Təhsil dövlətimizin təməli, millətimizin gələcəyidir

 

Müstəqilliyimizdən ötən 23 il ərzində Azərbaycan təhsili çox böyük inkişaf yolu keçmişdir. Bu gün sürətlə inkişaf edən ölkəmizdə təhsil sisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində dayanan prioritet sahələrdəndir.

Ədalət naminə qeyd etməliyik ki, bütün sahələrdə olduğu kimi, təhsil sistemində də çağdaş inkişafın əsası ümummilli lider, ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulmuşdur. Ulu öndərin Azərbaycan təhsilinin inkişafındakı fəaliyyəti istər sovet dönəmində, istərsə də müstəqillik illərində həmişə özünü qabarıq şəkildə büruzə vermişdir. Xüsusilə qeyd edilməlidir ki, müstəqillik dövründə respublikanın təhsil sistemini lazımi səviyyədə inkişaf etdirmək üçün hələ əvvəlki dövrdə, ötən əsrin 70-80-ci illərində möhkəm təməl qoyulmuşdur. Heydər Əliyevin bir qərinədən artıq davam edən ölkəyə rəhbərlik, millətə liderlik fəaliyyətində təhsilə, elmə, mədəniyyətə, bütövlükdə xalqın intellektual səviyyəsinin yüksəldilməsinə qayğısı hər zaman üstün yer tutmuş, prioritet sahələrdən biri olmuşdur. Əslində tariximizin son 33 illik milli intibahı mahiyyət etibarı ilə xalqın təhsillənmə səviyyəsinin yüksəlişi, fundamental elmin yaranması, milli mədəniyyətin tərəqqisi ilə sıx şəkildə bağlı olmuşdur ki, bunların da hamısı məhz təhsil sistemininondan səmərəli istifadə edilməsinin nəticəsində mümkün olmuşdur. Bu mənada təhsilin milli tərəqqidəki rolundan danışarkən Heydər Əliyev deyirdi: “...təhsil sisteminin nə qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik olan insanlar varonlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı indi belə güclü inkişaf edə bilməzdi. Əgər bunlar olmasaydı, Azərbaycanın elmi inkişaf etməzdi. Əgər bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır və on illərlə əldə etdiyimiz nailiyyətləri heç zaman unutmamalıyıq”.

Doğrudan da, Azərbaycanda təhsil sahəsində həyata keçirilən bütün islahatlar, qəbul edilən Dövlət proqramları, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu bu amala xidmət etdi və təhsilimizin Avropa təhsil məkanına inteqrasiyasına, rəqabətədavamlılığına əlverişli zəmin yaratdı.

Təhsilin inkişafı ilə bağlı dövlətimizin məqsədyönlü fəaliyyəti bu gün uğurla davam etdirilir. Möhtərəm cənab Prezident İlham Əliyev ulu öndərin ideyalarının həyata keçirilməsi üçün durmadan çalışır. Məhz 24 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsilimizin uğurlu gələcəyindən xəbər verironun inkişafı üçün yeni perspektivlər açır. Böyük fərəh hissi ilə qeyd etmək lazımdır ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində son illərdə Azərbaycanın müxtəlif şəhər və rayonlarında, ən ucqar kəndlərdə “Yeniləşən Azərbaycana yeni məktəb” devizi altında tikilən və müasir standartlara cavab verən, hər cür avadanlıqlarla təchiz olunmuş yüzlərlə gözəl məktəb binası, məktəbəqədər təhsil üçün inşa edilmiş tikililər təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılması üçün gözəl imkanlar yaratmışdır.

1993-cü ildən başlayaraq müstəqil Azərbaycanda davamlı şəkildə həyata keçirilən islahatlar sırasında təhsil sahəsində islahat da özünəməxsus yer tutur. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə həyata keçirilən islahatların məqsədi Azərbaycanda təhsili üstün inkişaf etdirilən fəaliyyət sahəsinə çevirməkdən, yüksək  praktik  hazırlıqlı,  mədəniyvətli,  mütərəqqi dünyagörüşlü, öz xalqının milli-mənəvi dəyərlərinə bağlı olan, dövlətçiliyə sədaqətli vətənpərvər nəsil yetişdirməkdən ibarət idi.

