Radiasiya Problemləri İnstitutu

 

AMEA-nın Radiasiya Problemləri İnstitutunun daxil olduğu Fizika-Riyaziyyat Texnika elmləri Bölməsi 1945-ci il martın 31-də EA-nın ilk ümumi yığıncağının qərarı ilə yaradılmışdır. O zaman bu qurumFizika-Texnika elmləri və Neft Bölməsi” adlanır və Neft İnstitutu, Energetika İnstitutu, FizikaRiyaziyyat İnstitutunu əhatə edirdi.

Bu o illər idi ki, atom nüvəsi, onun tərkibi, nüvə proseslərinin aparılma və idarə edilmə üsulları kəşf edilmişdi. Atom nüvəsinin böyük enerji ehtiyatlarına malik olması və dinc məqsədlərlə də istifadə oluna bilməsi aşkar olmuşdu. Dünyada 1954-cü ildə keçmiş SSRİ-nin Obninsk şəhərində Atom elektrik stansiyasının işə salınması ilə nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi erasının başlanğıcı qoyuldu. Odur ki, keçən əsrin 50-ci illərindən başlayaraq nüvə enerjisinin dinc məqsədlərlə istifadə yollarının aşkar edilməsi, nüvə enerjisinin müxtəlif məqsədli istifadələri ilə əlaqədar radiasiya və nüvə təhlükəsizliyi problemləri ümumbəşəri aktual problem kimi qarşıya çıxıb və üzvi enerji mənbələri tükəndikcə bu problemlərin aktuallığı daha da artır.

Həmin illərdən başlayaraq bütün dünyada olduğu kimi, keçmiş SSRİ-də də nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi istiqamətində genişmiqyaslı elmi-praktiki fəaliyyətin başlanğıcı qoyuldu. SSRİ-də nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə kompleks işlər aparılır, əhatə dairələri həm genişlənir, həm də dərinləşirdi.

1950-1954-cü illərdə bölməyə akademik Y.H.Məmmədəliyev sədrlik edirdi. Azərbaycanda nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə elmi işlərin qoyuluşunun təşəbbüsçüsü də akademik Y.H.Məmmədəliyev olmuşdur. Azərbaycan o dövrlərdə SSRİ-nin əsasən “Neft akademiyası” kimi qəbul edildiyindən nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində də bu sahə əsas diqqət mərkəzində idi. Bu məqsədlə 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tələbələrindən 12 nəfər MoskvaLeninqrad Dövlət universitetlərinə təhsil almaq üçün göndərildi. Odur ki, 60-cı illərin başlanğıcında Azərbaycan EA-nın Neft-Kimya Prosesləri İnstitutunun nəzdində kompleks İzotop Mənbəli eksperimental bazamüvafiq laboratoriyalar yaradıldı. Paralel olaraq həmin illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda Elektron Sürətləndirici və Radiasiya Fizikası laboratoriyası yaradıldı. Keçən əsrin 60-cı illərinin ikinci yarısında artıq Azərbaycanda Neft-Kimya proseslərinin mexanizminin öyrənilməsi üçün izotop mübadilə üsulları geniş tətbiq edilməyə başlamışdı.

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətinin 20 iyun 1969-cu il tarixli qərarları ilə AEA-nın FizikaNeft-Kimya Prosesləri İnstitutlarının müvafiq laboratoriyaları bazasında Radiasiya Tədqiqatları Sektoru təşkil edilmişdi. Radiasiya Tədqiqatları Sektorunun ilk dövrlərdə elmi istiqamətləri

radiasiya metodları ilə neft-kimya məhsullarının alınmasının tədqiqi;

—radiasiyanın təsiri ilə yarımkeçirici materialların modifikasiyası olmuşdur.

Radiasiya Tədqiqatları Sektorunun elmi müəssisə kimi formalaşması ulu öndər Heydər Əliyevin 70-ci illərdə respublikamızda elm, mədəniyyət və iqtisadiyyatın inkişafı sahəsində yeritdiyi məqsədyönlü siyasət nəticəsində əldə edilib. Belə ki, həmin illərdə kollektivimiz Rusiyanın aparıcı elm, təhsil müəssisələrində hazırlıq keçmiş kadr potensialı ilə, SSRİ-də mövcud olan ən müasir izotop mənbələrilə, elektron sürətləndiricisi və qiymətli, müasir tədqiqat avadanlıqları ilə təmin olunmuşdu. Bu dövrdə Radiasiya Tədqiqatları Sektorunda keçmiş SSRİ-də və xaricdə böyük maraq doğuran elmi nəticələr alınıb.

