Müəllim ömrü
İnsan çox zaman illərin necə ötüb keçdiyinin fərqinə varmır. Amma nə vaxtsa dönüb geriyə baxmağa, ömrünün enişli-yoxuşlu çağlarına nəzər salmağa daxili ehtiyac duyur. İlləri yelə vermədiyinə, həyatını mənasız yaşamadığına əmin olanda isə özündə mənəvi rahatlıq tapır. Təbii ki, belə ömür hamıya qismət olmur. Taleyi bu qismətdən yan keçməyən insanlar da az deyil.
Belə insanlardan biri də şüurlu həyatını
müəllimlik peşəsinə bağlayan,
ömrünün 50 ilini
pedaqoji işə həsr edən
tanınmış ziyalı Yaşar Hüseynovdur. O, 1939-cu ildə Yevlax şəhərində müəllim ailəsində
dünyaya göz
açıb. Əslən Şuşanın Malıbəyli kəndindən
olan atası Bəşir Hüseynov
müxtəlif illərdə Bərdədə və Yevlaxda müəllim və məktəb direktoru işləyib.
Savadsızlığın ləğv edilməsində fədakarlıq
göstərib.
Ziyalı ailəsində böyüyüb ərsəyə yetişməsi Yaşarın taleyində dərin izlər buraxıb. Əhatə olunduğu mühit onun dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. Doğulduğu şəhərdəki 2 saylı orta məktəbdə təhsilini 1957-ci ildə başa vuran Yaşar Hüseynov qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) qəbul olunub. Sonra təhsilini Azərbaycan Dövlət Universitetində davam etdirib.
Hələ tələbəlik illərindən ictimai fəallığı ilə seçilən Yaşar Hüseynov V kursda oxuyarkən “Sahələr iqtisadiyyatı və statistika” kafedrasında laborant işləyir. Bundan sonra onun təşkilatçılıq qabiliyyəti diqqət çəkir, Azərbaycan komsomolunun Mərkəzi Komitəsində təlimatçı vəzifəsinə işə götürülür. Lakin harada, hansı vəzifədə çalışmasından asılı olmayaraq müəllimlik sənətinin cazibəsindən çıxa bilmir. Ona görə də 1965-ci ilin sentyabrında elan olunmuş müsabiqədən keçərək universitetin “Mühasibat uçotu” kafedrasına müəllim seçilir, pedaqoji fəaliyyətlə yanaşı, elmi işə də ciddi maraq göstərir, 1972-ci ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi alır. 1977-ci ildən dosent seçilən Yaşar müəllim 1980-1986-cı illərdə “Mühasibat uçotu” kafedrasına rəhbərlik edir.
Hazırda doğma kollektivdə iqtisadçı kadrların hazırlanmasına böyük əmək sərf edən, öz ixtisasını dərindən bilən iqtisadçı alim tələbələrin müasir dərsliklərlə bağlı problemlərinin həlli istiqamətində də bilik və bacarığını əsirgəmir. Bir çox elmi məqalələrin, o cümlədən dərs proqramlarının, metodik göstərişlərin müəllifi, “Mühasibat uçotu nəzəriyyəsi” dərsliyinin həmmüəlliflərindəndir. O, bakalavr və magistr tədris pillələrində ixtisas fənlərini yüksək metodiki səviyyədə tədris edir.
Təbiətcə sadə, təvazökar
insan olan Ya
şar müəllim deyir:
—Ölkə başçısı
cənab İlham Əliyevin “Biz istəyirik
ki, gənc nəsil bilikli, savadlı olsun, eyni zamanda vətənpərvərlik
ruhunda tərbiyə alsın” fikrini fəaliyyət devizinə
çevirən kollektivimiz
müasir texnologiyanın
imkanlarından yetərincə
bəhrələnir, beynəlxalq
əlaqələrini genişləndirir.
