Ədəbiyyatşünaslıq tədqiqatlarının əsas mərkəzi

 

1945 -ci ildə Azərbaycan SSR Elmlər Akademiyası yaradılmış, bu tarixdən etibarən ayrı-ayrı elm sahələri üzrə müstəqil elmi-tədqiqat institutlarının formalaşdırılması inkişafına xüsusi diqqət yetirilmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun da ən yüksək inkişaf dövrləri Elmlər Akademiyasının fəaliyyəti ilə bağlıdır.

Elmlər Akademiyasının tərkibinə daxil olduqdan sonra Nizami adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

1. Akademik Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (10.06.1904-27.12.1975) 25 sentyabr 1939 - 27 iyul 1950-ci il; İkinci dəfə: 7 dekabr 1957 - 17 sentyabr 1959-cu il

2. Akademik Mirzə Əjdər oğlu İbrahimov (28.10.1911-17.12.1993) - 15 avqust 1950 - 29 fevral 1952-ci il

3. Professor Mirzağa Yüzbaşı oğlu Quluzadə (24.10.1907-1979) - 29 fevral 1952 - 7 dekabr 1957-ci il. İkinci dəfə: 19 aprel 1968 - 9 aprel 1979-cu il

4. Akademik Məmmədağa Şirəli oğlu Şirəliyev (13.09.1909-19.04.1991) 1 iyun 1960 - 19 aprel 1968-ci il

5. Akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadə (1923-2006) - direktor v.i.e. 19 aprel 1979 - 15 may 1980-ci il

6. Akademik Məmməd Cəfər Zeynalabdin oğlu Cəfərov (09.05.1909-09.05.1992) direktoru v.i.e. 15 may 1980 - 10 aprel 1981-ci il

7. AMEA-nın müxbir üzvü Əziz Mirfeyzulla oğlu Mirəhmədov (11.02.1920-28.08.2002) - 9 sentyabr 1985 - 25 avqust 2002-ci il

8. AMEA-nın müxbir üzvü Yaşar Vahid oğlu Qarayev (05.03.1936-25.08.2002) 10 aprel 1981 - 9 sentyabr 1985-ci il

9. Akademik Bəkir Əhməd oğlu Nəbiyev (21.08.1930-15.03.2012) - 10 fevral 2003 - 15 mart 2012-ci il

10. AMEA-nın müxbir üzvü Teymur Həşim oğlu Kərimli (1953, 2 oktyabr) direktor v.i.e. - 4 iyul 2002 - 10 fevral 2003-cü il; İkinci dəfə: 15 mart 2012 - 19 iyun 2013-cü il

11. Akademik İsa Həbibbəyli (1949, 16 oktyabr) 19 iyun 2013-cü il tarixindən Nizami adına Ədəbiyyat İnstitutunun direktoruİ.Həbibbəyli həm AMEA-nın Humanitar ictimai elmlər üzrə vitse-prezidenti, Milli Məclisin deputatıdır.

Nizami adına Ədəbiyyat İnstitutunda hələ sovet hakimiyyəti illərində mövcud rejimin yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ədəbiyyatı tarixinin 3 cilddə hazırlanıb nəşr edilməsi, görkəmli yazıçılar haqqında çoxsaylı dissertasiya işlərinin müdafiə olunması, monoqrafiyaların çap olunub ictimaiyyətə çatdırılması, klassik müasir ədəbiyyat nümunələrinin kitab halında təqdim edilməsi institutun ölkəmiz xalqımız qarşısında böyük xidmətidir.

Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəsli Nizami adına Ədəbiyyat İnstitutunda formalaşıb inkişaf etmişdir. Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvləri Mirzə İbrahimov, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, Bəkir Nəbiyev, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev, Azadə Rüstəmova, Əlyar Səfərli, Teymur Kərimli, elmlər doktorları Mirzağa Quluzadə, Məhəmmədhüseyn Təhmasib, Mirəli Seyidov, Qafar Kəndli, Kamran Məmmədov, Məsud Əlioğlu, Yəhya Seyidov, Qasım Qasımzadə, Dilarə Əliyeva, Əflatun Məmmədov, Şamil Salmanov, Vəli Osmanlı, Bəhlul Abdulla onlarca başqaları İnstitutun ölkə elminə bəxş etdiyi görkəmli simalarıdır. Hazırda da tanınmış ədəbiyyatşünas alimlər Nizami adına Ədəbiyyat İnstitutunda elmi fəaliyyətlərini uğurla davam etdirirlər. Bu elmi-tədqiqat institutunda çalışanların sıralarında 1 akademik, 2 müxbir üzv, 49 elmlər doktoru, 80 nəfərdən çox fəlsəfə doktorları vardır. Ədəbiyyat İnstitutunun əməkdaşlarından 3 nəfəri Dövlət mükafatı laureatı, 2 nəfəri isə Əməkdar elm xadimidir.

Müstəqillik dövründə Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətinin yeni mərhələsi başlanmışdır. Azərbaycançılıq ideyasının, milli maraqların ön mövqeyə çəkilməsi, dünyanın əsas elmi mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, açılmamış səhifələrin tədqiqata cəlb olunması Ədəbiyyat İnstitutunun müasir mərhələsinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixliAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”kı sərəncamının həyata keçirilməsində institut əməkdaşlarının özünəməxsus xidmətləri vardır. Ölkəmizdə klassik müasir ədəbiyyatın bir çox dəyərli nümunələri institut əməkdaşlarının tərtibçiliyi müqəddiməsi əsasında latın qrafikası ilə çap edilmişdir. Hazırda Ədəbiyyat İnstitutunda yeddi cildlik Azərbaycan ədəbiyyatı tarixinin dörd cildinin nəşri başa çatdırılmışdır. Beşinci, altıncı yeddinci cildlər üzərində isə ciddi elmi-tədqiqat işləri aparılmaqda davam edir. Ədəbiyyat İnstitutunun çap etdirdiyi, böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin redaktorluğu ilə çıxmışMolla Nəsrəddinjurnalının səkkiz cilddə Əli bəy HüseynzadəninFüyuzatjurnalının bir cilddə transliterasiya nəşrləri ölkə miqyasında elmi-ədəbi hadisə sayılmağa layiqdir. MoskvadaXudojestvennaya literaturanəşriyyatında Azərbaycan folkloru ədəbi abidələri antologiyasının 4 cildinin kitab halında nəşr edilməsi mühüm əhəmiyyətə malikdir. Nizami adına Ədəbiyyat İnstitutu elmi şurasının 4 cildlik Azərbaycan ədəbi tənqidinin tarixi, 10 cildlik Azərbaycan mühacirət ədəbiyyatının 10 cildliktürk xalqlarıədəbiyyatı antologiyasının hazırlanıb elmi izahlarla birlikdə nəşr edilməsi haqqındakı qərarları əsasında aparılan işlər yeni mərhələdə həyata keçirilən tədbirlərin sırasında xüsusi yer tutur. Bundan başqa, artıq bu ildən etibarən Azərbaycan Yazıçılar Birliyi ilə birlikdə Nizami adına Ədəbiyyat İnstitutunda ilin janrlar üzrə ədəbi yekunlarına həsr ediləcək yaradıcılıq müşavirəsinin keçirilməsinə başlanılmışdır. Ədəbi proses-2013” yaradıcılıq müşavirəsində (2 aprel 2014) dinlənilən məruzələrdə bir ilin ədəbi prosesinin əsas nəticələri elmi şəkildə təqdim olunmuşdur. Bundan başqa, “Ədəbi proses-2013” yaradıcılıq müşavirəsi Nizami adına Ədəbiyyat İnstitutunda çalışan gənc alimlərin böyük elmi hesabatına çevrilmişdir. Hazırda həmin müşavirənin materialları çap prosesindədir.