Yarandığı gündən institut alimləri respublikamızın iqtisadiyyatının əsası olan neft, neft-kimya istehsalı sahələrinin yüksək enerjitutumlu proseslərində nüvə enerjisinin istifadəsinin elmi əsaslarının işlənilməsi ilə məşğul olmuşlar.

Radiasiya Tədqiqatları Sektorunun ilk direktoru (1969-1974-cü illər ərzində) M.M.Məlikzadənin rəhbərliyi altında neftin radiasiya termik-krekinqi, neft fraksiyalarından radiasiya-termiki üsulla qatranlı materialların alınması, neftin radiasion dehidrogenləşmə və krekinqi nəticəsində – olefinlərin alınması, stirolun alınması kimi proseslərin elmi əsasları işlənilmişdi.

AEA-nın Rəyasət Heyətinin qərarı ilə 1974-cü ildə Fizika İnstitutunda Polimer dielektriklərin fizikası sahəsində ixtisaslaşmış bir qrup alim Radiasiya Tədqiqatları Sektoruna keçirildipolimer materialların radiasiya fizikası sahəsində tədqiqat işlərinə başlanıldı. Həmin ildə Radiasiya Tədqiqatları Sektoruna yeni müasir avadanlıqlar və tədqiqat metodikaları gətirildi. Bunlardan Radiasion proseslərin mexanizmini öyrənmək üçün Elektron Paramaqnit Rezonans, Differensial termik analiz, optik spektroskopiya kimi metodikalar mənimsənildi və institut müvafiq avadanlıq bazaları ilə təmin olundu.

1970-ci illərdə Dünya miqyasında başlanan energetik böhran Radiasiya Tədqiqatları Sektorunun elmi istiqamətlərində də öz əksini tapdı. 1977-ci ildən başlayaraq Radiasiya Tədqiqatları Sektorunun əsas elmi istiqamətlərindən biri kimi nüvə, günəş və külək enerjilərinin universal enerji daşıyıcısı olan hidrogen vasitəsi ilə çevirib istifadəsi yollarını aşkar etmək məqsədi ilə hidrogen energetikası seçilmişdi. Belə ki, bu illərdən başlayaraq Radiasiya Tədqiqatları Sektorunda ümumittifaq elmi-texniki proqramı daxilində Atom-hidrogen, Günəş-hidrogen energetikaları istiqamətlərində elmi-tədqiqat işləri aparılmağa başlanıldı.

Radiasiya Tədqiqatları Sektorunda su, metankarbohidrogen-su sistemlərinin radiasiya termokatalitik parçalanma prosesləri nəticəsində enerji daşıyıcısı olan hidrogenin alınmasının optimal rejimi və katalizatorları aşkar olunub.

Suyun heterogen-katalitik, homogen və müxtəlif qarışıqlarla radiolitiktermo-radiolitik prosesləri əsasında nüvə enerjisinin tərkib hissələrinin hidrogenə çevrilmə üsulları işlənib. Müxtəlif tərkibli oksid sistemlərin suyun radiolitik parçalanması proseslərində radiasiya-katalitik təsirin qanunauyğunluqları tədqiq olunub. Oksid katalizatorların iştirakı ilə suyun radiasiya-katalitik parçalanma proseslərinin fiziki və kimyəvi mərhələsinin modeli yaradılıb. Suyun radiasiya-katalitik parçalanmasında hidrogenin alınması üçün katalizatorların seçilməsinin elmi əsasları işlənilmişdir.

1986-cı il Çernobıl Atom Elektrik Stansiyasında qəzadan sonra RTS-da Rusiyanın ovaxtkı İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunun sifarişi ilə su ilə soyudulan nüvə reaktorlarının hidrogen təhlükəsizliyi və radiasiya materialşünaslığı istiqamətində elmi-tədqiqat işlərinin icrasına başlandı.

