“Tanrı ölkəsi” tərəqqi yolunda

 

Mərakeş əhalisi hər il iyulun 30-da Krallığın başlıca milli bayramı olan Taxt-tac gününü təntənə ilə qeyd edir. Onunla birlikdə kral VI Məhəmmədin taxta çıxmasının 15-ci ildönümünübayram edir. Əsas rəsmi tədbirlər ölkənin şimalında, Tanjer şəhərində kralın, hökumət üzvlərinin, xarici diplomatların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə qeyd olunur. Ölkədə XVI əsrdən bəri hakimiyyətdə olan Ələvilər sülaləsinin nümayəndəsi kral VI Məhəmmədə 1999-cu ilin iyulunda atası II Həsənin vəfatından sonra monarx titulu miras qalmışdı.

Kral Mərakeş tarixində xüsusi şəxsiyyətdir, ölkənin ictimai-siyasi sisteminin başlıca təsisatıdır, böyük nüfuza və hörmətə malikdir. Məhəmməd peyğəmbərin bilavasitə nəslindən olan Mərakeş kralı dünyəvi hakimiyyətlə yanaşı, həm də ali dini hakimiyyətə də malikdir və “Əmir əl-Möminin” titulunu daşıyır. Bundan əlavə, konstitusiyaya görə, kral ölkənin müstəqilliyinin və bütövlüyünün, həmçinin öz vətəndaşlarının şəxsi azadlığının təminatçısı kimi çıxış edir.

Afrikanın şimal-qərbində yerləşən Mərakeş Krallığı özünəməxsus tarixə malik olmaqla yanaşı, beynəlxalq münasibətlər sistemində də mühüm strateji əhəmiyyət kəsb edir. Ölkənin adı ərəbcə “Tanrı ölkəsi” mənasını verir. Əhali isə öz ölkəsini “Əl-Məğrib” adlandırır. Son əsrlər ərzində böyük dövlətlərin hərbi müdaxilələrinə məruz qalan Mərakeş 1901-ci ildə Fransa tərəfindən işğal edilsə də, 1956-cı ildə öz istiqlaliyyətini bərpa etmişdir. 1976-cı ildə isə Qərbi Saxaranı İspaniyadan geri almışdır.

Son 15 il sosial-iqtisadi sahədə Mərakeş üçün islahatlar və tərəqqi dövrü olmuşdur. Ərazisinə görə MisirSudandan sonra üçüncü böyük ərəb dövləti olan Mərakeş xalq təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şəraitə malikdir. Ölkədə tədrici iqtisadi artımla müşayiət olunan xalq təsərrüfatı nisbi makroiqtisadi sabitliklə xarakterizə olunur. Maraqlıdır ki, bütün dünya iqtisadiyyatı qlobal böhranın təsirinə məruz qaldığı bir dövrdə bu cür artım kənd təsərrüfatı sahəsində 26 faizə bərabər idi. Əlverişli hava şəraiti ilə əldə edilmiş bu yüksəliş xalq təsərrüfatının bir sıra digər sahələrindəki tənəzzülün yerini doldurmuşdu.

Kənd təsərrüfatı ölkənin ümumi təsərrüfat şəraitinin inkişafında mühüm rol oynayır. Torpaqları münbit, təbiəti gözəl olduğundan kənd təsərrüfatı yüksək inkişaf edib. Ümummilli məhsulun ümumi həcmində onun payı 15 faizə çatır. Ölkə əhalisinin 40 faizi kənd təsərrüfatı sahəsində çalışır.

Ölkə həyatında mühüm əhəmiyyət kəsb edən sənaye və xidmət sahələrində də tədrici canlanma müşahidə olunur. Bu cür meyillər sabit bazar şəraitindən və onun inkişafının geniş perspektivlərindən xəbər verir. Ölkədə dağ-mədən sənayesi başlıca olaraq fosfat emalı ilə təmsil olunur. Dünyada mövcud olan 50 milyard ton fosfat ehtiyatının 21 milyard tonu Mərakeşin payına düşür. Fosfat xammalı, fosfor turşusu gübrə ixracı ölkənin mühüm gəlir mənbələridir. Son illər fosfat emalının ikiqat artması kimya sənayesinin inkişafına müsbət təkan verdi.

