DAĞLARIN DAŞ YADDAŞI VAR...

 

Qələmə almaq istədiyim bu yazıyaƏdalət zəfər çalırbaşlığını vermək istəyirdim. Bu, ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycan KP MK-ya rəhbərlik etdiyi vaxtlarda tez-tez eşitdiyim söz idi. “Qoy ədalət zəfər çalsın!” şüarı tez-tez səslənirdi. Özü də elə-belə, söz xətrinə yox. O zaman həqiqi mənada Heydər Əliyev hər yerdə ədalətin zəfər çalması üçün gecəli-gündüzlü görürdü. Ədaləti göz-bəbəyi kimi qorumağa çalışırdı. Bunu bir neçə misalla sübut etmək mümkündür.

Heydər Əliyev Azərbaycan KP MK-nm birinci katibi işləyərkən Mərkəzi Komitənin bürosunda Lerik Rayon Partiya Komitəsinin işindəki ciddi nöqsanlar haqqında məsələ müzakirə olunurdu. Rayon partiya komitəsi bürosunun bütün üzvləri MK bürosuna dəvət olunmuşdu. Bircə rayon icraiyyə komitəsinin sədri Məhəbbət İbadovdan başqa. Niyə? Ona görə ki, rayonda hamı bilirdi o, təmiz adamdır, həm də ləkəsizdir. Deməli, onu büronun iclasına çağırmağa ehtiyac yoxdur. Onda raykomun bütün büro üzvləri cəza aldı, tutduqları vəzifələrdən azad olundular. M. İbadov isə daha bir neçə il öz vəzifəsində qalıb işlədi. Deməli, Heydər Əliyev şəxsiyyətində tükü-tükdən seçmək, hər yerdə, hər zaman həqiqəti ortaya çıxarmaq bacarığı vardı.

Heydər Əliyev vəzifəsindən uzaqlaşdırıldıqdan sonra isə respublikamızda ədalətsizlik hökm sürməyə başladı.

Lerikdə rayon qəzetinin müxbiri işləyirdim. Müxbirliyə də birbaşa gəlməmişdim. Hələ orta məktəbin 6-7-ci siniflərində oxuyarkən mətbuatda yazılarım çap olunurdu. Texnikum, ali məktəb və hərbi xidmət yollarını keçdikdən sonra rayon qəzetində müxbir işləməyə başlamışdım. 90-cı illərin əvvəllərində mənim də həyatımın ağrılı-acılı günləri başlandı.

Məni ixtisar adı ilə işdən uzaqlaşdırdılar. Çox get-gələ düşdüm. Hakimiyyətdə olanların qapıları üzümə möhkəmcə qapanmışdı. Açıq şəkildə verməyəcəkləri ilə məni qorxudur, bu hakimiyyət nə qədər mövcuddursa, sənə olmayacaq deyirdilər. 1992-1993-cü illərdə respublika mətbuatında dərc etdirdiyim yazılarda o ifadələrin kimlər, hansı rəhbər işçilər tərəfindən işlənildiyini olduğu kimi açıqlamış, 1993- ildə Bakıda “Aydınlıq” qəzetində çap etdirdiyimKimin göstərişidir?” adlı yazımda başıma gətirilən oyunlardan geniş söhbət açmışam.

Ovaxtkı respublika rəhbərliyinə tez-tez müraciət edirdim ki, dünya siyasət aləminin fatehini Bakıya dəvət edin. Qoy o, heç olmazsa, Nazirlər Kabinetinə, Milli Məclisə rəhbərlik etsin. Onun elmi, siyasi və həyat təcrübəsindən istifadə edin.

Soruşa bilərsiniz ki, Heydər Əliyev şəxsiyyətinə səndə maraq haradan yaranıb? Açıq və birbaşa deyim ki, atam Mürüvvət kişinin hesabına. O, təqaüddə olan əmək veteranıdır. Ulu öndər Heydər Əliyevin də daim fəal  yorulmaz təbliğatçısıdır. Eldə-obada da hamı bunu yaxşı bilir. Atamın vəzifəsi-filanı da olmayıb. Sovxozda adicə aqronom işləyib. Uzun illər təsərrüfat işlərində çalışıb. Təqaüdə də oradan çıxıb.

Dünyaya meydan oxuyan keçmiş SSRİ kimi qüdrətli bir dövlətin başçısı Mixail Qorbaçovun irəli sürdüyü iyrənc siyasətə ilk etiraz və nifrət edən məhz Heydər Əliyev oldu. Belə bir həyati riskləri yalnız Heydər Əliyev kimi dühalar edə bilərdi.

1992-1993-cü illərin qanlı-qadalı günləri mənim üçün daha çıxılmaz oldu. Əlikram Hümbətovun silahlı quldur dəstələri Lənkəran-Astara bölgəsində at oynadırdı. Müstəqilliyə yenicə qədəm qoymuş suveren Azərbaycan Respublikasını daxilən  didib-parçalamaq  istəyirdilər. Haqq-ədalət  ayaqlar  altına  atılmışdı.

