Heydər Əliyev və hüquqi dövlət quruculuğu

 

Gənc müstəqil dövlətimizin qurucusu baş memarı ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı müasir tariximizin parlaq səhifələrini təşkil edən Vətən, xalq millət qarşısında misilsiz xidmətləri ölkəmizin hər yerində onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunur.

Böyük dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ulu öndərimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti mühüm yer tutur. Tarix boyu xalqımız arzusunda olduğu milli dövlətçilik ideyalarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Az qala yarım əsrlik bir dövrdə Azərbaycan dövlətçiliyinə xidmət etmiş, 30 ildən artıq müddətdə respublikanın rəhbəri olmuş Heydər Əliyev elə bir dövlətçilik irsi qoyub getmişdir ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə uzun illər ehtiyac duyulacaqbu irs heç vaxt tükənməyəcək.

Ümummilli liderin sovet rejimi dövründə Azərbaycana rəhbərliyi zamanı misilsiz xidmətlərinə nəzər saldıqda aydın olur ki, ölkəmizdə qanunçuluğunhüquq qaydalarının möhkəmləndirilməsinə, Ədliyyə Nazirliyinin yenidən bərpasına, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla, Azərbaycanın keçmiş   ittifaq miqyasında ilk yerləri tutmasına nail olmuş, müstəqilliyinə əsaslı zəmin yaratmışdır.

Azərbaycan xalqının güvənc yeri olan Heydər Əliyev SSRİ rəhbərliyində olarkən Azərbaycan əleyhinə çirkin niyyətlərin qarşısını mərdliklə almışdır. O, rəhbərlikdən uzaqlaşdırıldıqdan sonra, Qorbaçov başda olmaqla ermənipərəst qüvvələr tərəfindən törədilmiş 20 Yanvar faciəsi ilə əlaqədar Moskvada SSRİ rəhbərliyini ifşa edərək doğma xalqı ilə birgə olduğunu bir daha bəyan etdi.

1993-cü ildə xalqın təkidi və xahişi ilə yenidən hakimiyyətə gələn Heydər Əliyev qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdir: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir,  öz tarixi,  milli  ənənələrindən bəhrələnərək,  dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək, demokratik dövlət quruculuğu yolu ilə getməlidir”. Bütün bu prinsipləri ardıcıllıqla həyata keçirən ümummilli lider vurğulayırdı ki, biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir.

Heydər Əliyevin şəxsi nəzarəti altında hüquq-mühafizə orqanları tərəfindən uğurla həyata keçirilən qəti tədbirlər nəticəsində cəmiyyətdə hökm sürən hərc-mərcliyə, özbaşınalığa birdəfəlik son qoyuldu. O, dövlət müstəqilliyimizi sarsılmaz və əbədi etdi, ölkəmizə sülh, əmin-amanlıq, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi.

Müdrik rəhbərin düşünülmüş xarici siyasət kursu ölkəmiz üçün təkcə siyasi dəstək deyil, həm də iqtisadi əməkdaşlıq, sərmayə imkanları yaratdı.

Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Bu ali sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik, hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, Konstitusiya nəzarət prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmiş, Konstitusiyanın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilmişdir.

Yeni, mütərəqqi Konstitusiya əsasında mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər ümumbəşəri demokratik prinsiplərdən bəhrələnərək, Azərbaycan xalqının dövlətçilik tarixi və ənənələri əsasında islahatlar apararaq 1996-cı ildə Hüquqi İslahat Komissiyası yaratdı bu komissiyaya rəhbərliyi şəxsən öz üzərinə götürdü. Dahi şəxsiyyətin ciddi səyi nəticəsində prokurorluq orqanlarında mühüm islahatlar aparıldı. “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətindən bəhs edən digər qanun və məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul olundu.

Ulu öndərin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərmanında insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Təsadüfi deyil ki, ulu öndərin dövlət quruculuğu sahəsində zəngin nəzəri biliklərini və bunun təcrübədə məharətlə tətbiqini nəzərə alaraq dünyanın onlarca nüfuzlu elm və təhsil ocağı Heydər Əliyevə fəxri doktorprofessor elmi adlarını verməkdən qürur duyurdular.

Şərqdə ilk dəfə olaraq 1998-ci ildə məhz Azərbaycanda ölüm cəzasının tamamilə ləğv edilməsi ümummilli liderimiz Heydər Əliyevin geniş ürək və böyük mənəviyyat sahibi, fenomen şəxsiyyət olduğunun parlaq təzahürüdür. Prezident İlham Əliyev qanunun aliliyini hər şeydən uca tutan, ölkəyə rəhbərliyinin və ömrünün sonunadək bu sahədə mühüm islahatlara nail olan ulu öndərin strateji kursu ilə ölkəmizi aydın sabahlara aparır.

Ulu öndərimiz dünyasını dəyişsə də onun müqəddəs ruhu daima özünün şah əsəri olan müstəqil Azərbaycanın başı üzərindədir. Nə qədər ki Azərbaycan dövlətçiliyi davam edəcək, dahi şəxsiyyət də tarix boyu onu sevən milyonların qəlbində həmişə yaşayacaq!

 

İradə HÜSEYNOVA,

Bakı şəhəri 13 saylı Dövlət Notariat

Kontorunun böyük dövlət notariusu.

Respublika.-2014.-6 may.-S.8.