Heydər Əliyev yeni dövlətçilik ənənələrimizin müəllifidir

 

Bu gün Azərbaycan  dövlətinin yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsiyyətinin, həyat fəaliyyətinin, müstəqil bir dövlətin yaradılması istiqamətində görülən işlərin öyrənilməsı göstərir ki, tarixdə ayrı-ayrı  şəxsiyyətlər müəyyən xalqın taleyində həlledici rol  oynayır, ictimai  hadisələrin axarını öz xalqının gələcəyi naminə dəyişə bilir. Bu mənada çağdaş Azərbaycan tarixinin kəşməkəşli, sərt dönəmlərində Heydər Əliyev  fenomeninin xalqımızın taleyində oynadığı rol şəksizdir, danılmazdır.

Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycanda mütərəqqi və milli dəyərlərə uyğun islahatlar aparılmaqla demokratik, hüquqisivil bir dövlət qurulmuşdur. Ölkəmizin iqtisadi müstəqilliyinə nail olunmaqla xalqımızın hərtərəfli təminatlı gələcəyi üçün bütün əsaslar yaradılmışdır. Dönməz və dayanıqlı ictimai-siyası sabitlik əldə edilməklə qanunun aliliyinə və insan hüquq və azadlıqlarına real təminat verən vətəndaş cəmiyyəti formalaşmışdır.

Azərbaycanın hər iki əsrdə tərəqqi etməsı bu məmləkəti inamlı addımlarla irəli aparan və hər bir azərbaycanlının inam və güvənc  ünvanı olan fenomenal şəxsiyyətlə — hər iki əsrin müdrik insanı Heydər Əliyevin adı ilə bağlıdır.

Bu danılmaz bir faktdır ki, bu gün Azərbaycan adlı bir məmləkətin müstəqil dövlət olaraq möhkəmləndirilməsinin və inkişafının konturları Heydər Əliyev kimi düha, əvəzsiz müdrik bir dövlət xadimi tərəfindən müəyyənləşdirilmışdir. Heç də təsadüfi deyil ki, Azərbaycan dövlətçiliyi dağılmaq təhlükəsi qarşısında qaldığı vaxtda məhz belə bir qüdrətli şəxsiyyət—ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı, ümummilli lider missiyasını öz üzərinə götürdü və Azərbaycan dövlətçiliyini nəinki məhv olmaq təhlükəsindən qurtardı, eyni zamanda belə bir çətin şəraitdə dövlətçiliyimizi daxilixarici müdaxilələrdən qoruyaraq onu inkişaf etdirdi və ölkəmizin dünya birliyində öz layıqli yerini tutmasına nail oldu.

Bu tarixi missiyanı xalqın təkidli tələbləri ilə yenidən öz üzərinə götürən əvəzolunmaz liderimizin belə bir kəlamına nəzər yetirmək kifayət edir ki, Heydər Əliyev qədər öz xalqına, millətinə, dövlətinə, millətinin taleyinə qəlbən və ruhən bağlı olan ikinci bir şəxsiyyət çətin ki,  tapıla bilsin.

“...Azərbaycan Respublikası bundan sonra başına nə gəlirsə   gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir   dövlətini tərkibinə  daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına keçməyəcək...”.

Bəli, ölkəmizə diş qıcayan məkrli düşmənlərin geri çəkilməsi də, dövlət quruculuğunda əsas fakt sayılan sabitliyin yaranması da ümummilli liderimizin həmin dövrdə həyata keçirdiyi həm daxili, həm də xarici siyasətinin birbaşa nəticəsi idi.

Ölkəmizdə Avropa dəyərlərinə uyğun aparılan islahatlar da məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə bütün sahələrdə qanunçuluğun qorunması, möhkəmləndirilməsi, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması Heydər Əliyevin danılmaz xidmətidir. Cəmiyyətdə tutduğu mövqedən, vəzifəsindən, yaşından asılı olmayaraq hər bir azərbaycanlı bu günlər ulu öndərimizdən daha çox bəhs edir, onun həyat və fəaliyyətini  xatırlayır,  şanlı ömür yolunun salnaməsini bir daha  vərəqləyir.