Ədəbiyyat İnstitutunun əməkdaşlarının imzası ilə ötən illər ərzində minlərlə məqalələr elmi dövriyyəyə daxil edilmişdir. Ümumiyyətlə, Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanıb nəşr edilən əsərlərdən böyük bir kitabxana yaratmaq mümkündür. Ədəbiyyat İnstitutunun Qədim dövr, Orta əsrlər, Yeni dövr, XX əsr Azərbaycan ədəbiyyatı şöbələrində Azərbaycan ədəbiyyatının çoxillik tarixinin bütün mərhələləri elmi cəhətdən sistemli şəkildə tədqiq edilir.

Nizami adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurası yüksək ixtisaslı yeni elmi kadrların hazırlanmasında mühüm rol oynayır. İnstitutun 1946-cı ildən çıxan “Ədəbiyyat məcmuəsi” jurnalı respublika miqyasında əsas elmi nəşr kimi qəbul olunur.

Ölkə elmi qarşısında xidmətləri nəzərə alınaraq Azərbaycan KP MK Nizami adına Ədəbiyyat İnstitutunun 50 illiyinin qeyd edilməsi haqqında 7 oktyabr 1982-ci ildə qərar qəbul etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunun 1982-ci ildə “Xalqlar dostluğuordeni ilə təltif edilməsi Azərbaycan ədəbiyyatşünaslarının zamanına görə qazandığı böyük nailiyyət sayılmağa layiqdir. Səmərəli fəaliyyətləri nəzərə alınaraq Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 dekabr 1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun görkəmli alimlərindən bir qrupunu “Əməkdar elm xadimi” fəxri adı və Ali Sovetin fəxri fərmanları ilə təltif etməsi ölkəmizdə alim adının ucalığına ehtiramın ifadəsidir. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin keçirilməsi haqqındakı 17 oktyabr 2013-cü il tarixli qərarı elmə göstərilən diqqətin daha bir təzahürüdür. Aparılan zəruri hazırlıq işlərindən sonra 17 yanvar 2014-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinin qeyd olunması bu elmi-tədqiqat institutunun tarixində böyük hadisəyə çevrilmişdir. Yubiley münasibətilə nəşr olunmuş “Ədəbiyyat məcmuəsi”nin xüsusi buraxılışının, Akademiyanın tarixində ilk dəfə olaraq institutun elmi jurnalının “Ədəbiyyat məcmuəsi” adlı qəzet əlavəsinin çap edilib ictimaiyyətə çatdırılması, institut əməkdaşlarının 80 il ərzində çap etdirdiyi biblioqrafik göstəricinin kitab halında nəşr olunması əhəmiyyətli hadisələrdir. Bundan başqa, “Nizami adına Ədəbiyyat İnstitutu” adlı tanıtma kitabının 3 dildə — Azərbaycan, rusingilis dillərində çapdan buraxılması institutun nailiyyətlərinin geniş miqyasda tanıdılmasına uğurla xidmət edir.

Hazırda bütövlükdə Azərbaycan Milli Elmlər Akademiyasında olduğu kimi, Nizami adına Ədəbiyyat İnstitutu da yeni islahatlar dövrünü yaşayır. Bu elmi-tədqiqat institutunda aparılan yeniləşmə və dəyişikliklər müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin daha dərindən və əsaslı şəkildə, ölkənin milli maraqlarına, azərbaycançılıq məfkurəsinə və dünya elmi-ədəbi mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə yaradılmış “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”, “Azərbaycan mühacirət ədəbiyyatı”, “Ədəbi tənqid” şöbələrinin, 2014-cü ildə Füzulişünaslıq sektorunun, “Nizamişünaslıq”, “Mətbuat tarixipublisistika” şöbələrinin yaradılması ədəbiyyatşünaslıq elminin qarşısında geniş imkanlar açmışdır. Bundan başqa, “Elmi informasiya və tərcümə”, “Elmi nəşrlər və proqnozlaşdırma” köməkçi şöbələri, “Mətbuat xidməti” qrupu ədəbiyyatşünaslıq elmi sahəsində qazanılan nailiyyətlərin ictimaiyyətə çatdırılması, tərcüməsi, nəşrə hazırlanması istiqamətlərində səmərəli aparır.

