Bənzərsiz şəxsiyyət

 

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycan Respublikası ildən-ilə güclənir inkişaf edir. Bu inkişafın təməli çox möhkəm, etibarlı uzunömürlüdür. Azərbaycan xalqının dövlətçiliyinin inkişafında misilsiz xidmətləri olan ümummilli lider, milli dövlətçiliyimizin memarı qurucusu Heydər Əliyevin həyatı, siyasi dövlətçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Yüksək insani keyfiyyətlərinə, dövləti idarə etmək bacarığına, xalqa xidmət mədəniyyətinə görə Heydər Əliyev şəxsiyyəti hələ tam öyrənilməmiş bütöv bir dünyadır. Misilsiz dövlət xadimi kimi ən mürəkkəb, ən ağır, hətta çıxılmaz hesab olunan vəziyyətlərdən Vətən üçün, doğma xalqından ötrü optimal çıxış yolu tapmaq bacarığı ulu Tanrının ona bəxş etdiyi vergi idi.

Zəmanəmizin görkəmli dövlət xadimi olan ulu öndərimiz Heydər Əliyevin beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, ərazi bütövlüyünün qorunması, müstəqil dövlətçiliyimizin qurulması, möhkəmləndirilməsi yolunda apardığı müdrik uzaqgörən siyasəti ölkəmizə həmişə başucalığı gətirib.

Heydər Əliyev fenomeninə, tarixi xidmətlərinə, xilaskarlıq quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycan tarixinin 34 illik dövrü yaddaşlarda məhz Heydər Əliyev epoxası, böyük quruculuq illəri kimi qalıb.

Tarix ulu öndərimiz Heydər Əliyev kimi dahi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Onun ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edilib. Heydər Əliyev olduqca uzaqgörən, iti zəkaya, sağlam və məntiqi düşüncəyə malik bir insan idi. Ulu öndər Azərbaycan tarixində yeni parlaq səhifə açmış nadir şəxsiyyətdir. Bu müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli-mənəvi dəyərlərlə yanaşı, bəşəri dəyərlərin də daşıyıcısı idi. Dünyanın məhşur ictimai, siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Moskvanın keçmiş meri Yuri LujkovBiz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç vaxt unutmayacağıq”. Amerika tarixçisi O.AldstadBütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir”, Türkiyəli professor Yəhya Taşdələn “Heydər bəy bizim də başqanımızdır. O, bizim Atatürkümüzdür” — demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur hissi duyur.

Heydər Əliyev dünyaya gələndə sanki xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi min bir əziyyət onun taleömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi, iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan dövlətini miras qoydu.

1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft strategiyasının ilk konturları idi. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı və nəticədə ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Biz Heydər Əliyev dühasını, ucalığını böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan idi. Vətən, xalq sevgisi ümummilli liderimizin həyat yolunun mənası və amalı idi. Mənsub olduğu xalqına xidmət etmək, rəhbərlik etdiyi ölkəni dünyada layiqincə tanıtmaq bu dahi şəxsiyyətin əsas məqsədi olub. O, elə bir rəhbər, elə bir dövlət başçısı idi ki, onun diqqətindən heç bir sahə kənarda qalmırdı. O, sözün həqiqi mənasında Azərbaycanla yaşayırdı, Azərbaycanla nəfəs alırdı. Heydər Əliyev nurlu insan simvoluydu. Bir sözlə, Azərbaycanı davamlı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin də təminatçısıdır. Xalqın xoş gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi və mənəvi dəyərləri ilə daim fəxr etdiyi doğma millətinin önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev bugünkü siyasiiqtisadi müstəqilliyimizin səbəbkarıdır. Hələ sağlığında canlı əfsanəyə çevrilən bu nəhəng siyasətçi dünyanın nadir şəxsiyyətləri sırasında özünə əbədi yer tutub. O, müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə qalxmağa nail olmuş, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın iqtisadi və mədəni tənəzzül dövrü yaşadığı 60-cı illərin sonunda respublika rəhbərliyinə gələn Heydər Əliyev dərhal öz təşəbbüskarlığı, işgüzarlığı ilə sosial-iqtisadi həyatın bütün sahələrində dirçəlişə nail oldu. Onun uzaqgörən, müdrik siyasəti xalqımızı keçmiş ittifaqın ən inkişaf etmiş xalqları sırasına çıxardı. Ulu öndərimiz özünəməxsus fəhm və məntiqlə elə həmin dövrdə Azərbaycanın gələcəyini görür, xalqımızı bu gələcəyə hazırlayır, respublikamızın iqtisadiintellektual potensialını gücləndirirdi. O illərin canlı şahidi olan orta və yaşlı nəslin nümayəndələrinin yaxşı xatirindədir ki, Azərbaycan necə tərəqqi edərək bütün sahələrdə sıçrayışa nail olmuşdu. Müstəqil dövlət quruculuğu üçün zəruri olan bu inkişaf bir zəmin kimi Heydər Əliyevin respublika rəhbəri seçildiyi vaxtdan başlanmışdı.

