Görkəmli maarif xadimi

 

Onu Gəncənin Mehdizadəsi adlandırırdılar. Respublikanın sabiq təhsil naziri Mehdi Mehdizadə kimi ömrünü təhsilimizin çiçəklənməsi, istedadlı və savadlı gənc kadrların yetişməsi, ən ümdəsi isə büllur kimi saflığını və təmizliyini qoruması, o zaman SSRİ-də meydan sulayan qohumbazlıq, yerlibazlıq, rüşvətxorluq kimi neqativ hallara qarşı kəskin mübarizə aparması onu el-oba içində başıuca, alnıaçıq etmiş, qədirbilən gəncəlilərin sevimlisinə çevirmişdi.

Şıxı İbrahim oğlu Ələsgərov–ürəyində həmişə mərhəmət, Tanrı nuru gəzdirən bu insan vəzifəsindən, həyatda tutduğu mövqedən asılı olmayaraq hamıya hörmətlə yanaşır, hər kəsi savadına, bilik və bacarığına görə qiymətləndirirdi. Çünki uşaqlıq və gənclik illərində həyatın hər üzünü görmüşdü, ən ağır təsərrüfat işlərində ata-anasının yaxın köməkçisi olmuşdu. Digər yaşıdları kimi yarıac, yarıtox məktəbə yollanmışdı.

Şıxı İbrahim oğlu Ələsgərov 1934-cü ildə Zəngəzur mahalının Mehri rayonunun Aldərə kəndində anadan olmuşdur. Doğulduğu tarixdən də məlum olduğu kimi, 30-cu illər nəinki Zəngəzur, nəinki Azərbaycan, eləcə də SSRİ tarixində ən ağrılı-acılı, ən faciəli və dəhşətli səhifələrindən biridir. Əsasən hamısı ermənilərdən ibarət olan troykanın (üçlüyün) qərarı ilə onlarca ailələrin kulak, qolçomaq, xalq düşməni adı ilə sorğusuz-sualsız güllələnməsi, qarlı Sibirə, Orta Asiyanın ilan mələyən çöllərinə sürgün edilməsi bu illərin payına düşür. Hələ bu azmış kimi İkinci Cahan savaşı...

Balaca Şıxı məktəb yaşı çatanda öz doğma kəndində orta məktəbə getdi. Bir əlində kətmən, bir əlində kitab tutdu. Dərsdən sonra ata-anasına köməyə qaçdı, gecələr isə hisli qara çıraq, ya da şam işığında dərslərini hazırladı. Orta məktəbi bitirdikdən sonra məktəblərdə müəllim çatışmazlığını nəzərə alıb onu qonşu kəndə fizika-riyaziyyat müəllimi göndərirlər. Şıxı müəllim bu sınaqdan da alnıaçıq, üzüağ çıxdı. Yaşının az olmasına baxmayaraq, özünü savadlı və bacarıqlı müəllim kimi göstərərək kənddə hamının sevimlisinə çevrildi. İkinci Dünya müharibəsinin törətdiyi fəsadları nəzərə alan Şıxı müəllim var qüvvəsi ilə çalışmış, özünü savadlı və bacarıqlı bir müəllim kimi göstərə bilmişdir.

Lakin ali təhsil almaq arzusu bir an da Şıxı müəllimi rahat buraxmırdı. Nəhayət, bu arzu 1957-ci ildə çin oldu. O, Kirovabad (indiki Gəncə Dövlət Universiteti) Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsini bitirib təyinatla 37 saylı Goran dəmiryol məktəbinə direktor təyin edildi. Düzünə qalsa, buna məktəb demək olmazdı. Cəmi iki otağı var idi. Lakin bunlar gənc direktoru qorxutmur. Qolunu çırmayıb işə girişir. Çox keçmir ki, əlavə sinif otaqları tikilir, fənn kabinələri laboratoriyalar yaradılır. Məktəbin məzunlarının sorağı keçmiş SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarından gəlməyə başlayır. Bir sözlə, məktəb əvvəl Goranboyda, sonra isə respublikada qabaqcıl məktəblərdən biri oldu. Bacarıqlı pedaqoq, mahir təşkilatçı kimi Şıxı müəllimin təcrübəsi respublikada yayılmağa öyrənilməyə başlandı.

