Dinamik inkişaf əhaliyə
firavanlıq, kəndlərə abadlıq gətirir
Sosial siması gündən-günə dəyişən, gözəlləşən Tərtər rayonu tarixə çevrilmiş 2013-cü ili yüksək iqtisadi göstəricilərlə yola saldı. Baxmayaraq ki, 40 kilometrlik məsafədə erməni silahlı birləşmələri onun ərazilərini—əkin sahələrini, evləri, inzibati binaları tez-tez atəşə məruz qoyurlar. Nailiyyətlər onun sayəsində mümkün olur ki, əhali rayon rəhbərliyinin düşünülmüş və düzgün müəyyən etdiyi qərarların və tədbirlərin həyata keçirilməsində ona dəstək verir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 2013-cü ildə görülmüş işlərlə bağlı verdiyi hesabatda bildirdi ki, görülən işlərin həcmi artmışdır. Yeni layihələr həyata keçirilmiş, iqtisadi göstəricilər xeyli yaxşılaşmışdır. Rayon iqtisadiyyatı erməni təcavüzkarlarının yaratdıqları süni çətinliklərə baxmayaraq yüksək templə irəliləmişdir.
RİH rəhbəri hesabat yığıncağındakı məruzəsində bildirdi ki, 2013-cü ildə Tərtər rayonunda iqtisadiyyatın bütün sahələrində nailiyyətlər əldə olunmuşdur. Möhtərəm Prezidentimizin bölgələrə olan diqqət və qayğısı rayonumuzun inkişafına xüsusi təsir göstərmişdir. Belə ki, tikinti, abadlıq və quruculuq işləri geniş vüsət almiışdır. Şəhərin Heydər Əliyev prospektində 4500 kvadratmetr Şıxəli Qurbanov küçəsində 1500 kvadratmetr, Rasim Mürsəlov küçəsində 1700 kvadratmetr sahəsi olan istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənmişdir. Adları qeyd olunan prospekt və küçələrdə kommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, burada 230 ədəd müasir tipli işıq dirəyi quraşdırılmışdır. Dövlət Bayrağı meydanının ərazisi 1,7 hektar genişləndirilmiş, Bərdə-Tərtər istiqamətində əzəmətli giriş qapısı quraşdırılmışdır. Burada böyük fontan tikilmişdir. Sahəsi 180 kvadratmetr olan müasir memarlıq üslubunda panno tikilmiş və mərkəzində ulu öndər Heydər Əliyevin böyük portreti əks etdirilmişdir.
Yerli və respublika əhəmiyyətli yollarda və küçələrdə əsaslı təmir işlərinin aparılması diqqət mərkəzindəı saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2013-cü il tarixli Sərəncamı ilə 5 min nəfərdən çox əhalinin yaşadığı 4 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 13 kilometr olan Cəmilli-Dəmirçilər kəndlərarası avtomobil yolu yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Yolun girişində hündürlüyü 7 metr olan giriş qapısı tikilir.
Tərtər şəhərində 9 ədəd çoxmərtəbəli kommunal yaşayış evlərinin su və kanalizasiya sistemlərində 106,8 min manatlıq bərpa işləri görülmüşdür.
Hesabat ilində rayonda 109,4 milyon manat dəyərində ümumi məhsul, 5 milyon 155,9 min manat dəyərində sənaye, 44 milyon 795 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilmiş, əsas kapitala 19 milyon 607 min manat investisiya yönəldilmiş, nəqliyyat sektorunda 463 min ton yük daşınmış, 392 min manatlıq rabitə xidməti göstərilmiş, əhaliyə 108 milyon 128 min manat dəyərində mallar satılmış, 23 milyon 160 min manatlıq pullu xidmətlər göstərilmişdir. 2012-ci ilə nisbətən ümumi məhsul buraxılışının həcmi 0,8 faiz, sənaye məhsulunun həcmi 5,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 13,1 faiz, nəqliyyatda yükdaşımaların həcmi 2,9 faiz, sərnişin daşınması 5,8 faiz, yük dövriyyəsi 3,3 faiz, sərnişin dövriyyəsi 9,6 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 1,1 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,2 faiz artmışdır.
Cari ildə 6 milyon 357,3 min manat dəyərində əsas fondlar istifadəyə verilmiş, kapital qoyuluşunun 92,5 faizi tikinti-quraşdırma işlərinə yönəldilmiş, 50074 kvadratmetr yaşayış sahəsi istifadəyə verilmişdir.
Hesabat ilində sahibkarlarla aparılan ardıcıl işin nəticəsidir ki, rayonda kənd təsərrüfatı məhsullarının 97 faizi, sənaye məhsullarının 17,2 faizi pərakəndə-ticarət şəbəkəsində satılmış əmtəələrin və əhaliyə göstərilmiş pullu xidmətlərin 96 faizi özəl sektorun payına düşür. Əhaliyə göstərilən nəqliyyat və pullu xidmət 23 milyon 160,2 min manat təşkil etmişdir.
İl ərzində Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasına bələdiyyələr və sahibkarlar tərəfindən 416 ton meyvə-tərəvəz məhsullarının satışı təmin olunmuşdur.
2014-cü ilin məhsulu üçün 11 min 123 hektar sahədə taxıl, o cümlədən 6191 hektar sahədə buğda səpini aparılmış, 12 min 954 hektar sahədə şum qaldırılmışdır.
