Nərimanov rayonu: layihələr uğurla icra olunur

  

 Paytaxtın mərkəzində yerləşən və geniş əraziyə malik olan Nərimanov rayonunda sosial-iqtisadi vəzifələrin həyata keçirilməsinə maksimum səy göstərilir. Məhz buna görə də uğurlu nəticələrə imza atılır, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələr uğurla icra olunur.

Bu günlərdə rayonda 2014-cü ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirildi. Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev vurğuladı ki, Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlər görülmüşbu işlər hazırda da uğurla davam etdirilir.

Yarım ilin yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilmişbu müddət ərzində xidmətlər də daxil olmaqla 1 milyard 205,2 milyon manatlıq məhsul istehsal olunmuş, keçən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz artım əldə edilmişdir. İstehlakçılara 1 milyard 114,7 manatlıq sənaye məhsulu göndərilmişdir. İstehsal olunmuş sənaye məhsulunun həcmində dövlət sektorunun xüsusi çəkisi 84,9 faiz təşkil etmişdir.

Ötən dövr ərzində sənaye kompleksində işləyənlərin sayı 617 nəfər artaraq 10565 nəfər təşkil etmiş, onların orta nominal əmək haqqı 9,8 faiz artaraq 497,1 manata çatmışdır.

Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1890 daimi yeri yaradılmışdır.

Altı ay ərzində bütün mənbələr hesabına əsas kapitala 195,6 milyon manatlıq investisiya qoyulmuşdur ki, bununla da keçən ilin müvafiq dövrünə nisbətən 21,1 faiz artım əldə edilmişdir.

Tikinti təşkilatları tərəfindən yerinə yetirilmiş podrat işlərinin həcmi 325,4 milyon manat təşkil edərək əvvəlki dövrə nisbətən 1,1 faiz artım əldə edilmişdir. Bu sahədə işləyən işçilərin sayı 11266 nəfər təşkil etmiş və onların orta aylıq əmək haqqı 4,2 faiz artaraq 521,1 manata çatmışdır.

Ticarət və nəqliyyat sahələri də xeyli inkişaf etmişdir. Belə ki, 6 ay ərzində ticarət üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 457,9 milyon manat olmaqla 11,4 faiz artmışdır.

Nərimanov rayonunun qısa zaman kəsiyində geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgələri kimi, bu rayona da ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı göstərilməsidir.

Yarım il ərzində “Gənclik” metrostansiyasının ətrafında yerləşən binaların milli memarlıq üslubunda yenidən qurulması və yeni yeraltı piyada keçidlərinin inşa olunması, Vaqif prospektinin genişləndirilməsi və Əhməd bəy Ağaoğlu küçəsi ilə birləşdirilməsi, Ziya Bünyadov küçəsinin yenidən qurulması, Olimpiya Stadionunun tikintisi ilə əlaqədar yeni yol qovşaqlarının salınması, şəhərin baş planına uyğun olaraq digər infrastruktur layihələrin həyata keçirilməsi işləri uğurla davam etdirilmişdir.

H.Əliyev prospekti, Koroğlu Rəhimov, Akademik H.Əliyev küçələrində istismar müddətini keçmiş, yararsız hala düşmüş yaşayış binalarının, qeyri-yaşayış obyektlərinin sökülərək başqa ərazilərə köçürülməsi istiqamətində işlər davam etdirilmişdir. Qeyd olunan binalarda yaşayan sakinlər üçün  hazırda K.Rəhimov küçəsində 126 mənzilli, 7 mərtəbəli yaşayış binasının və Heydər Əliyev prospektində 167 mənzilli 7 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilir və yaxın müddətdə sakinlərin istifadəsinə veriləcəkdir.

K.Rəhimov küçəsində sökülmüş 7 ədəd yaşayış binasının yerində rayon sakinlərinin mənalı istirahət yerinə çevriləcək ən müasir parkın salınması davam etdirilir, artıq parkın birinci hissəsində işlər başa çatdırılmışdır. Öz füsunkar gözəlliyi ilə seçilən, Avropa istehsalı olan tikinti materiallarından istifadə edilməklə salınmış parkın birinci hissəsi artıq sakinlərin istifadəsinə verilmişdir. Parkın ikinci hissəsinin 2 mərtəbəli yeraltı avtomobil dayanacağı ilə birlikdə yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.

Bildiyiniz kimi, Avropa Olimpiya Komitəsinin qərarı ilə ilk Avropa Oyunları 2015-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcəkdir.

Cənab Prezident çıxışında Olimpiya Stadionunun tikintisi ilə əlaqədar ətraf ərazidə aparılacaq  abadlıq, quruculuq işlərinə, xüsusilə Böyük Şor gölünun təmizlənməsi və orada yeni bulvar zolağının salınması, müasir istirahət mərkəzinin yaradılması ilə bağlı görüləcək işlərə çox böyük diqqət yetirdi.

