SABİTLİYİN, İNKİŞAFIN VƏ TƏHLÜKƏSİZLİYİN KEŞİYİNDƏ

 

Ölkənin müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün, xalqın maraqlarının təhlükəsizliyinin bütün mümkün təhdidlərdən qorunması tarixin bütün dövrlərində dövlətlər qarşısında dayanan başlıca məqsədlərdən biridir. Çünki cəmiyyətin təkamül yolu ilə inkişafı, insanların hüquq və azadlıqlarının təminatı işində sabitlik və təhlükəsizlik vacib şərtdir.

1918-ci ilin 28 may tarixində Azərbaycanın istiqlalını bütün dünyaya bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyəti də özünün dövlət quruculuğu siyasətində bu istiqaməti əsas prioritetlərindən biri kimi müəyyənləşdirmiş, məqsədlə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi üçün 1919-cu il mart ayının 28-də Hərbi Nazirliyin Baş Qərargahı tərkibində xüsusi xidmət bölməsi yaradılmışdır.

İmkanların məhdudluğuna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə ölkənin milli mənafeləri əleyhinə yönəlmiş təcavüzkar qəsdlərin aradan qaldırılması, xüsusilə erməni millətçilərinin Azərbaycana ərazi iddiaları və azərbaycanlılara qarşı soyqırımı siyasəti, ölkə daxilində müxtəlif təxribat cəhdləri ilə mübarizə istiqamətində müəyyən işlər görülmüşdür. Bütün bunlar Azərbaycanın milli dövlətçilik ənənələrini daha da zənginləşdirmiş, gələcək nəsillər üçün dəyərli tarixi irsə çevrilmişdir.

Təəssüf ki, 1920-ci il aprelin 20-də bolşevik-daşnak qüvvələrinin hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu mükəmməl bir təhlükəsizlik sisteminin qurulmasına imkan verməmiş, Cümhuriyyət yaradıcılarının başqa milli idealları kimi bu məqsədə doğru yol da yarımaçıq qalmışdır.

Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ötən əsrin 50-ci illərinə qədər davam edən dövr keçmiş Sovetlər İttifaqı tərkibindəki milli respublikalar kimi Azərbaycanda da təhlükəsizlik orqanlarının fəaliyyətinin ən ağrılı, kəşməkəşli bir mərhələsi olmuşdur. Mahiyyət etibarilə, əslində xalqların tarix boyu əldə etdiyi siyasi, ictimai, mənəvi dəyərləri qorumalı olan bu təsisat sovet ideologiyasının diktəsi ilə ümumən həmin dəyərlərin əleyhdarına çevrilmiş, insanlara qarşı total repressiyalar həyata keçirən dövlət orqanı kimi amansız bir funksiyanı yerinə yetirmişdir.

Respublikamızda da müxtəlif dövrlərdə Azərbaycan Fövqəladə Komissiyası, Azərbaycan Dövlət Siyasi İdarəsi və Xalq Daxili İşlər Komissarlığı adları altında fəaliyyət göstərən bu orqanın 50-ci illərin əvvəllərinədək davam edən - təxminən 30 il ərzində yüz minlərlə azərbaycanlıya qarşı həyata keçirdiyi “qırmızı terror”, xalqımızın ən dəyərli övladlarının repressiya nəticəsində fiziki və mənəvi təzyiqlərə və sarsıntılara məruz qalması, Azərbaycanın XX əsr tarixinin ən ağrılı məqamları kimi daim böyük təəssüf hissi ilə xatırlanacaqdır.

O illərdə bütün İttifaq məkanında həyata keçirilən repressiya siyasətinin Azərbaycanda xüsusi xarakter daşımasında və miqyas etibarilə daha ağır nəticələrlə müşayiət olunmasında həmin dövrdə dövlət təhlükəsizlik orqanlarındakı əsas səlahiyyət sahiblərinin xalqımıza, onun dəyərlərinə nifrət ruhunda köklənmiş qeyri-azərbaycanlılardan, o cümlədən daşnak təfəkkürlü ermənilərdən ibarət olması faktı da mühüm rol oynamışdır.  Lakin bu orqanlarda haqsızlıqlarla barışmaq istəməyən, milli təəssübkeşliyi ilə fərqlənən mübariz insanlar da var idi.