Radiasiya-termik üsulla kömürlərdən, neft-bitumlu süxurlardanneftin ağır fraksiyalarından (mazut, qudron, bitum) qazlaşdırma və kokslaşdırma prosesləri nəticəsində hidrogenhidrogen tərkibli qazların alınması prosesləri tədqiq olunub. Günəş enerjisinin kömür-su, biokütlə (müxtəlif bitki qalıqları) su sistemlərində müxtəlif tip katalizatorların iştirakı ilə hidrogenyanar qaz qarışığına çevrilməsinə imkan verən üsul və yüksək potensiallı helioenergetik qurğu işlənilib hazırlanıb üzvi maddələrlə çirklənmiş sənaye axıntılarından yanar qaz alınmasına və suyun təmizlənməsinə imkan verən helioproses işlənmişdir. Külək enerjisinin stoxastik rejimindən sabit cərəyan alınması, elektrolitik üsulla onun hidrogenə çevrilməsinin elmi əsasları işlənilmiş, təcrübi-sınaq qurğusu yaradılmışdır. Bu proseslərin modeli qurulmuş, onun əsasında proseslərin xarakterik parametrləri hesablanmışdır.

Bu illərdə radiasiyaya davamlı, verilmiş xassələrə malik yeni maddə və materialların radiasion üsullarla alınması, ionlaşdırıcı şüaların təsiri ilə onların fiziki və fiziki-kimyəvi xassələrinin modifikasiyası, radiasiyaya davamlılığı üzrə elmi-tədqiqat işləri aparılmış, üzvi yarımkeçirici olan polidifenildiasetilenin elektrik və fotokeçiriciliyində maqnit-spin effektləri aşkar olunmuş və tədqiq edilmişdir. Aktiv xassəli polivinilidenftoridtetraftoretilenin sopolimerin, onun əsasında hazırlanmış pyezokeramika kompozitlərin pyezoelektret xassələrinin struktur modifikasiyası və qamma-şüaların təsiri ilə yaxşılaşdırmaq imkanı sübut edilmişdir. Polimerrezin məmulatların radiasiya kimyası sahəsində aqressiv mühitə davamlı elastomer materiallar alınıb, neft emalı, neft-maşınqayırma, kimyametropoliten sənayelərində geniş tətbiq edilib. Rezin məmulatlarının yeni resepturaları, radiasionkükürdsüz tikilmə üsulları işlənilib.

Göstərilən istiqamətlərdə alınmış fundamental nəticələr təkcə respublikamızda deyil, xarici ölkələrin elmi-texniki ictimaiyyətində böyük maraq doğurmuşdur.

Ulu öndərimiz Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi elmimizin, o cümlədən də Radiasiya Tədqiqatları Sektorunun tarixində yeni dövrüninkişaf dövrünün başlanğıcını qoydu. Keçmiş ittifaqın radiasiya və nüvə təhlükəsizliyi üzrə institutlarının ləğv edilməsindən sonra bu istiqamətdə işlərin icrası və elmi-metodik rəhbərlik Radiasiya Tədqiqatları Sektoru tərəfindən həyata keçirilməli oldu.

Ölkəmizdə siyasi sabitlik, iqtisadi inkişafın əsasları qoyulur, əsrin kontraktları bağlanır, böyük xarici investisiyaların qoyuluşu üçün şərait yaranırdı. Ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi ilə EA-ya milli və dövlətin elmi siyasətini yerinə yetirən ali dövlət qurumu statuslarının verilməsindən, Elmlər Akademiyasının prezidenti vəzifəsinə M.K.Kərimovun seçilməsindən sonra elmin inkişafında yeni dövr başlandı. Artıq böyük iqtisadisiyasi qüdrətə malik, inkişaf etmiş ölkələr səviyyəsinə sürətlə ucalan Azərbaycan Respublikasında nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, nüvə və radiasiya təhlükəsizliyi, radiasiya materialşünaslığı, radioekologiya sahəsində elmi-tədqiqat işlərinin koordinatoru və icraçısı, bu sahələrdə mövcud elmi-texniki problemlərin həlli məqsədli bir institutun yaranması zərurəti yaranmışdı. Odur ki, Azərbaycan respublikasının Nazirlər Kabinetinin 81 saylı 21 may 2002-ci il tarixli və AMEA-nın 3 iyun 2002-ci tarixli 13/1 saylı qərarları ilə AMEA-nın Radiasiya Tədqiqatları Sektoru bazasında Radiasiya Problemləri İnstitutu yaradıldı.

