Elm yollarında keçən ömür...
Müasir Azərbaycan tarixşünaslığının tanınmış nümayəndələrindən biri Nigar Maksvellin yaradıcılığı ilə ilk tanışlığım mətbuat və elmi nəşrlərdən oxuduğum tədqiqatları ilə başlayıb. Təxminən on il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş bir konfransdakı çıxışı ilə tarixçi alim haqqında təəssüratlarım bir qədər də möhkəmlənib. Onun çıxışı sonda idi; trafaret çıxışlardan, ya yorğunluqdan bezən konfrans nümayəndələrini (bunlar isə alim və tədqiqatçılar kontingentindən ibarət idi) sakitləşdirmək üçün əlindəki qələmi su qabına vuran sədrin istəyi də bir nəticə vermirdi. Ancaq sonuncu məruzəçi Nigar xanımın müasir kompyuter texnologiyasından istifadə etməsi, çıxışının xarici elmi mənbələrə istinadlar və slaydlarla davam etdirməsi dinləyicilərin dərin marağına səbəb oldu. Onun Azərbaycan tarixi ilə bağlı yazdığı tədqiqatları ilə tanışlığım da Nigar xanımın araşdırmalarının ölkə sınırını çoxdan aşdığını bir daha göstərdi.
90-cı illərin əvvəllərindən AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsinə rəhbərlik edən Nigar xanım xaricdə tanınan və xarici mənbələrlə işləyən, eləcə də ölkə sərhədlərindən uzaqda mötəbər elmi nəşrlərdə və tədbirlərdə söz deyə bilən mütəxəssislərdən biri kimi tanınır. Mənə elə gəlir ki, bu, tarixşünaslığımızın gələcək inkişafı üçün əsas faktorlardan biridir və bu gün altmış yaşını qeyd etdiyimiz Nigar xanımın elmin çətin yollarındakı gərgin, məqsədyönlü işi təkcə onun altmış illik ömrünün fərdi hesabatı olmayıb, həm də ümumən tarixşünaslığımızın uğuru kimi dəyərləndirilməlidir.
Nigar Əliağa qızı 1954-cü il mayın 24-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. Ziyalı ailəsi dedikdə onun valideynləri sıradan bir müəllim deyildi; valideynlərinin hər ikisi elm yolunda alim kimi öz sahələri üzrə mütəxəssis idi. Anası Solmaz xanım tibb üzrə elmlər doktoru, professordur. Nigar xanım 1972-ci ildə Bakı Dövlət Universitetini tarix fakültəsinə daxil olmuş, 1977-ci ildə oranı bitirmişdir. 1978-ci ildən taleyini bu gün də çalışdığı AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu ilə bağlayıb və burada tədqiqatlara başlayıb. İşlədiyi İnstitutun aspiranturasında əyani təhsil almış (1980-1983) və “Rusiyanın qeyri-proletar partiyaları” mövzusu üzrə vaxtından əvvəl namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qeyd etmək lazımdır ki, bu mövzu o dövr üçün kifayət qədər aktual olmaqla yanaşı, Kommunist partiyasının tarixinə həsr olunmadığı üçün, necə deyərlər, dəbdə olmayan mövzulardan hesab olunurdu. Lakin bu “passiv” problemi Azərbaycan tarixşünaslığının görkəmli nümayəndələrindən biri professor İqrar Əliyevin rəhbərliyi altında işləməsi onun bir tarixçi alim olaraq formalaşmasında böyük rol oynayır və bundan sonra Nigar xanım öz araşdırmalarını 1917-1920-ci illərin tarixi hadisələri üzərində davam etdirir.
Nigar xanım ilk araşdırmalarından başlayaraq tədqiqatlarını beynəlxalq arenaya çıxarmağa səy göstərir; 1985-ci ildən ümumittifaq miqyasında məqalə və tezisləri dərc olunur, Rusiyanın Oryol (1985), Tver (1989) şəhərlərində keçirilən ümumittifaq konfranslarında məruzələri diqqəti cəlb edir. Elə bu illərdə o, “Rusiyanın qeyri-proletar partiyaları” problemi üzrə ümumittifaq Şurasının üzvü seçilir. 1989-1990-cı illərdə isə o, Bakıda və Londonda keçirilən bir sıra respublika və Beynəlxalq konfranslarda aktual məruzələrlə çıxış edir. Onun keçən il Gürcüstanın paytaxtı Tiflis şəhərində Qafqaz Strateji Araşdırmalar mərkəzi və ABŞ-da faəliyyət göstərən “Qarabağ fondu”nun birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz və imperiyanın qürubu: millətçilik, etnoslar və milli quruculuq” adlı beynəlxalq simpoziumda “Azərbaycanın müstəqilliyinə Türkiyənin təsiri (1918-1920) mövzusunda məruzəsi də son dərəcə maraqla qarşılanmışdır. Konfransa Ermənistan tərəfindən heç kimin qatılmaması tarixi həqiqətlərin müzakirələrdə Azərbaycan ağırlığının dərk edilməsindən irəli gəlirdi.
Azərbaycan siyasi həyatı üçün çox aktual olan bu problem üzrə sistemli araşdırmaları onu getdikcə Azərbaycan Xalq Cümhuriyyəti dövrünə yönəldir və bu istiqamətdə araşdırmaları ağırlıq təşkil edir. Azərbaycanın siyasi müstəqilliyini əldə etməsi İnstitutda “Azərbaycan Xalq Cümhuriyyəti” şöbəsinin yaradılmasını şərtləndirərkən bu şöbəyə rəhbərlik Nigar xanıma həvalə edilir və bu vaxtdan etibarən də şöbəyə rəhbərlik edir. Məhz bu şöbənin yaradılmasından sonra 1917-1920-ci illərin tarixi həqiqətlərinin sistemli və kompleks şəkildə araşdırılması prosesi getmişdir. Azərbaycanın tarixi həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün Nigar xanım Tarix İnstitutunda keçirilən Beynəlxalq konfransın əsas təşəbbüsçülərindən, təşkilatçılarından və məruzəçilərindən biri olmuşdur.