Bu baxımdan ötən əsrin 50-ci illərinin ortalarına doğru Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sıralarında milli ruhlu, milli təfəkkürlü azərbaycanlı zabitin  — Heydər Əlirza oğlu Əliyevin öz əzmi, zəhməti, peşəkarlığı ilə vəzifə pillələrində addım-addım irəliləyib önə çıxması xalqımızın qazandığı böyük tarixi imkan idi. Heydər Əliyev bütün çətinliklərə, maneələrə baxmayaraq, bu imkanı Azərbaycanın təhlükəsizlik orqanlarında tarixi ədalətin bərpasına, vaxtilə bu dövlət təsisatı tərəfındən repressiyaya məruz qalmış insanların hüquqi və mənəvi bəraət almasına, uzun illər insanların təsəvvüründə qorxu, xof obrazı ilə assosiasiya olunan təhlükəsizlik qurumları barədə mənfi ictimai rəyin dəyişməsinə yönəldə bildi.

Arxiv sənədləri, eləcə də o illərdə ümummilli liderlə birgə çalışmış veteranların xatirələri Heydər Əliyevin hələ 50-ci illərin əvvəllərindən bu qurumda təmizlənmə işləri aparması və illər əvvəl Azərbaycan xalqına qarşı repressiyalarda fəal iştirak etmiş şəxslərin dövlət təhlükəsizlik orqanlarından kənarlaşdırılması, bu qurumun müxtəlif strukturlarında yenicə fəaliyyətə başlayan gənc azərbaycanlıların dəstəklənməsi istiqamətində gördüyü işlərə dair məlumatlar böyük əhəmiyyət kəsb edirmaraq doğurur.

Xidmətin ilk illərindən bu strukturda milliləşmə prosesinin başlanması üçün bütün mövcud imkanlardan istifadə edən və buna görə hətta ciddi təzyiqlərlə qarşılaşan Heydər Əliyevin bir neçə il sonra DTK-nın rəhbərliyinə irəli çəkilməsi dövlət təhlükəsizlik orqanlarının fəaliyyətində yeni bir mərhələnin əsasını qoydu. İlk dəfə olaraq Azərbaycanda xüsusi xidmət orqanına azərbaycanlı sədrin təyin olunması böyük tarixi hadisə idibu yeniliyin müsbət mahiyyəti Heydər Əliyevin rəhbərliyi ilə Dövlət Təhlükəsizlik Komitəsi sıralarında aparılan dəyişikliklərdə də dərhal özünü büruzə verməyə başladı.

Heydər Əliyevin rəhbərliyi dövründə əməliyyat-xidmət vəzifələrinin yerinə yetirilməsində tədricən milli mahiyyət qazanan bu dövlət strukturunda əvvəlki dövrlərdən tamam fərqli bir mühit yaradıldı. Kadr potensialının milli təməllər üzərində yenidən formalaşdırılması, fəaliyyətdə Azərbaycan dövlətinin və xalqının mənafelərinin əsas prioritet kimi müəyyən edilməsi və onun maraqlarının qorunması istiqamətində ardıcıl addımlar atıldı. Heydər Əliyev bu vəzifədə xalqımızın milli-mənəvi irsinin, milli təfəkkür və dəyərlər sisteminin qoruyucusuna çevrildi, qətiyyət və iradə ilə Azərbaycanınmaraqlarına qarşı yönələn təhdidlərin önündə dayandı və keçmişin amansız hücumlarının təkrarlanmasına imkan vermədi.