Nəzərə alsaq ki, Böyük Şor gölünün böyük bir hissəsi Nərimanov rayonun ərazisinə aiddir, həyata keçirilən bu böyük layihənin icrasında üzərimizə çox ciddi vəzifələr düşür.

Nərimanov rayon Enerji Təchizatı və Satış İdarəsi tərəfindən 1304 m 0,4 kV-luq və 3876 m 6/10 kV-luq kabellər yenisi ilə əvəz olunmuş, 1057 m uzunluğunda 0,4 kV-luq və 994 m uzunluğunda 6-10 kV-luq yeni kabellər çəkilmişdir. Bundan başqa, 5 ədəd KTM quraşdırılmış, 16 ədəd TM-də və 9 ədəd KTM-də təftiş işləri aparılmış, 3694 ədəd SMS tipli sayğac quraşdırılmışdır.

Nərimanov rayon Su-kanal Departamentinin Su Şəbəkələri və Qurğularının istismarı Xidməti tərəfindən cari ilin 6 ayı ərzində 191 ədəd nasos, 87 ədəd mühərrik və 92 ədəd siyirtmə təmir olunmuş, 1028,5 poqonmetr boru dəyişdirilmiş, 7 ədəd su anbarı yuyulmuşdur.

Bundan əlavə, 103 poqonmetr çirkab sular borusu dəyişdirilmiş, 4180 poqonmetr kanalizasiya şəbəkələri və 1837 poqonmetr yağış-leysan şəbəkələri və 158 ədəd barmaqlıq təmizlənmişdir.

Nərimanov Rayon Qaz İstismar Sahəsi tərəfindən cari ilin 6 ayı ərzində 136 ədəd Qaz Tənzimləyici Şkaf, 28 ədəd Qaz Tənzimləyici Qurğu və 15 ədəd Qaz Tənzimləyici Məntəqə təftiş edilmiş, mövcud qaz kəmərləri boyalanmış və sair işlər görülmüşdür. 6 ay  ərzində 298 ədəd Qaz Tənzimləyici Şkaf, 33 ədəd Qaz Tənzimləyici Məntəqə və 69 ədəd Qaz Tənzimləyici Qurğu və həmçinin, 1998,2 km yeraltı və 106 km yerüstü qaz kəmərlərinə profilaktiki xidmət göstərilmişdir. Bununla yanaşı, 4824 poqonmetr yeni magistral qaz xətti çəkilmiş, 1273 yeni mənzil və 78 qeyri-yaşayış obyekti qazlaşdırılmış, 2023 ədəd Smart-kart tipli sayğaclar quraşdırılmış, 125 ədəd qaz siyirtməsi təftiş edilmişya profilaktika olunmuşdur.

2013-2014-cü tədris ilində Nərimanov rayonunda fəaliyyət göstərən 22 ümumi təhsil müəssisəsində 23 747 şagird təhsil almışdır. Məktəbi bitirən 3971 nəfərdən 2111 nəfəri ümumi orta təhsili haqqında şəhadətnamə, 1860 nəfəri isə tam orta təhsili haqqında attestat almışdır.  Rayonda təhsilin inkişafı sayəsində zəruri tədbirlər həyata keçirilir. Belə ki, 22 məktəbdən 9730 şagird yerlik 11 məktəb əsaslı təmir olunmuş, 3 məktəb üçün 1940 yerlik əlavə tədris korpusu inşa edilib şagirdlərin istifadəsinə verilmişdir. Hazırda 47 nömrəli məktəbdə əsaslı təmir işləri və 207  nömrəli məktəbin əlavə tədris korpusunun inşası davam etdirilir. Bu il 212, 73, 39 nömrəli tam orta məktəblərin əsaslı təmiri nəzərdə tutulub.

Rayon ərazisində fəaliyyət göstərən 27 məktəbəqədər tərbiyə müəssisəsində 2349 uşağın təlim-tərbiyəsi ilə 324 müəllim məşğul olur. Bağçalardan 19-u ( 1945 uşaq yerlik) əsaslı təmir olunub. Cari ilin 1-ci yarısında əsaslı təmirdən sonra daha  iki bağça (180 və 89 nömrəli uşaq bağçaları) istifadəyə verilmişdir.

Əhalinin sağlamlığını hər zaman diqqətdə saxlayan dövlət başçısının tapşırığına əsasən fevral ayının 17-dən may ayının 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinələrdən keçirilməsi Nərimanov rayonunda da uğurla aparılmışdır.

Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 2014-cü ilin 6 ayı ərzində mühüm işlər aparılmışdır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması istiqamətində Respublika Prezidentinin fərman, sərəncam və tapşırıqlarını rəhbər tutaraq rayonun xidmət sahələri və idarələri tərəfindən ardıcıl tədbirlər həyata keçirilmişdir.

Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi sosial sahədə qəbul edilmiş dövlət proqramlarının icrasını həyata keçirmişdir.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq vətəndaşların pensiya təminatı ilə əlaqədar müraciətlərə baxılması işi davam etdirilmiş 6 ay ərzində qeydiyyatda olan 25047 nəfər  pensiyaçıya hər ay 4  milyon 843 min manat vəsait ödənilmişdir.

