Heydər Əliyev və Azərbaycan gəncliyi

 

Respublikamızın ictimai-siyasi həyatında Yeni Azərbaycan Partiyası yenilməz sarsılmaz bir qüvvə kimi fəaliyyətini uğurla davam etdirir. Ötən əsrin axırlarında obyektiv zərurətdən meydana gəlmiş YAP öz tarixi ərzində müstəqil Azərbaycanın bütün problemləri ilə birgə yaşamış, onunla birlikdə yetkinləşmiş siyasi təşkilatdır.

YAP-ın yaranması bir tərəfdən tarixi zərurətdən irəli gəlmişdisə, digər tərəfdən Heydər Əliyev müdrikliyinin və uzaqgörənliyinin təsdiqi demək idi. Ölkəmizin keçdiyi inkişaf yolunda mühüm rol oynayan YAP-ın yaradıcısı olan ulu öndərimiz bu təşkilatı meydana gətirməklə Azərbaycanın siyasi gələcəyini müəyyənləşdirdi, obyektiv tarixi zərurəti reallığa çevirdi.

Heydər Əliyev insan azadlıqlarının, əmin-amanlıq və sabitliyin hakim olduğu bir dövlət yaratdı, ömrünün son günlərinədək bu mühüm nailiyyətin keşiyində durdu, onu göz bəbəyi kimi qorudu. Ulu öndərin dövlət quruculuğu və dövlətçilik siyasəti dünya liderlərinin fəaliyyətinə örnək olmağa layiqdirzaman keçdikcə, onun ideyalarından və məktəbindən bəhrələnəcəklər.

Heydər Əliyev dühası ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, milli həmrəylik bərqərar oldu, cəbhədə atəşkəsə nail olundu, ordu quruculuğu həyata keçirildi, dövlət çevrilişlərinin qarşısı alındı. İqtisadiyyatda böhran aradan qaldırıldı, bazar iqtisadiyyatını formalaşdıran islahatlar həyata keçirildi. Azərbaycan nüfuzlu dünya təşkilatlarına, o cümlədən Avropa Şurasına tamhüquqlu bir ölkə kimi daxil oldu. Xarici ölkələrlə bərabərlik, qarşılıqlı hörmət və milli mənafeyimizə uyğun şərtlər daxilində diplomatik münasibətlər yaradıldı, ulu öndərin rəhbərliyi altında hazırlanan düşünülmüş konsepsiya əsasında tarazlaşdırılmış xarici siyasət kursu müəyyənləşdirilərək həyata keçirildi. Həmin siyasət bu günuğurla davam etdirilir.

Azərbaycan dərin sosialiqtisadi böhran keçirən zamanlarda partiyamız Heydər Əliyevin rəhbərliyi altında ön mövqelərdə fəaliyyət göstərib. Azərbaycan dövlətinin başının üstünü təhlükə alanda, YAP həmişə ön səngərlərdə xalqımıza arxa, dövlətçiliyimizə dayaq olmuşdur. Ölkədə ictimai-siyasi sabitliyin və əmin-amanlığın bərqərar olmasında, bazar iqtisadiyyatı əsasında neft strategiyasının işlənib hazırlanmısında və reallaşdırılmasında YAP-ın  köməyi böyükdür.

İndi xalqımız Heydər Əliyevin siyasi varisi — yüksək intellektli, praqmatik düşüncəli, müasir iqtisadiyyatın və dünya siyasətinin bilicisi, son dərəcə enerjili və təşəbbüskar şəxsiyyət olan hörmətli Prezidentimiz İlham Əliyevin  ətrafında sıx birləşmişdir. Prezidentimizin rəhbərliyi ilə bütün regionların inkişaf etdirilməsinə, vətəndaşların firavan yaşamasına nail olunmuşdur. Prezident dəfələrlə bəyan etmişdir ki, ölkədaxili siyasətin ən öncül, ən önəmli istiqaməti Azərbaycanın hər bir guşəsini, regionunu abadmüasir bölgəyə çevirməkdir. Rayonlara müntəzəm səfərlər, sakinlərlə işgüzar və səmimi görüşlər həmin siyasətin reallaşmasına əvəzsiz və misilsiz kömək olmuşdur.

Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin iclasında cari ilin birinci rübünün yekunları  haqqında danışarkən bir daha göstərmişdir ki, regionlarda mühüm tədbirlər həyata keçirilmiş, yaşayış məntəqələri sosial-mədəni cəhətdən simasını tanınmaz dərəcədə dəyişdirmişdir. Bu da inkişafımızın düşünülmüş qaydada, dərin elmi-nəzəri əsaslarla hazırlanmasından irəli gəlir.

Dövlətimizin həyata keçirdiyi tədbirlər sayəsində respublikada əhalinin sosial həyat səviyyəsi getdikcə yüksəlir, yeni yerləri yaradılır, əmək haqları və pensiyalar müntəzəm olaraq çoxalır. Əlillərə, ahıllara, şəhid ailələrinə verilən sosial yardımlar artır, aztəminatlı ailələrə müavinətlərin verilməsi sistematik hal alır. Bütün bunların nəticəsində əhalinin xoşbəxt gələcəyə, işıqlı sabaha inamı artır, müstəqilliyimizin dayaqları möhkəmlənir, gələcək nəsillərin firavan həyatı üçün etibarlı təminat yaranır.

Bütün bunlar Vətənimizin qüdrətinin daha da artırılması üçün son dərəcə böyük iradə, gərgin mübarizə bahasına əldə edilmiş nailiyyətlərdir və əminəm ki, bu nailiyyətlər müstəqilliyimzin daha da möhkəmləndirilməsində bundan sonra da baza rolunu oynayacaqdır.

YAP sədri cənab İlham Əliyev qeyd etmişdir ki, “Yeni Azərbaycan Partiyası güclü təşkilatdır. Azərbaycanın ictimai-siyasi həyatında müstəsna rola malikdir. Heç bir siyasi qüvvə Yeni Azərbaycan Partiyası ilə rəqabət aparmaq iqtidarında deyildir”. Bu qiyməti YAP öz fəaliyyətində nümayiş etdirdiyi mətinlik, ölkənin siyasi həyatında göstərdiyi şəriksiz və şəksiz liderliyi ilə qazanmışdır. İndi məsləkdaşlarımızın ən ümdə borcu bu liderliyi qoruyub saxlamaqdır.

Azərbaycanın müasir və gələcək inkişafında, xalqımızın tarixi taleyində mühüm rol oynayan, YAP-ın sıralarına daha çox gənc qüvvələrin gəlməsi təbii hala çevrilmişdir. Bu gün onlar partiyamızın lider mövqeyinin təmin olunmasında ən mübariz qüvvələrin təmsilçisidirlər və həmin partiya üzvləri öz təşəbbüskarlıqları, fəallıqları ilə YAP üzvü olmaq kimi şərəfə layiq olduqlarını daim sübut edirlər. Onlar öz qabiliyyətlərinə və fəal mövqelərinə, bilik və bacarıqlarına görə idarəetmə orqanlarında, istehsal və xidmət obyektlərində aparıcı rola malikdirlər.

Beləliklə, Heydər Əliyevin ideyaları hər zaman yaşayır, gələcəyə parlaq nur saçır və qalib gəlir. Böyük düha sahibinin zəkasının və uzaqgörənliyinin bəhrəsi olan partiyamız isə öz sıralarını gündən-günə möhkəmləndirir. Bizim nəslin insanları, övladlarımız, Azərbaycanın bütün oğul və qızları ulu öndərimizin parlaq ideyalarını daim qorumalı, yaşatmalı, inkişaf etdirməli, onun müqəddəs vəsiyyətlərini layiqincə həyata keçirməlidirlər. Unutmayaq ki, bizim bu günümüz kimi, sabahımız da Heydər Əliyev zəkasının məhsulu olan kursla daha da irəli gedəcəkdir.

 

Xoşbəxt AĞAYEVA,

30 saylı TSEK-in sədri, YAP Biləsuvar rayon

Təşkilatı Qadınlar Şurasının sədri.

Respublika.-2014.-8 may.-S.10.