“Şəmkirçay” dəryaçası
ətraf rayonlara firavan
həyat gətirəcək
Şəmkir Rayon İcra Hakimiyyətində 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda icra hakimiyyəti başçısı Nazim Veysov çıxış etmiş və rayonda görülən abadlıq-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatında olan uğurlardan da ətraflı bəhs etmişdir. Natiq demişdir ki, respublikamızda 2013-cü ildə görülmüş işlər və qarşıda duran vəzifələr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü il yanvarın 9-da Nazirlər Kabinetinin iclasında ətraflı təhlil edilmişdir.
2013-cü il sentyabr ayının 10-da Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Şəmkir rayonunda səfərdə olmuşdur.
Cənab İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət etmişdir. Heydər Əliyev Mərkəzinin və mərkəzin ətrafında yerləşən 14.5 hektarlıq parkın açlışında iştirak etmiş, Əyləncə mərkəzi ilə tanış olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Şəmkir şəhərində inşa olunmuş Bayraq meydanının və ətrafda olan 4,5 hektarlıq parkın, Gənclər Mərkəzinin, 80 yerlik Uşaq Akademiyasının, 80 yerlik mehmanxana binasının açılışını etmiş, Bakı Oksford məktəbinin Şəmkir filialı və onun 100 yerlik yataqxana binası, əsaslı təmir olunmuş Alman Lüteran kilsəsi ilə tanış olmuşdur. Cənab İlham Əliyev Bulaq Kompleksinin önündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür. Görüşdə cənab Prezident demişdir: “Şəmkir tamamilə yeni bir görkəm alır. Şəhər, doğrudan da, ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilmişdir. Şəmkir ölkəmizdə ən sürətlə inkişaf edən rayonlardan biridir. Bu, məni çox sevindirir. Çünki hər dəfə yenilikləri, abadlıq-quruculuq işlərini görəndə mən də sizin qədər sevinirəm. Şəmkirdə bütün bu işlər böyük zövqlə və rayona olan böyük məhəbbətlə icra edilir”.
Cənab Prezident İlham Əliyev “Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” ilə tanışlıqdan sonra Şəmkir şəhərinə içməli suyun verilməsini bildirən düyməni basmışdır.
Cənab Prezident 19 sentyabr 2013-cü il tarixdə “Şəmkir rayonunun sosial-iqtisadi inklişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalamışdır. Həmin sərəncama uyğun olaraq Şəmkir şəhərində aparılan abadlıq və quruculuq işlərini davam etdirmək məqsədilə rayon icra hakimiyyətinə 2 milyon manat vəsait ayrılmışdır.
Azərbaycan Respublikası Prezidentinin digər sərəncamı ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tikintisi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 3 milyon manat vəsait ayrılmışdır.
Rayon icra hakimiyyəti başçısı yanında 33 müşavirə və iclas keçirilmiş, Şuranın 25 iclasında 40 məsələ müzakirə edilmişdir.
2013-cü ildə rayon əhalisinin sayı 2832 nəfər artaraq 204 min 200 nəfərə çatmışdır.
Azərbaycan Respublikası regionlarının (2009-2013-cü illər) sosial-iqtisadi inkişafı Dövlət Proqramında Şəmkir rayonu üzrə nəzərdə tutulmuş 17 tədbirdən 15-nin icrası başa çatdırılmış, 2-nin icrası ilə bağlı işlər davam etdirilir.
2013-cü ildə rayonda 565 milyon 658 min manatlıq, 2012-ci ilə nisbətən 1.3 faiz çox ümumi məhsul buraxılmış, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 2772 manat təşkil etmişdir.
Sənaye müəssisələrində 18 milyon 90 min manatlıq, kənd təsərrüfatında 252 milyon 249 min manatlıq, tikinti-quraşdırma sahəsində 207 milyon 316 min manatlıq məhsul buraxılmışdır.
Pullu xidmətlərin həcmi 6.1 faiz artaraq 68 milyon 804 min manat, əmtəə dövriyyəsinin həcmi 10.3 faiz artaraq 250 milyon 233 manat olmuşdur.
Rayonda 608 fərdi
yaşayış evi tikilib
istifadəyə verilmişdir. Əsas kapitala
239 milyon 797 min manat investisiya qoyulmuşdur.
Rayonda 5304 iş yeri açılmışdır ki, onun da 885 daimi iş yeri olmuşdur. Son beş ildə (2009-2013-cü illər) 16817 iş yeri, o cümlədən 3865 daimi iş yeri yaradılmışdır.
“Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli fərmanına uyğun olaraq yoxsulluq həddindən aşağı səviyyədə yaşayan 3433 ailənin 15 min 870 nəfər üzvünə ünvanlı sosial yardım verilmişdir.
