Maarifləndirmə sahibkarlığın inkişafının zəruri şərtidir

 

  Azərbaycanda sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Bu gün bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, biznes mühitinə dair qanunvericilikinzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin inkişafı və müxtəlif növ xidmətlərin göstərilməsi kimi kompleks tədbirlər həyata keçirilir. Sahibkarlığın inkişaf etdirilməsi sahəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə əlverişli biznesinvestisiya mühiti yaradılmış, güclü sahibkarlar təbəqəsi formalaşmışdır. Hazırda özəl sektorun ÜDM-də payı 80 faizdən çoxdur.

Sahibkarlığın inkişafının ən vacib komponentlərindən biri də sahibkarların maarifləndirilməsi, onlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinqinnovasiya xidmətlərinin göstərilməsidir. Bu baxımdan sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsində, o cümlədən onlara metodiki köməkliyin, məsləhət xidmətinin göstərilməsində, sahibkarların informasiya təminatının yaxşılaşdırılmasında, onlara marketinq sahəsində biliklərin verilməsində İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir. 2007-ci ildə yaradılmış Bakı Biznes Tədris Mərkəzinin hazırda 7 rayonda (Gəncə, Qazax, Yevlax, Göyçay, Lənkəran, Şəki, Xaçmaz) nümayəndəliyi fəaliyyət göstərir.

Sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, onların təşəbbüskarlığının və hüquqi biliklərinin artırılması, yeni iqtisadi şəraitdə müasir təcrübənin mənimsənilməsi, işgüzar adamların öz biznesinə başlaması, müəssisələrin səmərəli idarə olunması istiqamətində zəruri biliklərin verilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən mütəmadi olaraq sistemli tədbirlər həyata keçirilir.

Hər il olduğu kimi, 2013-cü ildə də Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilmişdir. Belə ki, ötən il mərkəz tərəfindən Bakı şəhərində və regionlarda xariciyerli ekspertlərin iştirakı ilə sahibkarlar, sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlər üçün müxtəlif mövzularda 94 maarifləndirici tədbir, treninq, konfrans, seminar, dəyirmi masa və təlim keçirilmişdir. Bu tədbirlərin 59-u regionlarda təşkil edilmiş, 8 tədbir isə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmişdir. 2500-dən çox dinləyicinin iştirak etdiyi treninqlərdə iştirakçılara biznes-planların və investisiya layihələrinin hazırlanması, biznesin təşkili və idarə edilməsi, investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə qaydaları, ekoloji təmiz kənd təsərrüfatı, kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması, aqrar iqtisadiyyat, mövcudyeni ixrac bazarlarına çıxış imkanları, idxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması, logistika, korporativ idarəetmə standartları, layihələrin idarə edilməsi və bacarıqların inkişaf etdirilməsi, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, elektron ticarət və onun əhəmiyyəti barədə ətraflı məlumatlar verilmiş, www.b2b.az,www.icazeler.gov.az elektron ticarət portallarının təqdimatları keçirilmişdir. Bu tədbirlər çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Gənclərə biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən müxtəlif regionlarda Beynəlxalq Əmək Təşkilatının “Öz Biznesinə Başla və Təkmilləşdir” Proqramı çərçivəsində “Biznes ideyası yaratöz biznesinə başlamövzusunda 34 təlim kursu keçirilmişdir. Bu cür təlimlərin davamı olaraq əhalinin geniş təbəqələrinin, xüsusən də gənclərin və qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi məqsədi ilə bir sıra universitetlərdə də treninqlər təşkil edilmişdir. Təlim kurslarında iştirakçılara biznes ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT-təhlilin aparılması və bu sahələrdə mövcud beynəlxalq təcrübə, istehsal-satış, maliyyə planları və s. barədə ətraflı məlumatlar verilmişdir.

Maarifləndirmə tədbirləri çərçivəsində cəzaçəkmə müəssisələrindən azad ediləcək şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi məqsədi ilə 2013-cü ildə Bakı Biznes Tədris Mərkəzi tərəfindən Ədliyyə Nazirliyinin dəstəyi ilə bir çox cəzaçəkmə müəssisələrində maarifləndirici tədbirlər keçirilmişdir. Bu treninqlərdə 80-dən çox azadlıqdan məhrum edilmiş şəxslər iştirak etmişdir. Cəzaçəkmə müəssisələrində təşkil edilmiş tədbirlərdə “Biznesin əsasları, təşkili və idarə edilməsi” mövzusunda təqdimatlar keçirilmiş, iştirakçılara biznesin mahiyyəti, biznes mühiti, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumat verilmişdir.                                

Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi və Gəncə Şəhər Məşğulluq İdarəsinin birgə təşkilatçılığı ilə əlil qadınlar üçün də treninqlər təşkil edilmişdir. Təlimlərin keçirilməsinin məqsədi iştirakçılara biznes ideyanın yaradılması və biznesin təşkili istiqamətlərində nəzəri biliklərin, praktiki bacarıqların və beynəlxalq təcrübənin aşılanmasından, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsindən ibarət olmuşdur. Treninqlərdə müxtəlif mövzularda təqdimatlar keçirilmiş, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı əlverişli imkanlars. barədə məlumat da iştirakçıların diqqətinə çatdırılmışdır.

2013-cü ildən Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi mexanizminin araşdırılması və təkliflər paketinin hazırlanması” layihəsinin yerinə yetirilməsinə başlanmışdır. Layihənin məqsədi əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi mexanizmlərinin araşdırılmasından, yeni işlək mexanizmlərin təkliflər paketinin hazırlanmasından ibarətdir. Bu isə, öz növbəsində, əlil gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində yeni mütərəqqi üsullardan istifadə edilməsinə və əlillik dərəcələrinə uyğun yeni istehsal sahələrinin yaradılmasına şərait yaradacaqdır.

Biznes tədrisinin təkmilləşdirilməsi, sahibkarların maarifləndirilməsində  innovativ tədris metodlarından istifadənin təmin edilməsi məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən 2012-ci ildən etibarən distant təlimlər keçirilir. Distant təlimlərin keçirilməsi İKT-nin nailiyyətlərindən istifadə etməklə sahibkarların, xüsusilə də regionlarda fəaliyyət göstərən adamlarının yerlərini tərk etmədən təlimlərdə iştirakına imkan verir. Mərkəz tərəfindən hazırlanmış distant təlim mexanizmi vasitəsilə “Mövcudyeni ixrac bazarlarına çıxış imkanları”, “Ekoloji təmiz kənd təsərrüfatı: əsasları və perspektivləri”, “İdxalı əvəz edəcək məhsulların istehsalının və ixracının stimullaşdırılması”, “Sahibkarların maarifləndirilməsi məqsədi ilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatından istifadə”, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularında sahibkarlar üçün 6 distant təlim keçirilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin və Bakı Biznes Tədris Mərkəzinin əməkdaşları tərəfindən aparılan distant təlimlərdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala, Aran, Abşeron və digər iqtisadi rayonlarda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 150-dən çox sahibkarmenecer iştirak etmişdir.

İş adamlarının və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, 2013-cü il ərzində Bakı Biznes Tədris Mərkəzi tərəfindən Bakı şəhəri və regionlardan müraciət edən adamlarına və sahibkarlıq fəaliyyətinə yeni başlayanlara 800-ə yaxın məsləhət xidməti göstərilmişdir.

Bakı şəhərində və regionlarda göstərilən konsaltinq xidmətlərinin səmərəliliyini yüksəltmək, bu xidmətlərə olan tələbatın öyrənilməsi və sahibkarları maraqlandıran sahələrin müəyyən edilməsi məqsədi ilə mərkəz tərəfindən elmi-tədqiqat işləri də aparılmışdır. Araşdırmalar zamanı həmçinin, sahibkarların əlavə tədrisə olan tələbatı öyrənilmiş, bu sahədə təkliflər hazırlanmışdır.

Dövlətin vəsaiti hesabına güzəştli kreditlərin alınmasında sahibkarlara və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərə göstərilən məsləhət xidmətlərinin keyfiyyətini yüksəltmək və biznes-planların tərtib edilməsini səmərəliləşdirmək məqsədi ilə Bakı Biznes Tədris Mərkəzi tərəfindən “Sahibkarların maarifləndirilməsi məqsədilə investisiya layihələrinin hazırlanması üzrə xüsusi proqram təminatının yaradılması” layihəsi həyata keçirilmişdir. Layihə çərçivəsində avtomatlaşdırılmış biznes-plan proqram kompleksi yaradılmış və mərkəzin internet saytında (www.bbtc.gov.az) yerləşdirilərək sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin istifadəsinə verilmişdir. Ötən il biznes-plan proqram kompleksinin təkmilləşdirilməsi üzrə işlər davam etdirilmişdir.