Nizami adına Ədəbiyyat İnstitutunda 1946-cı ildən çıxan “Ədəbiyyat məcmuəsi” jurnalı respublikada filologiya üzrə əsas elmi nəşrlərdən biri kimi qəbul olunur. İnstitutda 2013-2014-cü illərdə yeni təsis olunmuşPoetika. izm”, “Ədəbi əlaqələr” jurnalları aparılan yeni tədqiqatların elmi dövriyyədə yer alması imkanlarını genişləndirir. “Ədəbiyyat məcmuəsi” jurnalının 2013-cü ildə çıxan və 282 səhifədən ibarət olan iyirmi dördüncü sayı bütövlükdə Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyinə həsr edilmişdir. “Ədəbiyyat məcmuəsi”nin növbəti 25-ci sayı tam halda Nizami adına Ədəbiyyat İnstitutunun yeni elmi nəslinin tədqiqatlarına həsr edilmişdir.

İnstitutun tarixində ilk dəfə olaraq ayrı-ayrı ölkələrin akademik qurumları ilə yaradılan əlaqələr Nizami adına Ədəbiyyat İnstitutunun ölkə hüdudlarından kənarda da aparmasına, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsində yaxından iştirak etməsinə imkan yaradır. Almaniyanın Humboldt Universiteti (2 noyabr 2013-cü il), Türk Akademiyası Türkiyənin Yunus Əmrə Vəqfi, Polşa Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu, Ukrayna Elmlər Akademiyasının Taras Şevçenko adına Ədəbiyyat İnstitutu, Gürcüstanın Şota Rustaveli adına Ədəbiyyat İnstitutu (19 dekabr 2013-cü il), Türkiyənin Ərdahan Universitetində qurulmuş Qafqaz Universitetlər Birliyi (17 yanvar 2014), Rusiya Humanitar Universiteti (16 may 2014) ilə imzalanan müqavilələr, əldə olunan razılaşmalar ayrı-ayrı ölkələrin elmi-tədqiqat institutları və ali məktəbləri arasında əlaqələrin inkişaf etdirilməsinə böyük meydan açır.

Ədəbiyyat İnstitutunda 9 dekabr 2013-cü ildə keçirilmişYaşayan Yunus Əmrə” Beynəlxalq simpoziumu bu elmi-tədqiqat institutunun türk dünyası ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə təkan vermişdir. 2013-2014-cü illərdə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının Türkiyədə, Rusiyada, Almaniyada, İran İslam Respublikasında, Polşada, Ukraynada, Yunanıstanda, Qazaxıstanda, Özbəkistanda və Türkmənistanda keçirilmiş konfranslarda elmi məruzələrlə çıxış etmələri Azərbaycan ədəbiyyatşünaslıq elminin hüdudlarının genişləndirilməsində yeni addımlardır.

Hazırda Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan ədəbiyyatşünaslıq elmi aşağıdakı şöbələr üzrə araşdırılıb inkişaf etdirilir:

1. Azərbaycan şifahi xalq ədəbiyyatı və yazılı abidələr (Fil.e.d., prof. M.Qasımlı)

2. Qədim dövr Azərbaycan ədəbiyyatı (fil.e.d, prof. İ.Həmidov)

3. Orta əsrlər Azərbaycan ədəbiyyatı (müxbir üzv Ə.Səfərli)

4. Nizamişünaslıq sektoru (Fil.e.d., prof. N.Araslı)

5. Füzulişünaslıq sektoru (Müxbir üzv T.Kərimli)

6. Yeni dövr Azərbaycan ədəbiyyatı (Fil.e.d. Z.Əsgərli)

7. XX əsr Azərbaycan ədəbiyyatı (Fil.e.d., prof. Ş.Alışanlı)

8. Azərbaycan mühacirət ədəbiyyatı (Fil.f.d., dos. N.Cabbarlı)

9. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı (Fil.f.d. E.Mehrəliyev)