Dövlət Sığorta Kommersiya Şirkətinin Şəmkir filialı tərəfindən 150 min manat plana qarşı 138 min 297 manat tədiyyə toplanılaraq tapşırığa 92.2 faiz əməl olunmuşdur.
Rayon üzrə 79 ümumtəhsil məktəbi (68 tam orta, 10 orta və 1 ibtidai), 53 məktəbəqədər, 6 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Şəmkir rayonunun təhsil müəssisələrində 29 min 575 nəfər şagirdin təlim-tərbiyəsi ilə 3374 nəfər müəllim məşğul olur.
Şəmkir şəhəri Morul tam orta məktəbin XI sinif şagirdi Səfərli Fərhad Nofəl oğlu təlim göstəricilərinə görə qızıl medal almışdır.
Orta məktəb məzunlarından 1480 nəfəri ali məktəblərə qəbul üçün sənəd vermişdir. Ali məktəblərə qəbul olan şəmkirli gənclərin sayı hər il ardıcıl olaraq artmaqda davam edir. 2013-cü ildə 510 nəfər məzun bu şərəfli adı qazanmışdır. 2005-ci ilə nisbətən ali məktəblərə qəbul olanların sayı 286 nəfər və ya 2 dəfədən çox artmışdır.
Rayon icra hakimiyyəti tərəfindən rayonun ümumtəhsil məktəblərinə göndərilmiş gənc müəllimlərin sosial problemlərinin həllinə başlıca diqqət yetirilmişdir.
Rayonun məktəblərində kompyuterlərin sayı 960 ədədə çatmışdır.
Rayonun səhiyyə sistemində 11 xəstəxana, 32 həkim məntəqəsi, 27 tibb məntəqəsi, 1 təcili təxirəsalınmaz tibbi yardım stansiyası, 1 stomatoloji poliklinika, Gigiyena və Epidemiologiya mərkəzi əhaliyə tibbi xidmət göstərir.
İxtisaslaşmış tibb heyətinin köməyi ilə bir sıra xəstəliklərin müalicəsi rayon daxilində həyata keçirilir. Ətraf rayonlardan olan xəstələrin əksəriyyəti Şəmkir rayonunun səhiyyə müəssisələrində müalicə olunur.
Rayonun Ələsgərli kəndində 11 otaqlı yeni həkim məntəqəsi tikilib istifadəyə verilmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və regional taun əleyhinə şöbə tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə sanitar tədbirlər gücləndirilmişdir. Nəticədə əhali arasında yoluxucu xəstəliklər qeydə alınmamışdır.
Rayonun mədəniyyət sahəsində 29 mədəniyyət evi, 29 klub, 73 kitabxana, 1 uşaq musiqi məktəbi, 2 muzey və Heydər Əliyev Mərkəzi fəaliyyət göstərir.
Mədəniyyət sistemində 642 nəfər, o cümlədən 483 nəfər mədəni maarif işçisi, 159 nəfər texniki işçi çalışır.
Rayonda tarix və mədəniyyət abidələrinin öyrənilməsi, qorunması və bərpası ilə bağlı tədbirlər davam etdirilir.
Muxtariyyət kəndi yaxınlığında yerləşən Qədim Şəmkir qalasında və Qaracəmirli kəndi yaxınlığında yerləşən qədim yaşayış yerində arxeoloji qazıntılar davam etdirilmişdir.
Yeni tikilmiş Heydər Əliyev Mərkəzinin fəaliyyəti xeyli genişlənmişdir. Mərkəzdə ümummilli liderin irsinin öyrənilməsi, gənclərin vətənpərvərlik tərbiyəsi və digər kütləvi tədbirlərin keçirilməsi ənənə şəklini almışdır.
Heydər Əliyev Mərkəzində xüsusi proqram əsasında müasir Azərbaycan tarixinin tədrisi ilə bağlı qabaqcıl müəllimlərdən ibarət qrup yaradılmış və təlim prosesinə başlanılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıya uyğun rayonda gənclərin asudə vaxtlarının təşkili, onları narahat edən problemlərin həlli ilə bağlı tədbirlər davam etdirilmişdir.
Şəmkir şəhərində istifadəyə verilmiş “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzi rayon gənclərinin asudə vaxtlarının səmərəli keçməsində və onların yaradıcılıq imkanlarının genişlənməsində mühüm rol oynayır.
Hər həftənin bazar günləri “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində respublikanın ali məktəblərinin tələbələrinin iştirakı ilə “parlaq zəka” intellektual oyunları keçirilir.
“Şəmkirçay” su anbarından Gəncə, Şəmkir və Samux şəhərlərinə içməli su xətlərinin çəkilişi davam edir. “Şəmkirçay” dəryaçasından 8 km uzunluğunda tunelin və 52 km uzunluğunda əsas kanalların çəkilişi başa çatdırılmışdır. Su anbarının qarşısında su elektrik stansiyası istifadəyə veriləcək.
