Yaşıllıq və insan sağlamlığında onun müstəsna əhəmiyyəti

 

Yaşıllıq onun insan salamlığında müstəsna əhəmiyyəti barədə çoxlu sayda kitablar, dövri mətbuatda mütəmadi məqalələr dərc edilsə , bu işdə əsaslı irəliləyiş olduğunu iddia edə bilmərik. Bu məsələ vətənimiz Azərbaycan üçün xüsusilə aktualdır, çünki ölkəmizdə meşə ehtiyatları elə də çox deyil.

Əməkdaşımız Nəriman Cavadovun Azərbaycan Dövlət Tibb Universiteti qidalanmakommunal gigiyena kafedrasının professoru Maqsud Qasımovla söhbəti də məhz bu mövzudadır.

Maqsud müəllim, söhbətə ondan başlayaq ki, bu gün dünyada ekoloji problem, ətraf mühitin qorunması çox aktualdır. Bəs bizim bugünki mövzumuz olan yaşıllıq bu problemlərin həllində nə kimi rol oynayır?

Müasir cəmiyyətin sivilizasiyasının Davamlı İnkişaf konsepsiyasının aparıcı prioritet olması və onun həyata keçirilməsi bütün dünya ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatlarının ən öncül və ümdə vəzifəsi sayılır. Bu konsepsiya 1992-ci ildə Braziliyanın Rio-de Janeyro şəhərində BMT-nin Ətraf mühitinkişaf üzrə konfransında qəbul edilməklə “XX əsrin Gündəliyi”, yaxud “RİO Bəyannaməsi” və digər sənədlər əsasında həyata keçirilir. Həmin protokollarda ətraf mühitin mühafizəsi ilə bərabər, həm də dünyanın müxtəlif ölkələrində insanla ətraf mühitin qarşılıqlı dialektik vəhdəti, uzunmüddətli sosialekoloji inkişaf strategiyasının yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Davamlı inkişaf konsepsiyasında təbiət əlaqələrinin hazırkı mövcud vəziyyəti və insan həyatının, fəaliyyətinin, demək olar ki, bütün sahələri öz real əksini tapmışdır. RİO konsepsiyasında qəbul edilən sonuncu sənədə əsasən “Hökumətlər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində Davamlı İnkişafın milli strategiyasını qəbul etməlidir”.

BMT-nin həmin çağırışı bütün dünya ölkələri üçün Davamlı İnkişafın əsas strateji, prioritet, iqtisadi-sosialekoloji proqramı kimi təklif olunmuşdur. Göründüyü kimi, təbiət-cəmiyyət münasibətlərinin kəskinləşməsi və pik nöqtəsinə çatması artıq BMT-nin bütün beynəlxalq təşkilatlarının və dünya ölkələrinin çox ciddi narahatlığına və təşvişinə səbəb olmuşdur. Doğrudan da, bu gün təbiətə XIX əsrin sonu və XX əsrdə göstərilən antropogen təsirlər, ona vurulan ağır zərbələr ekosistemlərin, biosferinonun amillərinin təbii və normal ahəngini ağılasığmaz dərəcədə pozmuş və bəşəriyyətin həyatını təhlükə qarşısında qoymuşdur. İnsanın antropogen fəaliyyətinin biosferə, ekosistemlərə göstərdiyi neqativ hallar, təbiət-cəmiyyət münasibətlərinin müasir situasiyası, Davamlı İnkişaf, sosial-iqtisadiekoloji şərait, cəmiyyətin hazırkı problemləri və s. ekologiyanın qlobalplanetar əhəmiyyətli məsələləridir. Bəli, doğrudan da, təbiət bu gün ona göstərilən antropogen təsirlərə artıq dözmür, ona tab gətirə bilmir, kollapsaqoniya vəziyyətinə düşüb, necə deyərlər, “su boğazına çatdığından öz balasından - insanlardan imtina edir, onu ayağı altına alır”. Bunun əsas günahı isə insanların özündədir.

