Xəzər dənizi sahillərinin turizm, kurort zonalarına çevrilməsi

 

Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişi ilə ikinci dəfə respublikada ali hakimiyyətə gələndə biz bir qrup alim (Azərbaycanın əməkdar memarı, memarlıq namizədi İ.Əliyev, coğrafiya elmləri doktoru, professor Ə.Əyyubov mən) ümummilli liderə məktubla müraciət etdik. Müraciətdə deyilirdi ki, respublikada gedən köklü sosial-iqtisadi, siyasi dəyişikliklər və bazar iqtisadiyyatına tədricən keçidlə əlaqədar müstəqil Azərbaycanın sürətli inkişafı və onun zəngin təbii potensialının sənaye və kənd təsərrüfatında optimal istifadəsi üçün yollar axtarılması xüsusi əhəmiyyət kəsb edir. Bu barədə çox yazılır, çox sözlər deyilir, təsərrüfatın müxtəlif sahələrinin inkişafı üçün sərmayə qoyuluşu üçün mənbələr axtarılır və s. Bununla bərabər, respublikanın daha bir sərvəti—onun tükənməz kurortrekreasiya ehtiyatlarına lazımi diqqət verilmir. Halbuki bir sıra xarici ölkələrdə olduğu kimi, bu sahə qısa müddətdə respublika büdcəsinə böyük gəlir gətirə bilər. Bu, hörmətli Heydər Əlirza oğlu, Sizə başqalarından daha çox məlumdur. Sizin təşəbbüsünüzlə 1980-ci illərin əvvəllərində Sov. İKP MK-nın “Azərbaycan SSR-nin Xəzər sahillərində ümumittifaq əhəmiyyətli kurort zonası yaradılması tədbirləri haqqında” çıxardığı qərar Sizin Azərbaycan kurortlarının Xəzər dənizi sahillərinin rekreasiya, turizm mənbələrinə çevrilməsinin inkişafına etdiyiniz əvəzsiz xidmətin təcəssümüdür.

Məlumdur ki, həmin qərarla əlaqədar müxtəlif elm sahələrinin mütəxəssisləri— coğrafiya, səhiyyə, geologiya, memarlıq və s.sahələrdə çalışan alimlər böyük həcmli elmi və təcrübi yerinə yetirmişlər. Bu tədqiqatların əsasında Abşeronun şimal sahilləri (burada qısamüddətli istirahətə üstünlük verməklə) və Xudat sahillərinin planlaşdırılması və tikintisi, o cümlədən ayrı-ayrı kurort rekreasiya bina və tikililəri üzrə layihələr hazırlanmışdır.

Müraciətdə deyilirdi ki, AbşeronXudat sahillərində kurort-turizm, rekreasiya şəbəkəsinin inkişaf etdirilməsi və istiqamətləndirilməsi məsələləri ilə əlaqədar eyni zamanda bütün Azərbaycan üçün kurort rekreasiya sisteminin kompleks inkişafının baş planı hazırlanmalıdır. Bıı planda problemin bütün aspektləri, o ciimlədən gələcək inkişaf, sanitar-epidemioloji salamatlıq qanunlarına riayət edilməsi, xüsusilə kurort-rekreasiya ərazilərinin qorunub saxlanılması məsələləri öz əksini tapa bilərdi. Özəlləşdirmə, torpaqdan xüsusi mülkiyyət kimi istifadə etmək ərəfəsində kurort-rekreasiya məqsədləri üçün ayrılmış ərazilərin dövlət mülkiyyəti kimi saxlanılması məqsədəuyğun olardı. Bu, o ərazilərdir ki, özünün təbii iqlim, balneoloji, landşaft keyfiyyətlərinə görə unikaldır və burada ekoloji cəhətdən zərərli təsərrüfat fəaliyyətinə yol verilməməlidir.

Biz başa düşürük ki, müharibə gedən bir vaxtda, respublikanın ağır iqtisadi vəziyyətində kurort və istirahət yerlərinin inkişafı haqqında bizim mülahizələrimiz yersiz görünə bilər. Lakin şübhə etmirik ki, müharibəyə tezliklə son qoyulacaq, haqq-ədalət öz yerini tapacaq. Vətənimizdə əmin-amamlıq yaranacaqbuna görə də sabahkı gün barədə biz indi fikirləşməliyik.

