Heydər Əliyevin iqtisadi inkişaf strategiyasında vergi siyasəti

 

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan dövlətinin müasir vergi xidmətinin memarı kimi yaddaşlarda əbədi qalıb. Çünki ölkəmizin müasir vergi xidmətinin yaradılması məhz dahi rəhbərin adı ilə bağlıdır. Bunun üçün tarixi faktlara nəzər salaq.

Xatırladaq ki, ötən əsrin 90-cı illərinin ortalarına qədər Azərbaycanda vergi xidməti köhnə inzibati idarəetməyə söykənən, yalnız vergilərin toplanması ilə məşğul olan bir qurum kimi fəaliyyət göstərirdi. 1993-cü ildə xalqın iradəsi və tələbi ilə siyasi hakimiyyətə gələn Heydər Əliyev dövlət gəlirlərinin formalaşmasında aparıcı element olan vergilərin ümumi istehsal prosesinə, onun dinamikasına və strukturuna, həmçinin elmi-texniki tərəqqiyə təsir göstərən mühüm vasitə olduğunu yaxşı anlayırdı. Ümummilli lider bilirdi ki, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş dövlətlərinin iqtisadi sistemi əsasında qurmaqdünya iqtisadiyyatına inteqrasiya etmək üçün düzgün vergi siyasətinin aparılması müstəsna əhəmiyyət kəsb edir. Bu səbəbdən də ulu öndərin xüsusi diqqət və qayğısı sayəsində iqtisadi siyasət konsepsiyasının ayrılmaz tərkib hissəsi olan vergi siyasətində və bazar iqtisadiyyatının inkişafının başlıca elementi olan vergi sistemində köklu dəyişikliklərin aparılmasına, vergi sisteminin müasir standartlar əsasında formalaşdırılmasına başlanıldı. Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ən müasir tələblərə cavab verən vergi sistemi yaradıldı. Ulu öndərin uzaqgörən siyasəti və səyi nəticəsində əvvəllər dövlət xəzinəsinə gəlirlərin yığılması ilə məşgul olan fiskal orqan kimi fəaliyyət göstərən vergi xidmətinin funksiyaları genişləndirildi, vergi siyasəti isə biznes mühitini iqtisadi tənzimləmə və stimullaşdırma vasitəsi kimi tətbiq olunmağa başladı. Heydər Əliyevin rəhbərliyi altında vergi siyasətinin konseptual əsasları hazırlandı, vergi sistemində aparılacaq islahatların fəlsəfəsi, strategiyası və əsas istiqamətləri formalaşdırıldı. Dövlət büdcəsinin mədaxil hissəsinin formalaşmasında vergilərin rolunun artırılması üçün yeni vergi siyasəti həyata keçirildi. Vergi inzibatçılığının təkmilləşdirilməsi, struktur islahatlarının həyata keçirilməsi, dövlət nəzarətinin qaydaya salınması və bu sistemin təkmilləşdirilməsi, həmçinin sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması istiqamətində Heydər Əliyevin verdiyi fərman və sərəncamlar vergi xidmətinin fəaliyyətinin yenidən qurulmasını sürətləndirdi. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ-hüquqi bazasının yaradılması və bu bazanın möhkəmləndirilməsi, vergi dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması, kiçikorta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, həmçinin vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uygun vergi sisteminin formalaşması, həmçinin çevik vergi siyasətinin aparılması ilə nəticələndi. Vergi sisteminin vahid normativ-hüquqi bazasının yaradılmasında “Azərbaycan Respublikası ərazisində əhali ilə nağd pul hesablaşmalarının aparılmasında nəzarət-kassa aparatlarının tətbiq olunması haqqında” 18 iyul 1995-ci il, “Vergi ödəyicilərinin uçotunun təkmilləşdirilməsi barədə” 19 dekabr 1996-cı il, “Mənfəət vergisinin ödənilməsini mərkəzləşdirilmiş qaydada həyata keçirən subyektlər haqqında” 31 mart 1997-ci il, “Azərbaycan Respublikası ərazisinə gətirilən minik avtomobillərinin aksiz vergisinə cəlb edilməsi haqqında” 16 aprel 1997-ci il, “Müəssisə və təşkilatların avans vergi məbləğlərinin hesablanması və ödənilməsi haqqında” 1 may 1997-ci il, “Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən bəzi xərclərin tənzimlənməsi haqqında” 3 iyul 1997-ci il tarixli qərarlar mühüm rol oynadı. Heydər Əliyevin bilavasitə tapşırığı əsasında 1997-ci ildən baslayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsinin hazırlanması, Milli Məclisdə geniş müzakirə olunaraq 2000-ci ilin iyul ayında qəbul edilməsi və 2001-ci il yanvar ayının 1-dən etibarən bu məcəllənin qüvvəyə minməsi ölkəmizdə beynəlxalq normalara uygun vergi administrasiyasının formalaşdırılmasına, vergi sisteminin mərkəzləşdirilmis formada idarə edilməsinə, bütün vergi sisteminin vahid qanunvericilik bazası əsasında tənzimlənməsinə imkan yaratdı. Cünki vergi islahatlarının bütün istiqamətləri vergi münasibətlərinin müxtəlif tənzimlənməsinin hüquqi əsasını qoyan Vergi Məcəlləsində öz əksini tapdı. Orada ölkəmizdə tətbiq edilən vergilərin dəqiq siyahısı müəyyən edildi, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri təsbit olundu. Vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının əsasları və icrasının qaydaları müəyyənləşdirildi. Ulu öndərin 2000-ci il 11 fevral tarixli fərmanı ilə Bas Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradıldı. Bununla da Azərbaycanın vergi sistemində aparılan islahatların növbəti və ən əsas mərhələsinə baslanıldı. Vergilər Nazirliyinin yaradılması, onun həm səlahiyyətlərinin, həm də ölkə iqtisadiyyatının inkişafında rolunun müəyyənləşdirilməsi Heydər Əliyevin bu sahəyə göstərdiyi böyuk diqqətin nümunəsi idi. Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya sürətli iqtisadi inkişafı təmin etdi və ölkəmizin vergi xidmətinin təkmilləşməsi, modernləşdirilməsi və müasir dünya standartlarına tam uyğunlaşdırılması reallaşdı. Ulu öndərin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasət çərçivəsində bazar iqtisadiyyatına uygun aparılan çevik vergi siyasəti nəticəsində vergilər dövlət büdcəsinin əsas mədaxil mənbələrindən biri olmaqla yanaşı, həm də iqtisadiyyatın inkişaf dinamikasını əks etdirdi.