Yuxarıda qeyd etdiyim kimi, Nazirlər Kabinetinin son iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Şəmkirçay” dəryaçasının tikintisinin 2014-cü ildə başa çatdırılmasının vacibliyini vurğulamışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 194 nömrəli sərəncamı ilə Şəmkir şəhərinin içməli su xəttinin çəkilişinə və kanalizasiya sisteminin yenidən qurulmasına başlanılmışdır.
Şəmkir şəhərinin mərkəzində avtomobillərin hərəkətinin intensivliyini azaltmaq məqsədilə şəhər ətrafından keçən 10 km-lik dairəvi (Şəmkir-Gədəbəy) avtomobil yolunun və Cəyir çayı üzərindən keçən körpünün bərpası başa çatdırılmışdır.
2013-cü ildə Şəmkir rayonunda tikinti, quruculuq və abadlıq işləri davam etdirilmişdir.
Son illər ərzində rayonun ümumtəhsil məktəblərindən 64-ü yenidən tikilmiş və əsaslı təmir olunmuşdur. Yeni tikilmiş 25 məktəb binasından 6-sı Heydər Əliyev Fondunun vəsaiti hesabına tikilmişdir.
2013-cü ildə Sabirkənd kəndində 960 şagird yerlik, Zəyəm qəsəbəsində 480 şagird yerlik, Seyfəli kəndində 360 şagird yerlik, Qasım İsmayılov kəndində 360 şagird yerlik, Qaralar kəndində 180 şagird yerlik yeni məktəb binaları tikilmiş, Dağ Cəyir kəndində 220 şagird yerlik və Yeni Göyçə kəndində 160 şagird yerlik orta məktəb binalarında bərpa-gücləndirmə işləri aparılmışdır.
Hazırda Şəmkir şəhərində Təhsil Nazirliyi tərəfindən Nizami Gəncəvi adına tam orta məktəb üçün 640 yerlik yeni məktəb binasının tikintisinə hazırlıq işlərinə başlanılmışdır.
Şəhərin mərkəzində AtaBankın, rayon məhkəməsinin, polis şöbəsinin, 14 saylı Ərazi Vergilər İdarəsinin, Statistika İdarəsinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binalarının fasadları və dam örtükləri dəyişdirilmişdir. 20 Yanvar parkı xüsusi dizaynla yenidən qurulmuşdur.
Ümumi uzunluğu 2.5 km olan Heydər Əliyev prospektinin işıqlandırma sistemi yenidən qurulmuş, üç ədəd beşmərtəbəli ümumi yaşayış binalarının fasadları və dam örtükləri dəyişdirilmiş, səkilərə tamet döşənmiş, mərmər bordürlər düzülmüş, prospektə yeni asfalt örtüyü salınmışdır.
2013-cü ildə Şəmkir şəhərinin mərkəzində 760 yaşayış evinin dam örtükləri dəyişdirilmişdir.
2014-cü ilin yanvar ayında qurumuş və sıradan çıxmış iki mindən çox ağac yenisi ilə əvəz edilmişdir.
Şəmkir Meşə Mühafizəsi və bərpası müəssisəsi 6567 hektar meşə sahəsinə, o cümlədən Şəmkir rayonu ərazisində 4500 hektar meşə sahəsinə xidmət edir.
Şəmkir rayonu respublikamızın ən böyük kənd təsərrüfatı rayonlarından biridir.
Rayon üzrə 181 min 610 hektar torpaq sahəsi
vardır. Bundan 59 min 504 hektarı dövlət mülkiyyətində, 73 min 377 hektarı bələdiyyə
mülkiyyətində, 48 min 729 hektarı isə xüsusi mülkiyyətdə
olan torpaqlardır.
Əkinəyararlı 44 min 680 hektar torpaq sahəsinin 38 min 447 hektarı suvarma suyu ilə təmin
edilmişdir. 2014-cü ilin məhsulu üçün 16 min 61 hektar
sahədə taxıl
səpilmişdir.
Rayonda bostan, tərəvəz və meyvə istehsalında yüksək məhsuldarlıq
əldə olunmuşdur.
Sarıtəpə kəndi yaxınlığında
“Azaqro” MMC-yə məxsus sahəsi 2.5 hektar olan istilikxana
kompleksində gül yetişdirilir.
Rayonun iqtisadiyyatında
xüsusi yeri olan Şəmkir Quşçuluq fabrikinin fəaliyyəti bərpa olunmuşdur. Fabrikdə 420 min baş quş
saxlanılır. Gündəlik 300 min ədəd yumurta istehsal olunur. Hazırda müəssisədə 70 nəfər
işçi çalışır.
Müsbət haldır ki, kənd əməkçiləri
tərəfindən 1515 hektardan
çox sahədə
istixanalar tikilmiş və həmin sahədə tərəvəz
məhsulları yetişdirilir.
