YARDIMLIDA İQTİSADİ
İNKİŞAF SOSİAL PROBLEMLƏRİN
HƏLLİNİ SÜRƏTLƏNDİRMİŞDİR
Azərbaycan Prezidenti cənab
İlham Əliyev Yardımlıya növbəti
səfəri zamanı
görülmüş işləri
yüksək qiymətləndirərək
demişdir: “Yardımlıda
görülən işlər
məni çox sevindirir. Çünki
vaxtilə burada başlanmış bu proqram uğurla
icra edilir. Rayon inkişaf edir. Rayonun böyük
potensialı vardır”.
Möhtərəm Prezidentimizin ucqar dağ rayonunun inkişafına göstərdiyi misilsiz qayğı yardımlılıları sevindirmiş, onları daha əzmlə, yüksək işgüzarlıqla işləməyə ruhlandırmışdır. 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar keçirilən yığıncaqda bu barədə ətraflı söhbət açılmışdır.
Yığıncaq iştirakçıları əvvəl ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər. Sonra mədəniyyət evində rayonda istehsal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarının sərgisinə baxış keçirilmişdir.
Yığıncaqda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ötən ildə rayonun sosial-iqtisadi inkişafının yekunları və cari ildə qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
İcra başçısı bildirmişdir ki, cənab Prezidentin rəhbərliyilə ötən il regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatmışdır. Hər iki proqramın icrası bölgələrdə ciddi dönüşün yaradılmasına səbəb olmuş, bölgələr abadlaşmış, yerlərdə müasir infrastruktur yaradılmışdır.
2013-cü il çox mühüm və əlamətdar hadisələrlə yadda qalmışdır. Sentyabrın 4-də ölkə Prezidenti cənab İlham Əliyev rayona tarixi səfər etmişdir. Möhtərəm Prezidentimizin xeyir-duası ilə müasir üslubda inşa olunan Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının inzibati binası, ümummilli lider Heydər Əliyevin adını daşıyan Park və Mərkəz, Yardımlı şəhərinə çəkilmiş yeni içməli su xətti, Yardımlı-Deman-Arvana avtomobil yolu istifadəyə verilmişdir.
Dövlətimizin başçısı Gənclər parkında rayon ictimayyətinin nümayəndələrilə görüşmüş, yaxın vaxtlarda rayonda yeni infrastruktur layihələrin həyata keçiriləcəyini bildirmişdir.
Cənab Prezident rayona səfərindən dərhal sonra on min nəfər əhalinin yaşadığı, 12 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisi üçün 2 milyon manat, Yardımlı rayonunun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə ehtiyat fondundan 2 milyon manat vəsaitin ayrılması barədə sərəncam imzalamışdır. Yardımlılılar göstərdiyi yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentimizə dərin minnətdarlıqlarını bildirirlər.
2013-cü ildə rayonda tikinti, abadlıq, quruculuq işləri və digər infrastruktur layihələr sürətlə həyata keçirilmişdir. Statistika idarəsi üçün yeni inzibati bina tikilib istifadəyə verilmiş, Şəhidlər Xiyabanı abidə kompleksi əsaslı təmir olunmuş, mədəniyyət və istirahət parkında fəvvarə müasir üslubda yenidən qurulmuşdur.
Şəhərin Heydər Əliyev küçəsi əsaslı şəkildə təmir edilmişdir. Uzunluğu 8 kilometr olan küçədə 233 ədəd küçə işıqları quraşdırılmış, küçə boyunca istinad divarları hörülmüş, səkilər salınmışdır. Şəhərin girişində Qala divarları inşa olunmuş, müasir işıqlandırma sistemi yaradılmışdır.
Möhtərəm Prezidentimizin tapşırığına əsasən rayonda müasir idman kompleksinin tikintisinə başlanılmışdır.
Yardımlı şəhərinə su və kanalizasiya xətlərinin çəkilişi davam etdirilir. İndiyə kimi 31 kilometr uzunluğunda su və 10,5 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Su çəkilişi üzrə işlərin 56 faizi, kanalizasiya çəkilişi üzrə işlərin 23 faizi icra olunmuşdur. Yaxın vaxtlarda şəhər fasiləsiz içməli su ilə təmin olunacaqdır.
