Azərbaycan səhiyyəsinin
hamisi
Bu gün Azərbaycan
öz inkişafının
yüksək mərhələsini
yaşayır. Həyatımızın bütün sahələrində
möhtəşəm quruculuq
işləri, köklü
islahatlar aparılır.
Təbii
ki, belə bir inkişaf dövrünə çatmaq
üçün respublikamız
ağır sınaqlardan
çıxmış, çətinliklər
dəf etmişdir.
Müstəqilliyimizin ilk illərində bütün sahələrdə
olduğu kimi, səhiyyədə də tənəzzül yaşanmışdı.
Yalnız ümummilli lider
Heydər Əliyevin xalqın xahişi ilə Azərbaycanda hakimiyyətə qayıdışı
anarxiyaya, tənəzzülə
son qoydu. Müstəqil Azərbaycan dövləti
tənəzzüldən inkişafa
doğru istiqamət götürdü. Məhz bu
dövrdə səhiyyə
sahəsində köklü
islahatlara başlandı.
1 milyondan artıq
qaçqın və məcburi köçkünü
olan respublikamızda iqtisadi islahatlarla yanaşı, insanların
sağlamlığı üçün
böyük tədbirlər
həyata keçirildi.
Bir çox epidemiyaların başlanması ehtimalı
var idi, tibbi xidmət isə çox aşağı vəziyyətdə
idi. Məhz ulu öndərimiz
Heydər Əliyevin səhiyyəyə olan diqqət və köməyi sayəsində
bu ağır dövrdə respublikada epidemiyalar nəinki baş vermədi, bəzi yoluxucu xəstəliklər—poliomielit və
difteriya ləğv edildi. YUNESKO-nun xətti ilə ölkə üçün
poliomielit, difteriya əleyhinə vaksin alındı və Azərbaycana poliomielitdən
azad ölkə sertifikatı verildi.
Dünya Səhiyyə Təşkilatının
hesabatına görə,
Azərbaycanda əhalinin
sağlamlıq göstəriciləri
ildən-ilə yüksəlir. Bu illər ərzində səhiyyənin qanunvericilik
bazası yaradılıb,
səhiyyə ilə bağlı qanunlar qəbul edilib. Ümumiyyətlə, tibbi xidmətin
keyfiyyətcə müasir
standartlar səviyyəsinə
yüksəldilməsi, vətəndaşların
sağlamlığının etibarlı təminatı məsələləri bütün
zamanlarda dövlətin
üzərinə götürdüyü
sosial öhdəliklər
sırasında mühüm
yer tutur. Ümummilli liderimiz Heydər Əliyev respublikaya rəhbərliyinin bütün
dövrlərində səhiyyə
sisteminin inkişafını,
bu sahənin maddi-texniki bazasının,
kadr potensialının
gücləndirilməsini, ifrastrukturun
yeniləşdirilməsini daim
diqqət mərkəzində
saxlamışdır.
1993-cü ildə təkrar
hakimiyyətə qayıdışından
sonra ulu öndərin rəhbərliyi
ilə həyata keçirilməyə başlayan
islahatlar tibb sahəsində də özünü göstərdi,
səhiyyənin səmərəsinin
yüksəldilməsi və
intensivləşməsi üçün
şərait yarandı. Səhiyyə
sahəsində, ilk növbədə
mövcud nöqsanların
aradan qaldırılması,
əhaliyə göstərilən
xidmətin yüksək
səviyyəyə çatdırılması,
dağıdılmış sistemin bərpası və təkmilləşdirilməsi,
təmir, tikinti, abadlaşdırma işlərinin intensivləşdirilməsi,
saxta dərmanların əhaliyə
satılmasına qarşı
mübarizə, kadrların
hazırlanması məsələlərınin
nizamlanması və digər konkret fəaliyyət istiqamətlərı
müəyyənləşdirildi. Qısa müddət ərzində
bu istiqamətləri özündə əks etdirən islahatlar konsepsiyası hazırlanıb
həyata keçirildi.
