Xəzər dənizi sahillərinin turizm, kurort zonalarına çevrilməsi

 

Ümummilli lider Heydər Əliyev XX əsrdə Azərbaycanın yetişdirib bəşəriyyətə bəxş etdiyi ən görkəmli dövlət xadimi, dahi şəxsiyyətdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” ötən il imzaladığı sərəncamda deyildiyi kimi, bugünkü paytaxtımızın gözəlləşməsinin əsası, mədəniyyət və səhiyyədəki uğurların bünövrəsi məhz ulu öndərin dövründə qoyulmuşdur. Onun respublikamıza rəhbərliyinin həm birinci, həm də ikinci dönəmində məsul vəzifələrdə çalışmış bir şəxs olduğuna görə əminliklə deyə bilərəm ki, ulu öndər iqtisadiyyatımızın, həyatımızın bütün sahələri kimi, Xəzər dənizi sahillərinin kurort-sanatoriyalara, turizm, istirahət zonalarına çevrilməsi problemləri ilə də dərindən maraqlanır, mövzunu diqqət mərkəzində saxlayır və ardıcıl məşğul olurdu.

1969-cu ilin ortalarında respublikamızın rəhbəri—Azərbaycan KP MK-nın birinci katibi seçilən Heydər Əliyev həmin ilin sonlarında bir konfrans çağırdı. Tanınmış alimiərin, mütəxəssislərin iştirak etdiyi bu konfransda Bakı şəhərinin baş planı müzakirə olunurdu. O vaxt Bakı şəhərinin baş sanitar həkimi olduğuma görə, təbii ki, tədbirdə mən də iştirak edirdim. Heydər Əliyev əvvəlcə mütəxəssisləri dinlədi, sonra isə özü çıxış etdi. Bakı şəhərinin yenidən qurulması, şəhərin havasını çirkləndirən, səs-küy yaradan obyekt və müəssisələrin paytaxtın kənarlarına köçürülməsi, su təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin qaydaya salınması, yaşıllıq sahələrinin artırılması, Xəzər dənizi sahillərinin kurortsanatoriyalara, turizm məkanlarına çevrilməsi və s. kimi taleyüklü problemlər ulu öndərin nitqində qarşıya qoyulan vəzifələr idi.

1970-ci ilin əvvəllərində Azərbaycan KP MK Kür çayından Bakıya su çəkilməsi barədə xüsusi qərar qəbul etdi. İlin sonunda artıq paytaxt əhalisi Kür suyundan istifadə edirdi və adambaşına su norması 100 litrdən 250 litrə çatdırılmışdı. Bakının böyük kanalizasiya sisteminin layihələndirilməsi və tikintisinin, yeni mikrorayonlar salınmasının şahidi və iştirakçısıyam. Bütün bunlar isə məhz ümummilli liderimizin təşəbbüsü və təşkilatçılığı ilə baş verirdi.

Amma bizim bugünkü mövzumuz Xəzər dənizi sahillərinin kurort-sanatoriyalara, turizm istirahət məkanına çevrilməsi proseslərinə həsr edildiyindən, mən digər mövzulardan ətraflı danışmayacaq, konkret olaraq yalnız dəniz sahillərinin istirahət, rekreasiya zonalarına çevrilməsi problemlərindən söhbət açacağam. Yuxarıda qeyd etdiyim kimi, şəhərin baş planı hazırlanarkən dövlət sanitariya orqanlarının da qarşısında müəyyən vəzifələr qoyulmuşdur. Bizə paytaxt şəhərində su təchizatı, kanalizasiya, atmosfer havası, torpağın vəziyyəti, şəhər mühitində fiziki faktorlar, onun planlaşdırılması, şəhər əhalisinin qidalanmasının vəziyyəti, çirkab suların axıntılarından təmizlənməsi, bərk və maye tullantıların toplanması, qablaşdırılması, daşınması və zərərsizləşdirilməsi, şəhərin yaşıllaşdırılması, o cümlədən Xəzər sahili kurort problemlərini tədqiq etmək, nəhayət, Abşeron yarımadası aqlomerasiya əhalisinin (Sumqayıt da bura daxil olmaqla) rekreasiya təminatı məsələlərinə gigiyenik qiymət vermək üçün tədqiqat işləri aparılmaq, bunları hazırlamaq tapşırığı verildi.

