Goranboy: genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü il yanvar ayının 9-da Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezidentin nitqindən irəli gələn vəzifələrlə bağlı Goranboy rayon fəallar yığıncağında rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev geniş məruzə ilə çıxış etmişdir. 2013-cü ildə görülən işlər müzakirə olunmuş,  2014-cü ildə qarşıda duran vəzifələr müəyyən edilmişdir. Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə diqqət yetirilmiş, respublikada, eləcə də rayonda görülən işlər ətraflı təhlil olunmuşdur.

Bildirilmişdir ki, 2013-cü il Goranboy rayonu üçün əlamətdar il olmuşdur. Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 iyun 2013-cü il tarixdə sərəncam imzalamışdır. Sərəncamda qeyd edilmişdir ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Goranboy rayonunda uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrin yerinə yetirilməsi sahəsində bir sıra mühüm işlər görülmüş, o cümlədən təhsil, mədəniyyət, idman və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə verilmiş, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin həmin sərəncamı ilə Goranboy şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədilə 1 milyon manat, 30 iyul 2013-cü il tarixli sərəncamı ilə otuz beş min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun tikintisi məqsədilə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır. Artıq yolun birinci hissəsinin tikintisi başa çatmışdır. Bu sərəncamlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Goranboy rayonuna davamlı göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir. Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2013-cü il tarixli sərəncamında qeyd edildiyi kimi ayrılmış bu vəsait hesabına “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə nəzərdə tutulmuş tədbirlərin icrası sahəsində xeyli görülmüş, Goranboy şəhərində quruculuq-abadlıq işləri daha da genişlənmişdir. Əhalini narahat edən problemlərin həlli istiqamətində mühüm layihələr icra edilmişdir.

Nizami Gəncəvi adına parkın 4 hektar sahəsi olan ikinci hissəsində tikinti işləri davam edir. “Goranboyotelinin yanında müasir üslubda parka giriş qapısı tikilir. Parkda əhalinin istirahəti üçün 4 ədəd əyləncə yerləri, “Şəlalə” kompleksi inşa edilmişdir.

Şəhərin 5 küçəsində, Goran-Goranboy yolunun İrəvanlı kəndi hissəsində və Goranboy şəhərinə Gəncə və Goran istiqamətindən girişdə 1500 metr divarın tikintisi başa çatdırılmış, divarlara aqlay daşı və süni üzlük daş vurulmuşdur. Qızılhacılı qəsəbəsindən Goranboy şəhərinə girişdə avtomobil yolu boyu mişar daşı ilə divarın tikintisi aparılır. Xüsusi gecə görüntüsü yaratmaq üçün divarlarda işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin müxtəlif ərazilərində 184 ədəd işıqlandırma dayağı qoyulmuşdur. Hazırda R.Mustafayev və C.Cabbarlı küçələrində və Nizami parkından Goranboy Otelə qədər ikitərəfli yolun tikintisi davam etdirilir.

Heydər Əliyev prospektində və V.Bayramov küçəsində 6050 metr səki yan daşları düzülmüşdür. Şəhərin C.Cabbarlı küçəsində 5 mərtəbəli, Civəzadə küçəsində 4 ədəd 2 mərtəbəli yaşayış binasının dam örtüyü müasir üslubda dəyişdirilmişdir.

Köhnə mehmanxana binası əsaslı şəkildə yenidən qurularaq müasir otelə çevrilmiş, otelin birinci mərtəbəsində “Accessbank”ın rayon filialı açılmış, bankomat quraşdırılmışdır.

Böyük Vətən Müharibəsində və Qarabağ müharibəsində həlak olanların xatirəsinə ucaldılmış Xatirə Kompleksi əsaslı şəkildə yenidən qurulur, müasir ticarət mərkəzinin, yeni çörək zavodunun tikintisi başa çatmaq üzrədir.

7 km uzunluğunda Goran-Goranboy yoluna asfalt-beton örtük salınmış, giriş genişləndirilərək ikitərəfli yol çəkilmişdir. Ümumilikdə isə son dörd ildə 22,5 km Dəliməmmədli-Həmənli, 7,5 km Səmədabad-Əhmədabad, 5 km Dəliməmmədli-Fəxralı, 3,3 km magistral yoldan Nadirkənd kəndindən keçməklə dövrələmə yol asfalt-beton örtüklə yenidən tikilmişdir.

