“Tour d’Azerbaidjan-2014”də ilk mərhələnin liderləri məlum olub

 

Dünən Azərbaycanda növbəti iri idman yarışı - UCİ 2.1 kateqoriyalı “Tour d’Azerbaidjanbeynəlxalq veloturu start götürmüşdür. İlk belə veloyürüş iki il əvvəl yaşı 23-dən çox olmayan gənc velosipedçilər arasında keçirilmişdir. Bir il sonra qitə komandaları arasında “Tour d’Azerbaidjankeçirilmişdir. Hər iki veloyürüşün təşkilati səviyyəsi UCİ tərəfindən yüksək qiymətləndirilmişdir. Odur ki, “Tour d’Azerbaidjanveloyürüşünə daha yüksək 2.1 kateqoriyası verilmişdir. Bununla əlaqədar olaraq, budəfəki veloyürüşdə qitə milli komandalarla bərabər, qitə miqyaslı komandalar çıxış edirlər. “Tour d’Azerbaidjan - 2014” yarışlarında 25 komandanın tərkibində dünyanın 22 ölkəsindən 150 velosipedçi yarışır.

Dövlət Bayrağı Meydanının dəstəyi ilə buradan start götürüb Sumqayıtda başa çatan yürüşün qalibi İtaliyanınAndroni Giocattoliklubunun üzvü, hollandiyalı Kenni van Hummel olub. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterə verilən yaşıl köynək ona qismət olub.

UkraynanınKolss Cyclind Team” komandasının velosipedçisi Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ velosipedçisi kimi qırmızı köynəyə sahib çıxıb. İspaniyanınCaja Rural Seguroskomandasında çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku” komandasında ən yaxşı göstəriciyə Maksim Averin imza atıb - o, finiş xəttəni liderlə eyni vaxtda keçsə , 4-cü olub.

Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. İsveçin “Development Team Giant-Shimano” komandasının üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.

Sumqayıtın əsas meydanında qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, yarışın təşkilat komitəsinin sədri Sahib Ələkbərov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iştirak ediblər.

Sonra “Tour d’Azerbaidjan - 2014” veloyürüşünün birinci turunun yekunları ilə bağlı mətbuat konfransı keçirilib. Veloyürüşün 1-ci mərhələsinin qalibi Kenni van Hummel mətbuat konfransında qələbəsini belə şərh edib: “Yollarınız çox gözəldir. Fikrimcə, bu gedişlə yarış yalnız inkişaf edə bilər. Startdan əvvəl küləkdən ehtiyat edirdim. Çünki güclü külək əsirdi. Lakin 5 km qət edəndən sonra bir az rahatlaşdım. Hələlik özümü yarışın deyil, mərhələnin qalibi görürəm. Sabah da eyni uğuru qazanmağa çalışacam”.

Mətbuat konfransında iştirak edən “Tour d’Azerbaidjan-2014  veloyürüşünün fəxri qonağı, 2008-ci il “Tour de France”in qalibi, ispaniyalı Karlos Sastre isə idmançılar qonaqlar üçün yaradılan imkanlara görə təşəkkürünü bildirib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, təşkilat komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərin suallarını cavablandırarkən bunları deyib: “Bugünkü mərhələnin fərqlənənləri çox çətin şəraitdə mübarizə aparıb qalib oldular. Azərbaycanda 11 iqlim qurşağından 9-u var. Bu gün bunlardan birini qonaqlara göstərdik...

İdmançılar səhra yarımsəhra ilə tanış oldular. Sabah isə İsveçrə Avstriya iqlimlərini görəcəksiz. Növbəti mərhələlərdə başqa bir gözəlliyin şahidi olacaqsız. “Synergy Baku”nun üzvü Maksim Averinin göstəricisi yaxşıdır. Komandamız liderlər qrupuna düşə bildi. Düşünürəm ki, növbəti mərhələlərdə velosipedçilərimiz özlərini daha yaxşı göstərəcəklər. Sumqayıtda da hər şey əla idi buna görə şəhər rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Gələcəkdə belə hətta daha yaxşı olacaq”.

Yarışlara yüksək səviyyədə hazırlaşdığına görə Sumqayıt rəhbərliyinə minnətdarlığını bildirən S.Ələkbərov idmançıları fəal dəstəkləyən azarkeşləri xüsusi qeyd edib.

Qeyd edək ki, veloyürüşün ikinci mərhələsi bugün Bakıdan başlayıb İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.

 

Ülvi QARAYEV,

Respublika.-2014.-8 may.-S.15.