Ulu öndər Heydər Əliyevin əziz xatirəsi Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının üzvləri tərəfindən anılmışdır

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının təşəbbüsü ilə Gəncə şəhərindədəyirmi masa məhkəmə hakimləri arasında futbol yarışı keçirilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı və Gəncə şəhərləri apellyasiya və onların yurisdiksiyasına daxil olan rayon məhkəmələrinin hakimlərinin iştirakı ilə keçirilən tədbirdən öncə iştirakçılar Gəncədə Heydər Əliyev park-kompleksində ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, ümummilli liderin əziz xatirəsini ehtiramla yad etmişlər. Sonra Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin müasir binasında keçirilən tədbiri Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov açmışdır.

 Ulu öndər, müasir müstəqil Azərbaycan dövlətinin banisi və memarı Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edən Ə.Cəfərov xüsusi qeyd etmişdir ki, ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə həyata keçirilən demokratik-hüquqi dövlət quruculuğu prosesində qazanılmış ən böyük nailiyyətlərdən biri dövlətçilik məqsədlərinə və milli-mənəvi dəyərlərə uyğun müasir hüquqqanunvericilik sisteminin və müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması və inkişaf etdirilməsi olmuşdur.

Ümummilli liderin rəhbərliyi ilə ardıcıl olaraq, sistemli şəkildə aparılan köklü məhkəmə-hüquq islahatları qanunun aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına, ədalət mühakiməsinin effektiv həyata keçirilməsinə xidmət etmişdir. Müstəqil məhkəmə hakimiyyətinin hüquqi dövlətin bünövrəsini təşkil etdiyini bəyan edən ulu öndər Heydər Əliyev demişdir: “Biz hüquqi dövləti, demokratik dövləti yaratdıq və onu pillə-pillə yüksəklərə qaldırdıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, bütün məhkəmə sisteminin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”.

Dahi öndərin hüquqi islahatlar kursuna sadiq qalan möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik-hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsinin başlıca şərt olduğunu bəyan edərək bu sahədə islahatları uğurla davaminkişaf etdirmişdir.

Sədr ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatlarına toxunaraq vurğulamışdır ki, son illər məhkəmə sistemi xeyli təkmilləşmə və inkişaf dövrü keçmiş, yeni regional məhkəmələr yaradılmış, hakimlərin sayı artırılmış, onların Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydası müəyyən edilmiş, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür.

Hazırda məhkəmə-hüquq islahatları yeni müasir inkişaf mərhələsinə qədəm qoymuş, ölkə başçısının cari ilin fevralında imzaladığı “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” sərəncam ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsini, məhkəmə fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsini şərtləndirmişdir.

Sonra “dəyirmi masadaMülkiinzibati icraatda iddianın mümkünlüyümövzusunda müzakirələr keçirilmişdir. Müzakirələr zamanı Ali Məhkəmənin hakimi Xəqani Məmmədov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Nurəddin Mustafayev, Gəncə Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasinin sədr əvəzi Fikrət Əliyev, İnzibati Kollegiyasının sədr əvəzi Fikrət Mehdiyevhakim İsbəndiyar Səfiyev mövzu ətrafında çıxışlar etmişlər.

Bildirilmişdir ki, hər bir işin başlanması üçün, ilk növbədə, onun mümkünlüyü yoxlanılmalıdır. Bu istər cinayət işi, istər inzibati, istərsə də mülki olsun, cinayət işinin başlanması əsasları CPM-də vurğulandığı kimi, inzibatiya mülki məhkəmə icraatlarında da işlərin başlanması müvafiq olaraq İPM və MPM-lə tənzimlənir. Bununla belə, həmin icraatlar üzrə də iddiaların mümkünlüyünün fərqli və oxşar cəhətləri mövcuddur. Hər iki icraat üzrə oxşar cəhətlər, ilk növbədə iddiaçının (və ya ərizəçinin) olması, hər hansı tələblə çıxış etməsi və müvafiq ərizənin (iddia ərizəsinin) məhkəməyə təqdim olunmasıdır.

İnzibati-prosessual qanunvericiliyə görə iddia ərizəsinin tərtibində yol verilmiş formal qüsurlar məhkəmə tərəfindən müəyyən edilmiş müddətdə iddiaçı tərəfindən aradan qaldırılmamışsa, məhkəmə iddianı qeyri-mümkün saya bilər və ya MPM-ə uyğun olaraq iddianı baxılmamış saxlaya bilər.