Ölkə rəhbərliyinin təhsilə göstərdiyi gündəlik qayğı sayəsində bu gün istər maddi-texniki bazası və istərsə də elmi-nəzəri və praktiki uğurları ilə fəxr ediləsi təhsil müəssisələri yetərincədir.

Ölkəmizin böyük sənaye şəhərlərindən biri olan Mingəçevirdə fəaliyyət göstərən Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey də belə təhsil ocaqlarındandır. Liseyə təcrübəli pedaqoq, qabaqcıl təhsil işçisi Aida xanım İsmayılova rəhbərlik edir. Məlumat üçün qeyd edək ki, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirən A.İsmayılova 2 saylı şəhər tam orta məktəbində, 1994-2004-cü illərdə Mingəçevir Politexnik İnstitutunda müəllim, şəhər təhsil şöbəsində məsləhətçi, 7 saylı tam orta məktəbdə direktor və 2013-cü ildən isə liseyin direktorudur. Bakı Slavyan Universitetinin dissertantıdır. Liseyin qazandığı uğurlardan söhbət açan Aida xanım İsmayılova qeyd etdi ki, Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Lisey 1990-cı ildə “İstedadlı şagirdlər üçün ixtisaslaşdırılmış məktəb” kimi fəaliyyətə başlamışdır. 1991-ci ildə qazandığı ilk uğurlar nəzərə alınaraq ona lisey statusu verilmişdir. Hazırda lisey təbiət-riyaziyyat və humanitar elmlər təmayüllüdür. Liseydə bu gün 839 nəfər şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 77 nəfər müəllim məşğul olur. Müəllimlərin 30 faizə yaxını ali məktəbləri fərqlənmə diplomu ilə bitirmişdir. Şagirdlərə dərs deyən müəllimlərin 5 nəfəri liseyin öz məzunlarıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə liseyin dil-ədəbiyyat müəllimi Rahilə Mustafayeva “Tərəqqi” medalına layiq görülmüşdür.

Liseyə qəbul 2009-2010-cu tədris ilinədək V sinifdən başlayırdı. 2009-2010-cu tədris ilindən isə şagirdlərin 1-ci sinfə qəbulu da keçirilir.

Lisey yarandığı gündən stabil olaraq ali məktəblərə tələbə qəbulunun nəticələrinə görə respublikanın 20 qabaqcıl məktəbi sırasındadır. 600-dən yuxarı bal toplayanların sayı ildən-ilə artır.

Yüksək bal topladıqlarına görə lisey məzunları ən yüksək reytinqli ali məktəblərdə təhsil alırlar. Hazırda təkcə Azərbaycan Tibb Universitetində, internatura da daxil olmaqla, 94 məzun oxuyur.

Lisey məzunlarından 7 nəfəri - Lətifova Nigar Fazil qızı (2004-ATU), Məmmədov Səfa Əlisa oğlu (2004-BDU), Qarayev Əsgər Elşad oğlu (2005-ATU), Kərimov Səbuhi Mustafa oğlu (2006-ADU), Hüseynov Azər Sərvər oğlu (2006-BDU ), Məmmədova Şəlalə Rza qızı (2008-BDU), Mustafazadə Çinarə Yaqub qızı (2008-BDU) Prezident təqaüdünə layiq görülmüşdür.

Liseyin 5 şagirdi ABŞ-da orta təhsil almış, onlarca məzunu dünyanın müxtəlif ölkələrinin  nüfuzlu ali məktəblərində magistraturanı bitirmişdir.