Heydər Əliyev dövlətimizin ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ölkə əhalisinin ərzaqla təminatının yüksəldilməsi üçün sahibkarlığın inkişafına xüsusi önəm verirdi. Amma həmin dövrlərdə yersiz müdaxilələr sahibkarlığın inkişafına ciddi maneələr yaradırdı. Ona görə də ulu öndərin 17 iyun 1996-cı il tarixli 463 saylı “İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə” və 7 yanvar 1999-cu il tarixli 69 saylı “Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında” fərmanları əsasında nəzarət mexanizminin təşkili formalarına, səyyar yoxlamaların keçirilməsi qaydalarına müasir tələblər nəzərə alınmaqla yenidən baxıldı və onlar beynəlxalq standartlara uygun təkmilləşdirildi. Bu məqsədlə səyyar yoxlamaların keçirilməsinin yeni qaydaları təsdiq edildi, yoxlama proqramları müasir tələblər nəzərə alınmaqla yenidən işlənib hazırlandı. Əsassız yoxlamalara yol verilməməsi, yoxlamalar zamanı vergi ödəyicilərinin qanunla qorunan hüquqlarının gözlənilməsinin sözsüz təmin olunması üçün müvafiq tədbirlər görüldü. Yerli qeyri-dövlət qurumlarının pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektlərindən vergilərin toplanması, vergidən-ucotdan yayınmasının qarşısının alınması sahəsinə diqqət artırıldı. Vergi orqanlarının nəzarət işlərinin gücləndirilməsi üçün müvafiq tədbirlər görüldü. Belə ki, qeyri-dövlət qurumlarının pərakəndə ticarət, ictimai iaşə və xidmət obyektlərinin sayı və onların dislokasiyası dəqiqləşdirildi. 2000-ci il ərzində 1800-dən artıq obyektdə nəzarət-kassa aparatlarının quraşdırılması təmin edildi. Bununla yanaşı, yerlixarici adamlarının fəaliyyətinə vergi orqanları tərəfindən əsassız müdaxilələrin qarşısının alınması məqsədilə 2000-ci ilin aprel ayından vergi ödəyicilərində keçirilən dövri yoxlamalar ləğv edildi. Bu yoxlamaların yalnız zərurət yarandıqda keçirilməsi, eyni zamanda vergi öhdəliklərinə əməl etməyən vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi, intizamlı, vergiləri düzgün hesablayan və vaxtında ödəyən vergi ödəyiciləri üçün isə müvafiq şəraitin yaradılması nəzərdə tutuldu. Məhz bunun nəticəsində 2000-ci ildə 1997-ci illə müqayisədə vergi orqanları tərəfindən vergi ödəyicilərində keçirilən yoxlamaların sayı xeyli azaldı. 2002-ci ildə vergi inzibatçılığı sahəsində çox radikal bir addım atıldı. Regionlarda yerləşən 60-dək yerli vergi orqanı ləğv edildi və onların əvəzinə 12 ərazi vergilər idarəsi yaradıldı. Paytaxtda isə Bakı şəhər Baş Vergilər İdarəsi və 11 rayon idarəsi ləğv olunaraq yeni vergi orqanı - Bakı şəhər Vergilər Departamentionun tərkibində 3 filial təşkil edildi. İşçilərin təxminən 40 faizi ixtisar olunduregionlarda çalışan 1700-dək vergi işçisinin sayı 800-ə endirildi. Səyyar vergi yoxlamaları iqtisadi fəaliyyətin bütün sahələrində vergi qanunvericiliyinin düzgün tətbiqinə, yol verilmis qüsur və çatısmazlıqların aşkarlanmasına, onların aradan qaldırılmasına yardım gostərdi. Təkcə 1998-ci ildə səyyar vergi yoxlamalarının sayı 17 minə çatırdısa, 2000-ci ildə bu rəqəm 8000, 2005-ci ildə isə 4200-ə yaxın oldu. Bundan əlavə, ümummilli liderin özəl sektorun inkişafını daim diqqət mərkəzində saxlaması və bu sahəyə xususi önəm verməsi nəticəsində vergi daxilolmalarının mühüm bir hissəsi qeyri-dövlət sektorunun payına düsdü və sözugedən daxilolmaların həcmi ilbəil artdı.

