DAHİ ŞƏXSİYYƏT

 

Əsl vətəndaş, tarixi şəxsiyyət ümummilli lider. Bu keyfiyyətlərin daşıyıcısı, qüdrətli və böyük insan Heydər Əliyevin Azərbaycan xalqının tarixi taleyində oynadığı rol misilsizdir. Türk dünyasının fəxri olan ulu öndər Heydər Əliyev XX əsrdə Azərbaycan xalqının yetirdiyi böyük dühalardan biri kimi ehtiramla xatırlanır. Zaman ötdükcə, illər keçdikcə, bir çox meyarlar, prinsiplər dəyişir, ancaq obyektiv tarixi meyillərin və həqiqətin meyarı isə dəyişməz qalır. Odur ki, Azərbaycan xalqının ümummilli lideri, dərin zəkası və rəhbərlik etmək istedadı, uzaqgörənliyi və nüfuzu ilə bütün dünyanı heyran qoymuş ulu öndər Heydər Əliyev haqqında keçmiş zamanda danışmaq mümkün deyil.

Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır.  Heydər Əliyev çox maraqlı, mürəkkəb, zəngin, kəşməkəşli bir ömür yolu keçmiş, həyatın bütün çətinliklərindən qalib çıxmış, öz zəhməti, zəkası, fitri qabiliyyəti ilə ən yüksək zirvəyə yüksəlmişdir. Bu uca zirvənin yolları daşlı-kəsəkli olsa da, polad iradəsi, dönməz xarakteri, şəxsiyyət bütövlüyü bu zirvəni fəth etməkdə ona kömək etmişdir. Bütün dünyanın etiraf etdiyi böyük dövlət xadimi, görkəmli siyasətçi, müstəqil Azərbaycan dövlətinin memarı, zəmanəmizin nadir şəxsiyyətlərindən biri Heydər Əliyev çox zəngin irs qoyub getmişdir.

Bu zəngin irsi araşdırdıqca, respublikamızın son 50 illik həyatında bu nəhəng şəxsiyyətin öz xalqına qırılmaz tellərlə bağlı olduğu, onu ürəkdən sevdiyi, Azərbaycanın inkişafı və tərəqqisi naminə böyük işlər gördüyü, bütün varlığını, həyatını Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə həsr etdiyi göz önünə gəlir. Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək onu daim yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində və müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolu olmuşdur.

Heydər Əliyevin yüksək elmi, mədəni və intellektual səviyyəsi  bəşəri xarakter daşıyan hadisələri düzgün qiymətləndirə bilmək istedadı ilə daha da dolğunlaşır. Heydər Əliyev həmişə çıxışlarında yazıçı və şairlərimizin, alimlərimizin, mədəniyyət xadimlərimizin böyük potensiala malik olduğunu bildirmiş, Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında böyük rolu olduğunu bildirmişdir. İftixar hissi ilə demək olar ki, Heydər Əliyev respublikaya rəhbərlik etdiyi 34 illik dövrdə böyük təşkilatçılıq, nəhəng quruculuq işləri ilə yanaşı, zəngin elmi-nəzəri, mənəvi bir irs yaratmışdır. Bu irs qiymətli mənəvi sərvət kimi elmimizin və mədəniyyətimizin “qızıl fonduna daxil edilmişdir. Müasir şəraitdə ölkəmizin gələcək inkişaf yolunu işıqlandıran bu zəngin irsin öyrənilməsinə böyük ehtiyac hiss edilməkdədir.

Heydər Əliyevin elmimizə, tariximizə, dilimizə, milli ideologiyamıza, soykökümüzə həsr edilmiş dərin məzmunlu əsərləri, ideya və fikirləri elm və mədəniyyətin bütün sahələrində aparılan elmi araşdırmaların metodoloji əsasıdır. Bu əsərlər azərbaycanşünaslığa böyük hədiyyədir. Heydər Əliyevin nəzəri irsi həmçinin Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarix, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə hədsiz məhəbbət dərsliyidir. Ulu öndərin hər bir əsəri böyük əhəmiyyətə malikdir.

Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, bu əsərlər isə yaşayacaq, neçə-neçə nəsillərə, Azərbaycan xalqının gələcəyinə xidmət edəcəkdir. Çünki bu əsərlər zamanın sifarişidir, xalqın tarixidir, salnaməsidir. Bu əsərləri zaman özü yaratdığından daim yaşayacaq, gələcəyə işıq saçacaq. Bu əsərlərdəki elmi fikirlər ulu öndərin çox geniş mütaliə dairəsinə, çox zəngin və dərin biliyə, elmi məlumata malik olan bir şəxsiyyət və görkəmli ziyalı olduğunu sübuta yetirir.  Heydər Əliyev elə nadir şəxsiyyətlərdəndir ki, tarix belələrinin əməlləri, fəaliyyəti ilə yaranır. Onun kəşməkəşli həyatı, zəngin bioqrafiyası isə bütöv bir epoxanın canlı salnaməsidir. Bu salnamənin nə az, nə çoxdüz 34 illik bir dövrünü əhatə edən və xalqımızın qadir, yaradıcı əməyini təcəssüm etdirən səhifələri rəhbərin şərəfli və mənalı ömrünün unudulmaz anlarıdır. Heydər Əliyev zəmanəsinin böyük filosofu idi. Onun fəlsəfəsi sülh fəlsəfəsi idi.

Xalqımızın tarixini, mədəniyyətini də

rindən öyrənərək onu öz çıxışları ilə hər bir azərbaycanlıya anlatdı. Xalqı öz adı, mədəniyyəti, tarixi, ədəbiyyatı ilə qürur duymağa səslədi. Öz qətiyyəti, iradəsi və zəkası ilə buna tez bir zamanda nail olaraq xalqın qəhrəman oğluna, öndərinə çevrildi. Ulu öndərimiz hər sahədə olduğu kimi, uşaqların, gənclərin qayğısına qalmağı da unutmadı. “Gələcək gənclərindir” deməklə bizlərin məsuliyyətini özümüzə anlatdı. Qurub-yaratdığı Azərbaycanı bizlərə əmanət qoyub getdi. Ondan əmanət qalan bu Vətəni göz bəbəyi kimi qorumaq bizim ən büyük borcumuzdur. Biz gənclərə sonsuz qayğı göstərən, bizim savadlı, geniş dünyagörüşlü olmağımızı, vətənimizin tarixini gözəl bilməyimizi ürəkdən istəyən ulu öndərimiz bizlərə əsl vətəndaşlıq nümunəsi olmuşdur.

Bu gün ulu öndərin bir şah əsər kimi yaratdığı Azərbaycanımız, bizlərə miras qoyduğu gözəl vətənimiz etibarlı əllərdədir. Heydər Əliyev irsinin ən layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev öz ağlı, düşüncəsi və yorulmaz siyasi iradəsi ilə Azərbaycanımızı ulu öndərin görmək istədiyi zirvələrə doğru inamla aparır. Dünya siyasi arenasında mükəmməl siyasətçi kimi özünü təsdiq edən, böyük nüfuz qazanan cənab İlham Əliyev dövlətçiliyimizin qorunub saxlanması, xalqımızın firavan yaşaması naminə də böyük işlər görür. Biz gənclər bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin inkişafi və çiçəklənməsi naminə həyata kecirdiyi məqsədyönlü siyasətini ürəkdən dəstəkləyir, öz elmimizi, savadımızı artırmaqla doğma vətənimizi —Azərbaycanımızı dünyada təmsil etməyə var gücümüzlə çalışırıq.

 

Şəmşir Şəmşirli,

Xarici İşlər Nazirliyinin əməkdaşı.

 Respublika.-2014.-9 may.-S.8.