Həmin illərdə Azərbaycan Respublikasında, həmçinin AMEA-da elmin inkişafına yaradılmış şəraitdən bəhrələnərək və AR-nın milli tələblərinə müvafiq olaraq yeni elmi istiqamətlərin əsası qoyuldu. Radiasiya Problemləri İnstitutunda radiokimya, radiobiologiya, nüvə və radiasiya təhlükəsizliyi, idxal-ixraca nəzarət sistemlərinin elmi tutumlu problemləri kimi yeni istiqamətlərin inkişafının təməli qoyuldu. Yeni elmi laboratoriya və şöbələr açıldı, nüvə və radiasiyalı texnologiyaların gələcəkdə Respublikamızda inkişaf etdirilməsi üçün kadr və avadanlıq bazasının yaradılması istiqamətində genişmiqyaslı əməli işlərə başlanıldı. Artıq Radiasiya Problemləri İnstitutu beynəlxalq tələblərə müvafiq elmi və elmi-təşkilati struktura malik instituta çevrildi. İnstitut təkcə fundamental elmi tədqiqat işləri ilə deyil, Respublika daxili əsas istiqamətlərə uyğun elmi-praktiki işlərin və beynəlxalq əlaqələrin icrasını həyata keçirir. AMEA sistemində Radiasiya Problemləri İnstitutu Azərbaycan Respublikası ərazisində nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, radiasiya təhlükəsizliyi, radioekologiya, energetikanın fiziki-texniki problemləri, qeyri-ənənəvi enerji çevrilməsi prosesləri, bərk cisimlərdə radiasiya effektləri və radiasiya materialşünaslığı istiqamətlərində fundamental elmitexniki tədqiqat işlərini aparan, bu sahələrdə ölkədaxili və beynəlxalq informasiya mübadiləsini yerinə yetirən yeganə elmi müəssisədir.

Azərbaycanın “Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə texniki əməkdaşlıq” üzrə ilk müvəffəqiyyətlə həyata keçirilmiş layihəsi ilə RPİ-da “Beynəlxalq Nüvə Elmləri üzrə İnformasiya Sisteminin Azərbaycan bölümü” yaradıldı ki, hazırda bu mərkəz uğurla fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq “Nüvə reaktorları fizikası” bölümübu sahədə kadr hazırlığına başlanıldı.

Əvvəlki dövrlərdən fərqli olaraq indi İnstitutda aparılan tədqiqatların istiqaməti ilk növbədə ölkəmizin maraqlarına yönəldildi, alimlərimiz üçün xarici ölkələrin alimləri və beynəlxalq elmi mərkəzlərlə birbaşa əməkdaşlığa geniş imkanlar yarandı.

Hazırda İnstitut keçmiş əlaqələrini saxlamaqla yanaşı, beynəlxalq elmi sistemlərə inteqrasiya edir, öz profilinə uyğun olan bir çox xarici ölkələrin elmi mərkəzləri ilə geniş əməkdaşlıq həyata keçirir.

Radiasiya Problemləri İnstitutu MDB-də nüvə enerjisindən dinc məqsədlərlə istifadə üzrə dövlətlərarası Beynəlxalq Komissiyada Azərbaycanın təmsilçilik missiyasını həyata keçirirbu istiqamətdə məqsədyönlü işlər aparılır. Azərbaycan Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) ilə əlaqələrdə RPİ aparıcı rol oynayır. NATO-nun Elm fondununSülh və Təhlükəsizlik naminə Elm” Proqramı üzrə Azərbaycanda radiasiya təhlükəsizliyi, nüvə materiallarına nəzarət işlərinin qurulmasına dair əməkdaşlıq aparılır.

RPİ milli və yuxarıda göstərilən beynəlxalq dəstəklərdən bəhrələnərək institutda elmi-tədiqat işlərinin müasir səviyyədə aparılması üçün maddi-texniki bazaxarici elmi mərkəzlərdə hazırlıq keçmiş kadr potensialını formalaşdırıb.

Radiasiya Problemləri İnstitutunda radiasiya materialşünaslığı, radiasion texnologiyalar, radiasiya təhlükəsizliyinin elmi əsasları, alternativ energetika sahələrində beynəlxalq səviyyədə əhəmiyyətli elmi nəticələr alınıb. Bu nəticələr dəfələrlə keçmiş SSRİ Elmlər Akademiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının illik hesabatında ən mühüm nəticələr kimi qeyd olunub, icrası ittifaq miqyaslı proqramlarmüasir dövrdə beynəlxalq qurumlar tərəfindən dəstəklənib. Alınmış nəticələr nüfuzlu xarici elmi jurnal və nəşriyyatlarda çap olunub, çoxlu sayda patentlər alınıb.