Lerik Rayon Polis Şöbəsinin müstəntiqi işləyən Rzaxan Muxtarov xidməti vəzifəsini yerinə yetirərkən Ə.Hümbətovun Lerik rayonuna təyin etdiyikomendantYaşar Şükürovonun silahlı quldurları tərəfindən vəhşicəsinə döyülmüşdü. Onda mən dərhal respublikanın bütün güc nazirlikiərinə teleqramla müraciət etdim. Bakıda nəşr olunan “Aydınlıq” qəzetinin “Lerikxüsusi buraxılışında “Lerik qoşunlarının azğınlığı” adlı məqaləm çap olundu.  O  gün  ömrüm boyu yadımdan çıxmaz. Qəsəbədən evə təzəcə çatmışdım. Birdən evimin ətrafında hay-küy, qara-qışqırıq qopdu. Yaşadığım binanı Ə.Hümbətovun silahlı quldurları üzük qaşı kimi dövrəyə almışdılar. Günün günorta vaxtı evə soxulub həbs olunduğumu bildirdilər. Beləcə bir qrup silahlı quldurun müşayiəti ilə məni Lerik qəsəbəsinin mərkəzi küçələri ilə pay-piyada özlərinin iqamətgahlarına apardılar. Qorxusundan heç kəs səsini çıxara bilmirdi. Dinmək istəyənin qol-qabırğasını qırır, şil-küt edirdilər.

Lerikin “komendantı” Yaşar Şükürov güllələnəcəyimi elan etdi. Sonra da məni rayondakı uşaq xəstəxanasının “UAZ” markalı minik maşınında Lənkərana, Əlikram Hümbətovun hüzuruna yola saldılar. İki avtomatçı və birzabitin” nəzarəti altında Lənkərana yollandıq.

Ə.Hümbətovun silahlı quldur dəstələri Lənkəran şəhər İH aparatının binasını quldurcasına zəbt etmişdilər. Üç gün orada əzab-əziyyətdən, təhqirlərdən cana doydum. Üç günlük işgəncədən sonraBir daha yazsan, yerindəcə güllələnəcəksən!” qərarı ilə onların pəncəsindən xilas oldum.

Lerik Rayon Polis Şöbəsinin müstəntiqi Rzaxan Muxtarov isə Bakıda bir ay müalicə olundu. Həkimlərin gərgin zəhməti sayəsində yenidən həyata qayıtdı. Amma uzun müddət əvvəlki sağlamlığını bərpa edə bilmədi.

Nə yaxşı ki, həyat müdrik şəxsiyyətlərdən, dahi insanlardan xali deyilmiş. 15 iyunQurtuluş günü yüzlərlə, minlərlə azərbaycanlı və lerikli ziyalı kimi mənim də həyatımda müsbət dönüş yaratdı. Əzab-əziyyətlərimə, işgəncələrimə son qoyuldu. Qısa zaman kəsiyində xalqımızın müdrik oğlu Heydər Əliyevin sayəsində Lənkəran-Astara bölgəsində “sabitlik” yarandı. Lerik rayonunda radio verilişləri yenidən bərpa olundu. Mən həmin radio verilişləri redaksiyasına baş redaktor təyin olundum. Bir neçə il bu vəzifədə çalışdım. Sonra Lerik Rayon İH başçısının sərəncamı ilə ən ucqarböyük əraziyə—Osyodərə ərazisinə icra nümayəndəsi göndərildim. Bir müddət orada işlədikdən sonra ikinci dəfə baş redaktorluğa qaytarıldım. 1999-cu ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxumağa tövsiyə olundum. İndi fəxr edirəm ki, müdrik, uzaqgörən ümummilli liderimizin şəxsi zəhməti sayəsində ziyalılara geniş üfüqlər açıldı. Sevinirəm ki, mən də müstəqil, suveren Azərbaycan Respublikasının qurucuları ilə bir sırada addımlayıram.

Yeri gəlmişkən onu da açıqlamaq istəyirəm ki, mən və mənim yaxınlarım həmişə Heydər Əliyevə sadiq olmuşuq. Həm də bu sadiqlik şüurlu şəkildə olub. Göz açanı Heydər Əliyev öz xalqını düşünən, onun problemlərini vaxtında həll etmək qüdrətinə malik olan bir şəxsiyyət, həmişə doğma Azərbaycanı üçün çalışan, Azərbaycanı bütün dünyaya tanıdan görmüşük. Hərbi xidmətdə olduğum illərdə rusların, rus ziyalılarının ona şəxsən böyük rəğbət bəslədiklərinin şahidi olmuşam.

Lerik rayonu Talış sıra dağlarının əlçatmaz yüksəkliklərində yerləşir. Axar-baxarlı bu guşədə yaşayan dağ adamlarının qəlbi təbiətin bizə bəxş etdiyi saf sular qədər saf və təmizdir. Ulu öndərimiz Heydər Əliyevin biz ziyalılar üçün etdiklərini unudanlar olsa da, zaman, birLerik dağlarının daş yaddaşı unutmayacaq. Çünki dağların daş yaddaşı olur. Bu yaddaşdan isə heç nəyi, heç zaman silmək olmur.

 

İlham İBADLI,

Lerik rayonu.

 Respublika.-2014.- 4 may.- S.4.