Ümummilli liderin ideyaları gerçəkləşir

 

Azərbaycan xalqının ümummilli iideri Heydər Əliyevin uzaqgörən siyasəti gərgin fəaliyyəti nəticəsində dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində ölkəmizin sosial-iqtisadi inkişafı dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunub.

Ölkədə hökm sürən özbaşınalıqdan, hakimiyyətsizlikdən təngə gələn, vətənini, xalqını sevən bütün insanlar ulu öndər Heydər Əliyev şəxsiyyəti ətrafında sıx birləşdilər. Sıralarında möhkəm əqidəli insanları birləşdirən Yeni Azərbaycan Partiyasıda həmin  vaxtlarda bir təşkilat kimi formalaşdı, yeniləşdi  ümumxalq partiyasına çevrildi. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunumövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejimininKommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası iiə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.

Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədr müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dincfiravan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosiai ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur. Bu gün heç bir siyasi qüvvə YAP ilə rəqabət aparmaq iqtidarında deyil. İndi biz böyük qürur hissi ilə deyirik ki, partiya xalqımıza böyük xidmətlər göstərmiş, xalqımızı o ağır günlərdən, çətin sınaqlardan çıxarmışdır. Fəaliyyət göstərdiyi müddətdə YAP ölkənin ən qabaqcıl siyasi ideya məktəbinə çevrilmişdir. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Yeni Azərbaycan Partiyası sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus aparıcı yol tutmuş bir partiyadır”.

Bu gün partiyanın 626 983 nəfər üzvü var. Partiyaya üzvlük fərdidir. Partiyanın Nizamnaməsini və Proqramını qəbul edən, siyasi partiyada üzvlüyü Konstitusiyaya görə qadağan olunmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının 18 yaşına çatmış, fəaliyyət qabiliyyətli hər bir vətəndaşı dinindən, dilindən, sosialetnik mənşəyindən asılı olmayaraq partiyanın üzvü ola bilər. Partiyaya qəbul şəxsi ərizə və ilk təşkilatın qərarı əsasında aparılır.

Partiyadaşlar sırasında rabitə və yüksək texnologiyalar sektorunda çalışan yüzlərlə insan var. Belə ki, YAP-ın Səbail rayon təşkilatına daxil olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk ərazi təşkilatı bu gün özündə 318 nəfər partiya üzvünü birləşdirir ki, bunlardan 140 nəfərini qadın, 188 nəfərini isə gənclər təşkil edir. 2013-cü ildə ilk partiya təşkilatı üzrə 7 nəfər YAP sıralarına daxil olub. Bunlardan 4-ü gənc, o cümlədən 3-ü qadın olmuşdur. İlk ərazi təşkilatı öz fəaliyyətində rabitə müəssisələrində YAP-ın təşkilatlanmasına, rabitəçilər arasında təbliğat və izahat işlərinə, gənclər arasında Heydər Əliyev ideyalarının təbliğinə geniş yer vermiş, ölkədə gedən ictimai-siyasi hadisələrdən kənarda qalmamışdır. Həmçinin ilk təşkilatımızın üzvləri tərəfindən RamazanQurban bayramları münasibətilə Qarabağ əlillərinə, I və II qrup əlillərə, tənha qocalara, Böyük Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, 20 Yanvar hadisələrində həlak olanların ailələrinə, qaçqın və məcburi köçkünlərə maddi yardımlar paylanılmış, onların toyyas mərasimlərinin keçirilməsinə maddi köməkliklər göstərilmiş, rabitəçi idmançıların müxtəlif beynəlxalq yarışlarda iştiraklarına dəstək verilmişdir. Bundan başqa, təşkilatımız tərəfindən hemofiliya, talassemiya, leykemiyas. bu kimi qana kəskin ehtiyac olan xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsi üçünQan verək - uşaqlarımızı xiias edək” devizi altında nazirlikdə xeyriyyə aksiyası keçirilmişdir. Eyni zamanda müxtəlif elmi-praktiki  konfrans və tədbirlər təşkil olunmuşdur.

Bu il mayın 2-3-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və təşkilatçılığı ilə Heydər Əiiyevin anadan olmasının 91 illiyi ilə bağlı təşkil edilən “Davamlı inkişaftexnoloji innovasiyalar” Beynəlxalq elmi-praktik  konfransı da bu qəbildəndir.