Nizami adına parkda və şəhərin digər ərazilərində salınmış yaşıllıq zolaqlarında 48 mindən çox ağacgül kolları əkilmişdir.

Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binasında son tamamlama işləri aparılır. İmtiyazlı şəxslərin mənzillə təmin olunması üçün əlavə 2 ədəd 6 mərtəbəli 54 mənzilli yaşayış binasının tikintisi plana salınmışdır. Bu binaların inşası başa çatdıqdan sonra rayon üzrə növbədə dayanan imtiyazlı şəxslərin mənzil problemi tamamilə həll ediləcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə təmas xəttində yerləşən Tap QaraqoyunluTap kəndlərində 63 ev yenidən tikilmiş, 28 ev əsaslı təmir olunmuş, əhalinin təhlükəsizliyi üçün 792 metr uzunluğunda, 4 metr hündürlüyündə mühafizə divarı tikilmişdir. Əlavə olaraq 550 metr mühafizə divarının tikintisi başa çatmaq üzrədir. Murov-Goranboy magistral su kəmərindən kəndə su xətti çəkilmiş, su anbarı tikilmiş, həyətlərə su xətləri çəkilmişdir. Xeyir-şər evinin tikintisi başa çatmaq üzrədir.

Rayonun iqtisadi göstəriciləri xeyli yaxşılaşmışdır. Ümumi daxili məhsulun həcmi 3,2 faiz artmışdır.

Sənaye məhsulunun həcmi 2 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 10,1 faiz, poçt və rabitə xidmətlərinin həcmi 13,6 faiz, ticarət xidməti 10,3 faiz, pərakəndə əmtəə dövriyyəsi 6,3 faiz, əhaliyə göstərilən pullu xidmətlər 8,2 faiz artmış, 103 milyon manatlıq tikinti-quraşdırma işləri aparılmışdır. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 8,2 faiz artaraq 249,9 manata çatmışdır. Əhalinin pul gəlirləri 11 faiz artmışdır. İl ərzində 1577 yeri yaradılmışdır ki, onun da 856-sı daimi yeridir.

Möhtərəm Prezidentimiz Nazirlər Kabinetinin iclasında 2014-cü ili “Sənaye ilielan etmişdir. Son illərdə rayonumuzda aqrar sahə ilə yanaşı sənaye də sürətlə inkişaf edir. Hazırda rayonda fəaliyyət göstərən 7 sənaye müəssisəsi bunu deməyə əsas verir.

2013-cü ildə rayonda da aqrar sahədə dinamik inkişaf müşahidə olunmuşdur. Kənd təsərrüfatı məhsulunun ümumi həcmi xeyli artmışdır. Belə ki, 2013-cü ildə 80 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir ki, bu da əvvəlki illə müqayisədə 9,2 faiz çoxdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı yerli icra hakimiyyəti orqanlarının da üzərinə mühüm vəzifələr qoyulmuşdur.

Yüksək məhsuldarlıq təmin edilməlidir. Kənd təsərrüfatının gəlirli sahələrinə diqqət artırılmalıdır. İri taxılçılıq və heyvandarlıq təsərrüfatları yaradılmasına diqqət artırılmalıdır.

Son illərdə rayonda on minlərlə ağac əkilib. Biz istəyirik ki, şəhərdə də yaşıllıq zolaqları çoxalsın. Ancaq onun becərilməsi, qorunması işi lazımi səviyyədə təşkil edilmədiyindən bu sahədə çəkilmiş əziyyət bəzən hədər gedir. Ona görə də biz struktur dəyişikliyi aparmaq məcburiyyətində qaldıq. Şəhər yaşıllıq-şitillik təsərrüfatını, həmçinin şəhər mənzil istismar idarəsini ləğv edərək onları Təmizlik idarəsi ilə birləşdirdik. Artıq bu proses bütün rayonlarda gedir. Ümid edirik ki, bu tədbir öz nəticəsini verəcəkdir.

