Nizami rayonu: uğurlar artır, iqtisadi göstəricilər yüksəlir

 

  Dünən paytaxtın Nizami Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Hesabat yığıncağını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Tahir Budaqov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlardan danışdı. Bütün sahələrdə böyük uğurların, irəliləyişlərin olduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

 Cari ilin 6 ayı ərzində rayonun əldə etdiyi uğurları barədə geniş məruzə edən RİH başçısının müavini İldırım Mehdiyev bildirdi ki, ötən müddət ərzində rayon ərazisində fəaliyyət göstərən müəssisələr tərəfindən 210,1 milyon manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz çoxdur. İstehsal olunmuş məhsulun 39,7 faizi qeyri-dövlət sektoruna aiddir.

Sənayenin dövlət sektorunda 126,3 milyon manatlıq və ya ümumi istehsalın 60,3 faizi qədər məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

Ötən ilin müvafiq dövrünə nisbətən zeytun yağı istehsalı 77,0 faiz, kakao yağı istehsalı 2,2 dəfə, günəbaxan yağı istehsalı 16,5 faiz, marqarin istehsalı 33,0 faiz, sousların istehsalı 50,9 faiz, süd məhsullarının istehsalı 21,6 faiz, sair kimyəvi məhsullar istehsalı 14,0 faiz, beton, gipssement məmulatlarının istehsalı 84,3 faiz, tikinti məhsulları istehsalı 35,8 faiz çox olmuşdur.

Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2014-cü ilin yanvar-iyun aylarında istehlakçılara göndərilmiş məhsulun həcmi 212,6 milyon manat təşkil etmişdir. 2014-cü ilin 1 iyul vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,7 milyon manat olmuşdur.

Cari ilin 6 ayında ixrac olunmuş malların dəyəri 1,9 milyon manat təşkil etmişdir.

2014-cü ilin I yarımilində öz gücləri ilə yerinə yetirilən podrat işlərinin həcmi 166,4 milyon manat olaraq, ötən ilin müvafiq dövrünə nisbətən 69,6 faiz təşkil etmişdir. Tikintinin dövlət sektorunda 21,9 milyon manatlıq və ya 13,2 faizi qədər, qeyri-dövlət sektorunda isə 144,5 milyon manatlıq və ya 86,8 faizi qədər tikinti işləri görülmüşdür.

Cari ilin yanvar-iyul aylarında rayonda iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına əsas kapitala 123,7 milyon manat həcmində investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 95,2 faiz çoxdur.

Hesabat dövrü ərzində bütün maliyyə mənbələri hesabına 17,0 milyon manatlıq əsas fondlar istifadəyə verilmişdir. 2014-cü ilin I yarımilində istifadə edilmiş investisiyaların 91,2 milyon manatı və ya 73,7 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövründə pərakəndə ticarət dövriyyəsi və pullu xidmət göstəriciləri xeyli yüksəlmişdir. Rayon üzrə pərakəndə ticarət dövriyyəsinin həcmi 23,1 faiz artaraq 981,0 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin real həcmi isə 8,2 faiz artaraq 193,7 milyon manat olmuşdur. 2014-cü ilin yanvar-iyun aylarında rabitə sahəsində 113,8 milyon manat nəqliyyat sahəsində isə 40,9 milyon manat dəyərində xidmət göstərilmişdir.

2014-cü ilin 6 ayı ərzində rayonda 1370 yeri açılmışdır ki, onlardan 128-i yeni açılmış, 172-si mövcud müəssisə və təşkilatlara, 1070-i isə fiziki şəxslərə aiddir.

Ümumilikdə 2003-cü ildən bu günə kimi rayonda 24284 yeni yeri açılmışdır ki, bunun da 24187-si daimi yerləridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrasını təmin etmək məqsədilə rayonda operativ tədbirlər həyata keçirilmiş, bu kampaniyanın uğurla başa çatdırılması üçün səhiyyə müəssisələrinə hərtərəfli köməkliklər göstərilmişdir. Ümumilikdə rayon üzrə 18 yaşdan yuxarı 115 240 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulmuşdur. 1 may tarixinə 73151 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3282 nəfər ambulator, 274 nəfər isə stasionar müalicəyə göndərilmişdir. Tibbi müayinədən keçməyən 42089 nəfərdən 12041 nəfəri daimi dispanser qeydiyyatında, 9115 nəfəri obliqat qrupunda olanlar, 17483 nəfəri yeri üzrə poliklinikalarda tibbi müayinədən keçənlər, 3450 nəfəri isə qeydiyyatda olsa da, rayon ərazisində yaşamayan şəxslərdir.