Dövlətimizin sosialyönümlü siyasəti nəticəsində
səhiyyənin inkişafı
və əhalinin sağlamlığının qorunması
problemləri ardıcıllıqla
öz həllini tapmağa başladı.
1995-ci il dekabrın 29-da Respublika Ailə-Sağlamlıq
Mərkəzinin açılış
mərasimində çıxış
edən ulu öndər hələ sovetlər dönəmində
Azərbaycanda səhiyyənin
inkişaf etdirilməsi
üçün böyük
işlər görüldüyünü,
o zaman yaradılan iri səhiyyə mərkəzlərinin, xəstəxanaların,
müalicə ocaqlarının
bu gün də xalqımıza xidmət etdiyini qeyd edərək, Moskvada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olarkən bütünlükdə Sovetlər
İttifaqının səhiyyəsinin
problemlərini çox
yaxından bildiyini, Azərbaycanda səhiyyənin
yüksək səviyyədə
olmasına baxmayaraq, əhalinin tibb yardımı ilə təmin olunması üçün heç də yetərli olmadığını deyirdi.
Ailə-Sağlamlıq Mərkəzinin
yaradılmasını zərurət
hesab edən ulu öndər ailənin sağlamlığı
probleminin həlli, müasir dövrün insanlarının sağlamlığı
üçün yaratdığı
bəzi zərərli
meyillərin qarşısının
alınması, bugünkü
və gələcək
nəsillərin sağlam,
yüksək fiziki və zehni qabiliyyətə
malik insanlar kimi yetişməsi istiqamətində mühüm,
gərəkli olduğunu
vurğulamış, həmişə
dəyər verdiyi tibb işçiləri haqqında xoş sözlər demişdir: “Səhiyyə işçilərinə
daim hörmət və ehtiram göstərdiyimi bildirirəm.
Dövlət tərəfindən,
şəxsən mənim
tərəfimdən bütün
imkanlardan istifadə edilərək səhiyyəyə
bundan sonra da diqqət, qayğı göstəriləcəkdir...”.
Ulu öndər
ömrünün, fəaliyyətinin
sonuna qədər bu şərəfli peşə adamlarından,
bütünlükdə səhiyyənin
inkişafı üçün
köməyini əsirgəmirdi. Eyni zamanda
onlara inam və etibarını dönə-dönə ifadə
edərək, dövlət
tərəfindən göstərilən
diqqət və qayğıya görə səhiyyə işçilərini
öz üzərlərinə
düşən vəzifələri
şərəflə yerinə
yetirməyə səsləyirdi.
Ulu öndər
Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının digər
sahələri kimi, insanların sağlamlığında
mühüm rol oynayan səhiyyə ocaqlarının da inkişafına, bu sahədə mövcud problemlərin tez bir zamanda aradan
qaldırılmasına çalışır. Dövlət büdcəsindən səhiyyəyə
ayrılan vəsaitlərin
ildən-ilə artırılması
tibb müəssisələrinin
fəaliyyətinin, ümumilikdə
tibbi xidmətin çağdaş tələblər
səviyyəsinə qaldırılmasına
yeni imkanlar açır. Azərbaycan Prezidenti
cənab İlham Əliyev çıxışlarında
dəfələrlə vurğulamışdır
ki, “biz artan iqtisadi imkanlarımızı,
ilk növbədə, sosial
sahələrin inkişafına,
o cümlədən səhiyyənin
problemlərinin həllinə
yönəltməliyik”.
Səhiyyənin son illərdəki əhəmiyyətli
dərəcədə artan
büdcəsinə nəzər
saldıqda dövlət
başçısının verdiyi vədlərin real işə söykəndiyi
bir daha təsdiqlənir. Müstəqil respublikamız ötən
illərdə səhiyyə
sahəsində həlledici
uğurlara imza atmışdır. Respublika
Prezidentinin təşəbbüsü
ilə son illərdə
Səhiyyə Nazirliyi
tərəfindən ən
vacib sahələr üzrə - “Qanun, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair Dövlət Proqramı”,
“Hemofiliya və talasemiya irsi qan xəstəliyi üzrə Dövlət Proqramı”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına
dair Tədbirlər Proqramı”, “Onkoloji xəstələrin həyati
vacib şiş əleyhinə preparatlarla təminatı üzrə
Tədbirlər Proqramı”,
“Ana və uşaqların
sağlamlığının qorunması haqqında Tədbirlər Proqramı”
hazırlanmış və
Nazirlər Kabineti tərəfindən qəbul
edilmişdir.
