MÜDRİK SİYASİ XADİM

 

Müstəqil Azərbaycan son bir neçə ildə  iqtisadiyyatın artım tempinə görə bütün dünyada öncül mövqeyini qoruyub saxlayır. Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı transmilli layihələr ardıcıl olaraq reallığa çevrilir, Azərbaycana siyasiiqtisadi dividentlər, külli miqdarda mənfəət gətirir. Amma ölkəmizin uğurlu inkişafı yalnız iqtisadi göstərilərlə ölçülmür. Biz bu inkişaf və tərəqqini gündəlik həyatımızda, məişətimizdə abadlaşan şəhər və kəndlərimizdə, bütövlükdə gündən-günə qüdrətlənən yeni müasir Azərbaycanın timsalında görürqürur hissi duyuruq. Çox əsrlik dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi inkişaf yoluna çıxarıb. Azərbaycanın çağdaş tarix şöhrətli siyasətçi, ulu öndərimiz Heydər Əliyev adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ilini xalqımız yeni quruculuq nailiyyətləri ilə təntənə ilə qeyd edir.

Onun siyasi kursunu inamla və qətiyyətlə davam etdirən ölkə başçısının da ifadə etdiyi kimi, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz iradəsi, əqidəsi və tarixi uzaqgörənliyi sayəsində mili dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur. Məhz Heydər Əliyev fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

Heydər Əliyevin rəhbərliyi altında mili maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini tapmışdır.

Ulu öndər həyatı boyu həmişə xalqa arxalanmışdır. “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə veribbütün uğurlarımı təmin edib”. Mustəqi Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycanla, xalqımızla bağlı arzuları tükənməz idi, vətənə xalqa olan məhəbbəti hədsiz-hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. O dünyanın hansı nöqtəsinə gedirdisə Azərbaycanı, onun problemlərini ürəyində aparırdı.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqımızın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də həmişə ürəklərdə yaşayacaqdır, onun yolu davam edəcəkdir. Bu yolu onu sevən xalqımız Heydər Əliyev dühasına sadiq olan milyonlar davam etdirəcəkdir. Heydər Əliyev yolunun davam etməsi Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaşımız üçün firavanrahat həyat şəraitinin yaradılması deməkdir. Onun başladığı işi davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq, onun ruhu qarşısında ən ümdə borcumuzdur.

Hələ 1969-cu ildə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi milli tariximizdə əsaslı dönüş mərhələsi olmuşdur. Respublika rəhbərliyinin ilk günlərindən xalqın sabahını düşünən Heydər Əliyev zamanı qabaqlayaraq, Azəbaycanın gələcək və müstəqilliyi üçün mühüm təminatlar yaratmışdır. Məhz həmin illərdən etibarən xalqımızın mili mənlik şüuru yüksəlmiş, xalqın həyat səviyyəsinin yüksəldilməsi üçün bir sıra mühüm sosial-iqtisadi islahatlar həyata keçirmişdir. Azərbaycan keçmiş Sovetlər Birliyinin ən qabaqcıl respublikaları sıralarına daxil olmuşdur.

Məhz o vaxtlardan biz ümummilli liderimizin beynəlxalq aləmdəki, dünya siyasətindəki, şan-şöhrəti ilə fəxr edirik. Heç təsadüfü deyil ki, həmin dövrün tanınmış siyasətçiləri, nüfuzlu təhlilçilər və politoloqlar Sovetlər İttifaqını süqutdan qurtara biləcək dövlət xadimi kimi yalnız Heydər Əliyevin adını çəkirdilər. Əlbəttə, İmperiya təfəkkürlü siyasi dairələr öz intellektual səviyyəsi və parlaq liderlik istedadı ilə fərqlənən azərbaycanlıya belə bir imkan vermədilər. Ancaq Ulu Tanrı Heydər Əliyevi onu yetirmiş doğma xalqına ərmağan etdi.