Elmi-tədqiqat Profilaktika İnstitutunun əməkdaşları ilə Bakı sanitariya orqanları Azərbaycan Səhiyyə Nazirliyinin rəhbərliyi altında bu taleyüklü tədqiqatların aparılmasına başlandı. Bununla bağlı tədqiqat işlərinin nəticələri vaxtaşırı Səhiyyə Nazirliyinə və ölkə rəhbərliyinə çatdırılırdı. Bu mövzulardan biriAbşeron yarımadası aqlomerasiya əhalisinin rekreasiya təminatı mövzusu konkret şəkildə sovet hökumətinin akademik Sisin adına Elmi-Tədqiqat İnstitutunarespublika Profilaktika İnstitutnun planı əsasında respublikanın sanitariya orqanlarına həvalə olundu.

Hər şeydən əvvəl, bakılıların şəhər ətrafı istirahətə olan tələbatı əsaslandırılmalı idi. Ədəbiyyatları, sanitariya-epidemioloji xidmətin operativ materiallarını, bizim rəhbərliyimiz altında laboratorinstrumental tədqiqatlarının müayinə nəticələrini, nəhayət, hidrometeoroloji müşahidələr və müayinələrə aid bütün materialları bir yerə cəmləşdirmək lazım idi.

Nəticədə Bakının özünəməxsus şəhər aqlomerasiyası məntəqələrinin və Sumqayıtın sanitariya vəziyyətinin təsviri tərtib olundu. Təbii faktorların arasında, şəhərlilərin sağlamlığına əlverişsiz təsir edən əsas amil isti aylarda tez-tez təkrarlanan, sürətlə əsən kəskin küləklər (xəzri) və günəş istiliyi radiasiyasının həddindən artıq olması idi. Antropogen faktorların arasında ən çox diqqəti cəlb edən havanın karbon hidrogen sulfid anhidridi, azot-oksidi, karbohidrogentozdur, hansıların ki, orta günlük qatılığı havanın atmosferində çox vaxt yol verilən həddi aşırdı. Bunun mənbəyi isə sənayenin, nəqliyyatın və istilik qurğularının tullantıları idi. Eləcə də lazım idi ki, intensiv, gərgin səviyyədə baş verən səs mühiti qeyd edilsin. Bütün bunlar əlverişsiz anların yaranması şəraitində insanların sağlamlığına təsir edir, eləcə də içməli su təchizatının çatışmaması, kanalizasiya faktorlarının qeyri-qənaətbəxş olması, şəhərin sanitariya tullantılarından təmizlənməməsi və yaşıllığın kifayət qədər olmaması ilə izah olunurdu. Elə bu vaxtlarda (1973-cü illərin əvvəllərində) Sov. İKP Mərkəzi Komiləsinin və SSRİ Nazirlər Sovetinin ətraf mühitin mühafizəsinə aid qərarı qəbul olundu. Buna uyğun Azərbaycan KP Mərkəzi Komitəsi və Nazirlər Soveti 1973-cü il 13 sentyabr tarixli 123 nömrəli qərar qəbul etdi. Ulu öndərimiz Heydər Əliyevin xeyir-duası ilə plan tərtib olundu.

Ətraf mühitin mühafizəsinə aid məsələlərlə yanaşı, ulu öndərimiz Heydər Əliyevin tapşırığı ilə Bakı şəhərinin Baş planına baxmaq üçün çox geniş hazırlıq işləri getdi. Bakı Şəhər İcra hakimiyyəti ilə bərabər bu hazırlıq işlərinə əlaqədar nazirliklər, birliklər, şirkətlər, komitələr, idarələr, o cümlədən Dövlət Tikinti Komitəsi, Azərbaycan Respublikası Həmkarlar Təşkilatı, Azərbaycan Dövlət Layihələşdırmə İnstitutu, Bakıdövlətlayihə, HidrometeorologiyaGeologiya komitələri, Bakı Su Təchizatı və digər institutlar bu işə cəlb olundular.

Respublika Dövlət Tikinti Komitəsinin sifarişi ilə Kiyev Elmi-Tədqiqat Şəhərsalma Layihə İnstitutu Azərbaycan Sovet Sosialist Respublikasının Xəzər dənizinin sahiilərində kurort-rekreasiva mikroregionun kompleks sxeminin hazırlanmasını həyata keçirmək, bunu hazırlamaq üçün Azərbaycanda müxtəlif orqanların materiallarından geniş istifadə etməli idi. Bu məsəllərə Milli Elmlər Akademiyasının elmi tədqiqat institutları da cəlb olundular.