1969-1982-ci illərdə respublikamızda gedən irimiqyaslı tikinti-quruculuq işləri, vüsətli iqtisadi tərəqqi nəticəsində Azərbaycanın nüfuzu yüksəldi, paytaxtımız Bakı dünyanın tanınmış şəhərləri sırasında özünə möhkəm yer tutdu. Milli memarlıq irsimizin dərin bilicisi olan Heydər Əliyev Bakıda tarixi ənənələri qoruyub saxlamaqla yanaşı, müasir dövrün tələblərinə cavab verən çoxsaylı yaşayış massivlərinin, sənaye müəssisələrinin, xidmət və idman komplekslərinin, təhsil və mədəniyyət obyektlərinin inşasına nail oldu. Həmin dövrdə yalnız paytaxtda və nisbətən iri şəhərlərdə deyil, rayon mərkəzlərində, qəsəbələrdə, kəndlərdə də genişmiqyaslı tikinti-quruculuq işləri aparıldı. Keçmiş Sovetlər İttifaqının rəhbərliyində yüksək vəzifə tutduğu dövrdə də ümummilli liderimiz övladı olduğu xalqın və məmləkətin şərəfini uca tutmaqla bərabər onun sosial-iqtisadi inkişafı naminə hər cür fədakarlıqlar göstərmişdir.

Ulu öndərimiz öz xalqına, dövlətinə xidmətlərini SSRİ boyda nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri kimi Kremldə çalışdığı illərdə də əzmlə davam etdirir, Azərbaycan xalqı isə yetirdiyi övladının ümumilikdə dünyanın taleyini həll edən insanların önündə dayanmasından böyük qürur, fəxarət hissi keçirirdi. Heydər Əliyev bütün türk dünyası üçün Kremldə parlayan günəş idi. Onun hərarəti dünyanın hansı səmtində yaşamasından asılı olmayaraq özünü türk soyuna bağlı sayan hər bir insanın ürəyini isidirdi. Sov. İKP MK-nın Siyasi Bürosunun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində Heydər Əliyevə kifayət qədər böyük səlahiyyətlər verilmişdi. Nəhəng bir ölkənin 14 nazirliyinə o rəhbərlik edirdi. Maşınqayırma, yüngül sənaye, nəqliyyat, mədəniyyət və təhsil kimi ən mühüm sahələr məhz Heydər Əliyevin nəzarətində idi. Baykal-Amur magistralının tikintisinə, həmin xətt boyunca yüzlərlə stansiya, vağzal və şəhərin inşasına məhz ulu öndərimiz rəhbərlik edirdi.

Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa malik Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Təkcə bizim xalqımız deyil, bütün dünya bu görkəmli dövlət xadiminə, əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış insana həmişə dərin hörmət və ehtiram bəsləyib.

Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik... “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” — deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu.

Ən sevindirici hal odur ki, indi ulu öndərimizin ölməz ideyaları möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xalqın iradəsi ilə ölkə Prezidenti seçilmiş cənab İlham Əliyev milli maraqlarımızın qorunmasında, əhalinin maddi rifah halının yaxşılaşdırılmasında qəti və prinsipial mövqe nümayiş etdirir. O cümlədən hər bir vətəndaşın hüquqlarına hörmətlə yanaşılmasının, insanlara qayğı göstərilməsinin bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulması Heydər Əliyev siyasi kursunun bu gün də layiqincə davam etdirildiyinə əsaslı sübutdur. Ümummilli liderimizin istək və arzularını gerçəkləşdirmək üçün möhtərəm Prezidentimiz İlham Əliyev möhtəşəm quruculuq tədbirləri, islahatlar həyata keçirir. Ötən müddət ərzində dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu tərəqqi hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. Bu onu göstərir ki, Heydər Əliyevin dövlətçilik ideyaları yaşayır və ulu öndərimizin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə aparır. Bu yol Azərbaycanın milli müstəqillik yoludur, inkişaf, tərəqqi, sabitlik, sülh və əmin-amanlıq yoludur.

 

Bağır MURADOV,

Azəraqrartikinti” SC-ninAqrartikintiservisfirmasının baş direktoru.

 Respublika.-2014.-8 may.-S.10.