Sovetlər dönəmində mərkəzi hakimiyyətin sərt münasibətinə, bir sıra qüvvələrin ciddi müqavimətinə baxmayaraq Heydər Əliyev Azərbaycandakı repressiya qurbanlarına bəraət verilməsi üçün böyük səy göstərdi, onun bu sahədə gördüyü işlər cəmiyyətdə azərbaycançılıq məfkurəsini önə çıxardı. Dövlət təhlükəsizliyi orqanlarının rəhbərliyində Heydər Əliyev kimi qüdrətli bir azərbaycanlının təmsil olunması cəmiyyətimizdə  milli  şüurun oyanışına təkan verdi,  onun tərəfindən Azərbaycanın görkəmli elm, mədəniyyət, incəsənət xadimləri siyasi təqiblərdən, amansız repressiyalardan qorundu, onlara dəstək olundu.

Xüsusi xidmət orqanlarında peşəkar azərbaycanlı kadrların sayının artırılması, onların məsul vəzifələrə irəli çəkilməsi, bu sahədə peşəkar milli məktəbin formalaşmasından ötrü perspektivli gənclərin keçmiş İttifaqın xüsusi təhsil müəssisələrinə göndərilməsi də Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan təhlükəsizlik orqanlarında gedən inkişaf proseslərinin xarakterik xüsusiyyətləridir.

Mənalı ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Heydər Əliyev özü də peşəkarlığı ilə bu sahədə çalışan təhlükəsizlik orqanları əməkdaşları üçün böyük bir məktəb idi. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan “Alagöz”, “Duel”, “Duqlas”, “Axito”, “Naturalist”, “İzuverkimi uğurlu əməliyyatlar fenomenal hadisə, peşəkarlığının parlaq sübutu və ən nəhayət, indixüsusi xidmət incəliklərini öyrənənlər üçün klassik tədris vəsaitidir. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbərlik etdiyiDuel” əməliyyatı sonralar nümunə kimi sovet xüsusi məktəblərinin dərsliklərinə salınmış, SSRİ DTK-ının təlimatı kimi çap olunaraq bütün çekist tədris müəssisələrinə göndərilmişdi.

Heydər Əliyev SSRİ DTK-nın ali məktəblərində mühazirələrlə çıxış edir, öz təcrübəsini gənc zabitlərlə bölüşürdü. Dinləyicilər onun erudisiyasından və fəhmindən, intellektual səviyyəsindən, natiqlik məharətindən, peşəkarlığından böyük zövq alırdılar.

Ulu öndər xüsusi xidmət orqanlarında milliləşdirmə xəttini 1969-cu ilin 14 iyulunda Azərbaycan rəhbərliyinə təyin olunduqdan sonra da davam etdirdi. Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə cəmiyyət həyatında gedən böyük inkişaf prosesləri təhlükəsizlik orqanlarının da fəaliyyətinə təsirsiz ötüşmədi.

Bir neçə on il əvvəlin repressiyaları dövründə insanların düşüncəsində qorxulu kabus kimi canlanan təhlükəsizlik orqanları Heydər Əliyevin bu quruma rəhbərliyi illərində və daha sonralar müəyyən etdiyi dövlətçilik ənənələri sayəsində təhlükəsizliyin keşiyində duran, cəmiyyətdə haqq-ədalət meyarlarının öz yerini tutmasına çalışan, vətəndaşların hər hansı problemin həllində güvənə biləcəkləri dövlət qurumu imici qazandı.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyinə yenidən qovuşaraq istiqlalını bütün dünyaya bəyan etdi. Yenicə müstəqillik qazanmış ölkənin milli təhlükəsizliyinin təmin olunması məqsədilə təsis edilən Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi qarşısında son dərəcə mürəkkəb və məsuliyyətli vəzifələr dayanırdı. Bu vəzifələrin mahiyyəti də, müstəqil bir dövlətin təhlükəsizlik institutu statusunun müəyyən etdiyi fəaliyyət istiqamətləri də, bu vəzifələrə yanaşma da əvvəlki fəaliyyət dövrlərindən çox fərqli idi. Əgər sovet dövründə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi vahid bir mərkəzdən idarə olunan mexanizmin tərkib hissəsi kimi ümumi funksiyanı yerinə yetirirdisə, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi artıq müstəqil təsisat kimi ölkənin milli təhlükəsizlik konsepsiyasının formalaşmasında, demokratik inkişaf istiqamətində ilk kövrək addımlarını atan Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət quruluşuna qarşı yönələn aramsız xaricidaxili təhdidlərin dəf edilməsi üçün taleyüklü və səmərəli tədbirlərin görülməsində bilavasitə iştirak etməli, aparıcı rol oynamalı idi.

