Qazax:
sosial-iqtisadi inkişaf uğur deməkdir
Qazax Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclası keçirilmişdir.
İclası
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz
Əsgərov giriş sözü ilə açaraq
bildirmişdir ki, 2014-cü ilin birinci yarım ili
rayon üçün uğurlu olmuşdur.
Rayonda regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq təmir-tikinti, abadlıq, bərpa,
quruculuq işləri əvvəlki illərdə olduğu kimi
2014-cü ilin birinci yarımilində də uğurla davam
etdirilmişdir.
Dövlət Sosial Müdafiəsi Fondunun Qazax rayon
şöbəsi tərəfindən əhalinin pensiya və
müavinətlərinin ödənilməsi üçün
2014-cü ilin 6 ayında ödəniş müəssisələrinə
13.423.000 manat vəsait
köçürülmüşdür. Bu isə
keçən ilin müvafiq dövrünə nisbətən
1.015.000 manat çoxdur.
2014-cü ilin birinci yarımilində Qazax rayon
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən
2.213.798 manat aylıq müavinət və birdəfəlik
müavinət təyin edilmiş və ödənilmişdir. Ötən 6
ay ərzində Mərkəz tərəfindən 2.022 ailəyə
ünvanlı sosial yardım təyin edilərək 1.413.510
manat vəsait ödənilmişdir.
Hesabat dövrü ərzində əhalinin elektrik
enerjisi və təbii qaz yanacağı ilə təmin olunması
sahəsində də müəyyən işlər
görülmüşdür.
2014-cü
ilin birinci yarımilində Qazax Elektrik şəbəkəsi
tərəfindən 10 kilovat hava xəttində 1,13 kilometr, 0,4
kilovat hava xəttində 3,3 kilometr uzunluğunda cari təmir
işləri aparılmış, 30 ədəd yararsız
dayaqlar yenisi ilə əvəz edilmiş və 36 ədəd
transformator cari təmir olunaraq sxemaya qoşulmuşdur.
Qazax
şəhərini qidalandıran 35/10 kilovotluq Qazax-1
yarımstansiyasında 4 MVA gücündə olan transformator
yeni 6,3 MVA transformatorla əvəz
edilmişdir.
Qazax “Su Kanal” idarəsi tərəfindən 2014-cü
ilin 6 ayında 5.836 abonentə xidmət göstərilmiş və
207.448 manat vəsait toplanmışdır.
Qazax Mənzil
İstismar Sahəsi balansında olan 16 yaşayış
binasının dam örtüyündə cari təmir işləri
aparmış, ötən 6 ayı ərzində vətəndaşlardan
118,7 faiz mənzil xidmət haqqı
toplamışdır.
2014-cü ilin 6 ayı ərzində rayonun təhsil, səhiyyə
və mədəniyyət müəssisələri tərəfindən
də bir sıra işlər görülmüşdür.
Rayon Təhsil
şöbəsinin tabeliyində olan 34 tam orta, 6 orta ümumtəhsil,
7 ibtidai məktəbdə 11.293 nəfər şagirdin təlim-tərbiyəsi
ilə 1.808 nəfər müəllim məşğul olur.
2014-cü ilin yanvar ayında olimpiadanın ikinci rayon
turunda 9 fənn üzrə 90 nəfər şagird iştirak
etmişdir. Onlardan 10 nəfəri mart ayında Bakı şəhərində
keçirilən respublika turunda iştirak etmiş, ürkməzli
kənd tam orta məktəbin 10-cu sinif şagirdi Baxşəliyev
Yadigar biologiya fənni üzrə üçüncü yeri
tutmuşdur.
Dövlət başçısı cənab İlham
Əliyevin tapşırığına əsasən ölkəmizdə
əhalinin tibbi müayinədən keçirilməsi
aksiyası Qazax rayonunda da uğurla aparılmışdır. Qazax Rayon
İcra hakimiyyəti Başçısının sərəncamı
ilə yaradılmış komissiya əhali arasında təbliğat,
təşviqat və məlumatlandırma işləri
aparmışdır. Bunun nəticəsidir
ki, əhali aksiyada mütəşəkkil sürətdə
iştirak etmişdir. Müayinə nəticəsində
4.191 nəfərə ambulator, 118 nəfərə stasionar
müalicə kursu təyin olunmuş, 47 nəfər isə
Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Rayonda 20 may 2014-cü il tarixdə qan vermə
aksiyası keçirilmiş, 169 nəfər qan vermiş, bu
göstərici respublika səviyyəsindən yuxarı
olmuşdur.
Rayon gənclər
və idman idarəsi tərəfindən 2014-cü ilin 6
ayında gənclərlə iş sahəsi üzrə 11, bədən
tərbiyəsı və idman sahəsi üzrə 17 tədbir
keçirilmişdir. Keçirilən tədbirlərdə
gənclərin bütün təbəqələri təmsil
olunmaqla 2.946 nəfər yeniyetmə və gənc iştirak
etmişdir. Hesabat dövründə beynəlxalq
yarışlarda 19, Respublika yarışlarında 43 nəfər
idmançımız mükafata layiq yerlər tutmuşdur.
Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar
Qazax rayonunda davamlı surətdə yeni iş yerləri
açılır. Birinci yarımildə 16 yeni müəssisə
yaradılmış, 540-ı daimi olmaqla 560 yeni iş yeri
açılmışdır. 2014-cü ilin 6 ayı ərzində
Məşğulluq Mərkəzinə 13 dövlət müəssisəsindən
121 və 13 qeyri-dövlət müəssisəsindən 209, cəmi
330 boş iş yeri təqdim edilmişdır. Məşğulluq
Mərkəzinə müraciət etmiş 500 nəfər vətəndaşlardan
259 nəfəri iş axtaran kimi qeydiyyata alınmış, 68
nəfər münasib işlə təmin olunmuşdur.
Belə ki, illik gücü 1 milyon ton, ərazisi 56 hektar
olan Qazax Sement zavodunun birinci hissəsində tikinti işləri
başa çatdırılmış, İİ hissədə
klinker istehsalı üzrə tikinti işləri davam etdirilir.
Azərbaycan
Respublikası Prezidentinin 18 fevral 2013-cü il tarixli 2730 nömrəli sərəncamı
ilə 26 min nəfər əhalinin yaşadığı 15
yaşayış məntəqəsini birləşdirən
“Qazax Quşçu Ayrım avtomobil yolunun tikintisi” məqsədilə
Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Qazax rayon İcra
Hakimiyyətinə 6,9 milyon manat vəsait ayrılmışdır.
Bundan əlavə Qazax-Quşçu Ayrım avtomobil yolunun
inşasının başa çatdırılması məqsədilə
Azərbaycan Respublikası Prezidentinin 07 oktyabr 2013-cü il
tarixli 3183 nömrəli sərəncamı
ilə 2 milyon və Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 30 dekabr 2013-cü il tarixli 3983 nömrəli
müvafiq sərəncamına uyğun olaraq 1,72 milyon manat vəsait
ayrılmışdır. Yolun tikinti işləri
başa çatdırılaraq istifadəyə verilmişdir.
5 kilometr uzunluğunda Fərəhli avtomobil
yoluna nəqliyyatın hərəkətini
yaxşılaşdırmaq üçün dəmyə
xırı daşınaraq yayılmışdır.
Bundan əlavə Dövlət Proqramına uyğun
olaraq Qazax-Kosalar avtomobil yolunun tikinti işlərinə
başlanılması nəzərdə tutulmuşdur.
Nazirlər
Kabinetinin 30 dekabr 2013-cü il tarixli 374s saylı sərəncamına
uyğun olaraq 180 şagird yerlik Quşçu Ayrım kənd
tam orta, hər biri 80 şagird yerlik Məzəm və Bala Cəfərli
kəndlərində ibtidai məktəblərin tikintisi və
Qarapapaq kənd ümumtəhsil orta məktəbində bərpa
gücləndirmə işləri sürətlə davam
etdirilir. Yeni dərs ilinin başlanılmasına
kimi məktəblərin istifadəyə verilməsi nəzərdə
tutulur.
Heydər Əliyev Fondunun dəstəyi ilə Qazax şəhərində
hər biri 100 yerlik olmaqla 2 ədəd körpələr
evi-uşaq bağçalarının tikinti işlərinə
başlanılmışdır. Həmin müəssisələr
sentyabr ayında istifadəyə veriləcəkdir.
Qazax şəhərinin prospekt və küçələrində
yeni işıqlandırma sistemlərinin
quraşdırılması işləri davam etdirilir.
Ağköynək kəndi ərazisində şəhərin
məişət tullantılarının tökülməsi
üçün 30 hektar ərazidə hamarlama və təmizləmə
işləri aparılmış, tullantıların mərkəzləşmiş
qaydada bir yerə tökülməsi üçün
maşın-mexanizmlərinin köməyi ilə “Poliqon”
yaradılmışdır. Aslanbəyli kəndində
əhalinin içməli suya olan tələbatını
yaxşılaşdırmaq məqsədi ilə hər birinin
tutumu 16 ton olan 3 ədəd su çənləri quraşdırılmış
və su xətləri çəkilərək istifadəyə
verilmişdir.
Nazirlər
Kabinetinin 30 dekabr 2012-ci il tarixli 374s
saylı sərəncamına uyğun olaraq köhnə mərkəzi
xəstəxananın yerində yeni 145 çarpaylıq Mərkəzi
Xəstəxana Kompleksinin tikintisinə
başlanılmışdır.
Ölkə
Prezidentinin müvafiq sərəncamı ilə təsdiq
edilmiş qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramına
uyğun olaraq Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində
300 məcburi köçkün ailəsinə bütün
infrastrukturlarla birlikdə yeni yaşayış
binalarının tikintisi üçün 10 hektar torpaq sahəsi
ayrılmışdır. Hazırda Layihə
İnstitutu tərəfindən yeni salınacaq qəsəbənin
layihə-smeta sənədləri hazırlanır. Yaxın vaxtlarda tikinti işlərinə
başlanılacaqdır.
