İrəvan müsəlman sakinli vilayət olmuşdur

 

Oxuculara təqdim olunanİrəvan müsəlman sakinli vilayət olmuşdurkitabı (İbrahim Quliyev fars dilindən tərcümə etmişdir) Güney Azərbaycanın tanınmış tarixçisi, mərhum doktor Səməd Sərdariniyanın çoxsaylı əsərlərindən biridir. Müasir Güney Azərbaycan tarixşünaslığında az müəllif tapılar ki, onun kimi yorulmaq bilmədən faktları, mənbələri və arxiv sənədlərini tədqiq edərək, tarixi həqiqətləri üzə çıxarmaq sahəsində zəngin irs qoyub getmiş olsun. “Azərbaycan mədəni dünyada”, “Təbriz əvvəlinci şəhərdir”, “Təbrizin Mərkəzi qeybi”, “Əli Müsyo”, “Təbriz Universiteti”, “Azərbaycan mətbuat tarixi”, “Təbriz teatrı”, “Bağır xan Salari-Milli”, “Molla Nəsrəddin Təbrizdə”, “Arazın hər iki sahilində soyqırım”, “Azərbaycan məşhurları” (3 cilddə) əsərləri müəllifin elmi axtarışlarının və yaradıcılığının bir hissəsidir. Onun şəxsi arxivində daha yeddi kitab, onlarca sanballı elmi məqalə oxuculara təqdim olunacağı günü gözləyir.

XIX əsrin sonunda Daşnaksütyun partiyasının yaranması və erməni qatillərinin bu partiya sıralarında cəmləşməsi dənizdən-dənizə böyük Ermənistan haqda xülyanı formalaşdırdı və onu müsəlmanlara qarşı mübarizədə ideoloji hədəfə çevirdi. Daşnaksütyun partiyasının yaranması ilə Qərbi Azərbaycan torpaqları, o cümlədən İrəvan və onun ətrafındakı bölgələr erməni əsarətinə düşdü.

Doktor Səməd Sərdariniyanın kitabını vərəqlədikcə son yüz ildən artıq bir müddətdə erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri çoxsaylı qətllərin, talan və zorakılıqların geniş panoraması göz önündə canlanır. Müəllifin kitabındakı çoxsaylı tarixi faktlar bu gün İrəvanı özünə paytaxt etmiş ermənilərin tarixi keçmişi bilərəkdən təhrif edib saxtalaşdırmalarına tutarlı elmi cavabdır.

Doktor S.Sərdariniyanın kitabı 1999-cu ildə (1379) İranda fars dilində nəşr edilmişdir. İranda qondarma erməni soyqırımına aid onlarca yazı dərc olunduğu halda, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərlə əlaqədar çıxan əsərləri barmaqla saymaq olar. Bu baxımdan, ictimaiyyətimizin diqqətinə təqdim edilən bu kitab xüsusi əhəmiyyətə malikdir. Təbii ki, bizim oxucumuz əsərin hansı şəraitdə qələmə alındığını və hansı auditoriyaya ünvanlandığını nəzərə almalıdır. Eyni zamanda, qeyd etməliyik ki, əsərdə işlənən bəzi ifadələr və terminlərdə kiçik dəqiqləşdirmələr aparılmışdır.

Əkrəm Rəhimli (Bije)

Həmin qəzetin 20-ci sayında isə belə bir məlumat vardır: “İrəvan quberniyasının Aleksandropol şəhərində qeyri-millətdən olan bir şəxsdə yaşı təxminən 1200 il olan antikvar bir qılınc vardır. Qılıncın üzərində iki möhür çəkilmiş və Kufə xəttilə qızılla qazılmış aşağıdakı cümlələr vardır: “Sən şahi-mərdan Əlidən qalıbsan yadigar, La fəta illa Əli la seyfə illa Zülfiqar ya rəhmani-rəhim”. Qılınc sahibinin fikrincə, o, mövlalar mövlası əleyhüssəlam zamanında Abbasa məxsus olub. Qılıncı əldə etmək istəyən şəxs İrəvan quberniyasının Aleksandropol şəhərində tacir Molla Əli bin Kərbəlayi Tarıverdiyə müraciət edə bilər”.

