Dilimiz varlığımızdır
İllər ötdü, yaşa doldum
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da dilim-dilim.
Xəlil
Rza Ulutürk.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən
mühüm amillərdən
biri və ən başlıcası onun dilidir. Bu baxımdan Azərbaycan dili də özünəməxsusluğu,
gözəlliyi, dolğunluğu,
mükəmməlliyi və
şirinliyi ilə başqa dillərdən seçilir.
Doğma
ana dilimiz daş kitabələrdən
üzü bu yana uzun,
çətin və şərəfli bir yol keçərək bugünkü səviyyəyə
gəlib çatmışdır.
Dədə Qorqud qopuzundan,
Koroğlu sazından süzülüb gələn,
Xətai qılıncından
sıyrılıb çıxan
dilimiz həzin ana laylası ilə canımıza, qanımıza hopmuşdur.
Səfəvilər dövlətinin
banilərindən biri,
XVI əsrdə vahid Azərbaycan dövlətini
quran dahi Azərbaycan şairi və dövlət xadimi Şah İsmayıl Xətai Azərbaycan dilini dövlət dili elan edərək demişdir: “Ey türk oğlullar! Babalarımızdan bizə
üç şey yadigar qalmışdır:
dilimiz, torpağımız,
qeyrətimiz. Vətənin
bir ovuc torpağını dünyanın
var-dövlətinə, dilinin
bir sözünü ləl-cəvahiratına dəyişməyin,
onları qoruyun və sonrakı nəsillərə çatdırın...
Ana dilini dövlət
dili elan etdim”.
Nəfəsi əhli-dilin gövhəri-candır
bilənə
Nitqimiz qüdrəti—hər, ruhi-rəvandır
bilənə!
Zaman-zaman xalqımızı öz soykökündən qoparmağa,
onun milli-mədəni
dəyərlərini məhv
etməyə çalışmışlar. Təkcə XX əsrdə əlifbamız
sovet imperiyasının
əsarəti altında
düz üç dəfə təcavüzə
məruz qalmışdı.
Yalnız 2001-ci ildə
ümummilli lider Heydər Əliyevin sayəsində rəsmi olaraq latın
əlifbasına keçildi,
“Azərbaycan Respublikasında
dövlət dili haqqında” qanun qüvvəyə mindi. Bu müdrik insan
xalqımızı bütün
türk dünyası
ilə birləşdirdi.
Ana dilimizi milli varlığımız hesab
edən ulu öndər deyirdi: “Azərbaycan dilinin dövlət dili kimi həyatımızın
bütün sahələrində
yaşaması və inkişafına hərtərəfli
şərait yaradılmış,
onun zənginləşməsi
və dünya dilləri arasında layiqli yer tutması
üçün daha geniş perspektivlər açılmışdır... Hansı ölkədə yaşamasından
asılı olmayaraq hər bir azərbaycanlı
öz ana dilini, dinini, milli ənənələrini
heç zaman unutmamalıdır”.
Bu gün Azərbaycan dilinin qüdrətli və mükəmməl bir dil olaraq
dünyada tanınması
üçün ölkə
başçısı İlham
Əliyev böyük
işlər görür
və bununla bağlı müvafiq sərəncamlar imzalayır.
Onun ana dilinin qloballaşma şəraitində zamanın
tələblərinə uyğun
istifadəsinə və
ölkədə dilçiliyin
inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamında
deyilir: “Dilçilik elmimiz təkcə Azərbaycan dili ilə bağlı deyil, həmçinin onun digər türk dilləri ilə münasibətlərini
öyrənmək istiqamətində
ciddi addımlar atılmalı, müasir dillərin nəzəri cəhətdən araşdırılmasına,
eyni zamanda qədim dünya dilləri və mədəniyyətlərinin tədqiqinə
yönələn yeni
layihələr işləyib
hazırlamalıdır”.
Azərbaycanda fəaliyyət göstərdiyi
müddət ərzində
“Çağ” Öyrətim
İşlətmələrinin tədris prosesinin ayrılmaz hissəsi kimi həyata keçirdiyi layihələr,
xüsusən də dilimizin inkişafı ilə bağlı müsabiqələr də
məhz buna xidmət edir. Bir millət-iki dövlət olan Azərbaycan və Türkiyə respublikalarının zəngin
dil və mədəniyyətini layiqli
şəkildə təmsil
etməyi, yeni nəsillərdə vətən,
millət, dil və tarix şüurunu
inkişaf etdirməyi
qarşısına məqsəd
qoyan, artıq 12-ci dəfədir ki, müxtəlif nominasiyalar üzrə “Ana dilimizi sevək, sevdirək” devizi altında keçirilən məktəblilərin
ümumrespublika müsabiqəsi
bu il öz
formatını bir qədər dəyişdi.
“Dil və mədəniyyət” adı
altında keçirilən
festivalda iştirak edənlərin sayı artmaqla, həm də dilimizə, milli dəyərlərimizə
hörmət hissini ifadə etmək formaları
da çoxaldı. Mahnı, şeir, ölkəşünaslıq,
təqdimat, ifaçılıq,
qrammatika və inşa yazı kateqoriyasında aparılan
müsabiqədə iştirak
edən hər bir şagird bir daha əcdadlarımızın
bizə miras qoyub getdiypi doğma dilimizin mükəmməl, qüdrətli
və zəngin bir dil olduğunu
bütün dünyaya
bəyan etməyə
çalışdı.