Amma müstəqilliyin ilk illərində bir-birini əvəz edən müvəqqəti hakimiyyətlərin səriştəsizliyi ucbatından cəmiyyət həyatının digər sahələri kimi bu istiqamətdə də  ciddi problemlər özünü göstərirdi.  Ermənistan silahlı birləşmələrinin hərbi təcavüzü, ölkənin üzləşdiyi ağır sosial-iqtisadi böhran, hakimiyyət uğrunda getdikcə şiddətlənən mübarizə, Azərbaycanın xarici siyasət kursunda yol verilən kobud nöqsanlar bir tərəfdən Milli Təhlükəsizlik Nazirliyinə öz işini dövrün tələblərinə uyğun qurmağa mane olur, digər tərəfdən, Azərbaycana qarşı təhdidləri gücləndirirdi.  Çoxmillətli ölkə olan Azərbaycanın müxtəlif bölgələrində xarici qüvvələrin təhriki ilə separatizm meyilləri baş qaldırır, ölkə parçalanma təhlükəsinə, vətəndaş müharibəsinə doğru sürüklənir, geostrateji baxımdan əlverişli regionda yerləşən, təbii resurslarla zəngin respublikanın demokratik inkişaf yolundan sapdırılması üçün hər cür təxribatlar törədilirdi.

Belə bir zamanda ümummilli lider Heydər Əliyevin ölkənin siyasi rəhbərliyinə qayıdışı Azərbaycan xalqının qətiyyətlə qəbul etdiyi qərar və daxildən gələn çağırış idi. 1993-cü ilin iyununda xalqın israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərliyinin ilk günlərindən Azərbaycanın milli maraqlarına uyğun strateji kursun seçilməsini, dövlətin milli təhlükəsizliyini hər cəhətdən təmin edə biləcək etibarlı siyasətin hazırlanaraq həyata keçirilməsini mühüm fəaliyyət prioritetlərindən biri kimi müəyyənləşdirdi.

Azərbaycanın hüquq-mühafizə, o cümlədən təhlükəsizlik orqanları qarşısında konkret vəzifələr qoyuldu və onların dönmədən reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görüldü. Azərbaycanın inkişafına, ölkəmizdə demokratik-hüquqi dövlət quruculuğu prosesinə, respublikamızın dünyaya inteqrasiya xəttinə qarşı xarici qüvvələrin göstərdikləri kəşfiyyat-pozuculuq, terror-təxribat cəhdlərinin dərhal aşkar olunması və qarşısının alınması istiqamətində intensiv tədbirlər görüldü. Azərbaycanı demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə doğru aparan yol ardıcıl dövlət çevrilişi cəhdlərindən, siyasi qətllərdən, terror aktlarından keçdi. Bütün çətinliklərə baxmayaraq Heydər Əliyev son nəticədə kifayət qədər mürəkkəb coğrafi məkanda yerləşən Azərbaycanda dünyanın müxtəlif fövqəlgüc mərkəzlərinin maraqlarını siyasi, iqtisadi, mədəni müstəvidə uzlaşdırmağa uğurla nail oldu. Milli-mənəvi dəyərlərimizə, tarixən cəmiyyətimizdə mövcud olan tolerantlıq ənənələrinə zidd radikal dini cərəyanların təsirlərini neytrallaşdırdı. Müstəqil dövlətin milli təhlükəsizlik sistemini müasir dövrün tələblərinə uyğunlaşdırdı və bu sistemi Azərbaycana düşmən qüvvələrin çoxşaxəli təhdidləri qarşısında etibarlı sipərə çevirdi.