Bu illərdə Qacariyyə dövlətindəki kasıblıq və işsizlik ucbatından əhalinin çox böyük hissəsi Arazın o biri tayına mühacirət edir, bu şəhərlərdə işə düzəlirdilər. Abdulla Mustafa yazır: “Qacar dövlətinin təbəələrinin böyük hissəsi Qafqaza gəlmişdi. Hər il xeyli azərbaycanlı fəhləlik üçün Rusiya torpaqlarına üz tuturdu... Fəhlələrdən əlavə, buraya əvvəldən xeyli iranlı köçüb gəlmiş və onlar kiçik köşklərdə alver edirdilər. Onların bəzisinin çox böyük ticarət evləri də vardı... Bu ticarət evlərindəki işləri istiqamətləndirmək və fəhlələrə məsləhət vermək üçün Qacarlar dövləti Tiflisdə bir baş konsulluq, Bakı və Batum şəhərlərində isə iki konsulluq açmışdı. Bundan əlavə, İrəvanın vilayətinin hər bir şəhərində, Gəncədə, Vladiqafqazda bir konsul köməkçisi çalışırdı...”.

Qahirədə çap olunan “Hikmət” qəzeti “Tərcüman”a istinad edərək bütün Rusiyadakı və Arazın o biri sahilindəki əsas vilayətlərdə yaşayan müsəlmanların statistikasını dərc etmişdir. Bu qəzetin hicri-qəməri tarixi ilə 1322-ci ilin şəvval ayında (miladi tarixi ilə 1904-cü ilin dekabrın 8-də) çap olunan 838-ci sayında deyilir: “...1905-ci ildə Rusiya dövlətində müsəlmanların sayı 18 milyona çatmışdır. Onların 12 milyon nəfəri sünni, 6 milyona qədəri isə Cəfəri məzhəbinə aiddir. Onlar türk, türkmən, tatar, qırğız, çeçen, avar, çərkəz, lazbaşqa dillərdə danışırlar. Taciklərin danışdığı dil isə farsca-türkcənin qarışığından ibarətdir.

Həmin məqalədə Qafqaz müsəlmanlarının sayı 3 milyon 208 min 875 nəfər göstərilmişdir. Onların 352. 351 nəfəri İrəvan müsəlmanlarıdır”.

Şəmsi təqvimi ilə 1285-ci ilin mordad ayından 1286-cı ilin tir ayına qədər Fransanın Qacarlar dövlətində səlahiyyətli nümayəndəsi kimi çalışan və əsl adı Kular Desko olan Ujen Uben həmin dövrdə bir sıra vilayətlərə, o cümlədən Azərbaycana səfər etmişyol qeydlərini sonradan kitab halında nəşr etdirmişdir. O öz “Səfərnamə”sinin bir yerində İrəvanı azərbaycanlıların şəhəri adlandırır və yerli dilin xarakteristkasını verməyə çalışır. O yazır: “Qəzvindən çıxandan sonra fars dili öz yerini yavaş-yavaş türk dilinə verir... Yalnız bir neçə kəndin sakini fars dilində danışır. Toponimlərin məzmunu, adların və sözlərin tələffüzü fars və ruscadır. Biz türk-azəri ləhcəsində danışan bölgəyə çatırıq. Həmin günlərdə Təbrizdə, İrəvanda, Tiflisdə, Bakıda söhbət əsasən rus ordusunun yaponlar tərəfindən məğlub edilməsindən, Rusiyanın daxilində, eyni zamanda, Qafqazda və İrəvanda baş verən proseslərdən gedirdi. Bu hadisələr XX əsrin əvvəllərində mühüm dəyişikliklərə gətirib çıxardı.