Şıxı Ələsgərov 1967-ci ildə taleyini ömü

rlük qədim mədəniyyət mərkəzi, inqilablar beşiyi, Nizami yurdu olan Gəncə ilə bağladı. 6 42 saylı orta məktəblərdə dərs hissə müdiri işlədi.

Geniş dünyagörüşü, sərbəst düşüncəsi, gənclərə böyük qayğısı, məktəb islahatı ilə bağlı yazdığı onlarca elmi məqaləsi, hansı təhsil ocağının rəhbəri olmasından asılı olmayaraq həmin məktəbi respublikada barmaqla sayılacaq qabaqcıl məktəblər səviyyəsinə yüksəltməsi, onun bacarıqlı təşkilatçı, mahir pedaqoq kimi fəaliyyətinin respublikada geniş yayılması öyrənilməsi Şıxı İbrahim oğlu Ələsgərovu həm Goranboyda, həm Gəncədə, həm respublika Maarif Nazirliyində (indiki Təhsil Nazirliyində) hamının sevimlisi etmiş, ona böyük hörmət qazandırmışdır. O, müəllim adına, insan şəxsiyyətinə xələl gətirən neqativ halları özünə yaxın buraxmamış, hər kəsi savadına, bilik bacarığına görə qiymətləndirmişdir. Gəncəlilər Şıxı müəllimə olan məhəbbətini, sevgisini əsirgəməmiş, bu maarifpərvər, elmin fədaisi olan insanı daim uca tutmuşlar.

1969-cu ildə xalqımızın xilaskarı, dünya şöhrətli siyasətçi, ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevin hakimiyyətə gəlişi iqtisadiyyatın bütün sahələrində olduğu kimi, təhsildə böyük dönüş yaratdı. Müəllim adından yüksək ad, müəllim peşəsindən şərəfli peşə tanımıramdeyən ümummilli liderimiz bu incə peşə sahibləri qarşısında əngin səma, geniş üfüqlər açdı. Bacarıqlı, istedadlı savadlı şəxslər rəhbər vəzifələrə gətirildi.

Belə bir xoşbəxtlik Şıxı müəllimdən yan keçmədi. 1971-ci ildən 1989-cu ilə kimi Kirovabad (Gəncə) şəhər maarif şöbəsində metodist, inspektor, Nizami rayon maarif şöbəsinin müdir müavini müdiri vəzifələrində çalışmışdır. Geniş dünyagörüşü, hərtərəfli bilik bacarığı, dürüst natiqlik məharəti, tabeliyində olan işçilərə gənclərə qayğı ilə yanaşması, sovet dövrünə xas olan neqativ halları özünə yaxın buraxmaması, təmizliyi təmənnasızlığı ona böyük şöhrət hörmət gətirmişdir. Uzun illər Şıxı müəllimlə çiyin-çiyinə işləmiş Fəxrəddin Salahovun dediklərindən:

- Onun rəhbərliyi altında işləmək mənə nəsib olmuşdur. Dörd ilə yaxın dövrdə ondan çox şey öyrənmişəm. Həssaslıq, insanlara sadə münasibət, təvazökarlıq...

Şıxı Ələsgərov eyni zamanda elmi-yaradıcılıqla da məşğul olub. Dövri mətbuatda təhsilin problemləri, onların araşdırılması aradan qaldırılması, gələcək inkişafı barədə onlarca səmərələşdirici təklifi elmi məqaləsi işıq üzü görüb.

