Oğuz: uğurlar ildən-ilə çoxalır

 

Xalxal kəndi Oğuzun turizm üçün ən yaxşı coğrafi əraziyə, mövcud potensiala malik yaşayış məntəqələrindəndir. Amma son illərə kimi istər rayon, istərsə də digər yerlərdən həmin məqsədlə bu kəndə üz tutanlar çətinliklərlə qarşılaşırdılar. Yolu bərbad olan, dağ çayının sel daşqınları vaxtı körpüsü tez-tez yararsız vəziyyətə düşür, içməli sudan korluq çəkən kəndin turizm potensialını tam zəiflədirdi. Nəhayət, son illərdə bu problemlər dövlət başçısının, rayon rəhbərliyinin yaxından qayğısı sayəsində aradan qalxıb. Müasir standartlara cavab verən rahat asfalt yolumuz da var, bol və təmiz suyumuz da, —deyən kəndin bələdiyyə sədri Nəriman Ramazanov çıxışına davam edib bunları əlavə etdi:

—Bələdiyyənin ərazisinə daxil olan Ərmənət kəndinin sakinləri indiyə kimi müasir məktəb binasına həsrət idilər. Yalnız son illərdə onlar öz arzularına çatıblar. Kəndə yeni su xətti çəkilib. Bir sözlə, daim problemlərlə yaşayan kəndlərimiz son illərdə, demək olar, onlardan can qurtarır. Adamlarımızın sosial həyat tərzi ilə belə yaxından maraqlandığına görə, onlar dövlətimizin başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini, minnətdarlıqlarını bildirirlər.

Oğuz şəhər sakini Emin Əzimlinin çıxışı da illərlə yığılıb qalan problemlərin bu gün şəhər daxilində, demək olar, aradan qaldırılmasına həsr olundu.

—Əvvəllər yalnız şəhər mərkəzi küçəsinin abadlığına önəm verilirdisə, indi Oğuzun bütün küçələri, məhəllədaxili yolları da öz gözəlliyi, abadlığı ilə ürəkləri oxşuyur: Yeni salınan yaşayış massivində də bu işlərin aparılması hamını sevindirir. Təbiətcə gözəl olan Oğuzumuz qurub-yaradanların, eli-obası üçün ürək yandıranların qayğısı ilə daha da gözəlləşir. Əlbəttə, bunlar dövlət başçımız cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi yüksək qayğının, bu qayğı və diqqətdən yetərincə həm də məqsədyönlü şəkildə bəhrələnən rayon rəhbərliyinin yüksək işgüzarlığının bəhrəsidir. Oğuz rayonu sözün həqiqi mənasında son bir neçə ildə əsl sıçrayış yolunu qət edib. İllərdən bəri qalaqlanan sosial, iqtisadi, hətta mənəvi problemlər məhz son bir neçə ildə müsbət həllini tapıb. İndi oğuzlular həmin problemləri acı xatirə kimi yada salırlar. 2013-cü ildə Oğuz rayonunun sosial-iqtisadi inkişafı və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında dinlənilən məruzə və çıxışlarda da yuxarıdakı faktlar konkret təhlil olundu. Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanovun hesabat məruzəsində qeyd olundu ki, təkcə ötən il ərzində üç dəfə ölkə Prezidentinin sərəncamı ilə ayrılmış birlikdə cəmi 5 milyon manat vəsaitlə Oğuz rayonunda sosial-iqtisadi inkişaf, tikinti-quruculuq sahəsində xeyli işlər görülməklə onlarca problemə son qoyulmuşdur. Şəhərin Cavanşir küçəsində və həmin küçədən şəhərin girəcəyindəki dairəvi yola kimi 110 ədəd ikilampalı elektrik dirəkləri quraşdırılmış, Heydər Əliyev küçəsində və şəhərin digər ünvanlarında çoxlu sayda quruculuq, abadlıq işləri aparılmışdır. Rayonun Sincan-Xaçmaz-Filfilli avtomobil yolunun çəkilişinə başlanmış və artıq bu sahədə xeyli görülmüşdür. Başqa sözlə, indiyə kimi 208840 kvadratmetr torpaq yataq işləri görülmüş və 26 ədəd su keçidi tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 2 milyon manat vəsait hesabına görüləcək bu işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan maksimum istifadə olunur.

Calud kəndində elektrik dirəkləri yenilənib, kabelləşmə başa çatdırılıb, yeniSmart karttipli sayğaclar quraşdırılıb və yeni transformator qoyulub. Bayan, Calud, Sincan, Muxas, Baş Daşağıl, Xaçmaz, Böyük Söyüdlü, Yemişənli, Ərmənət, Xalxal, Dəymədərə və Tərkeş kəndlərinin qazlaşdırılması məqsədilə maliyyə-smeta sənədlərinin hazırlanması üçün sifariş verilmişdir. Padar kəndində və Oğuz şəhərinin yeni salınmış yaşayış massivində qazlaşdırılma başa çatdırılmışdır.