Rus ordusunun Sakit okean hövzəsində ən böyük dayağı olan Port Arturun süqutu (1902-ci il yanvarın 2-də) və Rusiya silahlı qüvvələrinin komandanı general Anatoli İstusolun yaponlara təslim olması çarizmin qürubunun yaxınlaşması demək idi. Yaponlar Port Artur qalasını ələ keçirəndən sonra intensiv hücumlarla Maqadanda rus ordusunu darmadağın etdilər. 300 min nəfərlik çar ordusunun 120 min nəfəri məhv edildi, yaralandı, əsir götürüldü. Bundan sonra Baltik dənizindən rus qüvvələrininin möhkəmləndirilməsinə kömək üçün Port Artura gətirilmiş dəniz qüvvəsi Sakit okeandakı Susima boğazında bütünlüklə tar-mar edildi. İyirmi döyüş gəmisindən 13-ü suya batırıldı, dördü düşmənin əlinə keçdi. Çar Rusiyası müharibəni bütünlüklə uduzdu. Rusiya yaponlarla alçaldıcı sülh müqaviləsi bağlamağa məcbur oldu.

Rus imperiyasının Yaponiyaya məğlub olması ölkənin daxilində və dünyada böyük rezonans doğurdu”.

Bu hadisə dünya mətbuatında sensasiya doğurdu. “Hikmət” qəzetinin 848-ci sayında (hicri-qəməri 1323-cü il rəbiül-əvvəl ayı, miladi tarixi ilə 1905-ci il iyun ayının 4-ü) dərc olunmuşSiyasi ibrət, rus ordusunun məğlubiyyəti və onun məhv olması” başlıqlı məqalədə bu hadisəyə xüsusi diqqət yetirilmişdir. Müəllif Rusiyanın məğlubiyyətini onun imperiya hərisliyi və xalqın öz dövlətinə biganə münasibətilə əlaqələndirmişdir. Elə həmin nömrədəcə bu hadisəyə işarə edən bir şeir dərc olunmuşdur.

Yaponlar II Nikolayın dəniz limanlarını tamamilə darmadağın etdilər. Ruslar təkcə Artur limanında 40 mindən çox qurban verdilər. Çar total çağırış haqqında fərman verəndə kəndli və fəhlələrdən ibarət on minlərlə insan “Çarizmə ölüm”, “Yaşasın yaponlar” şüarı ilə nümayişə çıxdı.

Bu təhqiramiz məğlubiyyət çar rejiminin gücdən düşdüyünü göstərir, xalqı azadlıq və ədalət uğrunda mübarizəyə sövq edirdi. “Çar hakimiyyəti ümid edirdi ki, müharibə ona öz siyasi mövqeyini möhkəmlətməkdə kömək edəcək, Rusiyada inqilabın qarşısını alacaq. Lakin müharibənin nəticəsi çarizmin gücsüz olduğunu, xalqdan ayrı düşdüyünü göstərdi... Çar hökuməti müharibə yolu ilə narazı qüvvələri boğmaq, əzmək istəyirdi, amma əksinə, inqilabı sürətləndirdi. Çünki bu dövrdə Rusiyada yaşayan kəndlilər, fəhlələr vəhşi və soyğunçu kapitalizmin zülmü altında inildəyir, heç bir insani hüquqa malik olmadıqlarından, əzab çəkirdilər. Qafqaz və Mərkəzi Asiya xalqları da rus istismarçılarının təzyiqi altında idilər. Onlar öz övladlarını ədalətsiz müharibə maşınının ağzına atmaq istəmirdilər. Buna görə də bu ölkələrdə, xüsusilə Qafqazda ciddi inqilabi qüvvələr formalaşmışdı”.

II Nikolay müvəqqəti də olsa “xalqın istəklərinə cavab verməyə məcbur oldu. O, Duma adlanan parlamentdə bütün Rusiya xalqlarının nümayəndələrinin iştirakını təmin etmək məcburiyyətində qaldı. 1907-ci ildə bütün Qafqazda tanınan “Şərqi rus” qəzetinin təsisçisi Məhəmməd Ağa Şahtaxtinski (1864-1931) İrəvandan II Dumaya deputat seçildi”.