Kəndlərdə əhalinin içməli suya tələbatının ödənilməsi daim diqqətdə saxlanılır. Əhalisi 14 min nəfər olan 18 kəndin içməli su tələbatını təmin etmək məqsədilə Viləş çayının Qaraqaya qolundan, “Sineyir” adlanan ərazidən kəndlərə su çəkilişinə başlanılmışdır. Artıq mənbədən 8 kilometr məsafəyə - Osnakəran kəndinə su xətti çəkilmiş və 500 tonluq anbar inşa olunmuşdur. Odrağaran kəndində subartezian quyu qazılmış, evlərə su xətləri çəkilərək istifadəyə verilmişdir.
Yaşayış məntəqələrinin qazlaşdırılması sahəsində müəyyən işlər görülmüşdür. Şəhərin Ünəç küçəsinə, Bilnə, Bozayran, Qabaqdibi, Mişkireyin və Vəlixanlı kəndlərinə təbii qaz verilmiş, abonentlərin sayı 1895-ə çatdırılmışdır. Şəhərin Daşkənd küçəsinin və Urakəran kəndinin qazlaşdırılması istiqamətində işlər davam etdirilir.
Nəqliyyat Nazirliyinin yaxından köməkliyi və daxili imkanlar hesabına şəhərin avtomobil yollarına çınqıl döşənmiş, Çayüzü kəndində yolun 1,2 kilometrlik hissəsinə asfalt örtük çəkilmişdir.
Bozayran-Bürzümbül kəndləri arasında suötürücü qurğunun sıradan çıxmış hissəsi bərpa edilmişdir. Urakəran-Qaraqaya, Çayüzü-Peştəsər və Yardımlı-Dəlləkli avtomobil yolunda irihəcmli suötürücü qurğular quraşdırılmış və avtomobillərin rahat gediş-gəlişi təmin olunmuşdur.
2013-cü ildə rayonda
84 milyon 668 min manatlıq
ümumi məhsul istehsal olunmuşdur. Bu, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə 8,8 faiz çoxdur. İl ərzində 609 min
900 manatlıq sənaye,
29 milyon 672 min manatlıq
kənd təsərrüfatı
məhsulları istehsal
olunmuş, əhaliyə
43 milyon 700 min manatlıq
ticarət, 1 milyon 174
min manatlıq nəqliyyat,
269 min manatlıq rabitə
xidmətləri göstərilmiş,
9 milyon 243 min manatlıq
tikinti işləri həyata keçirilmişdir.
Ötən il əsas kapitala yönəldilən investisiyaların
həcmi 24 milyon 441
min manat təşkil etmişdir. Bu, 2003-cü illə
müqayisədə 99 dəfə,
əvvəlki ilə nisbətən 2,3 dəfə çoxdur. Orta aylıq əməkhaqqı isə
2003-cü illə müqayisədə
4,2 dəfə artaraq 277,4 manata çatmışdır.
İqtisadiyyat və Sənaye
Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən rayonda sahibkarlarla görüş təşkil
olunmuş və sahibkarlara 81 layihə üzrə 659 min manat güzəştli kreditlər
verilmişdir. Rayonda 233 fiziki
və 34 hüquqi şəxs qeydiyyatdan keçmişdir. Sahibkarlar
tərəfindən keçən
il 82 milyon
128 min manatlıq məhsul
istehsal olunmuşdur. Bu da ümumi
məhsulun 97 faizini təşkil edir.
Rayonun iqtisadiyyatının
əsasını kənd
təsərrüfatı təşkil
edir. Əhali əkinçilik və heyvandarlıqla məşğul olur.
Fermerlərə yanacaq və
sürtkü materialına
görə 1437 manat, məhsul istehsalçılarına
isə 156811 manat subsidiya ödənilmişdir.
Keçən il 4076 hektar sahədə 7884,1 ton taxıl istehsal edilmişdir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın
və davarların sayı çoxalmışdır. Rayonda
3521,2 ton ət, 15457,1 ton süd,
6 milyon ədəd yumurta, 141 ton yun istehsal olunmuşdur. 2012-ci
illə müqayisədə
ət istehsalı 641
ton, süd istehsalı
1042,5 ton, yumurta istehsalı
10 min ədəd, yun istehsalı 4,3 ton artmışdır.
2003-2013-cü
illərdə yeni müəssisələrin yaradılması
hesabına rayonda 4177 yeni iş yerləri
açılmışdır. Bunun 2980-ı daimi iş yerləridir. Keçən il
334 yeni iş yeri yaradılmışdır.
Bu, əvvəlki illə
müqayisədə 2,2
dəfə çoxdur.
