Müasir strateji inkişaf kursunun müəllifi

 

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi dahi şəxsiyyətlərdən biridir. Azərbaycan tarixinin böyük bir qərinəsini əhatə edən taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə, onun mübarizə yoluböyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.

Heydər Əliyev bəşər tarixinə özünəməxsus siyasi dəst-xətti, idarəçilik üslubu və yaradıcılıq əzmi olan böyük şəxsiyyətlərdən biri kimi daxil olmuşdur. Ulu öndərimizin zəngin irsi çoxəsrlik Azərbaycan tarixində müstəsna yer tutur.

Dahi şəxsiyyət Heydər Əliyevi Azərbaycanın son 200 illik tarixində olan digər liderlərdən fərqləndirən əhəmiyyətli və nadir üstünlük odur ki, o, düşüncəsində olan nəzəriyyələri reallaşdırmaq qüdrətinə malik dövlət xadimiömrünü xalqına həsr edən dahi insan idi.

Ötən əsrin 60-cı illərində Azərbaycan keçmiş ittifaqın geridə qalmış respublikalarından biri idi, milli dəyərlərimizə ögey münasibət bəslənilirdi. Yalnız 1969-cu ildə ulu öndər Heydər Əliyev ölkəyə rəhbər təyin olunduqdan sonra aşınmaya məruz qalmış milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz, dilimiz, bir sözlə xalqımızın mənsub olduğu özünəxas xarakterik xüsusiyyətlər bərpa edildi. O zamandan etibarən dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi sayəsində Azərbaycan bütün sahələrdə inkişaf yoluna qədəm qoydu.

Heydər Əliyevin dahiliyi, siyasi idarəçilik təcrübəsi, klassikmüasir mənada dövlətçiliyin təməl prinsiplərinə  dərindən bələd olması və siyasi fəaliyyəti boyu bu prinsiplərə istinad etməsi qüdrətli şəxsiyyətin uzaqgörənliyini, müdrikliyini, ən çətin vəziyyətlərdə yeganə doğru qərar qəbul etmək bacarığını və qələbələrini şərtləndirən amillərdəndir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prsesi başlandı. Xalqın təkidli tələbi və çağırışı ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtmış Heydər Əliyev güclü daxili potensiala malik yeni milli dövlət sistemi yaratdı. Ümummilli lider bu sistemi bir çox cəhətdən özünün nadir istedadı, uzun illər respublikanın rəhbəri, sonra isə nəhəng sovet dövlətinin rəhbərlərindən biri kimi topladığı əməli təcrübəsi  hesabına qurdu.

Zəngin dövlətçilik təcrübəsinə malik ulu öndər Azərbaycanın sürətli, hərtərəfli və uzunmüddətli inkişafını təmin edən iqtisadisiyasi kursu müəyyənləşdirərək həyata keçirməyə başladı. Cəmiyyətin bütün sahələrində sürətli islahatlar aparıldı, güclü ordu yaradıldı, vətəndaş cəmiyyəti bərqərar edildi. 1994-cü ildə “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası ümumxalq referendumundan sonra qəbul olundu.

Heydər Əliyev öz  bəşəri ideyaları, müdrik fikirləri, xeyirxah əməlləri, cəsarətli, çevik siyasi gedişləri Vətənə, xalqa məhəbbəti ilə dünyada böyük nüfuz qazandı. Bu ömür günlərlə, aylarla, illərlə deyil, qərinələrlə, əsrlərlə ölçülür və Azərbaycan dövləti və xalqı yaşadıqca, Heydər Əliyev də yaşayacaq yad ediləcək və xatırlanacaqdır. Ulu öndərimizin ölməz ideyalarının işığında xalqımız keçilməz yolları keçəcək, öz inkişafının ən yüksək mərhələsinə çatacaqdır.

Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi idman sahəsində də müsbət dəyişikliklər baş vermişdir. Ulu öndərimizin 1995-ci il martın 5-də İdman Sarayında ölkənin tanınmış idmançıları və onların məşqçiləri ilə görüşməsi, burada dolğun çıxışı ilə idmançılara mübarizlik, iradə və qətiyyət aşılaması bu qayğı və diqqətin bariz nümunəsidir.

2003-cü ilin oktyabrında möhtərəm İlham Əliyev dövlət başçısı seçildikdən sonra ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirmişdir. 2005-ci il martın əvvəllərində Prezidentin hər il martın 5-nin “Bədən tərbiyəsi və idman gü kimi təsis edilməsi haqqında” imzaladığı sərəncamı və bu sahədə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının təsis edilməsi haqqında fərmanı idman sahəsində çalışanlara dövlət səviyyəsində diqqət və qayğının göstəricisidir.

Bu gün Azərbaycan idman ölkəsinə çevrilmişdir. Məhz bunun nəticəsidir ki, 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçiriləcəkdir. I Avropa Oyunlarına ev sahibliyi edən Bakı şəhərində geniş hazırlıq işləri aparılır. Bu yaxınlarda Avropa Olimpiya Komitəsinin prezidentiKoordinasiya Komitəsinin üzvləri Bakıda olmuşlar. Onlar Bakıda görülən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlərində tikinti işləri gedir. Olimpiya stadionu, Su İdman Sarayı, Gimnastika arenası, atıcılıq mərkəzi tikilir, digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün olimpiya şəhərciyi, demək olar ki, hazırdır.

Müasir tariximizin bütöv bir epoxası dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Onun qurduğu, möhkəmləndirdiyi müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı sabaha, daha firavan gələcəyə doğru inamla irəliləyir.

 

Ağacan ABİYEV,

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman

Akademiyasının rektoru, professor, millət vəkili.

Respublika.-2014.-9 may.-S.6.