İrəvan 1905-1906-cı illər

erməni-müsəlman davasında

Miladi tarixi ilə 1828-ci ildə bağlanmış ədalətsiz “Türkmənçay” müqaviləsi ilə Quzey Güneydən ayrı düşdü. Ermənilər rusların himayəsi altında tədricən Qacarlar və Osmanlı dövlətindən köçərək bu regionda, o cümlədən İrəvanda məskunlaşdılar. Onlar XX əsrə qədər az sayla Qafqazın müxtəlif bölgələrində pərakəndə şəkildə yerləşmişdilər. Anahid Ter Minasyanın yazdığına görə, “ermənilər, hətta İrəvan əyalətində də hissediləcək say fərqinə malik deyildilər. Yalnız 1905-ci il inqilabı dövründə onların bu arzu və istəkləri gerçəkləşdi”.

Böyük Ermənistan” dövləti yaratmaq vəzifəsini qarşısına qoyan Daşnaksütyun partiyasının təsisçilərinin ilk məqsədi Şərqi Anadoluda və İrəvan əyalətində ermənilərin say üstünlüyünə nail olmaq idi. Onlar bu ərazilərdə erməni dövlətini ərsəyə gətirmək üçün artıq çox ciddi fəaliyyətə keçmişdilər. Daşnaklar hələ XIX əsrin sonlarından Osmanlı dövlətində bu işi həyata keçirmək üçün çalışırdılar. Lakin o dövrdə bütün qüvvələrini proqramlarının birinci hissəsini, yəni Qafqazda qarmaqarışıqlıq yaratmaq məqsədini reallaşdırmağa sərf etdiklərindən bu işi başa çatdıra bilməmişdilər. Buna görə də onlar fürsət gözləməli olmuşdular. Rus-yapon müharibəsinin başlaması, çar ordusunun bu müharibədə məğlub olması, 1905-ci il inqilabının baş verməsi onlara bu fürsəti verdi. Yuxarıda adını çəkdiyimiz erməni yazıçısının yazdığına görə, “Daşnak partiyasının 1904-cü ilin fevral-mart aylarında Sofiyada keçirilən III qurultayında qərara alındı ki, partiya Qafqaz ermənilərinin müdafiəsi vəzifəsini öz üzərinə götürsün, bu məqsədlə təbliğat vasitələrindən, silah və gücdən istifadə etsin. Bu qərar gələcək proseslərin dönüş nöqtəsi sayılır”.

Rusiyanın Yaponiya tərəfindən məğlub edilməsi beynəlxalq sensasiyaya səbəb olmaqla bərabər, çar dövlətinin əsaslarının möhkəm olmadığını üzə çıxardı və 1905-ci il inqilabı ilə nəticələndi. Həmin dövrdə Batumda İran konsulluğunda katib vəzifəsində çalışmış və bu tarixi hadisələri yaxından müşahidə etmiş Səid Marağai öz xatirələrində yazır: “Mövqelərindən geri çəkilmiş və həmin mövqeləri yaponlara təslim etmiş məğlub qoşun düşdüyü vəziyyətdən və komandirlərdən narazı idi. Bu narazılıqlar ölkə daxilində qarmaqarışıqlıq yaratmışdı. Dövlət əleyhinə olan qüvvələr bu fürsətdən istifadə edərək, öz fəaliyyət və təbliğatlarını genişləndirmiş, dövlət rəhbərliyini bacarıqsızlıqda və qabiliyyətsizlikdə ittiham etməyə başlamışdılar. Əsgərlər silah-sursata və geyimə görə narazı idilər. Çox bahalı hərbi gəmilər əldən verilmişdi. Dövlət işlərinə ictimai nəzarət olmadığından, orduda sui-istifadə halları baş alıb gedirdi. Bütün bu qüsurlar təbliğat vərəqələrində əks olunur, şəhərlərdə yayılırdı. Ölkənin müxtəlif yerlərində qanlı çarpışmalarla nəticələnən nümayişlər baş verirdi. Çox keçmədi ki, narazılıq dalğası bütün ölkəni bürüdü. Partiyalar, siyasi dairələr, dövlət məmurları, fəhlələr öz tələblərində təkid edir, azadlıq istəyirdilər. Lakin dövlət onları eşitmirdi. Çar hökuməti proseslərin qarşısını almaq üçün dəstə başçılarını, əsas şəxsləri, hərəkətverici insanları, barışmaz qüvvələri həbs və sürgün edir, onları aradan götürmək üçün silaha əl atırdı. Sonradan məlum oldu ki, hərəkat liderləri gizli iclas keçirərək ümumi tətil elan etmək, hakimiyyət nümayəndələrinə qarşı terrordan istifadə etmək və dövlət aparatını iflic etmək barədə qərar qəbul ediblər. Moskva şəhərinin komendantı, Bakının valisi, Gəncə Jandarm İdarəsinin rəisi, Batumun üç şəhər rəhbəri iki-üç gün müddətində qətlə yetirildi. Əksər dövlət idarələrində: dəmiryol, poçt, teleqrafs. məmurlar sabotaja əl atdılar. Zavodlar tətil edir, fəhlələr işə çıxmırdı, qarmaqarışıqlıq və qeyri-stabillik bütün ölkəni bürümüşdü. Hətta çarın öz iqamətgahını tərk edərək ailəsi ilə haradasa sığınacaq tapması barədə şayiələr dolaşırdı...