Heydər Əliyevin uzun illər təhlükəsizlik orqanlarında yüksək vəzifələrdə çalışması, bu sahənin bütün incəliklərini bilməsi də bu nailiyyətlərin əldə olunmasında böyük rol oynadı. Ulu öndər gəncliyinin 25 ilini sərf etdiyi bu təsisatı daim özüdoğma sanır, müstəqil Azərbaycan dövlətinin milli təhlükəsizliyinin qorunması missiyasını şərəflə yerinə yetirən Milli Təhlükəsizlik Nazirliyinə diqqət və qayğısını heç zaman əsirgəmir, bu mənəvi dəstək Azərbaycan milli təhlükəsizlik orqanlarının hər bir əməkdaşını Vətənin maraq və mənafelərinin etibarlı şəkildə müdafiəsinə ruhlandırırdı.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı gününün təsis edilməsi haqqında” 23 mart 1997-ci il tarixli Sərəncamı bu mənəvi dəstəyin, xüsusi xidmət orqanlarının xidmətlərinə Heydər Əliyevin verdiyi yüksək qiymətin ifadəsi idi. Ulu öndər Heydər Əliyev 28 mart tarixinin təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü kimi təsis olunmasını belə dəyərləndirmişdir: “...müstəqil Azərbaycan Respublikasının təhlükəsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illərdə yaşamış ilk Azərbaycan Demokratik Respublikasının bu məqsəd üçün yaratdığı orqandan götürmək doğru, düzgün və məqsədəuyğun qərardır”. Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə 1919-cu ildə Hərbi Nazirliyin Baş Qərargahı tərkibində xüsusi bölmənin yaradıldığı martın 28-ni ölkəmizdə milli təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi rəsmiləşdirən bu sərəncam varislik prinsipini təmin etmiş, Azərbaycanın milli dövlətçilik tarixinə dəyərli bir töhfə olmuşdur.

1998-ci il dekabrın 1-də isə daha bir tarixi qərara imza atmış Heydər Əliyevin müvafıq sərəncamma əsasən, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının təsis edilməsi ilə Azərbaycanda ilk dəfə olaraq xüsusi xidmət orqanları üçün milli kadrların hazırlanmasının əsası qoyulmuşdur. Hər bir müstəqil ölkənin milli təhlükəsizlik siyasətinin uğurla həyata keçirilməsində öz dövlətçilik dəyərlərinə hörmət ruhunda yetişən milli düşüncəli, vətənpərvər, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə, intellektual potensiala, geniş əqlifiziki bacarıqlara malik peşəkar kadrların hazırlanması həlledici amil kimi çıxış etdiyindən bu qərarın tarixi əhəmiyyətinin geniş şərhinə lüzum yoxdur.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan MTN Akademiyası ulu öndərin Azərbaycan xalqına, dövlətinə çoxsaylı qiymətli yadigarlarından biri kimi bu günböyük uğurla fəaliyyət göstərir, getdikcə inkişaf edir və müstəqil Azərbaycan dövlətinin milli təhlükəsizliyi sisteminin kadr təminatına öz töhfələrini verir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursunu uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxilixarici siyasətin uğurları sayəsində bu gün müstəqil Azərbaycan dövləti tarixinin ən qüdrətli dövrünü yaşayır. Cənubi Qafqaz regionunda və ümumilikdə dünyada mövqelərini getdikcə möhkəmləndirən, öz inkişaf modeli, cəmiyyətdəki tolerantlıq mühiti ilə əksər ölkələr üçün nümunə olan Azərbaycan bu gün geniş bir məkanda regional əməkdaşlığın həyata keçirilməsində, enerji təhlükəsizliyinin təmin edilməsində, qlobal enerji-kommunikasiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır. Azərbaycanın tərəqqisi, xalqımızın rifahı, eləcə də ölkəmizin regionun sülh və təhlükəsizliyinə verdiyi töhfələr baxımından böyük qürur hissi doğuran bu mövqe, bütün müsbət cəhətləri ilə yanaşı, ölkəmizin milli maraqlarına qarşı təhdid meyillərini də aktuallaşdırır.