Mərakeşin bank bölməsinin dünya maliyyə sistemi ilə zəif əlaqəsi üzündən qlobal proseslərin mənfi nəticələrindən yayına bilmişdi.

Mərakeşin iqtisadi inkişafı hökumətin 2006-cı ildə işləyib hazırladığı plana əsasən müəyyən olunmuşdur. Buna görə, artıq 2015-ci ilin sonunadək 550 min yeni yeri yaradılacaqdır. Bu plana uyğun olaraq ölkə sənaye bazasının inkişafı həm ənənəvi sənaye sahələrində (kimya, toxuculuq, yeyinti), həm ölkə üçün yeni (avtomobilqayırma, elektrik malları aviasiya texnikası üçün ehtiyat hissələri, tullantıların yığılaraq təmizlənməsi, telekommunikasiya informasiya texnologiyaları) sahələrində rəqabət qabiliyyətinin yüksəldilməsi kursunu götürmüşdür. Bu məqsədlərə yetişmək üçün dövlət fəal investisiya siyasəti həyata keçirir.

Ölkədə xalq təsərrüfatının ən perspektivli sahələrindən biri maşınqayırmadır. Hökumət bu sahədə məşğul olan müəssisələrə vergi güzəştləri etmək vasitəsilə dəstək verir, bürokratik maneələri aradan qaldırır, həmçinin ölkə ərazisində xarici kampaniya zavodlarının tikintisi üçün əlverişli şərait yaradır.

Mərakeş hökuməti tullantıların utilizasiyasına çirkab suların təmizlənməsinə xeyli vəsait sərf edir. Eyni zamanda hökumət xərclərinin əhəmiyyətli hissəsi ölkənin içməli su ilə təmin edilməsi ilə əlaqədar işlərə ayrılır. Afrikada külək enerjisindən daha çox Mərakeşdə istifadə olunur. Tanjer şəhəri yaxınlığında yaradılmış qurğular ildə 140 mvt. gücündə elektrik enerjisi istehsal etməyə imkan verir.

Son illər Mərakeş Afrikanın bir sıra ölkələri kimi yüksək inkişaf mərhələsinə qədəm qoymuşdur. İnfrastruktur sahələrdə xeyli sayda iri layihələrin həyata keçirilməsi tikinti sahəsində canlanma yaratmışdır. Ölkədə sement istehsalının artması da tikinti işlərinin yüksəlişini göstərir. Mənzil fondu obyektlərinin tikintisi daha sürətlə gedir.

Xarici ticarət Mərakeş üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir. Ümummilli məhsulda xarici ticarətin payı 43 faizdir. Bu da ölkə iqtisadiyyatının xarici bazara meyillənmə dərəcəsini əks etdirir.

Son illər Mərakeşin daxili-siyasi həyatında ölkə rəhbərliyinin həyata keçirdiyi silsilə tədbirlər əhalinin müxtəlif təbəqələri tərəfindən müsbət qarşılanmışdır. Ölkədə çoxpartiyalı sistem fəaliyyət göstərir. Hələ 1962-ci ildə qəbul edilmiş konstitusiyaya əsasən parlamentin səlahiyyətləri müəyyən dərəcə genişləndirildi seçicilərə ölkənin siyasi həyatında daha geniş iştirak etmək imkanı verdi.