Keçən əsrin axırlarında respublika Nazirlər Kabinetinin (554, 4 noyabr 1993-cü il) Azərbaycanda turizmin inkişafına dair çıxardığı qərarı biz vaxtında görülən bir mühüm tədbir kimi qiymətləndiririk. Lakin yuxarıda qeyd etdiyimiz kimi, turizmin inkişafına kütləvi istirahət və kurort müalicəsindən ayrı bir məsələ kimi baxılmasını düzgün hesab etmirik. İstər xarici, istərsə də adi respublika vətəndaşlarına xidmət edən turizm məfhumu müvafıq istirahət müəssisələrini (mehmanxanalar, istirahət evləri, motellər, kempinqlər, ov bazaları və s.), sanatoriyapansionatlarda kurort müalicəsini özündə əks etdirir. Bu müəssisələrin hamısı müvafiq infrastrukturlarla ölkənin ümumi kurort-rekreasiya sisteminə daxildir. Xariciya ölkədaxili turistlər, istirahətçilər üçün ayrıca nəqliyyat, müalicə yaxud digər əlahiddə əlaqələr sistemi olması düzgün deyil.

Bu problemin daha bir vacib cəhəti var. Əgərsosialistquruluşunda xarici turizmin inkişafı özünün müstəqilyüksəkqulluq sistemi ilə fərqlənirdisə, ölkə vətəndaşları üçün turizm, istirahət müalicə sistemi lazımi səviyyədə deyildi. İndi isə bazar iqtisadiyyatı münasibətləri ilə əlaqədar vəziyyət dəyişilməlidir. Yüksək komfort səviyyəsi müvafiq qulluq xərclərini ödəyə bilən hamı üçün eyni olmalı, xarici daxili turistlərə olan xidmət fərqi aradan çıxmalıdır.

Cənab Heydər Əliyevə ünvanlanmış müraciətdə deyilirdi ki, xarici turistlərə ekskursiya xidmətinə gəlincə, o, əlbəttə, bir qədər fərqlənməlidir. Bu, ölkə ilə daha geniş tanışlıq, onun tarixi, mədəniyyət abidələri, milli xörəkləri, sənətkarlıq suvenir satışı s. ilə əlaqədar ola bilər. Deməli, həm turizmin, həm kütləvi istirahət müalicə işlərinin ən düzgün inkişaf yolu problemin kompleks şəkildə, vahid sistem daxilində olan həllindədir.

Bizim təkliflərimiz belə idi:

indiyə qədər respublikada kurort-rekreasiya sahəsində yerinə yetirilmiş bütün işləri təhlil edən sistemləşdirə bilən, müxtəlif bilik sahələri üzrə mütəxəssisləri özündə cəmləşdirən müəyyən orqan yaratmaq kurort-rekreasiya sistemi yaratmaq üçün həmin materiallar əsasında konkret təkliflər tədbirlər hazırlanmasını ona tapşırmaq;

respublikada kurort-rekreasiya sahəsində tərtib olunan layihələrin müxtəlif təşkilatlarda (o cümlədən keçmiş SSRİ-nin bir sıra şəhərlərində) yerinə yetirilməsini nəzərə alaraq bu layihə materiallarınınKurortlayihəİnstitutunda yüksək ixtisaslı memar mütəxəssisləri olan Şərq ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasında (ŞÖB-MA) cəmləşdirmək.

Hörmətli Heydər Əlirza oğlu! İndiki vaxt üçün münasib olmayan müraciətimizə görə sizdən üzr istəyirik. Amma güman edirik ki, bizi başa düşərsiniz. Respublika üçün çox vacib olan sahə üzrə bu gün əsası qoyulan inkişaf konsepsiyası ilk növbədə elmi əsaslandırılmalı müstəqil Azərbaycanın yeni iqtisadi sistemi ilə vahid harmonik şəkildə inkişaf etməlidir. Qoyduğumuz məsələ ilə əlaqədar bizim daha önəmli elmi surətdə əsaslandırılmış fikir təkliflərimiz var. Biz onları istənilən vaxt aidi orqanlara təqdim edə bilərik.