Əgər əvvəllər hər 100 ildə yalnız bir növ biot məhv olurdusa, hazırda 1 saat ərzində Yer kürəsində 50 növ məhv olur. XX əsrin sonunda planetimizin təbii quru ekosisteminin 63 faizi dağılıb, meşələrin üçdə iki hissəsi qırılıb, 200 milyon hektardan çox əkin sahəsi kənd təsərrüfatı üçün yararsız hala düşüb.

Ətraf mühitin çirklənməsi, əsasən, iri sənaye şəhərlərinin, fabrik və zavodların, kombinatların, emal müəssisələrinin payına düşür. Dünya üzrə ətraf mühitin ümumi çirklənməsinin 70-80 faizi şəhərlərin, o cümlədən 34 faizi metallurgiya sənayesi obyektlərinin, 27 faizi energetikanın, 12 faizi neft məhsullarının, 9 faizi kimya zavodlarının və 7 faizi təbii qazların, yalnız 11 faizi isə digər istehsal sahələrinin hesabına yaranır. Aqrar sahədə işlədilən pestisidlər, kimyəvi maddələr, heyvandarlıq fermalarının tullantıları da təbii ətraf mühitin çirklənməsində çox böyük rol oynayır.

Atmosferin çirklənməsi isə yaşıllığa, bitkilərə pis təsir göstərir. Toz yarpaqların məsamələrini tutur, fotosintezi çətinləşdirir. Yarpaqları saralan ağacların inkişafı ləngiyir, onlar ziyanvericilərin və xəstəliklərin təsirindən asanlıqla məhv olurlar. Yaşıllıqlara ən çox məhvedici təsir edən karbon-iki-oksiddir. Karbon-iki-oksidin havada konsentrasiyası bir kubmetrdə 0,91 milliqram olduqda fotosintez pozulur, 2,6 milliqram olduqda isə bitkilərə gözəçarpan ziyan vurur. İynəyarpaqlı ağaclar atmosfer havasının çirklənməsinə çox həssasdırlar, cökə, qovaq, göyrüş ağacları isə əksinə, davamlıdırlar.

Havanın çirklənməsi həm də pis estetik təsirə malikdir. Əhali pəncərə şüşələrinin, mebellərin tez-tez çirklənməsindən, ev bitkilərinin məhv olmasından şikayətlənir. Bəli, ekologiyanı sağlamlaşdırmaqda yaşıllığın müstəsna əhəmiyyəti var. Abşeron yarımadasında bu, xüsusi aktuallıq kəsb edir. Aparılan elmi-tədqiqat işləri sübut edir ki, 1 hektar meşə və yaşıllıq ətraf mühitə 10-16 ton təmiz oksigen verir, 2,2-2,3 ton karbon qazı udur. 1 hektar meşənin 1 saatda udduğu karbon qazı 200 nəfərin ifraz etdiyi karbon qazına bərabərdir. Məhz buna görə də yaşıllığı şəhərlərin “ ciyəri” adlandırırlar.

—Yaşıllıq və onun insan sağlamlığı üçün müstəsna əhəmiyyəti barədə bir qədər ətraflı danışmağınızı istərdim. Xüsusilə də ekoloji problemlərin yaşandığı Abşeron yarımadası barədə.

Yüz minlərlə, milyonlarla insanın yaşadığı böyük şəhərlərdə sənayenin inkişafı, nəqliyyat axınının çoxalması, səs-küyün artması və s. “Atmosfer havasını çirkləndirir oksigen çatışmazlığına səbəb olur, ultrabənövşəyi şüaların yer üzünə düşməsinə maneçilik törədir. Bu, Abşeron yarımadası üçünxarakterikdir. Çünki bura ölkənin ən çox inkişaf etmiş iqtisadi-coğrafı rayonu olan sənaye kompleksidir. Hazırda Bakı, Sumqayıt şəhərlərində, Abşeron yarımadasında 3 milyon nəfərdən artıq adam yaşayır ki, bu da ölkə əhalisinin 30 faizi deməkdir. Deməli, Abşeron yarımadası ekologiyasının sağlamlaşdırılması burada yaşayan milyonlarla insan üçün xüsusi əhəmiyyət kəsb edir. Ətraf mühitin sağlamlaşdırılmasında ən mühüm sanitariya-gigiyenik faktor yaşıllaşdırmadır. Yaşıllıq şəhər havasını sağlamlaşdırır, səsi azaldır, havanı təmiz oksigenlə zənginləşdirir, insanların əhval-ruhiyyəsini yaxşılaşdırır və onların əmək qabiliyyətini artırır.