2014-cü ilin birinci yarısında rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisəsinin əsaslı təmiri, yenidən qurulması və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müvafiq işlər həyata keçirilmişdir.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq tikintisi, yenidən qurulması və həmçinin əsaslı təmirinə 2013-cü ildə başlanılmış 12, 32, 238 və 272 nömrəli məktəblərdə, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li   internat məktəbində, 103 N-li uşaq bağçasında və 11 saylı Birləşmiş Şəhər Xəstəxanasında işlər davam etdirilmişdir.

Eyni zamanda “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən 61 nömrəli məktəbin ərazisində süni örtüklü voleybol, basketbolfutbol meydançaları qurulmuş, Gimnastika Kompleksinin, onun yanında məşq zalının və köməkçi qurğuların tikintisi başa çatdırılmış və 16 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı həyata keçirilmişdir. Eyni zamanda Milli Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilmiş, 214 nömrəli orta məktəbdə və Bakı Texniki Kollecində isə əsaslı təmir və yenidənqurma işlərinə başlanılmışdır.

2014-cü ilin 6 ayı ərzində rayonun xidmət və təsərrüfat idarələri tərəfindən tabeçiliklərində olan ayrı-ayrı təsərrüfatlarda aşağıdakı işlər görülmüşdür.

Rayon Qaz təsərrüfatı tərəfindən 52140 abonentə xidmət göstərilir. Ötən dövr ərzində 4241 ədəd sayğac quraşdırılmaqla ümumilikdə 44234 mexaniki sayğac smart-kart tipli elektron sayğaclarla əvəz olunmuş, qaz təchizatını yaxşılaşdırmaq məqsədilə müxtəlif diametrli 6927,95 p/m mövcud qaz xətti yenisi ilə əvəz edilmiş, 11 ədəd yeni qaz tənzimləyici şkaf quraşdırılmışdır. Dövlət Proqramı çərçivəsində Q.Qarayev prospektində d-325 mm-lik 250 p/m və Ş.Mİrzəyev küçəsində d-377 mm-lik 105 p/m yeni qaz xətti çəkilmişdir.

Rayon enerji təchizatı və satışı idarəsi tərəfindən H.Əİiyev prospektindəki “Fontanlar” bağının elektrik təchizatını yaxşılaşdırmaq üçün 208 saylı yarımstansiyadan “Koroğlutransformator məntəqəsinə 1209 metr, TM-dən “Fontanlar” bağına 6100 metr XLPE 1x240 mm kabel xətti çəkilmiş, Q.Qarayev prospektində aparılan yenidənqurma və genişləndirmə işləri ilə 3 yerdə uzunluqları L-144 metr, L-114 metr və L-120 metr olmaqla patron borular atılmış, 2 ədəd KTM quraşdırılmış, transformator məntəqəsi ilə binalararası ümumi uzunluğu 615 p/m 0,4 kV-luq istismara yararsız xətt yenisi ilə əvəzlənmiş, 7 transformator məntəqəsində və 1 KTM-də binaların açarları dəyişdirilmiş, transformator məntəqələrarası  1920 p/m 10 kV-luq kabel xətti yenilənmiş, 30 transformator məntəqəsində, 2 KTM-də təftiş işləri aparılmış və 217 saylı yarımstansiyadan P.Fərzəliyev küçəsinə 600 metr yeni kabel xətti çəkilmişdir.

Əhali sektorunda 54999 abonentə xidmət göstərilmişdir ki, onlardan 54419 (99,1 faiz) abonentə sayğac quraşdırılmışdır.