Şıxı müəllim gənclərə xüsusi qayğı göstərir, onların rəhbər vəzifələrə gətirilməsi üçün əlindən gələni əsirgəmirdi. Müdir işlədiyi dövrdə onlarca gənc rəhbər vəzifələrə gətirildi. Onların fəaliyyəti üçün münbit şərait yaradıldı. Özü təmənnasız ləyaqətlə.

Sevimli şairimiz Cabir Novruz demişkən: “Sağlığında qiymət verin insanlara”. Bu baxımdan Şıxı müəllimin əməyi hələ sağlığında dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan SSRİ-ninQabaqcıl Maarif Xadimi”, “Əməkdar fərqlənməyə görəmedalı, SSRİ-ninMaarif əlaçısıdöş nişanı, “Şərəf nişanıordeni ilə təltif olunmuşdur. Eyni zamanda Gəncə şəhər maarif şöbəsinin, şəhər partiya komitəsinin, Maarif Nazirliyinin, Azərbaycan KP MK-nın fəxri fərmanlarına layiq görülmüşdür.

Ulu öndərimiz Heydər Əliyevin xalqın təkid xahişi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra bulanıq sular durulmağa başladı, ölkə iqtisadiyyatı öz axarına düşdü. Xalqın layiqli övladları rəhbər vəzifələrə gətirildi. Şıxı müəllim Kəpəz rayon təhsil şöbəsində metodkabinetin müdiri təyin edildi ömrünün sonuna kimi bu vəzifədə çalışdı. Təhsil qanununa, təhsilin humanistləşdirilməsinə, intensivləşdirilməsinə dünya standartlarına uyğunlaşdırılmasına dair elmi məqalələri respublika qəzetlərində dərc olundu.

Qədirbilən xalqımız Şıxı Ələsgərovun 60 illik yubileyini Gəncə şəhərində böyük təntənə ilə qeyd etdi. Yubileydə ona Gəncə Şəhər İcra Hakimiyyətinin birinci dərəcəli diplomu təqdim olundu.

Şıxı müəllim həmçinin gözəl ailə başçısı idi. O, həmişə deyərmiş: “Ailə kiçik dövlətdir. Onun sütunları qranit kimi möhkəm olmalıdır”.

Təəssüflər olsun ki, hər bir ömrün bir tərəqqisi olduğu kimi, bir tənəzzülü olur. 13 yaşlı yeganə sevimli qızı Şəfəqin, dünyalar qədər sevdiyi ömür-gün yoldaşı Şəfiqə xanımın vaxtsız vəfatı Şıxı müəllimi bərk sarsıdır. Onların həsrətinə dözə bilmir 1999-cu ildə dünyasını dəyişib, Haqqın dərgahına qovuşur.

Yeganə təsəllimiz isə onun övladları Şahinin, Şaiqin Şakirin Gəncənin layiqli ziyalıları kimi tanınmalarıdır. Nəvələri Şıxı Şəfiqənin baba nənələrinə layiq övladlar kimi böyümələridir. Şıxı müəllimin bir an belə yaddan çıxmamasıdır. Haqqında onlarca məqalə, şeir poema yazılmasıdır.

Belə bir maarifpərvər, elm fədaisinin Vətənimiz üçün qədər fəxri bir ziyalı olduğunu hər birimiz dərk edirik. Onu da dərk etməliyik ki, elmin, təhsilin yolunda canını qoyan, ömrünü bu şərəfli yola həsr edən belə bir insan hər birimiz üçün qürur mənbəyidir. Məhz bu yubiley ərəfəsində Şıxı Ələsgərovun adının əbədiləşdirilməsi örnək kimi gələcək nəsillərə, o cümlədən gəncəlilərə böyük məhəbbətin təzahürü ola bilər. Bu mənada bir zamanlar rəhbərlik etdiyi təhsil ocaqlarından birinə onun adının verilməsi Şıxısevərlərə gəncəlilərə böyük hədiyyə olardı.

 

Nəcibə İLKİN,

şair-publisist.

Respublika.-2014.- 24 iyul.- S.6.