10. Cənubi Azərbaycan ədəbiyyatı (Fil.e.d., prof. T.Əhmədov)

11. Ədəbiyyat nəzəriyyəsi (Fil.e.d., prof. T.Məmməd)

12. Ədəbi tənqid (Fil.e.d. V.Yusifli)

13. Türk xalqları ədəbiyyatı (Fil.e.d., prof. M.Əliyev)

14. Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr (Fil.e.d., prof. V.Arzumanlı)

15. Mətbuat tarixipublisistika (Fil.üzrə f.doktoru Ş.Süleymanova).

Ölkənin müasir inkişaf prinsiplərinə və istiqamətlərinə uyğun olaraq Nizami adına Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq elmini irəli aparan əsas elmi mərkəz funksiyasını layiqincə və daha məsuliyyətlə yerinə yetirməyə ciddi səy göstərir.Nizami adına Ədəbiyyat İnstitutu əməkdaşlarının biblioqrafiyası. Kitablar” adlı biblioqrafik göstərici institut əməkdaşlarının uzun illər ərzindəki ardıcıl elmi fəaliyyətinin layiqli salnaməsidir. Nizami adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat məcmuəsi” adlanan elmi əsərlərinin iyirmi dördüncü sayının yubiley nəşri olaraq xüsusi buraxılış səviyyəsində çap edilməsi bu elm ocağının səksən il ərzində keçdiyi şərəfli yolun işıqlandırılmasına və ümumiləşdirilməsinə imkan yaratmışdır. Ədəbiyyat İnstitutu haqqında jurnalda Azərbaycan, ingilisrus dillərində verilmiş məqalə institutun tarixi ilə yanaşı, geniş dairədə tanıdılmasına da xidmət edir. “Nizami adına Ədəbiyyat İnstitutunun qurucuları” və “Elm yollarında” başlıqları ilə verilmiş məqalələrdə 39 müəllif tərəfindən yazılmış 41 portret-oçerk öz əksini tapmışdır. Akademik İsa Həbibbəylinin Azərbaycan, rusingilis dillərində çapdan çıxmış “Nizami adına Ədəbiyyat İnstitutu” adlı tanıtma kitabında keçilmiş inkişaf yolumüasir vəzifələr əks etdirilmişdir. Professor Teymur Əhmədovun “Nizami adına Ədəbiyyat İnstitutu” kitabı bu elm ocağına həsr olunmuş geniş monoqrafik əsər kimi mühüm əhəmiyyətə malikdir. Bundan başqa, 2013-cü ilin nəticələrinə görə, Azərbaycan Milli Elmlər Akademiyası Humanitarİctimai Elmlər Bölməsinin əhatə etdiyi 11 elmi-tədqiqat institutu arasında Nizami adına Ədəbiyyat İnstitutunun dördüncü yeri tutması mühüm irəliləyişlərdən biri sayıla bilər. Müəyyən olunan parametrlər üzrə reytinq göstəriciləri humanitarictimai elmlər sahəsində mövcud mənzərəni obyektiv təsəvvür etməyə imkan yaradır, eyni zamanda, hər bir elmi-tədqiqat müəssisəsinin, o cümlədən Nizami adına Ədəbiyyat İnstitutunun gələcək inkişaf prosesində hansı məsələlərə xüsusi diqqət yetirməli olduğunu nəzərə çarpdırır.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi müstəqillik dövrünün işığında elmi-ədəbi və ictimai fikrin inkişafı yollarında irəliyə doğru addımlamaqda davam edir.

 

İsa HƏbibbƏyli,

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı, Ədəbiyyat İnstitutunun direktoru, akademik.

Respublika.-2014.- 26 iyun.- S.7.