Abşeron yarımadası Şərqi Qafqazın yarımsəhra rayonu kimi qiymətləndirilir. Burada uzun müddət (may-oktyabr) quraqlıq keçir, təbii ağac bitkiləri, demək olar ki, bitmir. Orta illik yağıntı 200 millimetrdən yüksək olmur. Yarımadada tez-tez şimal (xəzri) və cənub (gilavar) küləkləri əsir. Şimal küləyi Abşeronun onsuz da zəif olan bitki örtüyünün bəlasıdır. Çünki şiddətli xəzrinin sürəti çox olur, bu isə bitki örtüyünü məhv edib, torpaqları eroziyaya məruz qoyur. Yay vaxtı burada havanın maksimal temperaturu müsbət 38 dərəcə və daha çox olur, torpağın səthində isə 65 dərəcəyə qalxır. Radiasiya balansı 125-134 kilokalori - kvadratsantimetrdir. Abşeron torpaqlarının xeyli hissəsi qumlu, duzlaşmış şəkildədir, eyni zamanda neft yataqlarından ibarətdir. Yarımadanın ümumi sahəsinin (200 min hektardan çox) 42 min hektar əkin yeri, 25 min hektarı otlaq (örüş), 4 min hektarı fəal qumluqdur. Ümumi sahəsi 1,7 min hektardan çox olan böyükkiçik acı-duzlu göllər var. Yarımadadakı Sumqayıt çayı yayda quruyur. Su həlledici duzların miqdarı yazda 1 litrdə 5 qram olur, suların gur vaxtı azalaraq 2,5 qram təşkil edir. Yeraltı sular müxtəlif dərinlikdədir.

XX əsrin əvvəllərində Abşeron yarımadasında qeyri-sağlam torpaqiqlim şəraiti mövcud idi. Su mənbələri və suvarma sistemləri olmadığına görə yaşıllıq da az idi. Bakı çox çirkli, tozlu-torpaqlı, qumlu, yaşıllığı az, gecələri qaranlıq və zülmət içində olan bir şəhər idi. Maksim Qorki Bakıda olduğu vaxt (1892 və 1897-ci illər) yazmışdı: “Qarma-qarışıqların içərisində neft buruqları, qüllələr, bir-birinin ardınca düzülmüş paslı borular, boz, yonulmamış daşlardan tikilmiş uzun, alçaq kazarmalar vardır. Evlərin pəncərələrinin qabağında bir dənə də olsun gül-çiçək, evlərin ətrafında az da olsa belə torpaq sahəsi yoxdur, torpaq olmadığından ot da, ağac da, kol da yoxdur”. O vaxtlar Bakı belə idi...) Amma bundan 70 il sonra Sovet hökumətinin rəhbərləri Bakıya başqa cür qiymət verdilər: Bakı gözəl şəhərdir. Görünür, onu tikənlər öz əziz diyarlarını çox istəyən insanlardır, öz milli adət-ənənələrini qoruyan, gözləyən adamlardır. Belə şəhərdə yaşamaq, çalışmaq, yaratmaq xoş haldır”. Bu isə ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı sayəsində mümkün olmuşdu.

Bakıda neft, neft-kimya sənayesi güclü inkişaf etmişdir, bunun isə hava hövzəsinin çirklənməsində çox böyük rolu var. Yarım əsr bundan əvvəl Abşeronun şimalında böyük sənaye şəhəri Sumqayıtın salındığını, burada metallurgiyakimya sənayesinin güclü inkişaf etdiyini nəzərə alsaq, yarımadanın ekoloji vəziyyətinin ağırlığını təsəvvür etmək çətin deyil. Bu iki şəhərdə yüzlərlə neft buruğu, sənaye müəssisəsi, on minlərlə maşın, mexanizm, tikinti obyektləri var. Nəzərə alsaq ki, bir minik maşını 100 kilometr məsafə qət etdikdə bir adamın illik oksigen normasını “işlədir”, onda təbiətdə oksigen çatışmazlığının səbəbi aydın olar. Gələcəkdə Abşeronda sənayenin, nəqliyyatın, tikintinin daha da inkişaf etdirilməsi yarımadanın sanitariya-gigiyenik vəziyyətini ağırlaşdırıla bilər.