Rayonumuzun coğrafi mövqeyi elədir ki, buradan beynəlxalq əhəmiyyətli avtomobil və dəmir yolları keçir. Bu isə o deməkdir ki, bu yollardan hər gün yüzlərlə yerlixarici ölkə vətəndaşları keçir, gördükləri mənzərə ilə rayonumuz haqqında fikir formalaşdırırlar. Artıq Goran dörd yol ərazisində müasir ticarət mərkəzi yaradılmışdır. Ticarət özübir mədəniyyətdir. Burada arxitektura baxımından gözəl obyektlər inşa edilmişdir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətinin əsasında Azərbaycan vətəndaşı, onun sosial rifahının yaxşılaşdırılması durur. Rayonumuzda da bu qəbildən olan insanlar diqqət mərkəzində saxlanılır. Ötən il 2136 ailənin 9276 nəfər üzvünə ümumilikdə 263 min 64 manat ünvanlı yardım verilmiş, hər bir ailəyə düşən yardım 123 manata çatdırılmışdır. Ünvanlı yardım və pensiyalar vaxtında ödənilmişdir.

Şəhid ailələri, əlillər və aztəminatlı ailələrə qayğı 2013-cü ildə də davam etdirilmişdir.

Rayon icra hakimiyyəti əhalinin enerji daşıyıcıları ilə fasiləsiz təmin edilməsi və onun dəyərinin ödənilməsi üçün mümkün tədbirləri görür. Lakin rayonun elektrik təsərrüfatı istismar müddətini başa vurmuşdur.

2013-cü ildə əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün müəyyən işlər görülmüşdür. Lakin rayon Qaz istismar idarəsinin rəisi N.Nağıyev görülmüş işlərlə arxayınlaşmamalı, təşəbbüskarlığı daha da artırmalıdır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına əsasən “Goranboy şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi başa çatmıq üzrədir.

İçməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması ilə əlaqədar Goranboy şəhərinin bütün küçələri dağılmışdı. Ona görə də küçələrə asfalt salınmasına başlanmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin və respublikanın birinci xanımı Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində 2009-2013-cü illərdə 3880 yerlik 20 məktəb və 2 əlavə tədris korpusu tikilmiş, 1920 yerlik 8 məktəb əsaslı təmir edilmişdir. Qurbanzadə və Bəşirli kənd ümumi orta məktəblərində yeni istilik sistemləri quraşdırılmışdır. Hər biri 180 yerlik olmaqla Xınalı, Qarasuçu, Yenikənd kənd tam orta, Goran qəsəbə ümumi orta məktəblərin tikintisi aparılır.

Heydər Əliyev adına Mədəniyyət və istirahət parkında müasir memarlıq üslubunda, şəhərə xüsusi gözəllik verəcək 3 mərtəbəli, 4 min kvadratmetr sahəsi olan Heydər Əliyev Mərkəzinin tikintisi, o cümlədən dam örtüyündə işlər başa çatmış, binanın daxili divarlarına suvaq, xarici divarlarına isə aqlay daşı vurulur. Tikintisi başa çatmaqda olan Heydər Əliyev Mərkəzi istifadəyə verildikdən sonra bura yeniyetmə və gənclərin əsl tərbiyə mərkəzinə çevriləcəkdir.

Möhtərəm Prezidentimiz 2013-cü iliİnformasiya-Kommunikasiya Texnologiyaları ilielan etmişdi. Bu baxımdan rayonda da müəyyən işlər görülmüşdür.

Qaradağlı, Todan, Yolqullar, Borsunlu, Qarqucaq, Ağamalıoğlu kəndlərində kənddaxili körpülər yenidən tikilmişdir. Aşağı Ağcakənd qəsəbəsində bir sıra kəndlərdə 6950 metr içməli su xətləri çəkilmiş, 350-dən çox ev içməli su ilə təmin edilmişdir.  Yaşayış məntəqələrində 10 minə yaxın ağac əkilmişdir.

Hesabat dövründə vətəndaşların müraciətlərinə baxılması və qəbulu ön planda olmuşdur. 2013-cü ildə rayon İcra Hakimiyyəti aparatına 1513 müraciət daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 111 ədəd azdır.

Əhalini narahat edən problemlərin yerində öyrənilməsi və həlli məqsədilə hər həftə bir yaşayış məntəqəsində olmaqla 45 səyyar görüş-qəbul keçirilmişdir. İnzibati orqanların və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən bu tədbirlərdə 3920 nəfər iştirak etmiş, 132 təklif irəli sürülmüşdür.

Yığıncaqda Prezident Administrsiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə şöbəsinin məsul işçisi Rüfət Əliyev və millət vəkilləri Gülçöhrə Məmmədova, Mahir Aslanov iştirak və çıxış  etdilər. Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edildi.

 

Əminə RƏHİMOVA,

Respublika.-2014.- 8 mart.- S.6.