Azərbaycan Memarlıq İnşaat Universiteti–40”

 

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Memarlıq İnşaat Universitetinin birgə təşkilatçılığı ilə sözügedən universitetin yaradılmasının 40 illik hidromeliorasiya (indiki su təsərüffatı mühəndis kommunikasiya sistemləri) fakültəsinin 65 illik yubileylərinə həsr olunmuş “Su təsərüffatı, mühəndis kommunikasiya sistemlərinin müasir problemləri ekologiyamövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Tədbirə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, dövlət qurumlarının, AMEA-nın müxtəlif institutlarının, ali təhsil ocaqlarının nümayəndələri ilə yanaşı, bir sıra xarici ölkələrdən olan qonaqlar da qatılmışdılar. Elmi-praktik konfrans iki gün davam etmişdir.

Xüsusi vurğulamaq lazımdır ki, tədbir iştirakçılarına AzMİU-nun rektoru, professor, Milli Məclisin üzvü Gülçöhrə xanım Məmmədovanın yenicə çapdan çıxmışAzərbaycan Memarlıq İnşaat Universiteti—40” adlı kitabının təqdim olunması konfransın əhəmiyyətini daha da artırmışdı. Şərq-Qərbnəşriyyatının mətbəəsində çap olunmuş kitab nəfis şəkildə tərtib olunmuşdur.

Azərbaycan Memarlıq İnşaat Universitetinin 40, Hidromeliorasiya (ST MKS) fakültəsinin 65 illiyinə həsr edilmiş kitabda respublikamızda memarlıq tikinti istiqamətində kadr hazırlığını həyata keçirən yeganə ali məktəbin yaradıldığı tarixi şərait, keçdiyi şərəfli yol, mühəndis son illərdə isə bakalavr-magistr mütəxəssislərin hazırlanması sahəsindəki fəaliyyəti tarixi sənədlər faktlar əsasında işıqlandırılıb. Buradakı materiallar Azərbaycan Politexnik İnstitutunun yarandığı gündən 1975-ci ilə kimi olan dövrü AzMİU-nun fəaliyyətə başladığı tarixdən keçən son 40 ili əhatə edir. Həmçinin kitabda universitetin elmi-pedaqoji fəaliyyəti, son illərdə beynəlxalq əlaqələri, fakültələr kafedralar, əsasən, hidromeliorasiya fakültəsi haqqında ətraflı məlumatlar yer alıb.

Azərbaycan Memarlıq İnşaat Universitetinin tədris işləri üzrə prorektoru, professor Fərhaq Cəfərov kitabaÖn sözyazmışdır. “Ön söz”dən bəzi məqamları oxucuların diqqətinə çatdırmaq yerinə düşər:

“...SSRİ Ali Təhsil Nazirliyinin 11 sentyabr 1950-ci il 1584 saylı əmri ilə M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun mexanika ixtisasları, memarlıq-inşaat, nəqliyyat fakültələrinin Gəncədə fəaliyyət göstərən Azərbaycan Kənd Təsərüffatı İnstitutunun hidromeliorasiya fakültəsinin bazaları əsasında Azərbaycan Politexnik İnstitutu (AzPİ) yaradılmışdır.

1975-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu (AzİMİ) müstəqil ali məktəb kimi fəaliyyətə başlamış, 1992-ci ildə institut universitet statusu almış Azərbaycan İnşaat Mühəndisləri Universiteti (AzİMU) adlandırılmışdır.

Azərbaycan Respublikasının Prezidenti, ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə 2000-ci il iyun ayının 13-də AzİMU Azərbaycan Memarlıq İnşaat Universiteti (AzMİU) adlandırılmışdır.

...Fərəhlə qeyd etmək istəyirəm ki, bu təhsil ocağı öz mövcudluğuna müasir potensialına görə ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevə borcludur. Universitetimiz məhz onun təşəbbüsü ilə yaradılmış, onun qayğısı sayəsində müasir inkişaf səviyyəsinə çatmışdır. 70-ci illərin ikinci yarısı 80-cı illərdə 15-12 mərtəbəli iki tədris 9 mərtəbəli iki yataqxana binaları tikildi.

Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət qayğısı sayəsində bu gün digər universitetlərlə birlikdə uğurla inkişaf edir.

AzİMİ-nin ilk rektoru 1975-1979-cu illərdə professor Sənan Məmmədəmin oğlu Mustafayev olmuşdur. Sonrakı illərdə institutun fakültələri hazırlanan ixtisasların sayı artdı, institutun bazası genişləndi, laboratoriyaların təchizatı yaxşılaşdırıldı, tədrisin keyfiyyəti yüksəldildi. Bu işlərin görülməsində 1981-1993-cü illərdə institutda rektor işləmiş professor Bünyat Sərdar oğlu Sərdarovun xüsusi rolunu qeyd etmək lazımdır. 1993-cü ildən 2000-ci ilin yanvarına kimi universitetdə rektor vəzifəsində professor Qeybulla Ramazan oğlu Qeybullayev işləyib.

2000-ci ildən hazırkı dövrə kimi universitetə rəhbərlik professor Gülçöhrə Hüseyn qızı Məmmədova tərəfindən həyata keçirilir. Hazırda universitetimizdə memarlıq, inşaat, su təsərüffatı mühəndis kommunikasiya sistemləri, nəqliyyat, inşaat-texnologiya, tikinti-iqtisad, mexanika informasiya texnologiyaları fakültələri fəaliyyət göstərir. Tədrisin bakalavr pilləsində 21 ixtisas üzrə, magistr pilləsində isə 43 ixtisaslaşma üzrə 6000-dən artıq tələbə təhsil alır.

Qeyd olunan fakültələrdən başqa universitetdə xarici tələbələrlə üzrə iki dekanlıq fəaliyyət göstərir. Bunlardan biri xarici tələbələrin təhsili (645 tələbə), digəri isə xarici vətəndaşlar üçün hazırlıq (220 tələbə) fakültələridir. Bu fakültələrdə dünyanın 5-dən çox ölkəsindən gəlmiş xarici vətəndaşlardan 865 tələbə təhsil alır.

Hazırda universitetin 39 kafedrasının 5 elmi-tədqiqat laboratoriyasında 74 elmlər doktoru, professor, 529-dan artıq elmlər namizədi, dosent müəllim çalışır.

Redaksiyadan: Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru, professor, Milli Məclisin üzvü Gülçöhrə xanım Məmmədovaya onun rəhbərlik etdiyi bu ali təhsil ocağının professor-müəllim heyətinə, tələbə kollektivinə uğurlar arzulayırıq.

 

Ramiz YUSİFLİ,

Respublika.-2014.- 18 may.- S.8.