1994-cü ilin əvvəlləri idi. Müraciət baxılması üçün respublika baş nazirinin müavininə göndərildi. Amma o vaxt respublikamızın iqtisadi maliyyə vəziyyəti elə idi ki, belə böyük layihələrin həyata keçirilməsinə imkan yox idi. Ölkənin yeni, imkansız olmasına rəğmən Heydər Əliyev Bakının Xəzər dənizi sahillərinin yaşıllığa, kurort sanatoriyaya çevrilməsi üçün olduqca çox gördü. Məsələn, onun 29 dekabr 1998-ci il tarixli sərəncamı ilə dənizkənarı bulvara Milli Park statusu verildi. Şəhərdə yaşıllıq sahələri artırıldı, yeni parklar salındı, kurort düşərgələri yaradıldı.

Yeri gəlmişkən qeyd edək ki, Xəzər dənizi sahillərinin turizm, kurort rekreasiya çevrilməsi məsələləri xarici investorlara da diqqətini cəlb edir. Bu baxımdan Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Nyelin 1998-ci ilin dekabrında Azərbaycan Respublikasısının Prezidenti cənab Heydər Əliyevə müraciət maraqlıdır. Lord Nyel ümummilli liderimizə müraciətində professor Maqsud Qasımovun Xəzər dənizi sahillərinin kurort turizm imkanları barədə əsərləri ilə tanış olduğunu, bu layihənin onu bir qrup ingilis lordlarını (həmçinin adamları) cəlb etdiyi qeyd edir. İngilis lordu özü həmkarları adından bu layihəyə qoşulmaq investisiya yatırmaq arzusunda olduqlarını bildirir.

Amma ötən əsrin sonlarında Azərbaycanın problemləri çox, iqtisadiyyatı zəif idi ölkə belə layihələrə hələ hazır deyildi.

Ümummilli liderin başladığı bu möhtəşəm işlər onun siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam inkişaf etdirilir. Onun 28 sentyabr 2006-cı il tarixli sərəncamı iləAzərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdınlmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planıtəsdiq edildi. 20 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Bakıda yaşıllığın artırılması, xüsusilə uzunömürlü ağacların əkilməsi, Milli Parkın genişləndirilməsi məsələləri diqqət mərkəzində idi. 2009-cu ilin dekabnnda ağac əkininə həsr edilmiş iməcilikdə dövlət başçısı şəxsən iştirak edərək ağac əkdi on minlərlə ağacın əkilməsi barədə tapşırıq verdi. Bu, siyasi bir varislik idi. Çünki 70-ci illərin əvvəllərində Bakının yaşıllaşdırılması ideyası irəli sürüləndə Şıxov çimərliyinin yuxarısında park salınarkən ilk ağacı məhz umummiili lider əkmişdi.

Dövlət başçısı cənab İlham Əliyev Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirir bununla bağlı sərəncam imzalamışdır. Dövlət başçısının bu istiqamətdə imzaladığı daha bir sərəncam (20 iyun 2007-ci il tarixli) “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər haqqındaadlanır ki, bu da bizim mövzuya çox böyük dəxli var.

Ekologiya Təbii Sərvətlər Nazirliyinin yaradılması da cənab İlham Əliyevin bu sahəyə diqqətinin bariz nümunəsidir. İrəliyə atılmış digər bir addım 6 avqust 2008-ci il tarixli sərəncamla təsdiqlənənBakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqındasərəncamdır ki, “Təmiz şəhər” SC məhz bıı sərəncamla fəaliyyətə başlamışdır.

Bakının bütövlükdə götürdükdə Xəzər sahillərinin, paytaxtətrafı qəsəbələrin yaşıllaşdırılmasında, ekoloji sağlamlığında ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri böyükdür. OnunHərəmiz bir ağac əkəktəşəbbüsü nəticəsində ölkədə yaşıllaşdırma tədbirləri geniş miqyas alıb bu işlər uğurla davam etdirilir.

 

Maqsud QASIMOV,

tibb elmləri doktoru, professor.

Respublika.-2014.- 21 may.- S.6.