Nəsimi rayonundaNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “dəyirmi masa

 

Narkomaniya əsrin bəlasıdır. Valideynlər övladlarının narkotiklərin oyuncağına çevrilməsinə diqqət yetirməli, həmişə ayıq-sayıq olmalıdırlar. Narkotik vasitələrin, psixotrop maddələrin və onları prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən buklet hazırlanmış və çap olunmuşdur.

Bu günlərdə Bakının Nəsimi Rayon İcra Hakimiyyətində 26 iyunNarkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü” ilə bağlı “dəyirmi masakeçirildi.

Respublika Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan “dəyirmi masada tibb mütəxəssisləri, ictimai xadimlər, aliorta məktəblərin müəllim-tələbə-şagird heyəti iştirak edirdi.

“Dəyirmi masada rayon icra hakimiyyəti başçısının birinci müavini Ağa-əli Əhmədovun narkotiklə mübarizə günü ilə bağlı məruzəsi dinlənildi. O, vurğuladı ki, bu gün bəşəriyyəti düşündürən və rahatsız edən ən ağrılı problemlərdən biri də cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyadır. Narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, geniş maliyyə vəsaiti tələb edən dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, barışmaz münasibətinə və əməli köməyinə böyük ehtiyac vardır.

Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası sərhəd tanımır. Bu dəhşətli xəstəlik hamı üçün eyni dərəcədə təhlükəlidir, o, cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, QİÇS-in sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı səngidir, ailə və icmaları dağıdır, sosial partlayışlara sürükləyir.

Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox ölkələr “Narkotiksiz gələcək naminə” milli proqramlar qəbul ediblər. Bura təhsil ocaqlarında, hüquq-mühafizə orqanlarında, təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasitələri, o cümlədən internet şəbəkəsi vasitəsilə aparılır.

Qeyd etmək lazımdır ki, Nəsimi rayonunda fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə” və “Müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının ləğvi üzrə” komissiyalar öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 saylı Sərəncamı ilə təsdiq edilmişNarkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutur.

Komissiya tərəfindən bu il ərzində müvafiq işlər görülmüşdür. Belə ki, “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” üzrə rayon Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, maariflənirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətini daha da gücləndirmək məqsədi ilə 6 orta ümumtəhsil məktəbində seminarlar, diskussiyalar, “dəyirmi masa”, inşa yazı və rəsm müsabiqələri keçirilmişdir.

Məktəblilərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə şagirdlər arasında bilik yarışları, müsabiqələr, idmanın ayrı-ayrı növləri üzrə yarışlar və tarixi əhəmiyyətli yerlərə ekskursiyalar təşkil edilmişdir.

Konfransda 16 saylı liseyin direktoru Ülviyyə Vəliyeva, həkim Afət Məmmədova, Səhiyyə Nazirliyinin şöbə müdiri Səbinə Babazadə, həkim Təriqə Quliyeva, Nəsimi rayon məhkəməsinin hakimi Xumar Mərdanova və başqaları çıxış etdilər.

 

Qədir ASLAN,

Respublika.-2014.- 25 iyun.- S.8.