Artıq iqtisadi inkişaf sürətinə görə respublikamızın dünyanın lider ölkələrindən birinə çevrilməsi, həmçinin ölkə iqtisadiyyatında əldə edilmiş uğurlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkisaf strategiyasının və bu strategiyanın Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata kecirilməsinin məntiqi nəticəsidir. Bu strategiya bütün sahələrdə olduğu kimi, vergi orqanlarına da öz fəaliyyətlərini günün tələbləri səviyyəsində qurmaga şərait yaradıb. Məhz bunların nəticəsidir ki, ölkəmizin vergi sistemində qazanılan uğurların sayı ilbəil çoxalır, büdcə daxilolmalarında vergilərin rolu əhəmiyyətli dərəcədə artır. Xüsusilə də son illərdə qeyri-neft sektoru üzrə vergi daxilolmaları kifayət qədər artmaqdadır.

İnanırıq ki, həyata keçirilən məqsədyönlü tədbirlər və uğurlu islahatlar nəticəsində yaxın gələcəkdə Azərbaycanın iqtisadi qüdrəti daha da artacaqulu öndər Heydər Əliyevin memarı oldugu vergi sistemi daha da təkmilləşərək dünyanın ən nümunəvi vergi sistemlərindən birinə çevriləcək.

 

Müşfiq CƏFƏROV,

Respublika.-2014.- 23 may.- S.5.