Eyni zamanda təcavüzkar Ermənistan dövlətinin Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlaması, Azərbaycan Respublikasının və beynəlxalq hüquq normalarının nəzarətindən kənar olan bu ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edilməsi bütövlükdə dünya üçün ciddi təhdiddir.

Regiondadünyada gedən proseslər, ölkəmizin qlobal informasiya məkanının fəal iştirakçısına çevrildiyibütün bunlara paralel olaraq terrorçuluq cəhdlərinin, radikal dini təsirlərin, mütəşəkkil transmilli cinayətlərin, informasiya müharibəsinin, kibercinayətkarlığın  geniş  vüsət  aldığı  müasir  şəraitdə  bu  təhdidlərin  aradan qaldırılması məqsədilə adekvat tədbirlərin görülməsini, təhlükənin qiymətləndirilməsini və müvafiq qərarlar qəbul olunması üzrə yeni yanaşmanı, qüvvə və vasitələrin səfərbər olunmasını tələb edir.

Azərbaycanın milli təhlükəsizlik orqanları qarşısında qloballaşma dövrünün tələblərinə uyğun duran yeni vəzifələrlə bağlı ötən illərin təcrübəsindən çıxış edərək böyük qürur hissi ilə qeyd edə bilərik ki, bu gün dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən milli təhlükəsizlik strategiyası milli maraqlarımıza qarşı yönələn bütün təhdidlərin neytrallaşdırılmasına lazımi imkanları yaradır. Milli Təhlükəsizlik Nazirliyində fəaliyyətin beynəlxalq standartlara, müasir dövrün tələblərinə və çağırışlarına uyğun formalaşdırılması üzrə görülən zəruri işlər səmərəli nəticələrə əlverişli şərait yaradır. Ötən peşə bayramından indiyədək olan müddət də Milli Təhlükəsizlik Nazirliyi üçün uğurlu olmuş və müvəffəqiyyətlə nəticələnən əməliyyatlarla, xidməti fəaliyyətdə mühüm nəticələrlə yadda qalmışdır. Azərbaycanın siyasi, hərbi və iqtisadi maraqlarına qarşı yönələn təhdidlərə, terror-təxribat və kəşfiyyat-pozuculuq niyyətlərinə qarşı məqsədyönlü mübarizə aparılmış və önəmli nəticələr əldə edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin diqqəti, qayğısı və dəstəyi, milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşəbbüsü və birbaşa rəhbərliyi ilə milli təhlükəsizlik orqanlarında həyata keçirilən islahatlar, müasir dövrün tələblərinə, əməliyyat şəraitinin qiymətləndirilməsinə və müvafiq proqnozlara uyğun görülən təşkilati-praktiki tədbirlər əməliyyat-xidməti fəaliyyətin səmərəli aparılmasına təminat verir, uğurlarla nəticələnir.

Möhtərəm Prezident milli təhlükəsizlik orqanları əməkdaşlarına daim qayğı göstərir. Dövlət başçısının bu orqanların maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, əməkdaşlarla keçirdiyi vaxtaşırı görüşlər, xidmətdə fərqlənən əməkdaşların təltif olunması, onlara ali rütbələrin verilməsi ilə bağlı imzaladığı sərəncamlar Milli Təhlükəsizlik Nazirliyinin tarixində qürur dolu faktlara çevrilmişdir.