Radiasiya Problemləri İnstitutunda icra olunan bütün mövzuların sonu əsasən innovativ təkliflər ilə nəticələnir.

Radiasiya Problemləri İnstitutu tərəfindən Cənubi Koreya Respublikasının Atom Enerji Tədqiqatları İnstitutu, Fransanın “AREVA” Dövlət Şirkəti, Polşanın Varşava Nüvə Kimyası və Texnologiyası İnstitutu, Rusiyanın “Kurçatov Mərkəzi”, Dubna Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzi, Qazaxıstanın “Nüvə Mərkəzi”, Özbəkistanın Nüvə Fizikası İnstitutu, Ukraynanın “Çernobıl Mərkəzi”, Türkiyənin Atom Enerji Kurumu, Almaniyanın Höte Universiteti, İsveçrənin “CERN” Mərkəzi və sair qurumlarla qarşılıqlı əməkdaşlıq memorandumu və müqavilələri bağlanıb və birgə işlər aparılır.

ABŞ Energetika Nazirliyinin Nüvə Təhlükəsizlik DepartamentininRadioloji Təhlükənin Azaldılması”na dair Beynəlxalq layihəsi çərçivəsində RPİ Azərbaycan Respublikasında Radioaktiv materialların, mənbələrin və qurğuların fiziki müdafiəsinin gücləndirilməsinə dair işlərə elmi-metodiki rəhbərlik edir.

RPİ-də Amerika Birləşmiş Ştatları CRDF FonduNATO-nunSülh və Təhlükəsizlik naminə ElmTexniki Əməkdaşlıq Proqramının “Fiziki ətraf mühitin tədqiqi mərkəzinin inkişafı” layihəsi həyata keçirilib. Mərkəzin idarə olunması İSO 9001:2001 keyfiyyəti idarə etmə sisteminə uyğunlaşdırılmışdır. Mərkəz analitikada keyfiyyətə nəzarət və təminat parametrlərinin tam icrası və protokollaşdırılmasını təmin etmişdir.

Mərkəz 2011-ci ildə Avropanın İSO 17025 laboratoriya akreditasiyası sertifikatını almışdır. Belə ki, laboratoriya tərəfindən yerinə yetirilən analizlər bütün Avropa ölkələri tərəfindən qəbul edilir.

ABŞ-ın Energetika Nazirliyinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının Müdafiənin İkinci Xətti Proqramı çərçivəsində Azərbaycan Respublikasının dövlət sərhəd keçid məntəqələrində radiasiya aşkarlayan avadanlıqların quraşdırılması işi həyata keçirilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17/1745-95-22/11 saylı, 29 noyabr 2007-ci il tarixli dərkənarına əsasən AMEA-nın Radiasiya Problemləri İnstitutu radiasiya aşkaredici cihazların kalibrə və təmir işlərinin aparılması, eləcə də bu cihazların istismar edilməsi sahəsində təlimlərin həyata keçirilməsi üzrə səlahiyyətli qurum təyin edilmişdir.

AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində “Radiasiyalı proseslərin imkanlarının genişləndirilməsi-sterilizasiya qurğusunun yaradılması” layihəsi həyata keçirilir. Radiasiya texnologiyaları vasitəsilə qida məhsullarının, tibbi material və vəsaitlərin, polimertikinti materiallarının sterilizasiya edilməsi üçünQamma-Şüalanma Kompleksi” yaradılır.

Radiasiya Problemləri İnstitutunda AEBA ilə Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanda Tədqiqat Nüvə Reaktorunun yaradılmasının elmi-texniki əsaslandırılması mövzusunda 2009-2011-ci illərdə milli layihə həyata keçirilib. Bu layihə çərçivəsində RPİ Beynəlxalq Tədqiqat Nüvə Reaktorlar Assosasiyasının üzvülüyünə qəbul edilibbu istiqamətdə gənc kadrlar hazırlığı aparılır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 may tarixli 442 nömrəli Sərəncamı ilə Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. İnanırıq ki, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə əldə etdiyi uğurlar kimi ölkədə nüvə texnologiyalarının yaradılması və inkişafında da uğur qazanılacaqdır.

 

Adil QƏRİBOV,

AMEA Radiasiya Problemləri İnstitutunun direktoru,

AMEA-nın həqiqi üzvü, Əməkdar Elm Xadimi.

 Respublika.-2014.- 9 iyul.- S.4.