İttifaq dövlətinin süqutundan sonra ölkədə xaos, özbaşınalıq kuliminasiya həddinə çatdığı bir zamanda yenicə müstəqillik qazanmış respublikamızı parçalanmaq, məhv olmaq təhlükəsindən qurtarmaq üçün Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xalqımızın arzusu idi. Milyonlarla insan bu arzu istəklə ayağa qalxdı və tezliklə ümummilli hərakata başladı. Xalqın dar günündə xalqın təkidi və tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən Heydər Əliyev tarixi xilaskarlıq missiyasını şərəflə yerinə yetirdi. Bununla da böyük öndərin yenidən hakimiyyətə gəlməsi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Bundan sonra iqtisadi sahədə həyata keçirilən islahatların əsasında bazar iqtisadiyyatının formalaşdırılması yolu ilə ümumdaxili məhsul istehsalını artırmaq, qeyri neft sektorunun sürətli inkişafını təmin etməsi məqsədi dayanmışdır. Özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqiiqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması məqsədilə əsaslı islahatların aparılması da Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətindən irəli gəlmişdir.

1995-ci ildən başlayaraq respublikada həyata keçirilən islahatlar Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafına, o cümlədən yerlixarici investisiyalar, müasir texnologiyalar, idarə etmə təcrübəsi cəlb etməklə rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni yerlərinin açılmasına imkan vermişdir. Respublikada sahibkarlığın inkişafı üçün zəruri maliyyə təminatı yaradılmış, süni maneələrin aradan qaldırılması üçün mükəmməl qanunvericilik bazası formalaşmışdır.

Beləliklə, mili tariximizin Heydər Əliyev dövrü özünün daha şərəfli mərhələsinə daxil oldu. Müdrik rəhbərimizin başçılıq etdiyi Azərbaycan regionda sülh və əmin-amanlığın qorunması uğrunda mübarizə aparan dövlətə çevrildi. Bir sıra beynəlxalq və regional layihələrin həyta keçirilməsi ölkəmizin nüfuz qazanmasına səbəb oldu. Bu gün biz cəsarətlə XX əsri Heydər Əliyev əsri adlandıra bilərik, çünki bu dövr nadir zəka sahibinin, fenomenal qabiliyyət sahibinin ölkəmizə rəhbərlik etdiyi illərdir. Azərbaycanın ən böyük mili sərvəti Heydər Əliyev dühasıdır, onun müqayisəyə gəlməz siyasi və dövlətçilik təcrübəsidir. İndi ulu öndərimizin ölməz ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Yaşadığımız dövrün bəşəri əhəmiyyət daşıyan fərqləndirici cəhəti onun minilliklərin qovşağında olmasıdır. Bu bir reallıqdır ki, Azərbaycan yeni minilliyə təkcə müstəqil dövlət kimi daxil olmayıb, həm də özünün alternativi olmayan müdrik siyasi kursunu, mükəmməl siyasi, sosial-iqtisadi və mədəni inkişaf konsepsiyasını gətirib. Təbii ki, qısa zaman keşiyində əldə edilən möhtəşəm uğurlar öz-özünə yaranmayıb. Bunun ən önəmli bir səbəbi ulu öndərimizin zərgər dəqiqliyi ilə işləyib hazırladığı ümumi strategiyada, digər səbəbi isə cənab İlham Əliyevin şəxsiyyətində, onun müstəsna bacarıq və qabiliyyətində, Azərbaycanda və dünyada baş verən proseslərə təsir etmək səriştəsində, nüfuzlu siyasətçi və dövlət xadimi kimi yetişməsində, bir sözlə, dünyada tanınan, sevilən dünya səviyyəli liderdir. Prezident İlham Əliyev ulu öndərimizin idarəçilik məktəbindən maksimum bəhrələnərək bu məktəbin daha da təkmilləşdirilməsinə, onun müasir tələblər səviyyəsinə yüksəlməsinə yeni nəfəs vermişdir. Onun təbirincə desək, Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman qurğuları, yaşayış evləri, inzibati binalar və digər tikililər ucaldılır, yollar salınır. “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası bizim gələcək planımızı əks etdirməklə yanaşı bir daha sübuta yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli təqqisini bu gün də təmin edən irimiqyaslı proqramları xalqımızın sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət göstərir.

 

  Yusif  ƏlƏkbƏrov

Prantşirkətinin prezidenti,

Beynəlxalq mukafatlar laureatı.

 Respublika.-2014.-9 may.-S.8.