Ümummilli liderimiz sözün əsl mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yenimodern dövlətçilik ənənələrimizin müəllifidir. Ötən əsrin ikinci yarısında və bu yüzilliyin başlanğıcında Azərbaycan xalqı ölkəmiz nəyə nail olmuşsa, bunlar Heydər Əliyevin adı ilə bağlıdır. Bunu böyük insanların qədrini bilən tərəqqipərvər  bəşəriyyət, ən tanınmış siyasət adamları, dövlət xadimləri də təsdiq edirlər.

Heydər Əliyev bütün həyatını, bilik və təcrübəsini, zəkasının qüdrətini, qüvvə və bacarığını xalqın xoş gələcəyinə, onun bəlalardan və məhrumiyyətlərdən xilas olmasına sərf etdi və inkişafımızın düzgün strategiyasını bizə əmanət qoydu. Onun dərin zəkasının sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf mövqelərinə çıxdı, qüdrətli şəxsiyyətin işıqlı ideyaları dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əzəmətli bir təməl oldu. Heydər Əliyev diplomatiyası Azərbaycanı tarixən çox qısa müddət ərzində bütün dünyaya tanıtdı, onun beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini təmin etdi. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra qısa müddətdə Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İslam Konfransı Təşkilatına, Qara Dəniz Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatına, Avropa Şurasına, Beynəlxalq Valyuta Fonduna, müxtəlif dünya banklarına üzv qəbul olundu ki, bunlar müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən müdrik rəhbərimizin xalq və Vətən qarşısında misilsiz xidmətləri idi.

Heydər Əlıyevin müasir hüquqi və dünyəvi prinsiplərin bərqərar olması, müstəqil dövlətin möhkəmləndirilməsinin əsas amillərindən biri olan qanunçuluğunhüquq normalarının qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlər ölçüyəgəlməzdir.

Ulu öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında müasirləşmə, idarəetmənin mütərəqqi formaları tətbiq edildi.

Tarix ulu öndərimiz Heydər Əliyev kımi şəxsiyyətləri yüz ildən, bəlkə də min ildən bir yetirir. Onun ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqi və inkişafı təmin edilmişdir. Bu gün hər bir azərbaycanlı Heydər Əliyevin olduqca uzaqgörən, iti zəkaya, sağlam və məntiqli düşüncəyə malik bir insan olduğunu bilir, belə bir şəxsiyyəti tarixin məhz Azərbaycan xalqına bəxş etməsindən qürur duyur. Xalqımızı bir çox bəlalardan qorumuş, qüdrətli şəxsiyyət olan Heydər Əliyev bu gün aramızda olmasa da, onun qoyub getdiyi qiymətli irs, göstərdiyi misilsiz xidmətləri gözlərimiz önündədir.

Bu gün Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan onun layiqli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu addımlarla parlaq gələcəyə doğru inamla addımlayır.

Ölkədaxili genişmiqyaslı iqtisadi, sosial, mədəni uğurlarımız nə qədər çoxdursa, beynəlxalq aləmdə əldə etdiyimiz müvəffəqiyyətlər bir o qədər ürəkaçandır.

Bu yaxınlarda BMT kimi ən nüfuzlu beynəlxalq təşkilatda Azərbaycan diplomatiyasının əldə etdiyi sevindirici nəticələr ölkəmizin bu mötəbər qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycan Prezidentinin, xalqımızın və diplomatiyamızın parlaq qələbəsi kimi dəyərləndirilməlidir.

Daha böyük uğurlara imza atmaq üçün inamla çalışan xalqımızı sabah daha əzəmətli işlər gözləyir.  Hər birimiz bu zəfər yürüşündə məmləkətimizin bir əsgəri olmaqla ölkə Prezidenti cənab İlham Əliyevin apardığı düzgün, çevik siyasəti daim dəstəkləməklə onun ətrafında bundan sonra da daha sıx birləşəcəyik.

 

Cavanşir YUSUBOV,

YAP Mingəçevir Şəhər

Təşkilatının sədri.

Respublika.-2014.-6 may.-S.8.