Liseyin məzunlarından Topalova Aljira alimlik dərəcəsi almış hazırda Berlin Universitetində çalışır, Səfərov Pərviz Nazim oğlu Moskvada tibb elmləri üzrə alimlik dərəcəsi almış indi doktoranturada təhsilini davam etdirir, Şıxəliyev Murad Yusif oğlu Almaniyada transplantalogiya sahəsində tanınmış cərrah kimi fəaliyyət göstərir. Ümumilikdə götürdükdə isə, onlarca lisey məzunu respublikamızın müxtəlif nazirliklərində, zabit qismində ordu sıralarında, təhlükəsizlik hüquq-mühafizə orqanlarında, təhsil sahəsində, televiziya kanallarında çalışırlar.

Azərbaycan Respublikası  Prezidentinin  19  avqust  2008-ci il tarixli sərəncamı ilə Mingəçevir şəhər Təbiət-Riyaziyyat Humanitar Elmlər Təmayüllü Lisey 2007-2008-ci dərs ilində keçirilmişƏn yaxşı 50 ümumtəhsil məktəbimüsabiqəsinin qalibi olmuşdur.

2004-cü ildən liseydə VMA fəaliyyət göstərir. Valideynlər liseyin problemlərinin həllində yaxından iştirak edir, liseyin cari təmirində, əlavə sinif otaqlarının tikintisində, eləcə təlim-tərbiyə prosesinin təşkilində fəallıq göstərirlər.

Liseydə müxtəlif yaradıcılıq dərnəkləri, klublar, studiyalar yaradılmışdır. Xor studiyası, milli rəqs qrupu, bədii qiraət, “Zəka klubu s. bu qəbildəndir.

Həmçinin liseyin III sinif şagirdi İlkin Abdullayev insan hüquqlarına həsr olunmuş rəsm müsabiqəsində respublika birincisi olmuşdur.

2014-cü ilin ilk günlərindən yaradılmışHeydər Əliyev lektoriyasışagirdləri ümummilli liderin nümunəsində tərbiyə etməyə xidmət edir. Uşaq hüquqları universitetiməktəblilərin hüquqi biliklərini artırır, “Lisey bələdiyyəsiüzvləri sinif otaqlarının stol-stulların təmirində, həyət-bacanın səliqə-səhmanında, “Təmiz şəhəraksiyası keçirilməsində, eləcə şəhərin təmizliyində yaxından iştirak edirlər.

Son illlərin statistikası belədir: lisey məzunlarının   qəbul imtahanlarındakı nəticələri bir qayda olaraq respublika göstəricilərdən həmişə yüksək olmuş, 2008-ci ildə 41 nəfər məzundan 23-ü, 2009-cu ildə 34 nəfərdən 21-i, 2010-cu ildə 49 nəfərdən 33-ü, 2011-ci ildə 51 nəfərdən 24-ü, 2012-ci ildə 58 nəfərdən 42-si, 2013-cü ildə 32-si ən yüksək reytinqli ali məktəblərə daxil olmuşlar.

Lisey beynəlxalq əlaqələrini günü-gündən artırır. Rusiya, Gürcüstan, İran İslam Respublikası Ukrayna məktəbləri ilə, həmçinin Moskvadakı 157 N-li etno məktəblə, Türkiyənin Ağsaray Ərzurum şəhərində yerləşən liseylərlə sıx əlaqələr qurulmuşdur. Lisey şagirdləri bir çox respublika beynəlxalq yarış müsabiqələrin qalibi olmuşdur.

Qazanılmış nailiyyətlər kollektivi arxayınlaşdırmır. Respublika Təhsil Nazirliyinin diqqəti şəhər təhsil şöbəsi rəhbərliyinin gündəlik qayğısı sayəsində tədris ilini uğurla başa vuran təhsil müəssisəsi qarşıdakı illərdə daha böyük qələbələrə imza atmaq əzmindədir.

 

İlham PƏNAHOV,

Respublika.-2014.- 29 iyun.- S.8.