Heydər Əliyev Müstəqil
Azərbaycan Respublikasının memarıdır
Çox qədim tarixə malik olan xalqımız görkəmli simaları ilə tarixin yaddaşına saysız-hesabsız fəxarətlər həkk etmişdir. XX əsrdə Ulu Tanrı Azərbaycan xalqına əvəzedilməz Heydər Əliyev zəkasını, siyasi dühasını bəxş etdi və onun respublikaya rəhbərlik fəaliyyəti ilə 1969-cu ildə çağdaş tariximizdə yeni era başladı. Heydər Əliyev dahiliyi, müdrikliyi, idrakı, kamilliyi, iradəsi və dünyagörüşü, epopeyalara sığmayan yüzlərlə möhtəşəm elmi mövzuların predmetidir.
Heydər Əliyev şəxsiyyəti öz xalqına sədaqətlə xidmət etməyin, bu yolda var qüvvə ilə bütün bilik və bacarığını yorulmadan sərf etməyin simvoludur. Məhz 70-ci illərdə onun fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadiyyatında yeni-yeni zirvələr fəth edildi, iri sənaye obyektləri inşa edildi. Kənd Təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olundu. Təhsil sistemi köklü surətdə yenidən təşkil edildi, tələbələrin, Azərbaycandan kənarda təhsil alması istiqamətində geniş işlər görüldü. Respublika iqtisadiyyatı sahəsində ixtisaslı və dünya standartına cavab verə bilən mütəxəssislər ordusu hazırlandı. Texniki, mədəni, sosial sahədə sadaladığımız nailiyyətlərin qazanılması fövqəladə və uzaqgörən lider Heydər Əliyevin öz xalqına sonsuz istək və məhəbbətinin ifadəsinin real nəticələri idi.
XX əsrin sonunda Azərbaycan ikinci dəfə müstəqillik qazandı. Müstəqilliyimizin ilk illərində—1991-1993-cü illərdə Azərbaycanda mürəkkəb, acınacaqlı və çətin vəziyyət, siyasi hərc-mərcilik, iqtisadi böhran hökm sürürdü. Belə bir mürəkkəb dövrdə respublikanın rəhbərlik və idarəetmə sükanı xalqın birmənalı və yekdil dəstəyi ilə Heydər Əliyevə tapşırıldı. Dünya şöhrətli, müdrik, siyasi xadim, milli liderimiz sözün həqiqi mənasında Azərbaycan xalqını, onun başının üstünü almış fəlakətdən xilas etdi. Dünyanın mötəbər tribunlarında gənc müstəqil Azərbaycan adlı dövlətin çiçəklənməsindən, onun inkişafının gələcək perspektivlərindən danışıldı. Bu da dünya siyasətinin nəhəng liderlərindən biri olan Heydər Əliyevin xarici siyasət sahəsindəki uğurları idi. Nəhəng siyasi xadimin rəhbərliyi sayəsində respublikamızda siyasi-iqtisadi, mədəni və dövlət quruculuğunda qazanılan uğurların miqyası ölçüyəgəlməz dərəcədə artdı.
1994-cü ildə “Əsrin Müqaviləsi” adlanan neft kontraktının imzalanması bu nailiyyətlərin danılmaz olmasında həlledici rol oynadı. “Əsrin Müqaviləsi” məmləkətimizin qapılarını tərəqqipərvər bəşəriyyətin üzünə geniş açdı. Xalqımıza təbii sərvətlərdən özü istədiyi kimi istifadə etmək imkanının reallaşdırılması da Heydər Əliyevin fitri uzaqgörənliyi və misilsiz xidmətidir.
Xatırladaq ki,
Heydər Əliyev hələ təhlükəsizlik
orqanlarında işlədiyi zaman,
xüsusilə bu orqana
rəhbərlik etdiyi dövrdə ölkənin
milli mənafeyinin müdafiə edilməsi
sahəsində xeyli iş
görmüşdü. Bir
çox xarici dövlətlərin
kəşfıyyat fəaliyyəti zərərsizləşdirilmiş,
peşəkar əməliyyatlar həyata keçirilmişdi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində,
Təhlükəsizlik Xidməti orqanlarında azərbaycanlı
zabit və siravi əməkdaşların
sayı artdı. Sovetlər birliyində Azərbaycan
Respublikası yeganə bir respublika
idi ki, burada
Dövlət Təhlükəsizlik Komitəsinin sədri, milli kadr idi.
Bu da milli liderimizin
böyük nüfuza
malik olmasından xəbər verirdi. Sonralar ulu öndər qeyd edirdi ki,
1953-cü ildən sonra
Dövlət Təhlükəsizlik
Komitəsində həm
kəşfiyyat, həm
də əkskəşfiyyat
sahəsində, bütün
başqa təhlükəsizlik
orqanlarında çox
gözəl azərbaycanlı
kadrlar yetişmişdi.
Heydər Əliyev Moskvada olarkən Sovet dövlətinin xarici siyasət xəttinin həyata keçirilməsində
də fəal iştirak edirdi. Xarici ölkələrə
göndərilən nümayəndə
heyətinə, onların
fəaliyyətinə başçılıq
edirdi.