2014-cü ilin 6 ayı ərzində Qazax rayonunda kənd
təsərrüfatı məhsullarının
artırılması məqsədilə bir sıra səmərəli
işlər görülmüş və müsbət nəticələr
əldə olunmuşdur.
Nazirlər
Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və
sonrakı qərarlarının icrası ilə əlaqədar
kənd təsərrüfatı məhsulları
istehsalçılarına istifadə etdikləri yanacaq və
motor yağlarına görə dövlət büdcəsi vəsaiti
hesabına 13.553 hektar əkin sahəsi üçün 542.120
manat yardım hesablanaraq sənədlər yardım
komissiyasına təqdim edilmişdir.
2014-cü ilin məhsulu üçün payızda və
yazda əkilmiş 7.880 hektar sahədə yetişdirilmiş
taxıl məhsulu vaxtında biçilərək 20.173 ton məhsul
istehsal olunmuşdur. Bu da keçən ilə nisbətən
3.794 ton çoxdur. Hektardan orta məhsuldarlıq 25,6 sentnerə çatdırılmışdır.
2014-cü
ilin birinci yarım ili ərzində rayonda ağac əkini
davam etdirilmiş, əkilmiş 164.800 ədəd
ağacın 30.000 ədədi Bakı-Qırmızı
körpü magistral avtomobil yolunun Qazax rayonu ərazisindən
keçən hissəsində əkilmişdir. Əkilmiş
ağaclara aqrotexniki qulluq işləri davam etdirilir.
İstehsalçılara
texnika cəhətdən kömək göstərilməsi məqsədilə
Aqroservisdə və şəxsi vətəndaşlarda olan 28 ədəd
şum traktoru, 253 ədəd təkərli traktorlar, 15 ədəd
toxum təmizləyən, 23 ədəd taxıl və
qarğıdalı səpən, 17 ədəd mala, 10 ədəd
gübrəsəpən və 50 ədəd digər kənd təsərrüfatı
texnikalarından istifadə olunur.
Kənd təsərrüfatı bitkilərindən normal
məhsul alınmasına təsir edən əsas amillərdən
biri bitkilərin vaxtında suvarma suyu ilə təmin edilməsidir. Cari ilin 6 ayı ərzində
suvarma su mənbələrində kifayət qədər suyun
olmaması nəticəsində istehsalçılara 39,1 milyon kubmetr su əvəzinə 28,2 milyon
kubmetr su verilərək tələbat tam ödənilməmişdir.
Hesabat dövrü ərzində süni yolla
mayalandırılmış heyvanlardan 397 baş bala
alınmışdır. Heyvandarlıq sahəsində zoobaytar tədbirlərinin
planlı surətdə həyata keçirilməsinin nəticəsidir
ki, məhsul istehsalı dinamik surətdə artmaqdadır.
Belə ki, keçən 6 ay ərzində ötən ilin eyni
dövrünə nisbətən 449 ton artıq süd istehsal
olunaraq, 14.535 tona, 61 ton artıq ət istehsal olunaraq, 2.476 tona
və 88 min ədəd çox yumurta alınaraq 5.525.000 ədədə
çatdırılmışdır.
Qazax rayonu baytarlıq idarəsi tərəfindən
2014-cü ilin 6 ayı epizootik, müalicə-profilaktik tədbirlər
planına uyğun olaraq aparılmışdır.
2014-cü ilin 6 ayı ərzində Qazax RİH
başçısı tərəfindən 22 səyyar
görüş-qəbullar keçirilmişdir. Həmin
görüşlərdə iştirak edənlərin sayı
14.232 nəfər, müraciət edənlərin sayı 250 nəfər
olmaqla 172 təklif irəli sürülmüşdür.
Qaldırılan problemlər və təkliflərdən
82-si icra edilmiş, 74 təklif ilə əlaqədar aidiyyəti
təşkilatlar qarşısında məsələ
qaldırılmış, 16 məsələ üzrə
işlərə başlanılmışdır.
İclasın
sonunda əminliklə qeyd olundu ki, bundan sonra da həm Dövlət
Proqramında nəzərdə tutulmuş vəzifələrin,
həm də cari tapşırıqların həyata
keçirilməsində səylə çalışacaq,
ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi
uğurlara öz töhfələrini verəcəklər.
İclasın
yekununda Qazax Rayon Təhsil Şöbəsinin müdiri Əhməd
Dərgahquliyev, Dövlət Sosial Müdafiə Fondu rayon
şöbəsinin müdiri Laçın Qurbanov, rayon mərkəzi
xəstəxanasının baş həkimi Arzu Novruzov və
rayon suvarma sistemləri idarəsinin rəisi Abbas
Göyüşov rayonun sosial-iqtisadi inkişafından, əldə
olunan uğurlu nəticələrdən söz
açdılar.
Əzim YusifbƏyli,
Respublika.-2014.- 20 iyul.- S.3.