Ötən il təhsil ocaqlarının
tikintisi sürətlə
davam etdirilmişdir. Alçabulaq
və Avaş kəndlərində 220 şagird
yerlik təzə məktəblər tikilmiş,
55 yerlik uşaq bağçası əsaslı
təmir edilmişdir.
Ostayir kəndində
220 şagird yerlik, Zevində 360, Anzovda 180, Zenqaranda 80 şagird yerlik, Solqard və Fındıqlı Qışlaq kəndlərində
yeni məktəb binalarının, Yolocaq kəndində uşaq bağçasının tikintisi
davam etdirilir.
Keçən il 256 nəfər ali məktəblərə qəbul
olunmaq üçün
sənəd vermişdir.
Əvvəlki ilin məzunları ilə birlikdə 155 nəfər
tələbə adına layiq görülmüşdür. Onlardan 16 nəfəri
qızlardır. Məzunlardan
5 nəfər 600-dən yuxarı,
10 nəfər isə
500-dən yuxarı bal
toplamışdır. Rayon icra
hakimiyyətində birinci
kurs tələbələrilə
görüş keçirilmiş,
yüksək bal toplamış tələbələrə
kompyuter, pul mükafatları verilmişdir
Keçən il səhiyyə xidmətinin
yaxşılaşdırılması ilə əlaqədar müəyyən işlər
görülmüşdür. Əhali, xüsusilə uşaqlar arasında təhlükəli
infeksion xəstəliklər
qeydə alınmamışdır.
İl ərzində imtiyazlı xəstələrə 90625 manat
məbləğində dərman
preparatları və sarğı materialları
verilmişdir. Tibb ocaqlarında
1391 nəfər stasionar
müalicəyə cəlb
edilmiş, 147 xəstə
üzərində müxtəlif
cərrahi əməliyyatlar
aparılmışdır.
Ölkə Prezidentinin tapşırıq
və tövsiyələrinə
uyğun olaraq hər bir vətəndaşın
probleminə həssaslıqla
yanaşılmış, vətəndaşların
müraciətlərinə vaxtında və obyektiv baxılmasına diqqət artırılmışdır. Keçən
il rayon icra
hakimiyyəti başçısı
aparatında 535 nəfər,
səyyar qəbullar zamanı 135 nəfər qəbul edilmişdir. Vətəndaşların qaldırdıqları məsələlərin əksəriyyəti
həll olunmuş, həlli vaxt tələb edən məsələlər nəzarətə
götürülmüşdür.
İl ərzində
vətəndaşlardan 758 yazılı
müraciət daxil olmuşdur. Bu, əvvəlki
illə müqayisədə
52 fakt azdır. Yazılı
müraciətlərin 731-i ərizə, 26-sı şikayət,
biri təklif olmuşdur. Müraciətlərin
ümumi sayında şikayətlər cəmi
3,4 faiz təşkil
etmişdir.
Yığıncaqda rayon maliyyə idarəsinin rəisi Malik Abışov, telekommunikasiya qovşağının
rəisi İqbal Ağayev, mərkəzi
rayon xəstəxanasının baş həkimi Fəxrəddin Əkbərov,
qaz istismar sahəsinin rəisi Vəfadar Ağayev, rayon ziyalılar cəmiyyətinin
sədri Feyruz Sultanov, Hamarkənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Vahid Qasımov, sahibkar Vaqif Ağayev görülmüş
işlər barədə
danışmış, ucqar
dağ rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə göstərdiyi yüksək
qayğıya görə
dövlətimizin başçısı
cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
Milli Məclisin
üzvü Sabir Rüstəmxanlı son illər
Yardımlıda aparılan
abadlıq və quruculuq işlərindən,
mövcud problemlərdən
söhbət açmış,
yardımlılıların bundan sonra da
dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkəmizin dinamik inkişafına layiqli töhfələr verəcəklərini
bildirmişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul
işçisi Vəfadar
Bağırov yığıcaqda
çıxış etmiş,
möhtərəm Prezidentimizin
rəhbərliyilə qazanılmış
uğurlardan, Yardımlı
rayonunun icra strukturları qarşısında
duran vəzifələrdən
danışmışdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik
Hətəmov yığıncağı
yekunlaşdırmış, qarşıdakı dövrdə
görüləcək işlərdən
danışmışdır.
Yığıncaq iştirakçıları tərəfindən
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Əlisəfa HƏsƏnov
Respublika.-2014.- 8
mart.- S.7.