Batumda və Rusiyanın bir çox digər şəhərlərində son dərəcə təhlükəli vəziyyət yaranmışdı. Bu zaman dövlət rəhbərliyi min bir hiyləyə əl atsa da, xalqın tələblərini qəbul etməkdən başqa çarəsi yox idi. Beləliklə, 1905-ci ilin oktyabr ayında çar xalqa azadlıq veriləcəyi haqda manifest elan etdi. Manifestdə xalqa hər cür azadlıq, o cümlədən azad seçkilər, Duma təşkili və s. vəd edilirdi.

Bu mürəkkəb və gərgin illərdə Qafqaz xalqlarının milli oyanışı Rusiya sarayında ciddi narahatlıq doğurmuşdu. Rusiyanın hakim dairələri bu oyanışın mərkəzi hakimiyyətə qarşı yönələcəyindən qorxaraq milli münaqişələrə əl atdılar. Jan Mari Karzu yazır: “1905-ci ildə Bakıda ermənilərlə azərbaycanlılar arasında qanlı çarpışmalar oldu. Bu çarpışmaların kökünü Rusiya imperiyası üçün təhlükəli ola biləcək milli oyanışda axtarmalıyıq. Rusiyanın hakim dairələri Qafqazın oyanışında güclü millətçilik tendensiyasının olduğunu iddia edirdilər. Bu tendensiya böyük Rusiya imperiyasının planlarının ziyanına idi. Ona görə də çar hökuməti bu oyanışı hansı vasitə ilə olursa-olsun beşiyində boğmağa çalışırdı. 1894-cü ildə hakimiyyətə yiyələnmiş Rusiyanın sonuncu çarı II Nikolay Romanovlar sülaləsinin ömrünü uzatmaq üçün bütün hiylələrə əl atırdı. Rusiyada yaşayan xalqların arasında qırğın salmaq da bu fəndlərdən biri idi. Çarizmin fikrincə, daxili müharibələrə meydan verməklə, xalqları bir-birinə qarşı qoymaqla öz zəifliyini gizlədə və hakimiyyətdə qala bilər.

Oktyabr inqilabının rəhbəri Lenin doğru olaraq Rusiyanı xalqlar həbsxanası adlandırmışdı. Üzeyir Hacıbəyov da belə bir əqidədə idi: “Rusiya məmləkətində bərabərlikdən əsər-əlamət yoxdur. Hamı bir gözdə görünmür. Birinə ehtiramla yanaşılır, digərinə məhəl qoyulmur. Biri qul olur, digəri saray sahibi. Belə bir şəraitdə biz müsəlmanların vəziyyəti hamınkından dəhşətlidir”.

