Ulu öndərin xatirəsi əziz tutulur
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 21 illik önəmli bir tarixi var və bu yolun ən parlaq nəticəsi Azərbaycanın, sözün əsl mənasında müstəqil ölkə kimi özünü tam təsdiq etməsidir. Bu gün xalqımız azad, suveren dövlətin vətəndaşları olmağından hədsiz qürur hissi keçirir. Lakin bu yolun ilk mərhələsi heç də asan olmayıb. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik və xalqımızın maraqlarına zidd siyasət, iqtisadiyyatın zəiflədilməsi və milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələndi. Belə bir çətin məqamda xalqın xahişi ilə ulu öndərimiz, dünya şöhrətli siyasətçi və görkəmli dövlət başçısı Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ölkəmizi gözlənilən bütün təhlükələrdən hifz edib qorudu, adı müstəqilliyimizin memarı və qurucusu kimi tarixə əbədi yazıldı.
Ümummilli liderimiz Heydər Əliyevin 91 illiyi xalqımız tərəfindən təntənə ilə qeyd olunur. Bu münasibətlə müxtəlif tədbirlər keçirilir, onun əziz xatirəsi yad edilir.
Xətai Rayon İcra Hakimiyyətində təşkil olunmuş anım tədbirinə yığışanlar, ilk öncə rayonun Ukrayna meydanında salınmış Heydər Əliyev parkında ulu öndərin heykəli önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra tədbirin rəsmi hissəsi başlandı. Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov tədbiri açaraq dedi: “Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü və müdrik dövlətçilik siyasəti sayəsində dünya dövlətləri birliyində öz layiqli yerini tutan Azərbaycanda mütərəqqi və milli dəyərlərə uyğun islahatlar aparmaqla demokratik, hüquqi və sivil bir dövlət qurulmuşdur. Ölkəmizin hər iki əsrdə tərəqqi etməsi bu məmləkəti inamlı addımlarla irəli aparan və hər bir azərbaycanlının inam və güvənc ünvanı olan fenomenal şəxsiyyət, müdrik insan Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan onun layiqli davamçısı, hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında parlaq gələcəyə doğru inamla addımlayır. Bu böyük insanın xatirəsi daim əziz tutulacaqdır”.
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələməov ümummilli lider Heydər Əliyevin hər kəsə nəsib olmayan, üstün cəhətlərindən söz açaraq ensiklopedik biliyə, güclü iradəyə və milli ruha malik olan Heydər Əliyevin xalqı qarşısında tarixi xidmətlərinin bəzi məqamlarından söz açdı: “Azərbaycanın həqiqi müstəqilliyi, intibahı məhz Heydər Əliyevin çoxşaxəli fəaliyyəti ilə bağlıdır. Bu, sözün əsl mənasında, “ömrümün qalan hissəsini də xalqıma qurban verirəm”, — deyib şərəfli bir missiya ilə meydana atılan Vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi.
Heydər Əliyev hələ DTK-nın sədri, Azərbaycan KP MK-nın birinci katibi işlədiyi vaxtlarda belə içində milli ruh gizlənmişdi. O, hələ o dövrdə həyata keçirdiyi, gördüyü işlərin arxasında müstəqil Azərbaycanı görürdü. Heydər Əliyev fədakarlıq simvoludur”.
Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, “İki sahil” qəzetinin redaktoru, millət vəkili Vüqar
Rəhimzadə ulu öndərin
ölçüyəgəlməz xidmətlərini
xatırlayaraq hər bir Azərbaycan vətəndaşının
ona borclu olduğunu fəxrlə söylədi: “Əgər
ulu öndərimiz Heydər Əliyev olmasaydı, kim bilir Azərbaycanın taleyi
necə olacaqdı. Hələ sovetlər dönəmində
Azərbaycan böyük sənaye ölkəsinə
çevrildi, iri sənaye
müəssisələri tikildi, güclü kadr
potensialı yaradıldı. Mən onunla
dəfələrlə görüşmüşəm.
Hələ Naxçıvanda yaşayanda,
işləmədiyi vaxtlarda, daha dəqiq desək, 1990-cı ildə olan görüşümüzü
indiyədək xatırlayıram. O zaman ulu öndər demişdi:
“Azərbaycan üçün
ən ümdə məsələ Dağlıq Qarabağ məsələsinin həllidir”. Ümummilli lider ömrünün sonunadək məsələnin
ədalətli, sülh yolu
ilə həlli üçün
çalışdı. O
bu gün sıraları durmadan artan Yeni Azərbaycan
Partiyasının banisidir”.
Xətai
bələdiyyəsinin sədri
Ədalət Fərəcov
xalqımızın ümummilli
lideri Heydər Əliyev haqqında xatirələrindən danışarkən
fikrini belə vurğuladı: “1972-ci ildə
bir təhsil işçisi kimi mən də onunla görüşmüşdüm.
Ölkədə tələbə qəbulunun vəziyyətinin
müzakirə olunduğu
həmin tədbirdə
Heydər Əliyev özünün hərtərəfli
biliyə, dərin informasiyaya malik olduğunu nümayiş etdirdi. O, daim Azərbaycanı düşünür,
onun xoşbəxt gələcəyi üçün
çalışırdı”.
Tədbirdə Xətai rayon gənclərinin
bir qrupuna Yeni Azərbaycan Partiyasının vəsiqələri
təqdim olundu, ümummilli lider Heydər Əliyevin mənalı həyat yolunu əks etdirən film nümayiş
etdirildi.
Zümrüd ABDULLAYEVA,
Respublika.-2014.- 7
may.- S.10.