Nigar xanım Maksvellin indiyədək dərc edilən bir çox məqalə və
tədqiqatları Azərbaycan tarixçiliyinin
ən sanballı nümunələri içərisində və
akademik nəşrlər arasında yer alıb. “Azərbaycan Respublikası
parlamentinin fəaliyyətinə dair” (“Azərbaycan Demokratik
Respublikası: tarix, ictimai-siyasi
və ədəbi-mədəni həyat”. Bakı, Azərnəşr,
1992), “Yerli özünüidarə
orqanlarının demokratikləşdirilməsi və bu prosesdə siyasi
partiyaların rolu” (Azərbaycan tarixinin problemləri. Bakı,
1993), “Azərbaycan Respublikası: siyasi tarixin səhifələri: 1918-1920-ci illər”
(R.Xudiyevlə birlikdə). Bakı, “Sabah”, 1994 (rus dilində), The Oil İssue
in the Policy of Azerbaijan,s
Poverment in 1918-1920. /Caspian Crossroads, 1997, vol 2, N-3, washington
D.S., “Sosial-demokrat blokunun
Cənubi Qafqazın müstəqilliyi məsələsində
taktikası. / Tarix və onun problemləri,
1998, 2. (rus dilində “Politiçeskaə
situaüiə v Azerbaydjane
posle Fevralğskoy revolöüii. /Müstəqillik
yollarında. Azərbaycan
Xalq Cümhuriyyətinin
86 illiyinə həsr olunmuş məqalələr
toplusu (Bakı, 2004) və başqa onlarla tədqiqatları onun alim nüfuzunu
getdikcə artırır.
Nigar xanım
həm də “Azərbaycan tarixi. Qədim dövrlərdən
XX əsrin əvvəllərinə
qədər” (Bakı,
1995, professor İqrar Əliyevin
redaktəsilə) kitabının
müəlliflərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı bir çox nəşrlərdə də
yaxından iştirak etmişdir: 1998-ci ildə Azərbaycan prezidenti Heydər Əliyevin sərəncamı ilə
Azərbaycan və rus dillərində hazırlanmış “Azərbaycan
Cümhuriyyəti (1918-1920), (Bakı, 1998) elmi monoqrafiyanın məsul redaktoru və əsas müəlliflərindən
biri olmuşdur. O, həm də yeddi cildlik “Azərbaycan tarixi” (V cild (1900 —27 aprel 1920), Bakı, 1995) məsul redaktoru və əsas müəlliflərindən
biridir. “Azərbaycan Xalq Cümhuriyyəti” ensiklopediyasının (Bakı,
2005) redaksiya heyətinin
üzvü və s. nəşrlər bilavasitə
onun təşəbbüsü
və böyük əməyi sayəsində
başa gəlmişdir.
Nigar xanım
Maksvellin elmi nəşrlər və tədqiqatlarına nəzər
yetirərkən bir kitabını mütləq
qeyd etmək lazım gəlir; bu da elmi
rəhbəri və sözün böyük mənasında müəllimi,
Azərbaycan tarixşünaslıq
elminin görkəmli nümayəndələrindən biri professor İqrar Əliyevə həsr olunmuş “İqrar Əliyev. Rojdennıy pobejdatğ” (Bakı,
2004) kitabıdır. Bu
monoqrafiyanı ona görə ayrıca qeyd edirik ki,
Nigar xanımın bu yolda atdığı
addımlara dəstək
olan bu elm xadimi, həm də ona özünün
çox zəngin olan kitabxanasını bağışlamışdır.
Azərbaycan siyasi tarixinin Cümhuriyyət dövrü
üzrə otuz ildən çoxdur ki, tədqiqatlar aparan və bu sahədə beynəlxalq aləmdə tanınmış alimlərdən
biri hesab edilən Nigar xanım hazırda Cümhuriyyət dövrü
siyasi partiyaların fəaliyyəti ilə bağlı tarix üzrə elmlər doktorluğu dissertasiyası
üzərində çalışır. Tədqiqatçı bu problemi ölkə
və xarici mənbələr əsasında
tamamilə yeni metod və paradiqmalar
baxımından işləyir.
Dəfələrlə xarici ölkələrdə
elmi ezamiyyətdə olan, xarici ölkə
arxivlərində mötəbər
və qiymətli mənbələr əldə
edən Nigar xanımın bu tədqiqatı inanırıq
ki, tarixşünaslıq
elmimizə sanballı
töhfə olacaq.
Nigar xanım
Maksvell gənc tarixçilərin formalaşması
üçün də
böyük səylər
göstərib; onun yetirmələri arasında
tarix üzrə elmlər doktorları və fəlsəfə doktorları çoxdur. Bir sözlə,
onun bütün fəaliyyəti tarixşünaslıq
elminin inkişafına
yönəlmişdir. O, həmişə olduğu
kimi, bu gün də elmimizi xarici ölkələrdə ləyaqətlə
təmsil edir. Azərbaycan tarixçiliyinin bundan sonrakı inkişafı üçün də sanballı tədqiqatlar üzərində işləyən
Nigar xanıma altmış yaşın işığında uğurlar
arzulayır və tarix elmimiz üçün
bundan sonra da böyük işlər görəcəyinə
inanırıq.
Bədirxan ƏhmƏdov,
professor.
Respublika.-2014.- 23
may.- S.7.