İMİŞLİ: DÖVLƏT QAYĞISI GÖZƏL BƏHRƏLƏR VERİR

 

İmişli rayonunda aqrar-sənaye kompleksinin sürətli inkişafı, genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramlar ardıcıl olaraq həyata keçirilir, insanların daha firavan yaşamasından ötrü davamlı tədbirlər görülür. Vətəndaşlar hər bir sahədə ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi işlərin bəhrələrini görürlər. Biz bununla əlaqədar olaraq rayon icra hakimyyətinin başçısı Vilyam Hacıyevlə görüşərək sosial-iqtisadi inkişaf haqqında məlumat verməsini xahiş etdik. Rayon rəhbəri həyata keçirilmiş tədbirlərdən həvəslə söhbət açdı:

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin yanvarın 9-da keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkənin yüksək templərlə inkişafı bir daha real və aydın faktlarla göstərilmiş, iqtisadisosial həyatda nadir göstəricilərin olduğu qeyd edilmişdir. Ölkə başçısı iclasdakı nitqlərində bu istiqamətdə atılmış addımları yüksək qiymətləndirmiş, möhtəşəm layihələrin əzmlə gerçəkləşdirildiyini, infrastruktur quruculuğun geniş vüsət aldığını, əhalinin ehtiyaclarının getdikcə daha dolğun ödənildiyini qeyd etmişdir.

Cənab İlham Əliyevin İmişli rayonuna etdiyi səfərlər zamanı rayon ictimaiyyəti ilə aparılan müzakirələr rayonun son illər ərzində çox sürətlə inkişaf etdiyini bir daha aydın şəkildə nümayiş etdirmişdir. Bütövlükdə hər il olduğu kimi, son illərdə də İmişli rayonunun iqtisadiyyatı yüksək sürətlə inkişafı davam etmiş, bütün potensial qüvvələr xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmişdir.

Rayon rəhbərinin söylədiklərindən məlum oldu ki, Respublika Prezidenti cənab İlham Əliyevin çıxışlarında irəli sürülən müddəalarla rayon sakinləri ətraflı tanış olmuş, bu müddəalardan irəli gələn növbəti vəzifələr müəyyənləşdirilmişdir.

Respublikanın hər yerində olduğu kimi, İmişli rayonunda da 2013-cü il bir sıra uğurlarla yadda qalmışdır. 2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı tarixi sənədində irəli sürülmüş vəzifələrin yerinə yetirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, tikinti-abadlıq işlərinin görülməsi və əhalinin sosial problemlərinin həlli sahəsində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Respublika rəhbərliyinin müəyyən etdiyi tapşırıqları əsas fəaliyyət proqramı kimi qəbul edən rayon icra hakimiyyəti rayon əməkçilərinin qüvvəsini müəyyən olunmuş sosial-iqtisadi vəzifələrin yerinə yetirlməsinə səfərbər edə bilmişdir.

İqtisadiyyatda uğurlu nəticələr əldə olunmuş, əhalinin rifahının yüksəldilməsi sahəsində səmərəli tədbirlər həyata keçirilmişdir. İqtisadiyyatın əsas sahələri üzrə 390,2 min manatlıq məhsul istehsal edilmişya xidmət göstərilmişdir. Məhsul buraxılışının ümumi həcmi 2012-ci ildəkinə nisbətən 5,3 faiz artmışdır. Həmin artım rabitədə 16,6 faiz, tikintidə 11,5 faiz, kənd təsərrüfatında 5,5 faiz, ticarətdə 11,7 faiz olmuş, bunlarla yanaşı sənaye və nəqliyyat sahələrində də artım müşahidə edilmişdir. Bunun 25,3 faizi kənd təsərrüfatının, 35,4 faizi sənayenin, 26,5 faizi tikintinin, 11 faizi ticarət və iaşənin, qalan hissəsi nəqliyyat, rabitə və digər sahələrin payına düşür. Sənaye məhsullarının həcmi xeyli artmış, rayon iqtisadiyyatında onun xüsusi çəkisi 40 faizə çatmışdır. Gün ərzində 5000 ton şəkər çuğunduru qəbul edərək 1000 ton şəkər tozu istehsal etmək gücündə olan Şəkər zavodu 90 milyon manatdan çox məhsul istehsal etmişdir.

Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilmişdir. Ölkə başçısının xüsusi sərəncamı ilə aqrar sahədə əkin və becərmə işlərini həyata keçirmək üçün ayrılmış vəsaitlər adamların işə münasibətini xeyli yüksəltmiş, ruh yüksəkliyini artırmışdır. İqlim şəraitinin əlverişsiz keçməsinə, təbiətin törətdiyi fəsadlara baxmayaraq, kənd təsərrüfatı məhsulları gözləniləndən artıq, rayon əhalisinin daxili tələbatına uyğun olmuşdur. Ötən il 46595 ton taxıl istehsal edilmişdir ki, bu da əvvəlki ildəkindən xeyli çoxdur. Fermerlər tərəfindən 1714 ton qarğıdalı, 3391 ton kartof, 5737 ton tərəvəz, 4172 ton bostan məhsulları, 27337 ton şəkər çuğunduru, 3414 ton pambıq əldə edilmiş, yüzlərlə hektar sahədə yonca bitkiləri becərilmişdir.

Rayonun heyvandarları da yaxşı işləmişlər, iribuynuzlu mal-qaranın sayı 90813, davarların sayı 243224, quşların sayı isə 1 milyon 276 min başı ötüb keçmiş, hər sahədə artım qeydə alınmışdır. Ət, süd, yumurtayun istehsalı sahəsində 2012-ci ilə nisbətən yüksək göstəricilər müşahidə olunmuşdur. Belə ki, təsərrüfatlarda 13758 ton ət, 47948 ton süd, 88 milyon 361 min ədəd yumurta istehsal olunmuşdur.

Hazırda taxılçılığın daha da inkişaf etdirilməsi rayon iqtisadiyyatının prioriteti hesab olunur. Bu il həmin məqsədlə dövlət fondu torpaqlarından 4000 hektar yeni sahə ayırmaq nəzərdə tutulur. Digər ərzaq məhsulların istehsalı üçün MKT MMC-nə 3813 hektar əlavə torpaq sahəsi təhkim edilmişdir.

Son illərdə tərəvəz və digər ərzaq məhsulları emal etmək üçünAraz” şirə və konyak zavodu fəaliyyətə başlamış, İmişli konçerv zavodunun bazasında “KürMMC-nin konserv zavodu yaradılmışdır. İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etməkdən ötrü 10 hektar sahədə yeni istixanalar yaradılır.

Əkinlərin məhsuldarlığını artırmaq məqsədilə suvarma sistemlərinin sahmana salınmasına diqqət artırılmışdır. Dövlət Proqramına uyğun olaraq Bəhramtəpə hidroqovşağında bərpa işləri davam etdirilmiş, suvarma kanallarında 1250 kubmetrkollektorlarda lildəntəmizləmə işləri görülmüşdür. Baş Mil-Muğan Kollektorunun rayon ərazisindən keçən hissəsində tikinti-quraşdırma işləri aparılmış, həmin ərazidə şor su kanalları təmizlənmişdir. Muradxanlı və Ağaməmmədli kəndləri ərazisindəki suvarmadrenaj kanallarında təmir-bərpa işləri aparılmışdır. Araz çayı boyunca İmişli şəhərində, Qaralar, Xoşçobanlı, Murğuzallı, Mürsəlli və Qaraqaşlı kəndləri ərazisisində bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi tədbirləri həyata keçirilmişdir.

İmişli rayonu gündən-günə abadlaşır, öz simasını dəyişir, tikinti-abadlıq işləri geniş miqyas alır. Hazırda İmişli şəhəri və ətraf yaşayış məntəqələri əsl tikinti meydanlarını xatırladırlar. Rayon iqtisadiyyatına əvvəlki illərdəkindən xeyli çox investisiya qoyulmuş, iqtisadiyyatsosial sahələrin inkişafına nəzərdə tutulmuş 112 milyon 693 min manat vəsaitin 92 faizi, yəni 103 milyon 795 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə yönəldilmişdir. Bu, 2012-ci ildəkindən 11,6 faiz çoxdur.

Ötən il İmişli şəhərində “Araz” ticarət və uşaq əyləncə mərkəzləri istifadəyə verilmiş, regional ədliyyə şöbəsinin binası inşa olunmuş, İmişli rayon məhkəməsi binasının təməli qoyulmuşdur. Standartlaşdırma, MetrologiyaPatent üzrə Ərazi şöbəsinin binası əsaslı təmir edilmişdir.

Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz” damazlıq-quşçuluq MMC-nin yeni sexləri, Bəhramtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Xəlfəli kəndində yeni asfalt zavodu tikilib istifadəyə verilmişdir. Emal sənayesinin inkişaf etdirilməsi məqsədilə qarışıq yem, bitki yağları, spirt emalı, çuğundur yemqurutma sexləri yaradılmışdır. Sutka ərzində 200 ton kəllə qənd istehsal edən zavodun da inşası başa çatdırılmışdır. Ərazidə yeni qum-çınqıl karxanaları yaradılmış, asfalt, doğranmış çınqıl, neft, müxtəltf növ şirələr istehsalı artmışdır. Hazırda tikinti-quraşdırma obyektlərinin yerli materiallara olan tələbatı tamamilə ödənilir.