İddia ərizəsinin səlahiyyətli məhkəməyə təqdim olunması dedikdə söhbət həm ərazi, həm də predmet baxımından işə baxmağa səlahiyyətli olan məhkəmədən gedir.

“Dəyirmi masada həmçinin işlərin ümumi məhkəmələrə və ya inzibati məhkəmələrə aidiyyəti ilə bağlı məhkəmələrin təcrübəsində yaranan problemli məsələlər ətrafında fikir mübadilələri aparılmış, bununla əlaqədar Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsi ilə İnzibati-Prosessual Məcəlləsinin müvafiq müddəaları müqayisəli təhlil edilmişdir.

Sonda Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı QafarovNizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərov çıxış edərək tədbirin əhəmiyyətindən danışmış, məhkəmə fəaliyyəti ilə bağlı belə aktual məsələlərin müzakirəsinin və təcrübə mübadiləsinin praktikada faydalı olduğunu qeyd etmişlər.

Tədbirdən sonra Bakı şəhəri məhkəmə hakimləri və Gəncə şəhəri məhkəmə hakimləri arasında futbol yarışı keçirilmişdir.

Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində yüksək qayğı ilə yanaşılır. Ulu öndər Heydər Əliyev deyirdi: “İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir”. İdmanın və bədən tərbiyəsinin inkişafını dövlət siyasətinin prioritetlərindən birinə çevirən ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdışından sonra ölkədə idmana münasibəti kökündən dəyişmiş, bu sahədə yüksəlişin əsasını qoymuşdur.

Bu gün ölkəmiz həm də bir idman ölkəsi kimi beynəlxalq aləmdə tanınır və Olimpiya hərəkatına qoşulması geniş vüsət almışdır. Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev prezident seçildikdən sonra idman və bədən tərbiyəsinin inkişafı sahəsində dövlət qayğısı daha da artmış, ölkəmiz beynəlxalq səviyyəli yarışların təşkil olunduğu ideal məkana çevrilmiş, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropadünya çempionatlarında uğurlu nəticələr göstərirlər.

Məhkəmə hakimləri arasında keçirilən futbol yarışında Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin məşqçiliyi ilə Bakı şəhərini təmsil edən komandada Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin  hakimləri İsmayıl Xəlilov, Raqub Qurbanov, Sahibxan Mirzəyev, Abiddin Hüseynov, Toğrul Əliyev, Natiq Abbasov, Nəsimi Rayon Məhkəməsinin sədri Ağamalı Qafarov, Xəzər Rayon Məhkəməsinin sədri İlqar Qaralov və həmin məhkəmənin hakimi Rəşad Həsənov bir araya gəlmişdilər.

Gəncə Apellyasiya Məhkəməsi Hərbi Kollegiyasının sədr əvəzi Fikrət Əliyevin məşqçiliyi ilə Gəncə şəhərini təmsil edən digər komandanın üzvləri isə Gəncə Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının sədr əvəzi Fikrət Mehdiyev və Cinayət Kollegiyasının sədr əvəzi Çingiz Məmmədov, Gəncə Hərbi Məhkəməsinin hakimi Salman Hüseynov, Apellyasiya Məhkəməsinin hakimləri Elşad Bayramov, Teyyub Muxtarov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Xələfov və Gəncə Apellyasiya Məhkəməsi Aparatının rəhbəri Elmir Alışzadə olmuşdurlar.

Mehriban, səmimi dostluq şəraitində keçən yarış Bakı təmsilçilərinin qələbəsi ilə başa çatmışdır.

Ümumi Məhkəmə Hakimləri Assosiasiyasının sədri Ə.Cəfərov rəmzi xarakter daşıyan yarışın əsas məqsədinin hakimlərin fiziki sağlamlığının qorunmasından, məhkəmələr arasında qarşılıqlı ünsiyyətin, birgə fəaliyyətin təşviq edilməsindən ibarət olduğunu vurğulamış, hakimlər bunu ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.

 

  Azərbaycan Ümumi Məhkəmə

  Hakimləri Assosiasiyası.

  Respublika.-2014.- 1 may.- S.11.