlə ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondunun, Avropa İttifaqının 6-cı və 7-ci Çərçivə və Kopernikus proqramlarının, İNTAS və NATO-nun Elm Sülh Naminə proqramlarının, Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin - ECO/NET proqramının qrantını almışdır.

Hazırda institut Fransanın Milli Elmi Tədqiqatlar Mərkəzinin Kosmik Geofiziki Okeanoqrafiya Laboratoriyası, Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzi, Ukrayna, Rusiya Federasiyası və Qazaxıstanın Coğrafiya institutları, Ukraynanın Dənizin Hidrofizikası, Moskva Dövlət Universietis. beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

AMEA Coğrafiya İnstitutunun əməkdaşları YUNESKO-nun Dövlətlərarası Okeanoqrafiya Komissiyasının (İOC) “Beynəlxalq Okeanoqrafiya Verilənləri və Məlumatlarının Mübadiləsi” (İODE - “International Oceanographic Data and Information Exchange”) proqramı üzrə məsul təyin edilmişdir.

Əlamətdar tarixlər. İnstitutun bir sıra əməkdaşlarının fəaliyyəti dövlət və hökumət tərəfindən qiymətləndirilmiş, onların bəziləri beynəlxalq müsabiqələrin qalibi olmuşlar. Belə ki, onlardan bir nəfəri “Leninordeni, bir nəfəri isə “Şöhrət” ordeni almış, 5 nəfər dövlət mükafatına layiq görülmüşdür. Bundan əlavə, institutun alimləri müxtəlif professional müsabiqələrin və SSRİ Xalq Təsərrrüfatı Nailiyyətləri Sərgisinin qızıl, gümüşbürünc, SSRİ Coğrafiya Cəmiyyətinin P.F.LitkeN.M.Prjevalski adına qızıl medallarına layiq görülmüşlər.

Nəşr fəaliyyəti. 70 il ərzində nəşr edilmiş institutun əməkdaşları tərəfindən 500-dən sox monoqrafiya, atlas, xəritə və dərsliklər hazırlanmışdır. Bunların içərisində Azərbaycan SSR-in atlasını, Azərbaycan SSR-in istilik balansı atlasını, Azərbaycanın aqroiqlimekoloji atlaslarını və Xəzər dənizinin hidrometeoroloji atlasını xüsusi qeyd etmək lazımdır.

İnkişaf perspektivləri prioritet istiqamətlər. Dağlıq ərazilərdə təbii-antropogen amillərin təsiri altında təbii komplekslərdə baş verən geodinamiki proseslərin inkişaf qanunauyğunluqlarının tədqiqini genişləndirməklə ekoloji-coğrafi monitorinq sisteminin yaradılması; Ölkə ərazisində təbii-dağıdıcı proseslərin yaratdığı ekocoğrafi riskin dərəcəsini qiymətləndirməklə, yaxın gələcək üçün landşaft planlaşdırılmasının elmi-nəzəri təcrübi əsaslarının işlənməsi; Təsərrüfatın inkişafına güclü təsir edə bilən səhralaşma probleminin yeni elmi-məlumat informasiyalar sistemində tədqiqinin davam etdirilməsi; Qlobal regional iqlim dəyişkənliyinin, antropogen amillərin ətraf mühitə təsirinin müxtəlif variasiyalı modellərinin yaradılması; Relyefin endo- ekzodinamik proseslərdən asılı olan inkişaf dinamikasının tədqiqi, təbii-dağıdıcı proseslərinsellərin, sürüşmələrin, uçqunların s. ətraf mühitə artan təsirinin öyrənilməsi ekogeomorfoloji proqnoz xəritələrinin tərtibi. Müasir CİS tələbatına müvafiq olaraq ölkənin Milli Atlasının müxtəlif məzmunlu coğrafi xəritələrin elektron variantlarının işlənməsi.

Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş Regional İnkişaf Proqramının müddəalarına uyğun olaraq ayrı-ayrı bölgələrin sosial-iqtisadi inkişafının, əmək ehtiyatlarından yerli təbii ehtiyatlardan səmərəli istifadənin coğrafi problemlərini tədqiq etməklə elmi-təcrübi təkliflərin hazırlanıb səlahiyyətli orqanlara təqdim edilməsi; Ölkəmizin siyasi-iqtisadi həyatında Xəzər dənizinin mühüm əhəmiyyətini nəzərə alaraq kompleks tədqiqatları davam etdirmək, o cümlədən dənizin səviyyə dəyişməsinin inkişaf proqnozunun modelini hazırlamaq, sahildə dənizdə baş verən ekoloji dəyişiklikləri tədqiq etməklə onların Xəzər dənizinə sahil zonasına təsirinin proqnoz-risk xəritəsinin hazırlanması.

 

Ramiz MƏmmƏdov,

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru,

AMEA-nın həqiqi üzvü.

 Respublika.-2014.- 6 iyul.- S.3.