Dövlət qayğısı sayəsində ötən il 550 məcburi köçkün ailəsi üçün hər cür infrastruktura malik olan qəsəbə salınmışdır. Burada 360 yerlik məktəb, 50 yerlik uşaq bağçası, inzibati bina, klub, həkim məntəqəsi də inşa olunmuşdur. Əlillər və şəhid ailələri üçün 6 mərtəbəli 54 mənzilli yaşayış binası istifadəyə verilmiş, daha belə bir yeni binanın tikintisi üçün torpaq sahəsi ayrılmışdır.

Şəhərdaxili yollara asfalt-beton örtük qoyulmuş, qum-çınqıl döşənmiş, səki və meydançalara üzlük plitələr düzülmüşdür. Şəhərin görməli yerində Heydər Əliyev Mərkəzi inşa olunmuşdur. Heydər Əliyev prospektində və bəzi küçələrdə yaşayış binaları, ticarət obyektləri, digər istehsal və xidmət obyektləri öz simasını tamamilə dəyişmişdir. Təbii qazelektrik xətləri yeniləşdirilmişdir. Heydər Əliyev parkında və Nizami adına parkda xeyli yenidənqurma və abadlıq işləri görülmüş, fəvvarələr quraşdırılmış, tikililər aqlayla üzlənmişdir. Kanalizasiya xətlərinin təmiri və bərpası, yeni xətlərin çəkilməsi uğurla davam etdirilir.

İmişli şəhərinin yollarında, Hacıqabul-Bəhramtəpə-Mincivan, Ağsu-Kürdəmir-Bəhramtəpə avtomobil yollarında, Araz çayı üzərindəki körpüdə təmir aparılmış, yol çiyinləri bərkidilərək yeni yol nişanları qoyulmuşdur. 23 kilometrlik Sarıxanlı-Boşçalılar-Cəfərli-Əliqulular-Muradxanlı, 12 kilometrlik Sarıxanlı-Boşçalılar yollarının təmiri başa çatdırılmışdır. Hazırda Qulubəyli, Mürsəlli, Qaraqaşlı kəndlərinin yollarında təmir işləri aparılır. Cari ildə Otuziki-Xoşçobanlı-Muradalılı-Nurulu-Ölcələr-Yuxarı Qaralar yollarının 23 kilometrinin təmiri nəzərdə tutulur. Yol kənarlarına minlərlə ağac əkilmişdir.

Yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması məqsədilə xeyli tədbir görülmüş, İmişli şəhərində SİP kabellərin çəkilişi başa çatdırılmış, rayonun yaşayış məntəqələrində 43941 min metr məsafəyə SİP kabeli, 21216 metr naqillər çəkilmiş, 2207 elektron sayğac, 77 transformator təmir olunmuş, 61 yararsız dayaq dəyişdirilmiş, 117 yeni dəmir-beton dayaq basdırılmışdır. Kəndlərdəki yarımstansiyalarda elektrik enerjisi ilə fasiləsiz təminatdan ötrü xeyli görülmüşdür. Bir sıra sənaye obyektləri, şəhərin ucqar küçələri qazlaşdırılmış, 1827 abonentə qaz xətti çəkilmişdir. Hazırda şəhərdə 8450 abonent təbii qazdan istifadə edir. Bəhramtəpə qəsəbəsini, bəzi kəndləri mavi yanacaqla təmin etmək üçün polietilen boru kəmərləri çəkilmişdir. Şəhərin içməli su-kanalizasiya sistemi, oradakı avadanlıqlar əsaslı təmir edilmiş, su sayğacları quraşdırılmış, 166549 metr su xəttinin çəkilişi başa çatdırılmışdır. Hazırda su təchizatını tam təmin etmək məqsədilə artezian quyuları qazılır, yeni xətlər çəkilir.

Bu işlərin görülməsində özəl bölmə aparıcı rol oynayır ki, bu da sahibkarların fəaliyyətinə münbit şəraitin yaradılmasının nəticəsidir. Hazırda rayon üzrə məhsul istehsalının və xidmətlərin 75,8 faizindən çoxu özəl bölmənin payına düşür. Bütün sahələrdə sahibkarlığın inkişaf etdirilməsi rayon icra hakimiyyətinin diqqət mərkəzində durmuşbunun üçün hər cür şərait yaradılmışdır. Onlarca kiçik sahibkarlıq obyektləri tikilmiş, mebel, qapı-pəncərə sexləri, ticarət və xidmət obyektləri fəaliyyətə başlamışdır. Sahibkarlığın inkişafına maliyyə yardımı göstərmək məqsədilə fizikihüquqi şəxslərə Sahibkalığa Kömək Milli Fondunun vəsaiti hesabına 139 layihə üzrə 5,6 milyon manat uzunmüddətli kreditlər ödənilmişdir. Bu hesaba xeyli sakinin məşğulluğu təmin olunmuş, 357 yeni yeri yaradılmışdır.