Azərbaycan Respublikası Prezidentinin
23 yanvar 2007-ci il tarixli sərəncamına
uyğun rayonun kənd təsərrüfatı
məhsulları istehsalçılarına
əkin sahələrinin
becərilməsində istifadə
etdikləri yanacaq və motor yağlarına
görə 9463 nəfərə
1 milyon 441 min 429 manat,
buğda istehsalçılarının
maddi marağını
artırmaq mədsədilə
2208 nəfər kənd
təsərrüfatı istehsalçısına
344 min 773 manat yardım
verilmişdir. İki nəfər
buğda toxumu istehsalçısına 35 min manat
yardım verilmişdir.
İribuynuzlu mal-qaranın sayı
60 min 993 başa, qoyun
və keçilərin
sayı 285 min 408 başa
çatmışdır.
Keçən ilin eyni dövrü ilə müqayisədə ət
istehsalı 4,11 faiz, süd istehsalı 3,5 faiz, yun istehsalı 3,3 faiz, yumurta istehsalı
2.5 dəfə artmışdır.
Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatı məsələləri rayon icra
hakimiyyəti başçısı
yanında fəaliyyət
göstərən şura
iclaslarında müntəzəm
olaraq müzakirə edilmiş və həlli istiqamətində
müvafiq tədbirlər
görülmüşdür.
İndiyədək rayon üzrə 14462 abonentin mənzilinə “SMART kart” tipli
sayğac quraşdırılmışdır.
Şəmkir Su Elektrik Stansiyaları
Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətinə
istehsal gücü 380
meqavat olan Şəmkir Su Elektrik Stansiyası, istehsal gücü 150 meqavat olan Yenikənd Su elektrik stansiyası daxildir.
Şəmkir Qaz İstismar Sahəsi tərəfindən
34 min 987 abonentə xidmət
göstərilir. Dövlət Proqramına uyğun
rayonun yaşayış
məntəqələrinin qazlaşdırılması prosesi
davam etdirilir.
Əhalinin içməli su təchizatı rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. Şəmkir şəhərində və
digər yaşayış
məntəqələrində su kəmərlərinin, subartezian quyularının
və kəhrizlərin
normal fəaliyyəti təmin
edilmişdir. Rayon üzrə içməli
suyun dəyəri 100 faiz ödənilmişdir.
2013-cü
ildə rayonun avtomobil nəqliyyatı vasitəsilə 2 milyon 224
min ton, ötən ilin
eyni dövrü ilə müqayisədə
7,2 faiz çox
yük daşınmışdır.
Poçt və rabitə müəssisələri tərəfindən
əhaliyə 1 milyon
570 min manatlıq xidmət
göstərilmişdir. Kür qəsəbəsində
və Mahmudlu kəndində müasir üslubda yeni poçt binaları tikilmişdir. Hazırda Çənlibel
kənd poçt şöbəsinin inzibati
binasında əsaslı
təmir işləri
aparılır.
Rayon icra hakimiyyəti
tərəfindən vətəndaşların
müraciətlərinə baxılması və qəbulunun təşkili işinə diqqət artırılmışdır.
Hazırda rayon ərazisində əhaliyə
göstərilən xidmətlərin
elektron sisteminə keçidi ilə əlaqədar intensiv işlər aparılır.
Rayonda bələdiyyələrin
işinin istiqamətləndirilməsi,
şəhər, qəsəbə
və kəndlərin
sosial-iqtisadi problemlərinin
həllində yerli icra nümayəndələri
ilə birgə fəaliyyətlərinin təmin
edilməsi sahəsində
işlər davam etdirilmişdir.
Bir sıra
bələdiyyələr öz
ərazilərinin sosial
problemlərinin həllində
fəallıq göstərirlər.
Rayon bələdiyyələri tərəfindən
“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində 2013-cü il noyabr
ayının 25-dən dekabr
ayının 1-dək keçirilmiş
tədbirlərdə 241 görüş
keçirilmişdir. Görüşlərdə
21223 nəfər iştirak
etmiş və 1284 nəfər vətəndaş
qəbul edilmişdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan
Partiyasının Şəmkir
Rayon Təşkilatının birgə fəaliyyəti rayonda ictimai-siyasi duruma öz müsbət təsirini göstərmişdir. Sıralarında 9846 nəfər partiya
üzvünü birləşdirən
Yeni Azərbaycan Partiyası Şəmkir
rayon təşkilatı rayonun
ictimai-siyasi həyatında
aparıcı bir qüvvəyə çevrilmişdir.
Rayonda digər siyasi partiyaların da fəaliyyətinə mövcud
qanunvericiliyə uyğun
normal şərait yaradılmışdır.
Eyvaz HƏMİD,
Respublika.-2014.- 8
mart.- S.8.