Müasir informasiyakommunikasiya texnologiyaları əsasında texnoloji proseslərin avtomatlaşdırılması, sahələrin iqtisadiyyatı, menecmenti və ekologiyası, qida sənayesində texnoloji innovasiyalarekspertiza, maşınqayırma sənayesində yeni texnikatexnologiyalar, tekstilyüngül sənaye sahələrində innovasiya texnologiyaları və ekspertizaları bölmələri üzrə 5 seksiyada keçirilən konfransda respublikanın müxtəlif universitet və elmi-tədqiqat institutlarının mütəxəssisləri iiə yanaşı, Rusiya, Gürcüstan, Türkiyə və sair ölkələrdən dəvət olunmuş alimlər elmi məruzələrlə çıxış etdilər.

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Valdis Zatlerskonfransda iştirak etmişdir. O öz çıxışında belə bir mötəbər tədbirdə, xüsusilə Heydər Əliyev kimi dahi şəxsiyyətin doğum gününə həsr olunmuş konfransda iştirak etməsindən qürur duyduğunu bildirmişdir. O, dəfələrlə Azərbaycanda olduğunu, həmçinin iki dəfə Gəncəyə səfər etdiyini diqqətə çatdıraraq hər gəlişin onda böyük təəssürat yaratdığını qeyd etmişdir.

Azərbaycanda gedən sürətli inkişafa heyran qaldığını söyləyən Valdis Zatlers bu yüksəlişə, bu inkişafa görə bütün Azərbaycan xalqının dahi rəhbər Heydər Əliyevə borclu olduğunu söylənıişdir. Qonaq demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra hansı respublikada layiqli lider oldusa, həmin ölkə inkişaf yoluna çıxdı və belə respublikalardan biri, mən deyərdim ki, birincisi elə Azərbaycan oldu. Buna görə də Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev kimi ümummilli lideri vardır. Ümumiyyətlə, bir siyasi xadimi xarakterizə edərkən onun fəaliyyətini göz önünə gətirmək lazımdır. Əgər Azərbaycan bu gün davamlı və dayanıqlı inkişafdadırsa, buna görə bütün xalq liderinə minnətdardır. Onun qurduğu bu dövlətin möhkəmliyini nəinki indiki nəsil, gələcək nəsillər də hiss edəcəklər.

Dahi lider Heydər Əiiyev həyatın elə bir sahəsi yoxdur ki, ora nüfuz edib, inkişafına diqqət və qayğı göstərməsin. Bu gün Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafı, mən deyərdim ki, dünya səviyyəsinə çıxmışdır. Bütün bunlar böyük öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bəli, hər bir xalqın fəxr etdiyi bir lideri olur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olmuşdur.

Öz növbəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov müasir dövrün ən aktual məsələlərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. “Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada müasir texnologiyalar tətbiq olunmasın. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir çox yeniliklərə imza atmışdır. Artıq insanlar bu yeniliklərin bəhrəsini görürlər. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində indi Azərbaycan əhalisinin 70 faizi internet xidmətindən yararlanır. Rəqəmsal televiziyanın tətbiqi davam edir, sabit telefon şəbəkəsi yaradılır. Artıq ucqar kəndlərdə də genişzolaqlı internet şəbəkəsi genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərspace-1” milli peykinin buraxılması bu sahədə olan inkişafımızın göstəricisidir. Artıq 2016-cı ildə yeni müşahidə peykinin buraxılması üçün hazırlıq işləri aparılır. Ümumiyyətlə, respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox layihələrin icrasına başlanılmışdır. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanı bu sahədə daha da irəliyə aparacaqdır”.

Konfrans müzakirə edilən məsələ elə bağlı bəyannamə qəbul etmişdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən guşələrə və fotoşəkillərə baxmışlar.

YAP-ın Səbail rayon təşkilatına daxil olan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilk ərazi təşkilatı bundan sonra fəaliyyətimizi ulu öndərin və partiyamızın adına layiq şəkildə uğurla davam etdirəcəyik.

 

Könül KƏRİMOVA,

RYTN-nın əməkdaşı,

YAP təşkilatı idarə heyətinin üzvü.

 Respublika.-2014.-9 may.-S.6.