Əhalinin sosial şəraitinin yaxşılaşdırılması rayon rəhbərliyinin əsas fəaliyyət sahəsidir, görülən bütün işlərin nəticəsi bu sahədə özünü göstərir. Dövlət büdcəsindən ayrılmış vəsait əsasən sosialyönümlüdür. Bu mənada rayonun xidmət müəssisələri öz fəaliyyətlərini müasir tələblər səviyyəsində qura bilmişlər. Son vaxtlar əməkhaqlarının və pensiyaların həcminin artırılması, yaşayış meyarının çoxaldılması, təhsil, səhiyyə, mədəniyyət və digər xidmət sahələrində görülən tədbirlər vətəndaşların rifah halının yüksəldilməsinə yönəldilmişdir. Əhalinin sosial müdafiəsi həmişə olduğu kimi yenə də prioritet məsələdir. Pensiyaçılara, sosial müavinət alan vətəndaşlara, ünvanlı sosial yardım alan ailələrə nümunəvi xidmət göstərilir.

Rayonda milli təhsilin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə mühüm tədbirlər görülür. Hazırda 63 ümumtəhsil məktəbində 15 min şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 11486 nəfərdən çox müəllim məşğul olur. Ötən il orta məktəbləri 1292 nəfər bitirmiş, onlardan 205 nəfəri ali məktəblərə qəbul olunmuşdur.

Hacıbabalı, Xoşçobanlı, 2 saylı Cəfərli kənd orta məktəbləri üçün yeni binaların inşası, Cavadxanlı, Buludlu, Sarıxanlı, Cəfərli kənd məktəblərinin təmiri və əlavə sinif otaqlarının tikintisi sahəsində xeyli görülmüş, 5 saylı məktəb-liseyin tədris korpusu əsaslı təmir olunmuşdur. Hazırda 180 yerlik Ölcələr kənd orta məktəbi və 40 yerlik Məzrəli kənd uşaq bağçasının binalarının tikintisi davam etdirilir. Məktəblərin texniki təchizatına diqqət artırılmış, ümumtəhsil ocaqlarına  kifayət qədər şagird partası, stolstul, kompyuter avadanqlıqları, digər müasir tədris vasitələri verilmişdir.

Səhiyyə sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında cəlbedici cəhətlər çoxdur. Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi, poliklinika, 2 gigiyenaepidemiologiya mərkəzi, fəaliyyət göstərir, bu tibb ocaqlarında 126 həkim, 493 orta tibb işçisi insanların sağlamlığı keşiyində dayanmışlar. Prezident İlham Əliyevin sərəncamı əsasında mərkəzi xəstəxana yenidən qurulmuş, müasir tibbi avadanlıqla təmin olunmuşdur. Ötən il burada dializ şöbəsi fəaliyyətə başlamışdır. Ötən ilin sentyabr ayında Axıcanlı kənd həkim məntəqəsi üçün yeni bina istifadəyə verilmişdir. Yoluxucu xəstəliklərə qarşı mübarizə üçün xüsusi həkim briqadaları yaradılmış, ana və uşaqların mühafizəsinə diqqət xeyli artırılmışdır. 2013-cü ildə doğum şöbəsində və digər müalicə-profilaktika müəssisələrində 1100-dən artıq doğuş qeydə alınmış, yeni dünyaya gələn körpələr arasında təqvim əsasında profilaktik peyvəndlər aparılmışdır.

Mədəniyyət və turizm sahəsində görülən tədbirlərin miqyası da getdikcə genişləndirilir. 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 47 kitabxana, 27 klub müəssisəsi, muzeylər, mədəniyyət və istirahət parkları, şəkil qalereyası sakinlərə nümunəvi xidmət göstərir. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi, asudə vaxtlarının təşkili, onların idmana cəlb edilməsi sahəsində ardıcıl və məqsədyönlü aparılır.

Vilyam müəllim söhbətimizin sonunda bildirdi:

- 2014-cü il, fikrimcə, əvvəlkilərdən daha uğurlu olmalıdır. Rayonda qarşıya qoyulmuş yeni vəzifələrin layiqincə yerinə yetirilməsi uğrunda mübarizə ilin ilk günlərindən daha geniş vüsət almışdır ilin ilk göstəriciləri deməyə əsas verir ki, İmişli sakinləri həmişə olduğu kimi, dövlət tapşırıqlarının həyata keçirilməsində yenə öz sözlərini deyəcəklər.

 

Sabir MUSTAFAYEV,

Respublika.-2014.- 12 mart.- S.4.