Gənclərin məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə 2013-cü ildən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “Azərbaycan gənclərinin sahibkarlıq fəaliyyətində iştirakının dəstəklənməsi layihəsi”nin icrasına başlanmışdır. Layihədə iştirak edən təşəbbüskar gənclər üçün Biznes İnkubatorun yaradılması nəzərdə tutulur. Biznes İnkubator üçün pilot olaraq Quba-Xaçmaz iqtisadi rayonu seçilmişdir. Bu məqsədlə Quba-Xaçmaz Regional İnkişaf  Mərkəzinin  2  mərtəbəsində  500 kvadratmetrə yaxın ərazidə 15 otaq Biznes İnkubator üçün ayrılmışdır. Hazırda Biznes İnkubatorun fəaliyyətinin təşkili istiqamətində Bakı Biznes Tədris Mərkəzi tərəfindən işlər davam etdirilir. Biznes İnkubatorda gənclərə biznes ideyanın formalaşması və sahibkarlıq fəaliyyətinə başlanması üçün 4 mərhələli dəstək tədbirləri göstəriləcək. Belə ki, ilkin mərhələdə gənclər üçün biznes ideyasının formalaşması, marketinq, biznesin planlaşdırılması, biznesin əsasları, təşkili və idarə edilməsi, elektron xidmətlərdən istifadə və s. mövzular üzrə təlimlər keçiriləcək. Növbəti mərhələlərdə biznes ideyanın tətbiqi üzrə mühasibat uçotu, əmək münasibətləri, vergilərin hesablanması və elektron ödənilməsi, biznes planlarının hazırlanması və s. istiqamətlər üzrə məsləhət xidmətləri  göstəriləcək. Daha sonra isə verilmiş biliklərin gənclər tərəfindən mənimsənilməsi səviyyəsinin öyrənilməsi üçün monitorinqlərin keçirilməsi, nəticələrin təhlili və qiymətləndirilməsi nəzərdə tutulur. Sonuncu mərhələdə gənclərə 1 il müddətində güzəştli şərtlərlə müxtəlif ofis xidmətləri göstəriləcək.

Bu layihənin davamı olaraq Sumqayıt Kimya Sənaye Parkında, Balaxanı Sənaye Parkında və Aran Regional İnkişaf Mərkəzində də biznes inkubatorların yaradılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyatTexnologiyalar Nazirliyi arasında imzalanmış “Əməkdaşlıq haqqında Anlaşma Memorandumuna müvafiq Bakı Biznes Tədris Mərkəzi Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi (GİZ) ilə birlikdə”Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqram”ını həyata keçirir. Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və gənc menecerlər Almaniyanın müvafiq tədris mərkəzlərində və  müəssisələrində “İqtisadi kooperasiya” üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr yaradırlar. İxtisasartırma kursu üzrə zəruri xərclər (yol xərcləri istisna edilməklə) Almaniya tərəfindən ödənilir. Proqramın məqsədi Azərbaycanın özəl sektorunda biznesin idarə olunması sahəsində fəaliyyət göstərən kadrların Almaniyada tədris və təcrübə keçməsinə, onların beynəlxalq təcrübə toplamasına, alman şirkətləri ilə birbaşa əlaqələrin qurulmasına, peşəkar və mədəni dünyagörüşlərinin artırılmasına şərait yaratmaqdır. 2013-cü ildə də GİZ təşkilatının ekspertləri tərəfindən keçirilmiş müsabiqələrdə müvəffəqiyyət qazanan 44 nəfər azərbaycanlı sahibkar və gənc menecer Almaniyadaİqtisadi kooperasiya” üzrə 1 aylıq ixtisasartırma kurslarında iştirak etmiş, müvafiq müəssisələrdə təcrübə keçmişlər. Ümumiyyətlə, 2009-2013-cü illərdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 173 sahibkar və gənc menecer Almaniyanın müxtəlif şəhərlərində ixtisasartırma kursu keçmişdir. Bu cür tədbirlərin keçirilməsi yerli sahibkarların işgüzar əlaqələrinin inkişafı, sahibkarların maarifləndirilməsi, konsaltinqinnovasiya xidmətlərinin səmərəliliyi  baxımından əhəmiyyətlidir.

2014-cü ildə də Bakı Biznes Tədris Mərkəzi sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirəcək. Belə ki, bu il sahibkarlara zəruri biliklərin, praktiki bacarıqların, beynəlxalq təcrübənin aşılanması, konsaltinqinnovasiya xidmətlərinin göstərilməsi istiqamətində tədbirlər davam etdiriləcək, distant təlimlər genişləndiriləcək, azərbaycanlı sahibkarların beynəlxalq təcrübəyə yiyələnməsi üçün onların Almaniyada keçiriləcək ixtisasartırma kurslarında iştirakına şərait yaradılacaqdır.

Beləliklə, Azərbaycanda sahibkarlığın inkişafı ölkəmizin iqtisadi tərəqqisində xüsusi rol oynayır və bu strategiyanın əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət dayanır.

 

Akif FƏRRUXOV,

Bakı Biznes Tədris Mərkəzinin direktoru.

Respublika.-2014.- 5 mart.- S.6.