Böyük Söyüdlü, Xaçmaz, Kərimli, Bayan, Bucaq, Muxas, Baş Daşağıl kəndlərində də cu çəkilişi sahəsində işlər başa çatdırılıb, xətlər tam istifadəyə verilmişdir. Ərmənət və Mollalı kəndlərinə su çəkilmiş, Qarabulaq kəndinə su çəkilişi davam edir. Böyük Söyüdlü-Balaşum su kəmərinin yenidən qurulması imkan verəcək ki, Astraxanovka, Sincan, Yenikənd, Yaqublu, Top, Zərrab kəndləri də içməli su ilə təmin edilsin. Padar, Yemişənli, Dəymədərə kəndlərinə içməli su xəttinin və kənddaxili şəbəkələrin qurulması üçün layihə-smeta sənədləri hazırlanmışdır. Hesabat ilində rayonda meliorasiyairriqasiya işlərinin genişləndirilməsinə, əkinə yararlı torpaq sahələrinin suvarma suyu ilə təmin olunmasına diqqət artırılmışdır.

Sincanda kəndində 220, Ərmənət kəndində 180 və Qumlaq kəndində 220 şagird yerlik yeni məktəb binaları, Oğuz şəhərində 115 yerlik körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmişdir. YaqubluQarabulaq kəndlərində isə məktəb binalarının tikintisi davam etdirilir. Ümumiyyətlə, son 5 ildə Dövlət Proqramının 6 maddəsi üzrə tam, 3 maddəsi üzrə işlər qismən icra olunub. Rayonun Baş Daşagil kəndində Daşagil çayı üzərindəki körpü əsaslı təmir edilərək istifadəyə verilmişdir. Oğuz şəhərində rayon baytarlıq idarəsi və diaqnostika kabineti, Xaçmaz, Kərimli, Böyük Söyüdlü, PadarSincan kəndlərində sahə baytarlıq məntəqələri üçün yeni binalar tikilmişdir.

Oğuz rayonunda 2013-cü ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi 86544,5 min manat təşkil etmişdir: hesabat ilində rayonda açılmış 322 yeni yerlərinin hamısı daimi olmuşdur.

Oğuz rayonunda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərə uyğun olaraq sahibkarlar üçün imkanlar yaradılması, investisiyaların cəlb olunması sahəsində müəyyən işlər görülmüşdür. Sahibkarlığa, özəl sektorun inkişafına, bu sahədə qanunsuz müdaxilələrin qarşısının alınmasına xüsusi diqqət yetirilmişdir. 

2013-cü il ərzində Oğuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən rayonda aztəminatlı ailələrin, əlillərin, şəhid ailələrinin, ahılların və digər imtiyazlı şəxslərin sosial müdafiəsinin gücləndirilməsini sahəsində xeyli görülmüşdür.

Rayonun əmək ehtiyatlarından səmərəli istifadə vaqonların iqtisadi fəallığının yüksəldilməsi məqsədi ilə Ərazi Məşğulluq Proqramı əsasında tədbirlər həyata keçirilir. Əmək ehtiyatlarının 20925 nəfərini iqtisadi fəal əhali təşkil edir ki, bunun da 19740 nəfəri məşğul əhalidir. 4563 nəfər rayon vətəndaşı əmək bazarında iştirak edir ki, onun da 687 nəfəri özünün məşğulluq problemi ilə əlaqədar Məşğulluq Mərkəzinə müraciət etmişdir. 2013-cü ildə 687 nəfər mərkəzə müraciət etmiş, onlardan 514 nəfəri işaxtaranişsiz vətəndaş kimi qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 330 nəfəri işlə təmin edilmişdir. Oğuz rayonu ərazisində 367 ailə 1998 nəfər qaçqın, 727 ailə, 2855 nəfər məcburi köçkün məskunlaşdırılmışdır.

Məcburi köçkünlər 17 yaşayış məntəqəsi üzrə müvəqqəti məskunlaşmışdır. Məskunlaşdıqları yerlər əsasən uyğunlaşdırılmış mənzillərdir. Əhalinin əksəriyyəti elektriklə, içməli su ilə, mavi yanacaqla təmin edilmişlər. “Dövlət Proqramı”na uyğun olaraq onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar işlər görülür.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 yanvar tarixli Sərəncamı ilə 2013-cü ilİnformasiya-kommunikasiya texnologiyaları ilielan olunub. Bu da rabitəçilər qarşısında ciddi və təxirəsalınmaz vəzifələr qoymuşdur. Rayon telekommunikasiya qovşağının istifadə tutumu 6277 ədədə çatdırılıb. Rayon üzrə hər yüz nəfərə 16,2 hər ailəyə 72,9 telefon düşür. Rayonun sürətli internet şəbəkəsinin genişləndirilməsi ilə bağlı 9 istiqamətdə fiber-optik kabel xətti çəkilmişdir. 12 kənddə sürətli internetdən istifadə edirlər. 2013-cü ildən rabitəçilər tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 392 min manatlıq informasiya və rabitə xidmətləri göstərilmişdir. İllik tarif gəliri planına 106 faiz əməl olunub.