Bu gün respublikamızda
uğurla həyata keçirilən səhiyyə
islahatları, eyni zamanda, infrastrukturun yeniləşdirilməsinə, tibbi
xidmətin səviyyəsinin
yüksəldilməsinə xidmət edir. Aparılan genişmiqyaslı
islahatlar milli səhiyyə sistemimizin sürətlə inkişafına
təkan verir, insanların sağlamlıq
imkanlarını genişləndirir.
Eyni zamanda səhiyyə işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi
də dövlət başçısının diqqət
mərkəzindədir və
bu istiqamətdə də bir sıra
əhəmiyyətli addımlar
atılır.
Ana və uşaqlara
göstərilən tibbi
xidmətin keyfiyyətinin
yaxşılaşdırılması dövlətin sosialyönümlü
siyasətinin əsas prioritet istiqamətlərindəndir. Ölkə rəhbərliyinin
bilavasitə dəstəyi
ilə son illər bu sahədə də mühüm tədbirlər həyata keçirilir.
2005-ci ilin dekabrında Azərbaycan dövləti
və Səhiyyə Nazirliyi uşaq və ana ölümünün
2015-ci ilədək 1990-cı illə müqayisədə
3 dəfədən çox
azaldılması haqqında
beynəlxalq proqrama qoşulmuş, yeniyetmələr
arasında xəstəliklərin
vaxtında aşkar edilməsi, dispanserizasiyası,
müalicə-profilaktika və
sağlamlaşdırıcı tədbirlərin keyfiyyətinin
və səviyyəsinin
yüksəldilməsi məqsədilə
müvafiq sənədlər
paketi hazırlanaraq icrası nəzarətə
götürülmüşdür. Bütün məlumatlar “Vətəndaşların
Elektron Sağlamlıq
kartı sistemi”nə daxil edilmişdir.
Respublikamızda ana və uşaqların
mühafizəsinin kökündən
yaxşılaşdırılması işində Heydər Əliyev Fondunun və onun prezidenti
Mehriban Əliyevanın
böyük xidmətləri
vardır.
Azərbaycan səhiyyəsinin beynəlxalq
aləmdə nüfuzu
getdikcə artmaqdadır. Bu mənada ölkəmizin
2009-cu ildə Kopenhagendə
keçirilən Ümumdünya
Səhiyyə Təşkilatı
Avropa üzrə
Regional Komitəsinin 59-cu sessiyasında
komitəyə üzv
seçilməsi qürur
doğurucu bir faktdır. 2011-ci ildə isə ÜST-nin Avropa üzrə
Regional Komitəsinin 61-ci sessiyası
Bakıda keçirilmiş
və bu beynəlxalq tədbirdə
Azərbaycan Ümumdünya
Səhiyyə Təşkilatının
İcraiyyə Komitəsinin
üzvü seçilmişdir
ki, bu da
əlamətdar hadisədir.
Göründüyü kimi, Azərbaycan səhiyyəsi müstəqillik
illərində böyük
və sürətli inkişaf yolu keçmişdir. Əminliklə demək olar ki, respublika əhalisinin sağlamlığının
qorunması istiqamətində
tədbirlər bundan sonra da geniş
miqyasda həyata keçiriləcək, bu məqsədlə Səhiyyə
Nazirliyi tərəfindən
qəbul edilən gələcək 5 ili əhatə edən strateji plana əsasən milli səhiyyəmiz daha böyük uğurlar qazanacaqdır.
Ceyran MƏMMƏDOVA,
1 saylı
Uşaq Poliklinikasının
baş həkimi.
Respublika.-2014.-8 may.-S.10.