Dəniz sahili ərazisində olan sanatoriya-iqlimşünaslıq işlərinə kompleks qiymət vermək məsələsi Azərbaycan səhiyyə nazirinə havələ olundu. Bu istiqamətdə elmi-tədqiqat işləri aparmaq profilaktika institutuna tapşırıldı. Bizim apardığımız tədqiqat işlərinin nəticələrini bir yerə toplayıb, onları çoxsaylı elmi məqalələr şəklində (müxtəlif nəşriyyatlarda) nəşr etdik və müzakirələrə başlandı.

Tərəfimizdən dənizkənarı 7 sahənin ətraflı olaraq sanitariya-iqlim xüsusiyyətləri öyrənilmiş və ön sahələrdə onlardan rekreasiya məqsədilə istifadə edilməsi imkanlarına qiymət verilmişdir. (Yalama-Nabran, Giləzi-Zarat, Sumqayıt, Şabran, Şimali Abşeron, Cənubi Abşeron, Ələt-Bəndovan-Kürağızı Sarınski, Lənkəran). Digər iqlim tədqiqatlarına verilən qiymətlərdən fərqli olaraq hər bir sahənin iqliminin havada quruluşunun (strukturunu) ətraflı şəkildə öyrənilməsi müayinə-tədqiqat obyektləri oldu. Dövlət Tikinti Komitəsinin sifarişi və səhiyyə nazirinin əmri ilə bu işlər Profilaktika İnstitutusanitariya orqanlarına tapşırıldı.

Bizim tərəfimizdən 8 meteoroloji stansiya üzrə hər sahədə onillik məlumatların müşahidələri təhlil, ondan ötrü 29 mindən artıq “Hava günü” kartoçkası tərtib edilmiş, işlənib hazır şəklə salınmışdır. Belə işləmə imkan vermişdir ki, hər ayın havası siniflər üzrə bölüşdürülsün, eyni zamanda, onların açıq havada olmasının əlverişli dərəcəsi hesablansın. Belə vəziyyətin hesablanması nəticəsində yerlərin yararlılığına qiymət verdikdə müxtəlif növ rekreasiya baxımından istifadəsinin son dərəcə əhəmiyyətli olması göstərilmişdir.

Bundan başqa, havanın boğucu və qıcıqlandırıcı tezliyi, kontrast dəyişikliyi müəyyən edilmişdir. Hesablama üsulu ilə atmosferin Yer qatına yaxın hissəsində oksigen rejimi öyrənilmişdir. Beləliklə, ayrılan sahələrdə dənizkənarı zonasının hər birində yuxarıdakı göstəricilərə görə onların üstünlüyü və çatışmazlıqlar aşkar olunmuşdur.

Bakı əhalisinin qısamüddətli və uzunmüddətli istirahətinin müasir dövrdə vəziyyətini bilmək üçün tərəfimizdən aparılan sosioloji tədqiqatların son dərəcə böyük əhəmiyyəti olmuşdur. Bu tədqiqat-anket-sorğu 11 mindən artıq yaşlı şəhər əhalisini əhatə etmişdir. Bizim tərəfimizdən bir milyondan artıq sual-cavab təhlil edilmişdir. Bu, imkan vermişdir ki, Bakı əhalisinin şəhərətrafı istirahətinin indiki vəziyyətini tamlığı ilə kifayət qədər elmi əsaslarla səciyyələndirək. Əgər şəhər ətrafında istirahət etmələrinin şəraiti və təşkili əhəmiyyətli dərəcədə yaxşılaşarsa, onda onlar necə istirahət edə bilərlər mövzusu da öyrənilmişdir.

Tədqiqatlar imkan verdi ki, Bakı əhalisinin qısa və uzunmüddətli istirahətə tələbatının faktiki vəziyyəti müəyyən edilsin.

Tədqiqatların bir hissəsi də dənizkənarı zona sahələrinin ayrılıqda ətraf mühitlə sanitariya-gigiyena vəziyyətin öyrənilməsi oldu. 20 mindən çox havanın, dəniz suyunun və torpağın nümunələri təhlil olundu. Nəzərə almaq lazımdır ki, nümunələr bir neçə il ərzində, əhalinin kütləvi şəkildə istirahət etdikləri yerlərdən (ən çox çimərlik sahələrindən) götürülmüş və müayinələr müxtəlif laboratoriyalar tərəfindən aparılmışdır.