O, Sovet İttifaqının
rəhbərləri arasında
ən intellektual, nüfuzlu şəxs kimi ad çıxarmışdı.
Əldə etdiyi nailiyyətlərə görə
Heydər Əliyevə
SSRİ Ali Sovetinin 1983-cü il 7 may tarixli
fərmanı ilə ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adı
verildi. Heç bir mübaliğəsiz
demək olar ki, o zaman Heydər
Əliyev Sovet dövlətinin lideri səviyyəsinə yüksəlmişdir.
Təsadüfi deyil ki, K.U.Çernenkodan sonra
SSRİ-də hakimiyyətə
ən real namizədlərdən
biri, məhz Heydər Əliyev olmalı idi. Uzun müddət SSRİ-nin xarici işlər
naziri olmuş A.A.Qromıko qeyd etmişdi ki, bizim Siyasi büroda
ancaq üç adam nisbətən
cavandır: Romanov, Qorbaçov
və Əliyev. Axırıncı mənə daha
çox xoş gəlir.
Onun vaxtında
Azərbaycan xüsusən,
kənd təsərrüfatı
çox sürətlə
inkişaf etmişdir. Əliyev gözəl
təşkilatçıdır, təmiz və ləyaqətli adamdır.
Amma təssüf ki, onun namizədliyi istisna olunur. O, “nəyə görə, milliyyətinə görə?”
sualına belə cavab vermişdi: “bu məsələdə hə, milliyyətinə görə”.
Beləliklə Kremldə hakimiyyətə,
M.Qorbaçov gətirildi. Sonralar Heydər
Əliyevə qarşı
Qorbaçovun apardığı
gizli oyunlar aşkar oldu. 1987-ci il oktyabrın
21-də Sov. İKP MK-nın plenumu keçirildi. Rəsmi məlumatda
göstərilirdi ki,
plenum “Səhhətinə görə
pensiyaya çıxması
ilə əlaqədar
Sov. İKP MK siyasi bürosunun üzvü Heydər Əliyevin vəzifəsindən
azad edilməsi barədə xahişini təmin etmişdir”.
Ulu öndərin
müstəqil Azərbaycana
10 illik prezidentliyi dövründə çox
böyük işlər
görüldü. “Əsrin Müqaviləsi” imzalandıqdan sonra iqtisadiyyat yüksək templərlə inkişaf etdi. Bu, respublikada
digər sahələrin
inkişafının əsasını
qoydu.
Heydər Əliyev respublikada dövlətçiliyin qurulmasına
və möhkəmlənməsinə
çox böyük diqqət yetirirdi.
Bizim Universitetimiz
bugünkü fəaliyyətinə
görə ulu öndərə minnətdardır. Çünki Heydər Əliyev 2000-ci ildə Nazirlər Kabinetinə göstəriş
vermişdi ki, Azərbaycan Kooperasiya Universitetinin inkişaf etdirilməsi üçün
tədbirlər görsün.
Onun hesabınadır ki, bu gün biz lisenziya almış və akreditasiyadan keçmiş çox yüksək maddi-texniki bazaya, gözəl laboratoriya və kabinetlərə, işıqlı
auditoriyalara malik olan universitetdə çalışırıq.
Ulu öndər
təhsilə çox
böyük diqqət
və qayğı göstərirdi. O, 1998-ci il martın 30-da “Azərbaycan Respublikasında
Təhsil sahəsində
islahatlar üzrə Dövlət komissiyası
haqqında” sərəncam
verdi. 1998-2005-ci ildə təhsillə bağlı
Prezident fərmanları
və sərəncamları
təhsilin inkişafında
çox böyük rol oynadı. Universitetlərin, Elmi Tədqiqat
institutlarının elmi-texniki
bazası zənginləşdirildi
MDB respublikalarına və
xarici dövlətlərə
göndərilən tələbələrin
sayı sürətlə
artırıldı. Bütün bunlara
görə Milli liderimiz tələbələrin
və gənclərin
sevimlisinə çevrilmişdi.
O vaxtlar Heydər Əliyev qeyd edirdi ki, mən
respublikaya rəhbər
təyin edildikdən sonra, birinci növbədə təhsil
məsələləri ilə
məşğul olmağa
başladım. Azərbaycanda
təhsilin xüsusilə
ali təhsilin
vəziyyəti ilə
daim maraqlanmışam.
Ümummilli liderimiz Azərbaycana şöhrət qazandırdı. Respublikaya səfər
edən xarici dövlət başçıları
birinci növbədə
onun qəbrini ziyarət edir və qəbrinin üstünə gül çələngi və çiçəklər düzürlər.
Ulu öndər cismən aramızda olmasa da, təskinliyimiz odur ki, Heydər
Əliyevin siyasi kursu onun ən
layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilir.
Ölkədə gənc nəslin tərbiyəsində, hazırladığımız
mütəxəssislərin dünya standartına cavab verməsində qürur duyuruq və Azərbaycanda yaşadığımız üçün
fəxr edirik.
Vilayət Əliyev,
Azərbaycan Kooperasiya Universiteti
əmtəəşünaslıq və ekspertiza kafedrasının müdiri,
professor.
Respublika.-2014.-9
may.-S.9.