Rayonda təhsilin keyfiyyətinin yüksəldilməsi ardıcıl diqqət yetirilən əsas məsələlərdən biridir. 2013-cü ildə tam orta təhsil kursu üzrə TQDK tərəfindən aparılmış buraxılış imtahanlarının nəticələrinə əsasən rayonun ümumtəhsil məktəblərinin keyfiyyət göstəricisi əvvəlki illə müqayisədə 32,3 faizdən 39,3 faizə qalxmışdır. Respublika Təhsil Nazirliyinin rəsmi məlumatına əsasən 2013-cü ildə ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Oğuz rayonunun IX sinif şagirdlərinin respublikanın kənd rayonları arasında 4-cü, tam orta təhsil səviyyəsi üzrə 9-cu yeri tutması pedaqoji kollektivlərin gərgin əməyinin bəhrəsidir. 2013-cü ildə oğuzlu gənclərdən 209 nəfəri ali məktəb tələbəsi adını qazanmışdır.

Oğuz turizm bölgəsidir. Son illər bu sahənin inkişaf etdirilməsi üçün bir sıra işlər həyata keçirilmişdir. 2012-ci ildə rayona 4323 nəfər turist gəlmişdirsə 2013-cü ildə bu rəqəm 11 mindən çox olmuşdur. Yaxşı haldır ki, il ərzində rayonun turizm potensialı, tarix və mədəniyyət abidələri, Oğuz qalaları, milli adət-ənənələrimiz və mətbəximiz haqqında müxtəlif verilişlər hazırlanaraq televiziya kanallarında nümayiş etdirilmişdir.

Aprel ayında Bakı şəhərində keçirilən beynəlxalq turizm və səyahətlər sərgisində Oğuz rayonu da uğurla təmsil olunmuşdur. Sərginin gedişi zamanı rayonda fəaliyyət göstərən turizm və istirahət mərkəzləri haqqında iştirakçılara məlumat verilmişdir. Hazırda Oğuzda turistlərin və qonaqların istirahəti üçün 5 otel fəaliyyət göstərir.

Hesabat yığıncağında dinlənilən məruzə və çıxışlardan aydın oldu ki, Oğuzda son illər problemlərin həllində özünü idarəetmə qurumları olan bələdiyyələrlə işin gücləndirilməsinin vətəndaşların arzu, tələb və təkliflərinə icra hakimiyyəti tərəfindən həssaslıqla yanaşılmasının da rolu çoxdur. 2013-cü ildə rayon bələdiyyələri tərəfindən “Bir bələdiyyə azı bir bir layihə” təşəbbüsü ilə həyata keçirilməsi nəzərdə tutulmuş 110 layihədən 95-i tam başa çatdırılmış, gecikdirilmiş 15 layihənin icrası 2014-cü ilin planına daxil edilmişdir. Vətəndaşların bələdiyyələrlə sıx əlaqələrin qurulması məqsədi ilə bələdiyyələrdə “Qaynar xətt” xidmətləri təşkil edilmiş, həmin xətlər vasitəsi ilə vətəndaşlar tərəfindən irəli sürülmüş təkliflər, müraciətlər qeydə alınmış, müvafiq tədbirlər görülmüşdür.

İl ərzində keçirilən səyyar qəbullarda 5010 nəfərdən çox vətəndaş iştirak etmişdir. Keçirilən səyyar qəbul-görüşlərdə insanları narahat edən bir çox problemlər operativ olaraq həll edilmişdir. Vətəndaşlar tərəfindən irəli sürülən 202 təklif və müraciətin 88 faizinin icrası təmin edilmiş, 12 faizi isə nəzarətə götürülmüş, digərləri isə aidiyyəti üzrə qanuna uyğun olaraq baxılması barədə vətəndaşlara cavablar verilmişdir. Keçirilən səyyar qəbullarda vətəndaşların öz istəklərini sərbəst şəkildə ifadə etmələrinə lazımi şərait yaradılmışdır.

Göründüyü kimi, son illər rayon icra hakimiyyətinin məqsədyönlü rəhbərliyi, diqqət və qayğısı sayəsində problemlər tamamilə azalmış, sosial-iqtisadi həyatın, demək olar ki, bütün sahələrində yeni-yeni uğurlara imza atılmışdır. Məhz bu uğurların işığı ilə oğuzlular da uca zirvələrə inamla gedirlər.

Hesabat yığıncağında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etdilər. Axırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

Rasim AMANOV,

Respublika.-2014.- 4 mart.- S.5.