Universitetdə aparılan təlim-tərbiyə
və elmi tədqiqat işlərinin
səviyyəsi ildən-ilə
yüksəlir. Bu sahədə
Yaşar müəllimin
çalışdığı kafedranın üzərinə
də xüsusi məsuliyyət düşür.
Kafedranın müəllimləri
tərəfindən yazılmış
dərsliklərdən, dərs
vəsaitlərindən, proqramlardan
və metodik göstərişlərdən universitetin
tələbələri və
magistrləri ilə yanaşı, iqtisadi yönümlü digər
ali məktəblərin
tələbə və
magistrləri də müvəffəqiyyətlə istifadə edirlər. Onun “Mühasibat uçotunun nəzəriyyəsi” kitabı
artıq çapdadır.
Rus dilində çap olunacaq bu kitab
tələbələr, gənc
iqtisadçılar üçün
dəyərli vəsaitdir.
Bugünümüzlə səsləşən kitabda iqtisadiyyat sahəsindəki yeniliklərə
də geniş yer ayrılıb. Yaşar Hüseynov Boloniya prosesinin tələblərindən
irəli gələn metodik üsulların tətbiqini də tədrisdə uğurla həyata keçirir.
Bunun nəticəsidir ki, kredit sisteminin incəliklərini öyrətdiyi
tələbələrinin testlə
cavablarının göstəricisi
həmişə 100 faiz
olur.
Yaşar müəllim beynəlxalq
konqres və konfranslarda da dəfələrlə Azərbaycanımızı
təmsil edib. O, Lomonosov
adına Moskva Dövlət Universiteti nəzdində Həmrəylik Cəmiyyətinin,
Mühasiblər və
Auditorlar Assosiasiyasının
üzvüdür. Elmi, pedaqoji
və ictimai fəaliyyəti diqqətdən
kənarda qalmayıb.
Əməyi ayrı-ayrı vaxtlarda
fəxri fərmanlarla
qiymətləndirilib. “Qabaqcıl təhsil işçisi” adına
layiq görülüb.
Əslində heç vaxt
təltif haqqında düşünməyən təvazökar
alimin ən böyük mükafatı
xalqına, millətinə
təmənnasız xidmətidir.
Sevib-seçdiyi müəllimlik sənətini
həyatının ayrılmaz
hissəsi hesab edən, bu adı
şərəflə daşımaqdan
qürur duyan Yaşar Hüseynov həm də vətəndaş mövqeyi
ilə seçilən
ziyalılardandır. Əsas amalı
xeyirxahlıq olan Yaşar müəllim insanlardan qayğı və köməyini heç vaxt əsirgəmir.
İşlədiyi kollektivin dərin
hörmətini qazanan
Yaşar Hüseynov bacarıqlı pedaqoq, isdedadlı alim olmaqla yanaşı, səmimi dost, qayğıkeş
ailə başçısıdır.
Ömür-gün yoldaşı Məfkurə
xanım Azərbaycan Tibb Universitetinin Azərbaycan dili kafedrasının dosentidir.
Böyük qızı Aygün
xanım insanların sağlamlığı keşiyində
dayanan həkimlik sənətini seçib.
Ortancıl qızı Səadət
iqtisadiyyat sahəsində
çalışır. Kiçik qızı Aftab Azərbaycan Dillər Universitetinin “İngilis dili qrammatikası” kafedrasının işçisidir.
Şərəfli ömür yolunun
yarım əsri müəllimlikdə keçən,
bu yaşında da gənclik enerjisi ilə çalışan, təmkini,
sadəliyi ilə gənclərimizə örnək
olan ali
məktəb təşkilatçısı,
iqtisadçı alim,
həssas insan Yaşar müəllimi təbrik edir, ona elmi və
pedaqoji fəaliyyətində
yeni-yeni müvəffəqiyyətlər
arzulayırıq.
Əlişad CƏFƏROV,
Respublika.-2014.-6 may.-S.11.