Su təchizatı və kanalizasiya xidməti ilə bağlı rayon Sukanal İdarəsi tərəfindən ayrı-ayrı ünvanlarda müxtəlif diametrli 2633,5 p/m su borusu, 816,9 p/m kanalizasiya xətti dəyişdirilmiş, 4000 m3 su anbarı yuyulmuş, 31 ədəd mühərrik, 134 ədəd nasos təmir edllmiş, 58 siyirtmə dəyişdirilmiş, Dövlət Proqramı çərçivəsində d-530 mm-lik 130 p/m, d-300 mm-lik 520 p/m mövcud istismara yararsız xətt yenilənmiş və 2422 ədəd sayğac quraşdırılmışdır.

Su təsərrüfatı üzrə 52855 abonentə xidmət göstərilmiş, onlardan 34844 (69,7 faiz) abonentə sayğac quraşdırılmışdır.

Keşlə qəsəbəsi üzrə ayrı-ayrı ünvanlarda 584 p/m kanalizasiya xətti, 360 p/m yeni su xətti çəkilmişdir. P.Fərzəliyev küçəsində (Deponun yanında) yeni məişət tullantıları meydançası tikilərək 8 ədəd konteynerlə təmin olunmuş, 14000 m2 sahəyə asfalt vurulmuşdur.

2014-cü ilin birinci yarımilində RİH-ə vətəndaşlardan 766 müraciət daxil olmuşdur, o cümlədən Azərbaycan Respublikası Prezidenti Administrasiyasından 271, digər rəhbər və mərkəzi orqanlardan 153. Ərizələrdə toxunulan məsələlər üzrə mövzuların təhlili göstərir ki, onlardan 28,1 faiz mənzil məsələləri, 29 faiz tikinti məsələləri, 7,1 faiz torpaq məsələləri, 10,1 faiz məişət problemləri və maddi yardım və s. məsələləri təşkil etmişdir.

158 müraciətin icrası nəzarətə götürülmüşdür, bu da problemlərin müsbət həll olunmasına öz təsirini göstərmişdir.

İcra hakimiyyəti aparatında vətəndaşların qəbuluna xüsusi əhəmiyyət verilir.

Rayon icra hakimiyyətində vətəndaşların qəbulu ilin əvvəllərindən təsdiq olunmuş cədvələ uyğun aparılır.

Mövcud problemlərin, vətəndaşların sosi

al əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə rayon icra hakimiyyəti başçısının sakinlərlə səyyari görüşləri keçirilir. 2014-cü ilin 6 ayı əzində 12 səyyari görüş keçirilmiş, sakinlər tərəfindən 57 müraciət edilmişdir.

Bununla yanaşı, 146 vətəndaş rayon icra hakimiyyətinin başçısı tərəfindən aparatda qəbul edilmişdir. 2014-cü il bələdiyyə seçkiləri ilidir. Bu ilin yanvar ayından başlayaraq seçki məntəqə və dairələrində daimi seçici siyahılarına daxil edilmək üçün rayon ərazisində aktiv seçki hüququna malik olan seçicilər haqqında məlumatların dəqiqləşməsi aparılmışdır. Bu günə qədər dairə seçki komissiyaları tərəfindən Mərkəzi Seçki Komissiyasına rayon üzrə 106309 nəfər aktiv seçki hüququna malik olan seçici siyahıları təqdim olunmuşdur. Təqdim olunmuş siyahılardakı seçicilərin 39691 nəfəri 24 saylı Nizami I seçki dairəsini, 44388 nəfəri 25 saylı Nizami II seçki dairəsini və 22310 nəfəri isə 18 saylı Nərimanov-Nizami seçki dairəsini əhatə etmişdir. Seçici siyahılarının dəqiqləşdirilməsi işi bu gündavam etdirilir. Hər ayın sonu aidiyyəti qurumlardan siyahılar alınır, seçici siyahıları işlənilib yenilənir.

Hesabat yığıncağına yekun vuran RİH başçısı Tahir Budaqov bütün problemlərin həlli üçün idarə, müəssisə və təşkilat rəhbərlərinə öz tapşırıqlarını verdi.

Yığıncaqda Milli Məclisin üzvləri Sədaqət Vəliyeva və Rasim Musabəyov çıxış edərək ölkəmizin uğurlarından danışdılar.

 

M.MİRZƏ

Respublika.-2014.- 18 iyul.- S.3.