2013-cü
ildə rayonda 2637,5
ton ət, 14258 ton süd,
7625 min ədəd yumurta,
123 ton yun istehsal olunmuşdur. 2012-ci illə
müqayisədə ət
istehsalı 2,4 faiz, süd istehsalı 3,1 faiz, yumurta istehsalı 3,6 faiz, yun istehsalı
3,9 faiz artmışdır.
Rayon rəhbəri vurğulamışdır
ki, aqrar sahədə hələ də mövcud imkanlardan və ehtiyat mənbələrindən
lazımınca istifadə
edilmir. Torpaqlardan meliorativ tərkiblərinin
yaxşılaşdırılması, suya olan tələbatın
ödənilməsinə böyük
ehtiyac vardır.
Mal-qaranın cins
tərkibi yaxşılaşdırılmadığı
və zoobaytar xidmət lazımi səviyyədə aparılmadığına
görə heyvandarlıqda
daha yüksək göstəricilər əldə
edilməmişdir. Göstərilən nöqsanların aradan qaldırılması üçün
rayon icra hakimiyyəti
başçısının müvafiq şöbələri,
yerli icra nümayəndələri, bələdiyyə
sədrləri, idarə,
müəəssisə rəhbərləri
və digər aidiyyəti şəxslər
prioritet istiqamətlərdən
olan kənd təsərrüfatı məhsulları
istehsalını artırmaq
üçün konkret
tədbirlər həyata
keçirməlidirlər.
Hesabat ilində
Əhalinin Sosial Müdafiə Mərkəzində
5862 nəfər vətəndaşa
xidmət göstərilmişdir. Mərkəzdə
1249 ailənin 5231 nəfər
ailə üzvünə
ünvanlı sosial yardım təyin edilmiş, 1 milyon 435,7 min manat vəsait ödənilmişdir.
Hesabat ilində rayon əhalisinin
elektrik enerjisi ilə təmin edilməsi məqsədilə
Tərtər, Dəmirlər,
İsmayılbəyli və
Sarıcalı yarımstansiyalarında
yağ açarları
əsaslı təmir
olunmuşdur. Əhalidən və digər sahələrdən enerji haqlarının yığımı
100 faiz icra olunmuşdur. Bununla belə,
şəbəkə tərəfindən
abonentlərə bildirişlər
vaxtında paylanılmamış,
bir sıra hallarda vəsaitlərin toplanması gecikdirilmişdir.
2013-cü
il ərzində
rayon əhalisinə təbii
qazın verilməsi təmin edilmiş, 7123 əhali, 100 qeyri-əhali abonetlərinə xidmət
göstərilmişdir. Rayonun
Qaraağaçı, Qaradağlı,
Qapanlı, Səhləbad,
Əskipara, Düyərli
kəndlərində 49 min 862 poqonmetr uzunluğuda küçə xətləri
çəkilmiş, 1379 abonent
təbii qazla təmin olunmuşdur.
Əhalinin içməli su ilə təmin olunması istiqamətində
də xeyli işlər görülmüşdür. Həyata keçirilmiş
tədbirlər nəticəsində
şəhər əhalisi
içməli su iilə fasiləsiz təmin olunmuşdur.
Ümumi satışın
ödənişi 102,8
faiz yerinə yetirilmişdir. Əhaliyə
dəyəri 592,6 min manat
olmaqla 11 min 100 kubmetr içməli su satılmış və suyun dəyəri vaxtında yığılmışdır.
2013-cü ildə Seydimli
kəndinə içməli
su xətti çəkilmiş, küçələrdə
19 bulaq quraşdırılmışdır. Borsunlu kəndində
əhalinin içməli
su ilə təminatını yaxşılaşdırmaq
məqsədi ilə
1 ədəd içməli
su üçün subartezian quyusu qazılmış və su xəttinin çəkilişnə başlanılmışdır.
İllərdən bəri fəaliyyətində
durğunluq hökm sürən Elektromexanika zavodunda ötən il irəliləyişlər
yaranmış, burada
420 min manatlıq istehsal
proqnozuna qarşı
742,7 min manatlıq məhsul
istehsal edilmişdir.
Hesabat dövründə Mənzil
İstehsalat Təmir İstismar sahəsi 1143 mənzildə yaşayan
4308 nəfər şəhər
əhalisinə xidmət
göstərmişdir. Sahə üzrə
18 min manat kommunal xidməti yığılmışdır.
Ə.Paşayev və N.Nərimanov
küçəsindəki 4 binanın dam örtüyündə
cari təmir işləri aparılmışdır.
Nizami küçəsindəki
4 çoxmərtəbəli yaşayış binasının
4260 kvadratmetr dam örtüyündə
əsaslı təmir
işləri aparılmış,
mansar tipli yeni dam örtükləri
keramika-dəmir materialı
ilə vurulmuşdur.
Məruzə ətrafında müzakirələrdə
Mərkəzi Rayon Xəstəxanasının
baş həkimi Yaşar Hüseynov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Telekommunikasiya Qovşağının
rəisi Rüfət Qurbanov, Qapanlı kənd tam orta məktəbin direktoru Fitat Əliyeva və başqaları çıxış etdilər.
Hesabat yığıncağında
Prezident Administrasiyasının
məsul işçisi
Rüfət Əliyev
iştirak etmişdir.
Respublika.-2014.- 8 mart.- S.6.