Mövcud qanunlara əsasən kral ölkənin dini siyasi lideridir, həmçinin dövlətin möhkəmliyinin fəaliyyətinin təminatçısıdır. Xarici siyasətin bütün əsas məsələləri kral tərəfindən müəyyən olunur. Mərakeşin xarici siyasətinin əsas istiqamətləri aşağıdakı amillərlə əlaqədardır: Qərbi Saxara ərazisi məsələsi, Mərakeşi Avropa bazarına çıxarmaq səyləri Avropa İttifaqına üzvlük vasitəsilə öz mövqelərini möhkəmləndirmək istəyi, qarşılıqlı ittihamlar ərazi iddiaları səbəbindən Məğrib ölkələri ilə (Mərakeşlə yanaşı Mavritaniya, Qərbi Saxara, Əlcəzair, Tunis Liviyanın daxil olduğu Şimali Afrika dövlətləri birliyi) yaşanan mürəkkəb qarşılıqlı münasibətlər, ölkənin strateji cəhətdən mühüm ərazilərinin hərbi bazalara verilməsi yolu ilə ABŞ ilə davamlı əməkdaşlıq NATO hərbi blokuna dəstək verilməsi, avropalı qonşularlaFransa İspaniya ilə əlverişli ticarət-sənaye qarşılıqlı investisiya münasibətlərinin saxlanılması.

Mərakeş Krallığı BMT, Ərəb Dövlətləri Liqası, İKT Ərəb Məğribi İttifaqının üzvüdür. Qərbi Saxaranın Afrika Birliyi Təşkilatının tərkibinə üzv qəbulundan sonra Mərakeş bu təşkilatda özünün nominal üzvlüyünü qoruyub saxlayır.

Mərakeşin xarici siyasətində Azərbaycanla münasibətlər xüsusi yer tutur. Bu Krallıq Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 30-da tanımışdır. İki dövlət arasında diplomatik əlaqələr isə 1992-ci il avqustun 25-də yaradılmışdır. İki dövlət arasında yüksək səviyyəli əlaqələrin əsası 1994-cü ildə qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev həmin il dekabrın 13-15-də Kasablankada keçirilən İKT- üzv ölkələrin dövlət hökumət başçılarının 7-ci zirvə görüşündə iştirak edən zaman kral II Həsənlə görüşmüşdü.

2006-cı ildə Azərbaycan Respublikasının Rabatda, 2009-cu ildə isə Mərakeş Krallığının Bakıda səfirlikləri fəaliyyət göstərməyə başlamışdır. 2006-cı ildən etibarən hökumət üzvlərinin qarşılıqlı səfərləri müntəzəm xarakter aldı. Buna parlament nümayəndələrinin qarşılıqlı səfərlərini əlavə etmək olar. Artıq Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir. Qarşılıqlı münasibətlər ədliyyə, fövqəladə hallar, təhsil digər sahələri əhatə edir.

Mərakeş Azərbaycanın ərazi bütövlüyünü BMT səviyyəsində dəstəkləyir. Beynəlxalq təşkilatların, forumların prosesində əlaqələr qurulması, bir-birinə qarşılıqlı dəstək verilməsi iki ölkə arasında münasibətləri daha da yaxşılaşdırmışdır. İki ölkə hökumətləri arasında ikitərəfli əməkdaşlıq üzrə birgə komissiya fəaliyyət göstərir. Amma iki ölkə arasında iqtisadi əlaqələrin müasir səviyyəsi mövcud potensiala uyğun deyil.

2007-ci ildə vizasız gediş-gəliş haqqında sazişin imzalanması mədəni əlaqələrin inkişafına müsbət təsir göstərmişdir. Bu, özünü xüsusilə incəsənət, turizm, idman sahələrində bariz təzahür etdirmişdir. Mərakeş Krallığının ölkəmizdəki səfiri Həsən Hami qeyd etmişdi ki, ötən il 10 milyon turist qəbul etmiş Mərakeşin bu sahədəki təcrübəsindən Azərbaycan yararlana bilər.

Son 15 il sosial-iqtisadi sahədə Mərakeş üçün islahatlar tərəqqi dövrü olmuşdur. Ölkə yüksələn xətlə inkişaf yolu ilə inamla irəliləyir. Bu zaman ərzində ölkədə tədrici liberallaşdırma demokratikləşdirmə xətti davam etdirilir. İnanmaq olar ki, tərəqqi yolu ilə addımlayan Mərakeş xalqı yaxın gələcəkdə daha böyük uğurlara imza atacaqdır.

 

Atamoğlan MƏMMƏDLİ,

BDU-nun dosenti.

Respublika.-2014.- 20 iyul.- S.2.