Tərəfimizdən, digər tədqiqatçıların da təklifi nəzərə alınaraq, böyük əhəmiyyətə malik rekreasiya məqsədilə istifadə üçün yerlərin yararlılıq meyarına müqayisəli qiymət verilmişdir. Bu müqayisəli qiymət istirahətin qısa və uzunmüddətli ilin istisoyuq fəslində təşkilinə verilmişdir. Bununla da müxtəlif faktorların əhəmiyyətindən asılı olaraq, qiymətləndirmə ballarının miqdarı ilə ölçülmüşdürbütün bunların nəticəsi rekreasiya üçün yerlərin yararlılığına qiymətin inandırıcı olmasını göstərmişdir.

Bizim tədqiqatlar Kiyev Elmi-Tədqiqat Şəhərsalma Layihə İnstitutu tərəfindən (Dövlət Tikinti Komitəsinin verdiyi təkliflər əsasında) qəbul edilmiş (Yalama-Nabran, Giləzi-Şabran, Abşeron və Lənkəran) və Xəzər dənizinin Azərbaycan hissəsində kompleks rekreasiya mənimsənilməsinin sxem layihəsinin tərtib edilməsində istifadə edilmişdir.

Yeri gəlmiskən qeyd edək ki, bu sətirlərin müəllifi uzun illər, on ildən artıq bu mövzu üzərində işləyərək “Abşeron yarımadası əhalisinin rekreasiya təminatı” adlı əsər yazmış, doktorluq dissertasiyası müdafiə etmişdir. Bu kitab ali məktəblərdə tədris-metodik vəsait kimi qəbul edilmişindi də Bakı Dövlət Universitetinin xarici ölkələrin turizm kafedrasında, turizm institutundaTibb Universitetinin tibbi profilaktika fakültəsində tədris olunur. Onu da qeyd etmək lazımdır ki, o vaxtlar qayda belə idi ki, 100 milyon rubldan artıq vəsait tələb edən nəhəng layihələrə Sov. İKP MK Siyasi Bürosunda baxılır və yalnız bundan sonra qərar verilirdi. Ümummilli lider Heydər Əliyev bu layihələrin həyata keçirilməsinə böyük önəm verir, buna çox çalışırdı. O, Sovet İttifaqı rəhbərliyinin Azərbaycana gəlməsindən istifadə edərək ona dedirtməyə nail oldu ki, “Xəzər dənizi sahilləri heçQara dəniz sahillərindən geri qalmır”.

Sov İKP MK, Partiya Nəzarəti Komitəsinin nümayəndələri Bakıya gəldilər, Heydər Əliyev də öz mütəxəssislərini dəvət etdi. Mən də bu görüşdə iştirak edirdim, hətta mənə çıxış da verdilər.

Yığıncaqda Bakının böyük kanalizasiya sisteminin yaradılması, Xəzər dənizi sahillərinin kurort, rekreasiya, turizm məkanına çevrilməsi, yeni mikrorayonlar salınması və s. məsələlər müzakirə edildi.

Heydər Əliyev Moskvaya—SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunduqdan sonra da bu ideyanı heç vaxt unutmamışdı. Yadımdadır, SSRİ Səhiyyə Nazirliyinin kollegiya iclası idi. Tədbirdə iştirak edən Sov.İKP MK Siyasi Bürosunun üzvü HeydərƏliyev təxminən bir saatdan artıq çıxış etdi. Onun çıxışı Sovet səhiyyəsinin problemlərinə, sağlam həyat tərzinə, ekoloji məsələlərə həsr olunmuşdu. Amma kurort, rekreasiya, turizm mövzusundan danışarkən, təbii, Xəzər dənizi sahillərinin kurortsanatoriyalara çevrilməsi problemlərinə də toxundu. SSRİ-nin hər tərəfindən səhiyyə sistemində çalışan məsul şəxslərin, mütəxəssislərin, akademiklərin iştirak etdiyi iclasda bu sətirlərin müəllifi də vardı.

 

(davamı növbəti saylarımızda)

 

Maqsud QASIMOV,

tibb elmləri doktoru, professor.

 Respublika.-2014.- 18 may.- S.5.