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında və MTN-in “N” hərbi hissəsində ulu öndərin abidəsinin, döyüş bayraqlarının təqdim edilməsi tədbirlərində, Akademiyada yaradılmış “Şöhrət” muzeyininMTN-in Hərbi Hospitalının açılış mərasimlərində cənab İlham Əliyevin şəxsən iştirakı, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzinin əsaslı təmir edilmiş binası ilə tanışlığı, “Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 95 illiyi (1919-2014) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi haqqında” Qanunu imzalaması da milli təhlükəsizlik orqanları əməkdaşlarına mənəvi dəstək nümunəsi kimi böyük riqqət doğurur.

Prezident İlham Əliyevin imzaladığı “Milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə (2007-2011-ci illər üçün) Dövlət Proqramı” da milli təhlükəsizlik orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və şəraitinin yaxşılaşdırılması kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli bir sənəd olmuşdur. Bu proqram çərçivəsində bir sıra ərazi orqanları üçün yeni inzibati binalar inşa edilmiş, zəruri təmir-tikinti və bərpa işləri aparılmış, o cümlədən MTN-in Hərbi hospitalında və İstirahət evində tikinti-quruculuq işləri uğurla başa çatdırılmışdır. Bütün bunlar fəaliyyətimizə göstərilən vüksək diqqət və etimad nümunəsi kimi Milli Təhlükəsizlik Nazirlivi əməkdaslarının əzmkarlığını daha da artırır. Görülən tədbirlərin davamlılığının və ardıcıllığının təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş yeni — “2013-2016-cı illərdə Azərbayra Respublikasında milli təhlükəsizlik orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramı”nın qəbulu dövlət başçısının bu sahəyə tükənməz qayğı və etimadının daha bir bariz ifadəsidir.

Andiçmə mərasimindəki proqram xarakterli nitqində Prezident İlham Əliye daim Azərbaycanın dövlət maraqlarını müdafiə edəcəyini önə çəkərək demişdir: “Hesab edirəm ki, prezident seçkiləri, seçkilərin nəticələri dövlət müstəqilliyinə xalq tərəfindən verilən növbəti qiymətdir. Prezident seçkiləri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirmişdir. Seçkilər şəffaf, ədalətli, azad şəkildə keçirilmişdir və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir. Beləliklə, Azərbaycan xalqı son on il ərzində görülmüş işlərə öz yüksək qiymətini vermişdir. On il bundan əvvəl birinci dəfə prezident vəzifəsinə seçiləndə söz vermişdim ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam.  Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bır daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda bu səsvermədə gələcəklə bağlı öz fıkirlərini, arzularını ifadə etdi. Əminən Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir. Çünki son on ilin tarixi bunu deməyə əsas verir”.  Həqiqətən də, xalqın seçimi bir daha ölkədə həyata keçirilən daxilixari siyasətin uğurlu olduğunu, onun praqmatizm üzərində qurulduğunu, milli maraqlar müdafıəsinə yönəldiyini əyani surətdə təsdiqlədi.

Müstəqil Azərbaycan dövləti son on ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə öz inkişafının keyfiyyətcə yeni, daha möhtəşəm mərhələsini yaşayır. Əsası ulu öndərimiz Heydər Əliyev tərəflndən qoyulmuş müdrik siyasət kursun, Böyük Yolun uğurlu davamı olan bu mühüm mərhələ müasir tariximizə haqlı olaraq yeni parlaq epoxa, İlham Əliyev epoxası kimi daxil olub. Fəxr edirik ki, tariximizin bu şanlı dövründə Milli Təhlükəsizlik Nazirliyininöz layiqli yeri vardır. Bu baxımdan fəaliyyətini zamanın çağırışlarına uyğun olaraq daha da təkmilləşdirən və gücləndirən Milli Təhlükəsizlik Nazirliyi Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsinə şərəfli xidmət missiyasını bundan sonra da layiqincə davam etdirəcək, ölkəmizin inkişafı və qüdrətlənməsi naminə bütün qüvvəsini, imkanını və gücünü səfərbər edəcəkdir!

 

Elçin ƏLİYEV,

Milli təhlükəsizlik nazirinin müavini,

general-mayor.

Respublika.-2014.- 19 mart.- S.2.