Çar Rusiyasında milli məsələ həlledilməz bir problemə, xroniki bir xəstəliyə çevrilmişdi. İmperiyanın xalqlara eyni gözlə baxmaması, birinə qayğı ilə yanaşması, digərinə təhqiramiz münasibət bəsləməsi ölkədə hərc-mərcliyə, xaosa gətirb çıxarmışdı. Bununla bərabər, çar hökuməti xalqların mərkəzi hakimiyyət əleyhinə birgə mübarizəsinin qarşısını almaq üçün onları bir-birindən təcrid edir, açıq və gizli şəkildə bir-birlərinə qarşı qoyur, yalançı təbliğatlarla onlarda bir-biri haqqında səhv təsəvvürlər yaratmağa çalışırdı. Məsələn, onlardan biri tənbəl, digəri xürafatçı, başqa birisi xəsis kimi təqdim edilirdi. Hətta xalqların bir-birini təhqir etməsi üçün onların xəsisliyi, satqınlığı haqqında müxtəlif yalan əhvalatlar düzəldib yayırdı. Çarizmin bu təfriqəçilik və səhv təsəvvürləri yaymaqda yalnız bir məqsədi var idio da özünün qanlı hakimiyyətini əbədiləşdirmək. Belə məşum hadisələrdən biri Arazın o tayında ermənilərlə müsəlmanlar arasındakı dava oldu.

Molla Nəsrəddinjurnalının birinci sayında bir karikatura çəkilmişdi. Həmin karikaturada bir-birinə düşmən olan müsəlmana erməniyə silahı bir çar kazakı verir bunun müqabilində onların hər ikisinin cibini boşaldır.

Bakı şəhər idarələrinin 1905-ci il qətliamının başlaması barədə təhqiqatların bu münaqişədə rusların oynadığı rola aid (dövlət ordu idarələrinə aid) sənədlərin üzərindən müəmma pərdəsini götürəndə məlum olur ki, nifaq xəyanət toxumunu ruslar əkmişlər. Onlar ermənilər türklər arasında şayiə yayırdılar ki, qarşı tərəf hücum məqsədilə silahlanır əlavə edirdilər ki, polis heç bir halda intiqam əməliyyatlarına müdaxilə etməyəcək. Xülasə, barışıq asayişi bərqərar etməli olan polis (bəzən hadisələrə müdaxilə etmədən) bir şəxsin həbsi ya düşmən tərəflər arasında dava zamanı qəsdən yubanmaqla öz niyyətini həyata keçirirdi”.

Qafqazın ayrı-ayrı xalqları arasında təfriqə düşmənçilik siyasəti yürütmək əvvəldən, bir qədər dəqiq desək, Qafqazın ruslar tərəfindən işğalınadək davam edirdi.Mərkəzi Asiyada Qafqazda dəyişikliklərin mahiyyətikitabının müəllifləri bu barədə yazırlar: “Rusların azərilərə qarşı diskriminasiya siyasəti onların açıq-aşkar erməniləri himayə etmələri ermənilərlə azərbaycanlılar arasında ictimai iqtisadi ziddiyyətlərin dərinləşməsinə səbəb oldu.

1872-ci ildə azərbaycanlıların 5 faizi neft çıxarmaq hüququ qazandığı halda, ermənilərin səhmi azərbaycanlılarınkından 10 dəfə çox idi. 167 neft müəssisəsindən cəmi 49 kiçik sex azərilərə məxsus idi. 1900-cü ildən sonra 115 neft müəssisəsindən 49 kiçik sex azərbaycanlıların əlində olduğu halda, erməni ailələri 55 orta böyük istehsal gücünə malik sexə yiyələnmişdi. 1900-cü ildən sonra Bakı quberniyasındakı 115 sənaye müəssisəsinin 29 faizi ermənilərin, yalnız 18 faizi azərilərin əlində idi. Azərilər rəqabətdən tamamilə kənarda idilər. Baxmayaraq ki, məhsuldar qüvvə baxımından azərilər qat-qat çox idilər. Bakı fəhlələrinin 17,5 faizi erməni, 70 faizi isə azərbaycanlılardan başqa millətlərin nümayəndələrindən ibarət idi. Erməni əhalisinin 4,83 faizi böyük icraçısı digər vəzifələrdə çalışırdı. Həmin dövrdə ermənilərin 39 faizi şəhərlərdə, 61 faizi isə kəndlərdə yaşayırdı.

 

əvvəli, ardı var

 

Respublika.-2014.- 19 iyul.- S.11.