Amma hökumətimiz ekoloji vəziyyəti yaxşılaşdırmaq və yaşıllıq sahələrini artırmaq üçün olduqca çox görübbu proses ardıcıl olaraq davam edir. Həm də ən önəmlisi odur ki, bu tədbirləri hələ ümummilli liderin respublikamıza rəhbərliyinin birinci dönəmindən başlayıb. Heydər Əliyevin “Kim bir ağac kəsirsə, elə bil mənim qolumu kəsir” məşhur kəlamı yaşıllığa insani münasibətin ən gözəl fəlsəfi ifadəsi idi.

-Doğrudur, ümummilli liderimizin digər sahələrdə olduğu kimi, bu sahədə də müstəsna xidmətləri var. Xatırladaq ki, ötən əsrin ortalarında Abşeron yarımadasında ekoloji problemlərin sağlamlaşdırılmasına, həqiqətən, ciddi ehtiyac var idi.

Burada meşə və yaşıllıq salmaq böyük zəhmət və xərc tələb edir. Odur ki, təkrar edirəm, yarımadada yaşıllığı gücləndirməyə həyati zərurət var idi.

Mən bu sahədə zəmanəmizin böyük təbiətşünası, mərhum akademik Həsən Əliyevi, onun yaşıllığı genişləndirmək sahəsindəki misilsiz xidmətlərini ehtiramla yad edirəm. Onun məşhur “Həyəcan təbili” əsəri vətənini sevən hər bir ziyalının stolüstü kitabı olmalıdır.

Biz nəyə görə yaşıllığa mustəsna əhəmiyyət veririk? Yaşıllıq iqlimi əhəmiyyətli dərəcədə yüngülləşdirir, rütubət və istilik rejimini yaxşılaşdırır, soyuq, istiquru küləklərin təsirini öz üzərinə götürür. Yaşıllıqlar gecə vaxtı istiliyi nəzərəçarpacaq dərəcədə azaldır, gündüz isə tutduğu sahədə havanın temperaturunu azaldır. Məhz buna görə də yayın bərk isti, bürkü vaxtlarında parklarda, bağlarda havanın temperaturu açıq yerlərə nisbətən 2-3 dərəcə aşağı olur. Nəmlik isə əksinə, yaşıllıq olmayan sahələrə nisbətən 10-12 faiz yüksəlir.

Məlumdur ki, şəhərlərdə nəqliyyat, səs-küy havanı çirkləndirməklə yanaşı, insan sağlamlığı üçün də təhlükədir. Alimlər hesablamışlar ki, gecə vaxtı bir motosiklet şəhər küçələrində sürüləndə 100 min adamı şirin yuxudan oyadır. Şəhər nəqliyyatı səsindən ən etibarlı mühafizə sıx çətirli ağaclardır, xüsusilə həmişəyaşıl növləri. Eldar növlü şam ağacı, palıd, zeytun, sərv, çinar ağacları dəm qazının, o cümlədən karbon oksidinin yaşayış binalarına daxil olmasının qarşısını alır. Alimlərin elmi axtarışları nəticəsində məlum olub ki, 25 illik bir palıd ağacı 5 ay müddətində 28 kiloqram, iynəyarpaqlılar 10 kiloqram, zeytunqovaq isə 6 kiloqram karbon qazı udur. Əgər bir hektar sahədə orta hesabla 200 ədəd ağac əkilərsə, qovaq ağacları atmosfer havasında olan 13,2 ton, palıdlar 8,4 ton, cökələr isə 400 kiloqram zəhərli qarışığı təmizləməyə qadirdirlər. Ümumiyyətlə, bir hektar yaşıllıq bir ildə 18 milyon kubmetr havanı zərərli qarışıqdan təmizləyə bilir.

 

(davamı növbəti saylarımızda)

   

 Respublika.-2014.- 20 mart.- S.10.