Pensiyaçıların mütərəqqi üsulla yenidən hesablanmasının başa çatdırılmasından sonra rayon üzrə orta pensiyanın məbləği artaraq 193,39  manat təşkil etmişdir ki, bu da çox yaxşı göstəricidir.

Rayon ərazisində fəaliyyət göstərən sığorta olunanların  qeydiyyatı işi sürətlə davam etdirilmiş, 6 ay  ərzində 1345 ədəd sosial sığorta şəhadətnaməsi alınaraq onlara təhvil verilmişdir.

6 ay ərzində Məşğulluq Mərkəzinə 258 nəfər qadın olmaqla 718 nəfər işaxtaran vətəndaşlar müraciət etmişdir ki, onlardan da 491 nəfəri müxtəlif yerləri ilə təmin olunmuşdur.

Bu dövr ərzində 76 nəfər işsizişaxtaran vətəndaş, o cümlədən 60 nəfər gözdən əlil peşə hazırlığı kurslarına cəlb edilmiş, 73 nəfər işaxtaran vətəndaşa işsiz statusu verilərək işsizlik müavinəti təyin edilmiş, onlardan 8 nəfərinə təkrar müavinət təyin olunmuşdur.

Nərimanov Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi 6 ay ərzində əhalinin sosial müdafiəsi sahəsində bir sıra işlər görmüşdür.

Ünvanlı Dövlət Sosial Yardımı Proqramının həyata keçirilməsi ilə əlaqədar 2263 ailəyə və ya 917,1 ailə üzvünə orta hesabla hər ailəyə 139,48 manat ünvanlı sosial yardım ödənilmişdir.

Yarım il ərzində Nərimanov Bələdiyyəsi tərəfindən də əlamətdar tarixi hadisələrin və bayram günlərinin qeyd edilməsi ilə bağlı bir sıra tədbirlər keçirilmiş və abadlıq işləri görülmüşdür.

Rayon rəhbərliyi tərəfindən 2014-cü ilin birinci yarımilində 13 səyyar qəbul və görüş keçirilmişdir. Keçirilmiş qəbullarda rayon sakinləri, əmək kollektivlərinin üzvləri, məcburi köçkünlər rayon rəhbərliyi tərəfindən qəbul edilmişlər. Keçirilmiş 13 səyyar görüş  qəbullarda 1004  nəfər vətəndaş iştirak etmişdir.

Bu görüş və qəbullar zamanı edilən 109 müraciətdən 103-ü (94,5%) həll edilmiş, 6-sı isə (5,5%) nəzarətə götürülmüşdür.

Görüş və qəbullarda vətəndaşların müraciətləri ilə bağlı rayon icra hakimiyyəti başçısı Aparatının aidiyyəti şöbələrinin və rayon idarələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş və onların icrasına nəzarət edilmişdir.

Hesabat dövründə rayon icra hakimiyyəti başçısı yanında keçirilmiş Şuranın 13 iclasında 15 məsələ müzakirə olunmuş və məsələlərin icrası ilə əlaqədar aidiyyəti üzrə  qərar və tapşırıqlar verilmişdir. Şura iclaslarında müzakirə olunmuş məsələlərlə bağlı irəli sürülmüş təklif və tövsiyələr əsasında qərarlar qəbul edilmişdir.

Yarım il ərzində  Nərimanov RİH-də 36 nəfər RİH başçısının  qəbulunda olmuş, icra hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri  tərəfindən müəyyən olunmuş qrafik əsasında qəbullar həyata keçirilmiş, şəhid ailələri, müharibə iştirakçıları, əlillər və imtiyazlı şəxslər növbədənkənar qəbul edilmişlər. Rayon icra hakimiyyətinin sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinə daxil olan sənədlərin qeydiyyatı kompyuter vasitəsilə aparılır. Bu da vətəndaşlara operativ şəkildə izahatların verilməsi və sənədlərin icrasına vaxtında nəzarət üçün çox əlverişlidir. Həmçinin RİH başçısı Aparatının internet səhifəsinə vətəndaşlar tərəfindən müraciətlərin sayı artmışdır.

Yığıncaqda millət vəkillərindən Adil Əliyev, Rasim Musabəyov, 18 saylı şəhər poliklinikasının baş həkimi Şəhla Məmmədova, məktəb-lisey kompleksinin direktor müavini Nizami Məmmədov, Bakı “Elektriktökmə” ASC-nin sədri, “Tərəqqi”  medallı Cavid Həşimov çıxış etdilər.

Tədbiri yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev əminliklə bildirdi ki, layihələr uğurla icra olunacaq və Nərimanov rayonu paytaxtın rayonları arasında öz liderlik mövqeyini ləyaqətlə qoruyub saxlayacaqdır.

 

Qədir ASLAN

Respublika.-2014.- 19 iyul.- S.9.