Azərbaycan Respublikası Təhsil
Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan
Respublikası Beynəlxalq
Təhsil Mərkəzi
və Anadolu Dil və Kültür
Mərkəzinin təşkilatçılığı
ilə “Ana dilimizi sevək, sevdirək” devizi altında keçirilən məktəblilərin
“Dil və mədəniyyət” festivalının
mükafatlandırma məraisimi
ilk olaraq ümummilli lider Heydər Əliyevin, dilimizə və mədəniyyətimizə
xidmət edən bütün insanların və vətən uğrunda, torpaqlarımızın
bütövlüyü uğrunda
şəhid olan vətən övladının
xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonoa açıq elan olundu. Sonra isə Azərbaycan
Respublikasının Dövlət
Himni və Türkiyə Cühuriyyətinin
İstiqlal Marşı
səsləndirildi. Festivaldan bəhs edən qısametrajlı filmdə
ümummilli lider Heydər Əliyevin ideyalarının
həyata keçirilməsində
iştirak etmək məqsədilə 11 il öncə yola çıxan “Dilimiz varlığımız” devizi
altında “Ana dilimizi sevək, sevdirək”, “Dil və mədəniyyət”
festivalının məqsəd
və məramı nümayiş olundu.
Sonra bürünc medal qazanan şagirdlərə medalları
təqdim etmək üçün Milli Elmlər Akademiyasının
müxbir üzvü,
Atatürk Mərkəzinin
direktoru Dialoq Avrasiya Platformasının
Milli Komitə sədri, millət
vəkili Nizami Cəfərov səhnəyə
dəvət olundu. O, bürünc medal qazanan şagirdləri təbrik edərək dedi: “Dünyada millət üçün, xalq üçün dildən
etibarlı heç nə yoxdur. Xalq, millət hər nəyi itirsə, zaman-zaman onu
qazana bilər, amma dilini itirsə,
çox çətin
ki, bir də
onu qazana bilsin. Buna görə
də türk dili olimpiadaları keçirmək və artıq dünyanın 150
ölkəsinə türkcə
səslənmək çox
böyük nailiyyətdir.
Bu nailiyyəti qazananları təbrik edirəm”.
Sonra
gümüş medalçıları
təbrik etmək üçün söz Bakı Dövlət Universitetinin rektoru, akadekmik, millət vəkili Abel Məhərrəmova
verildi. O, ümumilikdə
türk dünyasına,
onun mədəniyyətinə,
incəsənətinə xidmət
edən bu festivalı yüksək qiymətləndirərək dedi:
“Bu gün Azərbaycan
mədəniyyəti tarixinə
yazılmış bir
günüdür. Dünyada 5 min millət və xalq, onlardan iki yüzünün dövləti və ana dili var. Bu baxımdan biz xoşbəxt
xalqıq. Azərbaycan dili
kimi dilimiz var. Biz öz dilimizi sevirik, eyni zamanda
dünya dillərinə
hörmətlə yanaşırıq.
Bu gün multikulturalizm
adı altında Azərbaycanda çox böyük işlər görülür. Belə ki,
biz qlobal dünyaya inteqrasiya edirik, ancaq öz dilimizi
qoruyub saxlayırıq.
Bu cür tədbirlərin
Azərbaycan dilinin qlobal müstəvidə inteqrasiyası üçün
çox böyük əhəmiyyəti var. İlk
növbədə təşkilatçılara
təşəkkürümü bildirirəm. Bütün qalibləri
təbrik edirəm”.
Festivalın qızıl medalçılarını
isə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti, Azərbaycan
Beynəlxalq Təhsil
Mərkəzi İdarə
Heyətinin sədri Xaliq Məmmədov təbrik edərək dedi: “Bu gün bir daha əmin
oldum ki, bizim çox istedadlı, qabiliyyətli
gənclərimiz var. Onları
dəyərləndirib, bu
səviyyəyə qədər
yüksəldənlərə alqış olsun”.
Sonda isə Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi, Təhsil Kompleksinin sədri, Ənvər Özərən
yekun sözü dedi: “Bu gözəllik dilmizin, mədəniyyətimizin
gözəlliyidir. Bu festivalla biz dünyaya kiçik bir səyahət etdik və dilimizin nə qədər sevildiyinin şahidi olurduq. Bu gün
Azərbaycan dili dünyanın 5 qitəsində
tanınır, sevilir,
sevdirilir. Bugünkü qaliblərimiz bir neçə aydan sonra Türkiyədə
150 ölkədən minlərlə
gəncin iştirak edəcəyi Türk dili Olimpiadasında Azərbaycanı təmsil
edəcəklər. Azərbaycan dili
sevgi, sülh, məhəbbət dilidir.
Biz bu festivalda doğma dilimizdə bütün dünyaya səsləndik. Və dünyanı sülhə
çağırdıq. Bu işdə əməyi
olan hər kəsə öz dərin təşəkkürümü
bildirirəm”. Tofiq Aslanovun
rəhbərlik etdiyi
“Mirvarilər” musiqi kollektivinin, “Ana dilimizi sevək, sevdirək” müsabiqəsinin əvvəlki
qaliblərinin və “Azərbaycan qartalları” rəqs ansamblının hazırladıqları bədii
proqram isə tədbiri daha da rövnəqləndirdi.
Mehparə ƏLİYEVA,
Respublika.-2014.- 6
mart.- S.6.